"450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                 

BNA-da Ziya Məmmədov ab-havası... - “Deyəsən, Ziya Məmmədovun qoçuları təzədən peyda olub”
Tarix: 6-02-2019, 15:02 | Çap et
BNA-da Ziya Məmmədov ab-havası...
“Dayanma-durma qaydasının pozulması ilə bağlı səlahiyyətlər Bakı Nəqliyyat Agentliyinə veriləndən sonra qarışıq vəziyyət yaradılıb. Bir var dayanma, bir var durma. Məsələn, bir adamı düşürmək üçün saxlayırsan, gəlib o dəqiqə cərimə yazırlar. Hansı ki, sərnişin dayanacağından 15 metr aralıda dayana bilərsən. Bu, qanunla tənzimlənir”.

Taksi sürücüsü Firdovsi Vəliyev bizimlə söhbətində belə deyir. Onun sözlərinə görə, BNA-nın nəqliyyat inspektorları narazılıq yaradır:

“Hazırda Qara Qarayev prospektində bəzi yerlərə kameralar quraşdırılıb. Bir gündə 2-3 dəfə eyni sürücüyə cərimə gəlir. Bu da narazılıq yaradır.

Əvvəl DYP yaxınlaşırdı, taksi şoferini ərazidən uzaqlaşdırırdı, daha cərimə yazmırdı, güzəştə gedirdi. Yeni nəqliyyat müfəttişləri isə elə deyəsən, Ziya Məmmədovun o vaxtkı qoçularıdır, təzədən peyda olublar. Biz taksi sürücüləriyik, çətinliklə işləyirik, hər gün çörək pulu çıxarmaq olmur, onlar da amansızcasına gəlib 20 manat cərimə yazırlar. Məsələn, bir saniyə aptekə girə bilmirsən. İndi nə dayanmaq, nə də durmaq olar. Taksi dayanacağını götürüblər, neçə dəfə müraciət elədik ki, dayanacaq qoyun. Amma qoymadılar, dedilər “hörmət” eləyin qoyaq".

Metronun “Neftçilər” stansiyası yaxınlığında işləyən taksi sürücüsü Elsevər də deyir ki, əvvəl taksi dayanacağı var idi: “Onu gecə ilə götürdülər. Dəfələrlə müraciət elədik, xeyri olmadı. Burda 50 maşın var, gecə-gündüz növbəli işləyirik. Dayanacağın götürülməsini Siqnal İdarəsi Nəqliyyat Agentliyinin üstünə, onlar da qarşı tərəfi üstünə yıxır.

Bizim eşitdiyimizə görə belə iddialar var ki, təzə nəqliyyat müfəttişləri bəzi ərazilərdə “şirinlik” alıb taksilərə dayanmağa icazə verirlər.

Ümumiyyətlə, çox ədabazdırlar, özlərindən razıdırlar. Əllərində imkan olsa, sürücünü döyərlər. Necə ki, o vaxt Ziya Məmmədovun quldurları belə edirdilər. İndi də hərəsinin əlində bir planşetdir, çəkib cəriməni göndərirlər. Məsələn, Qara Qarayev prospektindən “8-ci kilometr” bazarına gedən istiqamətdə bir-iki yerdə kameralar quraşdırılıb, qayıdan yolda isə bir kamera da yoxdur. Nə var ki, həmin tərəfdə mağazalar çoxdur, onların bazarına mane olmasınlar. Maşınlar harada istəyir saxlayırlar, müştəriləri mağazaların qabağında düşürürlər.

Yəni bu sahədə xaos var. Taksi dayanacağı yarat, sonra dayanma-durmanı pozmayaq. Deyirlər ki, “şirinlik” verin, sonra dayanacaq məsələsini həll edək".

Sürücülər deyirlər ki, 53 minə yaxın şofer cərimələnib: “Biz eşitmişik ki, bəzi yerlərdə taksilərdən "aylıq" yığmaq söhbətlərinə başlayıblar".

O da var ki, bəzi sürücülər dayanma ilə durmanın fərqini bilmirlər. Əgər adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilibsə, dayanma hesab olunur.

Amma maşınınızı qadağa nişanının altında saxlayıb kimi və ya nəyisə gözləyirsinizsə, bu artıq dayanma deyil, durma sayılır. Sürücülərin əksəriyyəti qaydalara riayət etmir, avtomobillərini istədikləri yerdə saxlayırlar. Dayanma-durmanın qadağan olunduğu yerlərdə, məhz qadağanedici nişanın altında avtomobilləri iki, hətta üç cərgədə park edirlər. Bu da ciddi tıxac yaradır. Çünki avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi “Yol hərəkəti haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Ekspertlər isə bildirirlər ki, BNA əvvəlcə parklanma yerləri müəyyən etməli, bundan sonra dayanma-durmanı pozan sürücüləri cərimələməlidir. Şəhərdə isə parklanma ilə bağlı aləm bir-birinə dəyib.

BNA mətbuat xidməti rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, bu gün dayanma və durmanın qadağan edən nişanın təsir dairəsinə düşən ərazidə - birinci cərgədə saxlayıb sərnişin düşürən və ya iddia edildiyi kimi aptekə girib beş dəqiqəyə dərman alan sürücüyə qarşı inzibati tədbir görülmür: “Əgər sürücü aptekə girib çıxmaq bəhanəsi ilə nəqliyyat vasitəsini uzun müddət yolda saxlayırsa yolun ikinci, üçüncü cərgəsində saxlayıb hərəkətə maneə yaradırsa bu halda sürücüyə qarşı müvafiq tədbir görülür. Hətta şəhər mərkəzində sürücülərin müraciəti nəzərə alınaraq müəyyən yerlərdə dayanma və durmanı qadağan edən 3.27 nişanı durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edildi.

Eyni zamanda bir çox yerdə nişanların qüvvədə olması ilə bağlı vaxt müəyyənləşdi. Bu gün şəhər mərkəzində bir çox yerdə axşam saat 8-dən səhər 7:30-də birinci cərgədə parklanmaya icazə verilir. Yəni bildirmək istəyirəm ki, bizim əsas məqsədimiz yollarda hər hansı bir tənzimlənmə işləri apararkən belə elə addım atmalıyıq ki, bunun vətəndaşlara ola biləcək mənfi təsiri minimuma ensin".

BNA sözçüsü qeyd etdi ki, ümumiyyətlə kameraların işə düşməsi sayəsində böyük əhali kütləsi bundan müsbət mənada faydalana bilib: “Yəni kameraların əhatə etdiyi küçələrdən keçən 70-dən artıq marşrut xəttinin faəliyyətində stabilləşmə müşahidə edilir.

Eyni zamanda bu tədbirlər sayəsində artıq insanlar daha çox ictimai nəqliyyatdan istifadəyə üstünlük verir. Bu isə daha az nəqliyyat vasitəsinin şəhərə çıxması deməkdir. Sonda bu şəhərin ekologiysına müsbət təsir edir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru