FETÖ-nun Azərbaycandakı üç “muşketyor”u revanşa başladı - İDDİA
Tarix: 13-05-2017, 08:10 | Çap et
 FETÖ terror birliyinin Azərbaycandakı şəbəkəsi hələ də ayaq üstdədir və dövlətə meydan oxuyur.
Yeniçağ.Az xəbər verir ki, FETÖ lideri Fətullah Gülənin Azərbaycandakı “imam”ı Elnur Aslanovun və yaxın çevrəsindəki şəxslərin əksəriyyəti tutduqları yüksək postlardan kənarlaşdırılsalar da, şəbəkənin bir sıra fiqurları öz vəzifələrində qalmaqla yanaşı, artıq qisas məqsədilə hərəkə keçiblər.
FETÖ-nun Azərbaycan şəbəkəsinə daxil olan və rəsmi statuslarını qoruyub saxlayan şəxslər sırasında iki qardaşın – Maliyyə nazirinin I müavini Azər Bayramov və Təhsil nazirinin müavini Ceyhun Bayramovun adları xüsusilə qabardılır. Vaxtilə Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun yanında yer alan, Bayramovlar qeyri-müəyyən səbəblərdən, ölkədə aparılan “FETÖ təmizləməsi”ndən itkisiz çıxa biliblər.
Qardaşlar barəsində mətbuatda müntəzəm işıq üzü görən məlumatlarda Azər Bayramovun Maliyyə Nazirliyində, Ceyhun Bayramovunsa Təhsil Nazirliyində çoxüzlü korrupsiya mexanizmləri qurduqları bildirilir. Qeyd olunur ki, bu çərçivədə daha da irəli gedən Azər Bayramov özünü tam cəzasızlıq mühitində hiss edərək, qanunsuz əməllərinə ara vermir:
Arqument.Az yazır ki, “Maliyyə Nazirliyində şəbəkələşmiş qrupun korrupsiya mexanizmi barədə bir müddətdir məlumatlar yayılır. Bu korrupsiya şəbəkəsinin başında isə Samir Şərifovun I müavini Azər Bayramovun dayandığı iddia olunur. Bildirilir ki, nazir müavini vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir.
Maliyyə Nazirliyinin dövlət qurumlarını, rayonlarda fəaliyyət göstərən müəssisələrin hər üç ildənbir yoxlamaları zamanı da ciddi korrupsiya hallarına yol verilir. Buna da göstərişin Azər Bayramov tərəfindən verildiyi iddia olunur”.
Qanunsuz əməllərinə görə qardaşı Azərdən heç də geri qalmayan Təhsil nazirinin müavini Ceyhun Bayramovun da adı mediada neqativ planda hallanan dövlət məmurları sırasında “fəxri yer” tutur. O baxımdan, Təhsil Nazirliyindəki korrupsiya mexanizmini məhz Ceyhun Bayramovun idarə etdiyinə dair materialların ardı-arası kəsilmir. Legion.az bildirir ki, Ceyhun Bayramovun nazir müavini vəzifəsinə gətirilməsində “gülənçilər”in rolu böyük olub. Məqsəd təhsilə ayrılan pullara nəzarət etmək olub. Artıq məlumatlardan görünür ki, Ceyhun Bayramov işinin öhdəsindən “layiqincə” gəlir. Yəni, təhsilə nə ayrılırsa, lazım olan məqsədlərə sərf edilir. Nazir müavini əsasən qardaşı vasitəsi ilə büdcədən ayrılan vəsaitlərə nəzarət edir. Qardaşı Azər Bayramov tərəfindən yüksək səviyyədə dəstəklənən Ceyhun Bayramovun yaxın ətrafını Təhsil Nazirliyində müxtəlif vəzifələrdə irəli çəkib.
Bu qeyd olunan faktlar Azər və Ceyhun Bayramovun vəzifələrindən sui-istifadə hallarına dair faktların heç də hamısı deyil. Öz sahələri üzrə qanunsuzluqlarını davam etdirən qardaşlar Azərbaycanda “FETÖ işi”nin səngiməsindən istifadə edərək, əks-hücuma keçəcək qədər cəsarətləniblər. Məlumata görə, Bayramov qardaşları FETÖ məsələsinin gündəmdə olduğu dönəmdə onların barəsində də ölçü götürülməsinin vacibliyini deyənlərə qarşı hərəkətə keçiblər. “Səngər”dən çıxmaq üçün şəraitin yetişdiyini düşünən Bayramovlar deyəsən, özləri üçün təhlükənin tam sovuşduğu qənaətindədirlər. Əks halda, nə Bayramov qardaşlarının, nə də onların böyük “abi”si – Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin bu qədər əmin-arxayın davranmaları mümkün olmazdı.
Görünən budur ki, FETÖ-nun Azərbaycandakı şəbəkəsi nəinki sıradan çıxarılmayıb, hətta qisas eşqinə düşəcək qədər güclü və çoxşaxəlidir.
Maraqlıdır, kim(lər)in sayəsində?


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ayı ilə öz dilində danışmaq lazımdır - başqa yolu yoxdur!
Bu gün, 18:05 |
|
|
|
• Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar - TASS
Bu gün, 18:03 |
|
|
|
• Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? - RƏSMİ AÇIQLAMA
Bu gün, 18:00 |
|
|
|
• Ölkəyə ekstazi gətirən Ramazanov HAKİM QARŞISINDA
Bu gün, 17:57 |
|
|
|
• Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - Qərar
Bu gün, 17:52 |
|
|
|
• Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama
Bu gün, 17:49 |
|
|
|
• ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR – Emi Karlo Bakıya gəlir
Bu gün, 17:48 |
|
|
|
• Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb
Bu gün, 17:35 |
|
|
|
• Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb
Bu gün, 17:34 |
|
|
|
• Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
Bu gün, 16:17 |
|
|
|
• Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib
Bu gün, 16:07 |
|
|
|
• Memarlıqda... təhlükəli DURUM... - AXI NİYƏ?
Bu gün, 16:01 |
|
|
|
• Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
Bu gün, 15:45 |
|
|
|
• Məktəb direktoru faciəvi şəkildə vəfat etdi
Bu gün, 15:36 |
|
|
|
• Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 15:31 |
|
|
|
• Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək
Bu gün, 15:26 |
|
|
|
• “Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...”
Bu gün, 15:16 |
|
|
|
• İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır -ŞƏRH
Bu gün, 15:11 |
|
|
|
• Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir
Bu gün, 15:07 |
|
|
|
• Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb
Bu gün, 13:37 |
|
|
|
• Agentlik 189 mənzil alacaqdı: -13 milyonluq satınalma niyə baş tutmadı?
Bu gün, 13:34 |
|
|
|
• Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... - “ən yaxşı günahkar miqrantlardır”
Bu gün, 13:26 |
|
|
|
• Fərid Əsgərovun təyinatdan sonra ilk - Fotosu
Bu gün, 13:22 |
|
|
|
• Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 13:17 |
|
|
|
• Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Bu gün, 13:07 |
|
|
|
• KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək
Bu gün, 13:00 |
|
|
|
• Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? - KİV
Bu gün, 12:54 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! - Ruslardan ETİRAF
Bu gün, 12:33 |
|
|
|
• Agentlik sədri onu departament müdiri təyin etdi - ƏMR
Bu gün, 12:28 |
|
|
|
• Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Bu gün, 12:24 |
|
|
|
• Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb
Bu gün, 12:18 |
|
|
|
• Qarabağ qazisindən icra başçısına MÜRACİƏT - "Mən heç kəsdən pul, yardım istəmirəm, amma..."
Bu gün, 12:14 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib
Bu gün, 12:09 |
|
|
|
• “Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
• Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir - Əməkdar artist Zemfira Sadıxova
Bu gün, 11:43 |
|
|
|
• “Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• “Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” - FAKT BUDUR!
Bu gün, 11:31 |
|
|
|
• Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... - NARAZILIQ VAR...
Bu gün, 11:22 |
|
|
|
• Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır - İLGİNC FAKTLAR
Bu gün, 11:14 |
|
|
|
• “Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” - Trampdan Zəngəzurla bağlı yeni təklif
Bu gün, 11:10 |
|
|
|
• Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU - 2027-ci ildə…
Bu gün, 11:07 |
|
|
|
• Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
Bu gün, 11:00 |
|
|
|
• Rusca təhsil alanlar XAİNDİRMİ? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58 |
|
|
|
• AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• TƏBİB 1 milyon manata yaxın dərman alır
Bu gün, 10:52 |
|
|
|
• Rusiya bizi BOYKOT ETSƏ... - İtirən KİM OLACAQ?
Bu gün, 10:48 |
|
|
|
• “Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” - Bəxtiyar Hacıyev
Bu gün, 10:45 |
|
|
|
• Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
|