“ÇİNGİZ ABDULLAYEV MƏNDƏN ÇƏKİNDİYİ QƏDƏR KİMSƏDƏN ÇƏKİNMƏZ”
Tarix: 14-09-2011, 18:06 | Çap et
NİZAMİ CƏFƏROV İTTİHAMLARA CAVAB VERDİ
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev “Qafqazinfo”ya müsahibəsində vaxtilə millət vəkili Nizami Cəfərovun “rusdilli yazıçıların Azərbaycan ədəbiyyatına dəxli yoxdur” fikrinə münasibət bildirərək “o zaman bizə Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, İsmayıl bəy Qutqaşınlı da lazım deyil? Mən onunla razı deyiləm” deyib. Ç.Abdullayev müsahibəsi zamanı yazıcıya titulların verilməsinin tərəfdarı olduğunu da bildirib. “Mənə ad verildikdən sonra, bu ad mənim üçün çox yaxşı müdafiə rolunu oynadı. Bu ad mənim Nizami Cəfərovlardan müdafiəm oldu. Bu baxımdan ad olmalıdır”-fikrini səsləndirib.
Modern.az saytı millət vəkili Nizami Cəfərovla əlaqə saxlayaraq ondan Çingiz Abdullayevin fikirlərinə münasibət öyrənib.
“Ədəbiyyat tariximizdə müxtəlif dillərdə yazan yazıçılar olub. Nizami Gəncəvi müxtəlif dillərdə yazıb, amma onun yaradıçılığı bizə fars dilində gəlib çıxıb. Füzuli, Mirzə Fətəli Axundov üç dildə yazıb. Nəriman Nərimanovun adı qeyd olunur, amma Nəriman Nərimanovun bədii yaradıçılığında başqa dil yoxdur. Ancaq ictimai-siyasi yaradıçılığında rus dilində yazıb, yəni biz onu başqa dildə yazan yazıçı kimi tanımırıq”-deyən millət vəkili qeyd edib ki, belə məsələləri dolaşdırmaq olmaz.
Deputat Nizami Gəncəvinin fars dilində yazmağının o dövrün bədii-mədəniyyəti ilə izah edildiyini diqqətə çatdırıb:
“Bunu da yəqin ki, Çingiz Abdullayev yaxşı bilir. Ona görə belə hallardan sui-istifadə etmək lazım deyil. Mütəxəssislər çox yaxşı bilir ki, Füzulinin türkcə, azərbaycanca yazdığı çox böyük sənət əsərləridir. Amma heç kim ərəb ədəbiyyatı mütəxəssisi Füzulinin ərəb dilində yazdığını və yaxud heç bir fars ədəbiyyatı mütəxəssisi şairin farsca yazdığını böyük sənət əsəri hesab etmir. Və ya İsmayıl bəy Qutqaşınlıdan misal gətirir, İsmayıl bəy Qutqaşınlının fransız dilində yazdığı “Rəşid bəy və Səadət xanım”, yaxud “Şərq” hekayəsi bizim üçün bir növ dekarasiya kimi maraqlıdır. O, bizim ədəbiyyatın hadisəsi deyil, elə bil avropalılar üçün yazılmış bir əsərdir. Bu, bizim ədəbiyyatımızda böyük nailiyyət sayıla bilməz. Bunu da məncə Çingiz Abdullayev yaxşı bilir. O ki qaldı Çingiz Abdulayevin rus dilində yazmağını, özünün bu qəhrəmanlığını Nizamı, Füzuli, Mirzə Fətəli Axundovun qəhrəmanlığı ilə müqayisə etməsinə, mənə elə gəlir ki, yaxşı iş görmür”.
N.Cəfərov Çingiz Abdullayevi həm başqa dillərdə yazan yazıçılar içərisində, həm də ana dilində yazan yazıçılarla müqayisə etdiyini və Çingiz Abdullayevin o yazıcılardan çox səmimi olduğunu söyləyib:
“Bunu mən etiraf etməliyəm. Çingiz Abdullayev həqiqətən informasiyası, məlumatı, ziyalılığı və mədəniyyəti etibarilə həqiqətən hörmət etdiyim insanlardandır. Ünsiyyətcilliyinə görə ona xüsusi məhəbbətim var. Çingiz Abdullayevdə mən heç vaxt saxtakarlıq görməmişəm. Sözü deyəndə də birbaşa deyir. O, millətimizin dərin tarixi yolunu bilmir. Amma müasir mühitimizin şəxsiyyətidir. Çingiz Abdullayev istedatlı insandır, buna şübhə yoxdur”.
N.Cəfərov burada söhbətin başqa məsələdən getdiyini bildirib: “Millətimizin tarixini yaxşı bilmədiklərinə görə, ana dilində təhsil almadıqlarına görə və başqa mühitlərə yaxın olmağa çan atdıqlarına görə bizim rusdilli yazıçılarımız çox zaman ciddi səhvlər edirlər. Bax söhbət bundan gedir, bunu da Çingiz Abdullayev çox yaxşı bilir. Amma indi niyə söz güləşdirir. Özünü Nizamidən niyə qorumalıdır?!”.
Nizami Cəfərov Çingiz Abdullayevin məsələyə dəxli olmadan ciddi bir mübahisənin içərisinə gəldiyini qeyd edib:
“Özü də bilmədi ki, söhbət nədən gedir və burda başladı öz problemlərini həll etməyə. Özü də narahat olmasın, Nizami Cəfərovun Çingiz Abdullayevə qarşı heç bir düşmənciliyi yoxdur. Amma başqa Nizamilərin ona düşmənciliyi varsa, onları axtarsın tapsın. Mən düşünmürəm ki, o, məndən çəkindiyi qədər hansısa bir Nizamidən çəkinər. Çünki o dəqiq bilir ki, mən düz deyirəm, kifayət qədər ağıllı adamdır. Amma biz hansı məsələni müzakirə edirdik, o bu mübahisələrə qoşulanda çoxları kimi özü də bilmirdi ki, nə üçün qoşulub. Məsələnin mahiyyətini bilmədən qoşulmuşdu, ona görə bir az yaxşı vəziyyətə düşmədi”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
| • Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00 |
|
|
|
| • İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
| • Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45 |
|
|
|
| • Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35 |
|
|
|
| • DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
| • Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26 |
|
|
|
|