Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                 

Elmira Axundovanın Məşədi İbad taleyi: Azər Xudiyev niyə kreslosunu vermək istəmir? - İLGİNC
Tarix: 18-03-2020, 10:04 | Çap et
Elmira Axundovanın Məşədi İbad taleyi: Azər Xudiyev niyə kreslosunu vermək istəmir?
Yəqin xatırlayırsınız; ötən illərdə rayonlarımızın birində baş vermiş bir hadisə ictimai rəydə xeyli müzakirələrə səbəb olmuşdu. Prezident həmin rayonun icra başçısını işdən çıxarmış, yerinə isə başqa birisini təyin etmişdi. Köhnə icra başçısı isə kabinetini tərk etmir, “bura mənim “ciftliyimdir”” deyib, iki ayağını bir başmağa dirəmişdi. Ölkə başçısı insident böyüməsin deyə, həmin adamı hamiləri vasitəsilə xoş dillə başa salmışdı ki, bəs, idarə etdiyi rayon heç kimin dədəsindən miras qalmayıb. Azərbaycan banan ölkəsi deyil ki, hansısa rayon kiminsə “ciftliyi” ola.

Deyəsən, ölkə daxilində uzun illərin hakimiyyət harınlıq və hərisliyindən doğan bu sahiblənmə duyğusu indi xaricimizə də sızmağa başlayıb.

Bildiyimiz kimi, ölkə başçısı İlham Əliyev martın 12-də iki mühüm Sərəncam imzalamışdı. Sərəncamın biri Ukraynadakı artıq keçmiş səfir Azər Xudiyevin geri çağrılması, digəri isə onun yerinə sabiq deputat Elmira Axundovanın təyin olunması ilə bağlı idi. Prezidentin bu Sərəncamlarından sonra, təbii ki, Azər Xudiyev Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri statusunu itirir və bu status Elmira Axundovaya keçir.

Ovqat.com-un Ukraynadakı adının açıqlanmasını istəməyən bir iş adamından aldığı məlumata görə isə, Azər Xudiyev öz vəzifəsini tərk etməyib və etmək fikrində də deyil.

Mənbəmizin iddiasına görə, Xudiyev öz qüdrətli himayədarlarına güvənərək vəzifəsini təhvil vermək istəmir, əks təqdirdə Avropa ölkələrindən birinə səfir göndərilməsini şərt qoşur. Onun könlündən keçən yer isə Serbiyadır. Di gəl ki, Azərbaycanın Serbiyadakı səfiri kifayət qədər güclü məmur olan Eldar Həsənovdur və onu yerindən tərpədilməsini heç Bakıda da istəmirlər. Zira Eldar Həsənovun Bakıya qayıtması ehtimalı belə, bir sıra iri məmurların kürkünə birə salır və onun xaricdə qalmasına daha salamat variant kimi baxırlar.

Azər Xudiyev də məhz buna görə könlü Serbiyada qalsa da, Xorvatiyaya da gedə biləcəyinin mesajını verir. Xorvatiyadakı səfirimiz isə Fəxrəddin Qurbanovdur ki, o da diplomatiya sahəsində güclü fiqurlardan sayılır. Özü də həm savad, həm də Azərbaycan reallığında daha önəmli faktor olan qohumluq əlaqələri baxımından. Nəzərə alsaq ki, Fəxrəddin Qurbanov 2014-cü ildən 2017-ci illərə qədər XİN-də Xüsusi Tapşırıqlar üzrə Səfir kimi mühüm vəzifə icra etmiş və Xorvatiyadakı görəvinə də məhz bu vəzifədən göndərilmişdir, Azər Xudiyevin “B” planının da o qədər zərif qabıqlı qoz olmadığı ortaya çıxır. Üstəlik, Fəxrəddin Qurbanov Kəmaləddin Heydərovun yaxın qohumudur və mərhum Prezident Elçibəyin xüsusi Protokolunun rəhbəri olub. Buna baxmayaraq, Elçibəy hakimiyyətindən sonra belə, XİN strukturunda saxlanılması və ən çətin diplomatik vəzifələrə göndərilməsi Fəxrəddin Qurbanovun vacib persona olmasından xəbər verir.

Onun yerinə göz dikən Azər Xudiyev isə hətta indiki kreslosundan bərk-bərk yapışdığı Ukraynadakı səfirliyimizdə belə sevilmir. Hətta o qədər sevilmir ki, Prezidentin məlum Sərəncamlarından sonra Ukraynadakı soydaşlarımızın bu xəbəri atəşfəşanlıqla qarşıladıqları bildirilir. Hər halda bu iddianı irəli sürən Pasha Mammadov Ilisuyskiy adlı facebook istifadəçisidir və o öz iddiasının əyani dəlili olaraq həmin atəşfəşanlığın videosunu da paylaşaq yazmışdı:

“Görün Ukraynadakı artıq keçmiş “səfir” Azik Xudiyev özünü nə günə saldı ki, Ukraynadakı Azərbaycan icması bir neçə şəhərlərdə onun işdən qovulmasını atəşfəşanlıqla geyd edib!

P.S. Azikə bi quş, indi çala-çala qetsin )) Kriminalla və ermənilərlə əlbir olmuş siravi Azərbaycanliların başına oyun açan vicdansız, indi gördü Paşanın və Paşaya dəstək olanların cəsarətini! Qorxdugumuz, Sıgındığımız və Baş əydiyimiz yalnız Allahdır, səfirin kriminal poddelniklərin və erməni himayədarların bizə heç zaman təsir edə bilməzlər!”

https://www.facebook.com/PashaIlisuyskiy/videos/10216587288944131/?eid=ARB_6cVjWPZtCqhd3muOUB791Xcv83xIzf4JMUMdLhJo204H2E0nwW1eP_djGM7CL7LN3TfYNRfzv-Oe

Uzun sözün kəsəsi, Prezidentin sözügedən Sərəncamlarının üzərindən 1 həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, Azər Xudiyevə istəyinə uyğun vəzifə tapılmadığı üçün, o, öz postunu təhvil vermək istəmirmiş.

Mənbəyimiz bu məlumatı yoxlamaq üçün Ukraynadakı səfirliyimizin rəsmi səhifəsinə baxmağımızın kifayət edəcəyini söyləyib telefonu söndürdü. Biz də tənbəllik etməyib onun təklifini yerinə yetirdik. Azərbaycanın Ukraynadakı Səfirliyinin rəsmi saytında “Səfirliyin heyəti” bölümü mənbəmizin dediklərini doğrulayır. Orada eynilə bu cür yazılıb:

“Azər Xudayar oğlu Xudiyev - Fövqəladə və Səlahiyyətli Səfir

Kamal Xəlilov - Müşavir

Vüsal Süleymanov - Müşavir

Namiq Niftullayev - Birinci katib

Samir Allahverdiyev – İkinci katib” və s.

Bunun bir təsadüf olduğunu və adların hələ dəyişdirilmədiyini düşündük. Səhifənin "Xəbər" bölümündəki ən son məlumatda kimin adının əks olunması ilə maraqlandıq. Baş yazı Azər Xudiyevin Ukrayna radiosunda Ermənistanın işğalçılıq siyasətini pisləməsinə həsr olunmuşdu. Səfirlik adından müraciət də, səfirin tərcümeyi-halı da ona aid idi. Saytın axtarış yerinə Elmira Axundovanın adını yazıb düyməyə basdq. Faktini olaraq bir həftədir bu nümayəndəliyə rəhbərlik edən əsl səfirin adına heç bir yerdə rast gəlmədik.

Qeyd edək ki, Elmira Axundova Ukraynaya səfir təyin edilməmişdən 2 həftə əvvəl KİV-də dərc edilən yazılarda onun bu vəzifə üçün 1 milyon dollarından keçdiyi, həmin vəsaiti dövlət komitələrindən birinin rəhbərinə lobbiçilik üçün verdiyi bildirilirdi. Hətta jurnalistlərdən biri həmin milyonun arxasına düşmüş, onun yalnız yarısının mənbəyini üzə çıxara bilmişdi. Digər yarısının axtarışı isə hələ də davam edir. Üzərindən az keçməmiş həqiqətən də Elmira xanımın Ukraynaya səfir göndərilməsi istər-istəməz bu iddianın əsassız olmadığı qənaəti yaratmışdı. İndi Elmira xanımın səfir təyin olunması xəbərinin belə yer almadığı sayta baxanda istər-istəməz bu sual ortaya çıxır: Elmira Axundovanın 1 milyonu batdımı?

Həqiqətən də dözülməz hadisədir, 1 milyon ver, adını heç öz saytına da salmasınlar. Xanım diplomatın başına gələnlər lap Məşədi İbadın taleyinə oxşayır:












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru