Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                 

GİLEY: “Hər gün ölüb dirilirəm” - Saatlı Rayon İcra Hakimiyyəti isə deyir ki...
Tarix: 15-04-2019, 12:15 | Çap et
GİLEY: “Hər gün ölüb dirilirəm”
Bir ailədə hər üç uşağın əlilliyi var. Saatlının Qara Nuru kəndində yaşayan Şükürovlar ailəsində övladlardan heç biri yeriyə bilmir, yalnız sürünürlər…

“Hər gün ölüb dirilirəm”

Ailənin öz evi yoxdur. Uşaqların atası Xanhüseyn Şükürovun valideynlərinin kiçik, köhnə evinə sığınıblar. Pünhanə, Aygün və Xanım qohum evliliyindən doğulub. Uşaqlar paraplegiyadan – hər iki aşağı və yuxarı ətrafların iflicindən əziyyət çəkir.

Ana Məlahət Şükürova danışır:

“Sağlam doğulmuşdular. Heç özümüz də bilmədik, necə oldu ki, əlləri, ayaqları əyildi. Dörd-beş yaşına çatan kimi belə olur. Ayaqlar, əllər tədricən əyilməyə başlayır, hərəkət qabiliyyətini itirir”.
Pünhanənin 16, Aygünün 14, Xanımın 13 yaşı var. Ana deyir ki, uşaqlara baxmaq çox çətinləşib:

“Onları qoyub çıxa bilmirəm. Böyük uşaqlardır, bunların yeməyi, geyindirməyi, təbii ehtiyacları var. Ayaqlarına əl vuranda onları çox ağrıdır. Ürəyim parçalanır. Hər gün ölüb dirilirəm”.

Uşaqların nənəsi Safura Şükürovanın hər iki gözü tutulub. Nəvələrin bu vəziyyətə düşməsi onu çox sarsıdıb:

“İndi gözüm görmür ki, harasa aparım onları, gedib müraciət eləyim. Gözüm görəndə İrana da apardım, Bakıya da. Dedilər, qan xəstəliyidi. Son illərdə imkansızlıqdan heç bir həkimə apara bilməmişik. Pünhanəni Bakıda Zöhrə xanımın xəstəxanasına – Uşaq Bərpa Mərkəzinə aparmışdım. Sağ olsun, imkan yaratdılar, özüm də uşağın yanında bir həftə qaldım. Əlac olmadı, götürüb gəldim. O biri uşaqları da yoxlatdırdım, eyni sözü dedilər. Zöhrə xanım gətirib ayaqqabı verdi, heç pulunu da almadı. Dedi ki, bu uşağa geyindir, gəzə bilsə, o birilərinə də verərik. Gəzə bilmədi”.

Kənd məktəbinin müəllimləri uşaqları unutmur, evə gəlib dərs keçirlər. Məktəb rəhbərliyi onlara kompüter verib, evə internet də çəkdiriblər.
“Bizə sosial yardım düşmürsə, bəs kimə düşür?”

Uşaqların hər birinə 82 manat təqaüd verilir. Ailə müalicəyə böyük vəsait xərcləyib. Məlahət Şükürova deyir ki, çox yorulublar: “Müalicəni dayandırmışıq. Daha gücümüz çatmır. Buna dolanışıq demək olmaz. Nəyimiz varsa, satmışıq. Üç əlilə baxmaq asan deyil”.

İmkansızlıqdan Safura Şükürovanın gözlərini əməliyyat etdirə bilmirlər. Ailə bir müddət sosial yardım alıb. İndi onu da görmürlər.

“170 manat alırdıq, 2015-ci ildən kəsdilər. Bəs biz bu üç əlil uşağı necə saxlayaq? Sosial yardım üçün yenə müraciət eləyirik, deyirlər, düşmür. Həyat yoldaşımın adına köhnə maşın olduğuna görə kəsmişdilər. Ondan sonra daha vermədilər. Böyük uşaqlardılar. Əlləri-ayaqları işləməyən uşaqlara baxmaq çox çətindi. Bizə sosial yardım düşmürsə, bəs kimə düşür?”, – Məlahət Şükürova belə deyir.

“Heç olmasa, evi başa çatdırmağa dövlət yardım eləsin”

Ailə çox yerə müraciət edib. Dövlət başçısına, onu xanımına məktublar yazıblar. Bundan sonra Saatlı Rayon İcra Hakimiyyətindən gəlib 1000 manat veriblər, yeni evin bünövrəsi qoyulub. Ailə evin yarımçıq qalmasından narahatdır: “İcra hakimiyyəti söz vermişdi ki, evi tikməyə kömək eləyəcək. 1000 manata da material aldıq. Divarlar hörüldü, vəssalam. Qumun pulunu indi də borclu qalmışıq. Biz o evi onların verdiyi sözə inanıb başlamışdıq. Bir evdə ki, üç əlil qız uşağı ola, orada vəziyyəti təsəvvür edirsiz də. Heç olmasa, o evi başa çatdırmağa dövlət yardım eləsin ki, sürünməyə yerləri olsun. Beş ildir yarımçıq qalır, hər dəfə gedirik, deyirlər, səbrli olun, vəsait yoxdur. İmkanımız olsaydı, onlara heç ağız açmazdıq. Hər dəfə deyirlər, pul yoxdu. Bu boyda Saatlı rayonuna dövlət bir ev üçün vəsait ayırmayıb?”.

“Aztəminatlı ailələr üçün büdcədə vəsait nəzərdə tutulmayıb”

Saatlı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri, rayonun baş memar Yusifəli İsgəndərov isə deyir ki, belə aztəminatlı ailələr üçün ayrıca yardım büdcədə nəzərdə tutulmayıb. Amma icra hakimiyyəti öz vəsaiti hesabına ailəyə müəyyən yardım göstərib: “Axırıncı dəfə 1000 manat verilib. Ondan daş, qum, sement vermişdik. İcra Hakimiyyətində belə aztəminatlı ailələrə evlərin tikintisi ilə bağlı heç vaxt vəsait nəzərdə tutulmayıb. 36 ildir yaşayış binaları üçün vəsait ayrılmır. İndi biri tikilir, şəhid ailələri, Qarabağ əlilləri üçün. Onu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikir. İcra Hakimiyyəti aztəminatlı, evdə əlili olan ailələrə daxili imkanları hesabına kömək eləyir. Bu ailəyə də bütün vəsaitləri saysaq, 2500 manatdan çox kömək olunub. Bilmirəm, daha əlavə nə kömək istəyirlər? Biz evin üstünün bağlanmasına qədər tam ödəmişik. Ola bilər ki, pullar təyinatı üzrə xərclənməyib. Mən yenə ora baxış keçirəcəm”.

GİLEY: “Hər gün ölüb dirilirəm”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru