Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər .....                     Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... .....                     Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ .....                     Limonun ədədi 1,50 oldu... .....                     Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır .....                     Azərbaycan İranın düşməni deyil .....                     Ukraynanın Avropa yolundakı Orban əngəli .....                     SOCAR-da QAYÇILAMA davam edir .....                     “Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” .....                     “Pomidor məsələsi” Kremlin cılızlığını göstərir .....                     Ukrayna onları “qara siyahı”ya saldı .....                     Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia .....                     Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? .....                     Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir .....                     O kapitana zəng edildi .....                     Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb .....                     Azərbaycan polisi 107 yaşını qeyd edir .....                     "Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" .....                     Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar .....                     Şıxlinskinin oğlu atasının həbsindən .....                     Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı .....                     İmtahanda 96 toplayan şagird attestatda 3 alıb .....                     Ermənistanda Rusiya kanalları bağlanacaq .....                     Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb .....                     Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın .....                     Rusların Azərbaycandakı məktəbləri də bağlanır .....                     Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib .....                     Rusiyanın Ermənistana total hücumu .....                     “Kupça”sız Azərbaycan .....                     2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib .....                     DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var .....                     Rusiyanın azərbaycanlılara hücumları davam edəcək .....                     Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... .....                     Sayt rəhbərinin məhkəməsi: .....                     Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək .....                     Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? .....                     Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb .....                     Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu .....                     Azərbaycana qarşı ikili plan .....                     “Umico” adını və logosunu dəyişdi .....                 

Mandatı şübhə altına düşə bilər... - Deputata qarşı yeni iddialar...
Tarix: 19-02-2016, 10:19 | Çap et
Mandatı şübhə altına düşə bilər...
Milli Məclis üzvü ilə bağlı araşdırılması vacib olan kifayət qədər ciddi faktlar üzə çıxıb Son günlər baş verənlər Azərbaycan parlamentində mandat sahibi olanları bir daha saf-çürük etməyə əsas verir. Belə ki, bir tərəfdə məsələn “Azərsun” kimi nəhənglə baş-başa gələn, həddini aşan məmurlar haqda sərt ifadələr işlədən Zahid Oruc varsa digər tərəfdə “seçildiyi” bölgələrdə xalq etirazlarını xəbər portallarından izləyən, öz biznesinin inkişafından başqa heç bir fəaliyyəti olmayan deputatlar var.

Son günlər silsilə yazılar daha çox 46 saylı Şirvan şəhər Seçki Dairəsindən qalib elan olunaraq mandat almış Rafael Cəbrayılov haqdadır. Onu da qeyd edək ki, bu şəxsin adı mediada ən müxtəlif qalmaqallarla hallanıb. Məlumat üçün qeyd edək ki, Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olmuşdur. 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirmişdir. 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışmışdır. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır).

III çağırış Azərbaycan Milli Məclisində 9 saylı Binəqədi ikinci seçki dairəsindən, son parlament seçkilərində isə 46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputat seçilmişdir. Bitərəfdir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Rus və ingilis dillərini bilir. 50-dən artıq elmi-publisitik məqalənin müəllifidir. Ailəlidir, iki övladı var. Bu yalnız rəsmi məlumatdır. Amma cumhuriyyet.az olaraq mediadan topladığımız məlumatlarda maraqlı və ilginc faktlar yer alır. Rəfael Cəbrayılovla bağlı iddialardan birinin yaranmasına səbəb keçən seçkilərlə bağlıdır. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər.

Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin. Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olunduВ».

Bu məqamda xatırladaq ki, R.Cəbrayılovun necə deputat seçilməsi barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə mediada yayılan məlumatlarda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Elə həmin vaxtlarda o xəbər də yayıldı ki, Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rəfael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri vardır. Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır.

Maraqlıdır ki, deputat o zamanlar məhz iddialara tutarlı cavab verə bilmədiyi üçün zaman-zaman mətbuatdan qaçmağı üstün tutmuşdu. Milli Məclis tarixində “həm pulundan, həm də sağlamlığından” oldu deyə biləcəyimiz şəxslərdən biri olan R.Cəbrayılovun yaxın çevrəsi deputatın həmin ərəfələrdə güclü stres keçirtdiyini deyirlər. R.Cəbrayılovun bir neçə dəfə məlum hadisələrdən sonra yaşadığı stresə görə müalicə olunduğu iddia olunur.

Belə ki, araşdırmalar zamanı məlum olur ki, Gülər Əhmədova söhbətindən özünü xilas edə bilən deputatın biznesinin çöküşü indi onun qarşısında duran ən böyük problemlərdən birinə çevrilib. İş ortaqlarının kənara çəkilməsindən sonra çıxılmaz vəziyyətdə qalan R.Cəbrayılov üçün bu dəfə deputatlıq qalxanına daha çox ehtiyyac yaranıb. Qeyd edirlər ki, seçkidən seçkiyə seçiciləri yada salan R.Cəbrayılov nə parlamentdə Şirvanın problemlərini dilə gətirib, nə də verdiyi vədlərə əməl edib. Geniş biznes şəbəkəsinə sahib Rəfael Cəbrayılovla bağlı qalmaqallar bununla yekunlaşmır. Belə ki, R.Cəbrayılovla bağlı son dövrlərdə üç xoşagəlməz xəbər yayılıb. Hər üçündə də deputat və qardaşı başqalarının pulunu mənimsəməkdə ittiham olunur. Bakı şəhərində yerləşən “Lombard”da işləyən Osman Hacıyevin müəssisənin daimi müştərisi Mirəhməd Abbasovla dostluq əlaqəsi yaranıb. M.Abbasov övladları üçün ev almaq istəyən O.Hacıyevə deputat Rafael Cəbrayılovla şərik olduğunu və ona çox münasib qiymətə ev ala biləcəyini söyləyib. Evin kvadrat metrində çox böyük endirim etdirən Mirəhməd Abbasov Osman Hacıyevin etimadını qazanıb. Osman Hacıyev Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan “Dərhal” MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşən kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili alıb. Bunun üçün Mirəhməd Abbasova 52 min manat ödəyərək, mənzilin müqaviləsini və ödəmə çekini təhvil alıb. 14 sentyabr 2012-ci ildə Elşən Cəbrayılovla bağladığı müqavilə ilə ev sahibi olduğunu düşünən Osman Hacıyev binanın başa çatmasını gözləməyə başlayıb.

Lakin bu yaxınlarda bina ilə bağlı şikayətlər artınca, o, da narahat olaraq, 52 min manat (O zamanın kursu ilə 66 min dollar) ödədiyi evin taleyi ilə maraqlanmağa başlayıb. Lakin gözləmədiyi bir münasibətlə qarşılaşıb. “Dərhal” MMC-dən bildirilib ki, “sənin müqavilən ləğv edilib və ev-filan yoxdur”. Osman Hacıyev haqlı olaraq, pulunu istədikdə isə, “Get məsələni Mirəhmədlə həll et” deyə, kobud cavab alıb. Daha sonra isə Mirəhməd Abbasov R.Cəbrayılovla anlaşaraq, bütün pulları guya deputatın sürücüsünün mənimsədiyi yalanını ortaya atıb: “İddia etdilər ki, guya mən də pulu sürücüyə vermişəm. Halbuki müqaviləni mənimlə imzalayan Elşən Cəbrayılovdur, qəbzi də təqdim edən Mirəhməd Abbasov. Mən tanımadığım və aylıq maaşla çalışan şəxsə necə bu qədər pulu əmanət edə bilərdim? Bütüm bunlar Azərbaycan millət vəkili adına yaraşmayan dələduzluqdan başqa bir şey deyil. Əgər deputat yaxınında olanlardan xəbərsizdirsə, lütfən sinəsində gəzdirdiyi deputat nişana hörmət əlaməti olaraq, bu özbaşınalığa çarə qılsın”. Qeyd edək ki, Osman Hacıyev Cəbrayılovların ilk qurbanı deyil. Artıq neçənci şəxsdir ki, Rafael Cəbrayılov və qardaşlarının aldatmasından şikayət edir. Belə ki, cumhuriyyet.az araşdırma zamanı mediada yer alan digər bir faktı da aşkarlayıb ki, Cəbrayılovların “Nikoil” Bank ilə də analoji problemi yaranmışdı. O zaman millət vəkili “Dərhal” MMC-yə zamin durduğu üçün məhkəməyə verilmişdi. Belə ki, “Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatova məhkəmədə qələbə qazanmışdı. Bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının , cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və “Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə , həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib. Məhkəmə həmin iddianı qismən təmin edərək, borcun cavabdehlərdən müştərək qaydada tutulması, Binəqədi rayonunda yerləşən ofis sahəsinə dair hüquqların yönəldilməsi və 5 otaqlı mənzilin hərracda satıldıqdan sonra mənzilin ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edib.

Həmin qətnamədən narazı qalan qarşı tərəf isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini qismən təmin edib. Belə ki, mənzilin satılması və boşaldılması ilə bağlı hissə ləğv edilib. Digər hissələr isə dəyişdirilməyib. Göründüyü kimi, “Nikoil” Bank güclü olduğu üçün öz haqqını Cəbrayılov qardaşlarından sökə-sökə alıb. Bu qərarla Azərbaycanda ilk dəfə məhkəmə millət vəkili əleyhinə qərar çıxarıb. Ancaq o zaman da məhkəməyə ağır təzyiqlərin olduğu bildirilirdi. İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır. M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir. İki ilə yaxındır ki, döymədiyi dövlət dairəsi qalmasa da, heç bir qurum Rafael Cəbrayılovun özbaşınalığı qarşısında səsini çıxarmaq istəmir. Əvəzində isə Cəbrayılov illərdən bəri Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı istifadə etdiyi reket mətbuatında M.Qurbanovanı ağır şəkildə təhqir etdirir. Yəni, bir deputat düşünün, Azərbaycan qadınının pulunu mənimsəyib, özünü isə ləkələməklə məşğuldur. Doğrudan da, rüsvayçı bir durumla qarşı-qarşıyayıq. Bu isə qeyd olunan kimi R.Cəbrayılovun ilk işi deyil. Bəs illərdən bəri insanları aldadan, vəzifəli şəxslər haqqında yalan informasiyaları mətbuata ötürən Cəbrayılov kimə arxalanır? Ötən ilin son aylarına qədər sabiq deputat Çingiz Əsədullayevlə yediyi-içdiyi ayrı olmayan Cəbrayılovun şəriki Mirəhməd Abbasov söhbətlərində sabiq nazir Eldar Mahmudovun adından istifadə edirdi. İndi isə başqa bir vəzifəli şəxsin adından istifadə edilir. Lakin R.Cəbrayılovun həm də baş nazirin müavini Əli Həsənovla yaxın münasibətinin olduğu və “Qaçqınkom” sədrinin onun gizli şəriklərindən olduğu vurğulanır. Qeyd edək ki, prezident dəfələrlə sahibkarlara dəstək verilməsinin vacibliyini vurğulayıb və iş adamlarının incidilməsini bu cümlələrlə ifadə edib: “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır”. Prezidentin bu çıxışından örnək götürməyən Cəbrayılov isə təkcə iş adamlarını deyil, adi vətəndaşları da incitməkdədir. Qarşı tərəfə də cavab haqqı tanıyırıq.(azxeber)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onlar neyrtallaşdırılmalıdır!: Azərbaycanda təxribat törədə bilərlər - ÇAĞIRIŞ
Bu gün, 07:15
Rusiya və İranın təsir dairəsi genişlənir: Türkiyə bazalarının Azərbaycanda yerləşməsi... - AKTUAL
Bu gün, 07:12
Sektor müdirindən ibtidai təhsilin 5 illik olması təklifinə ETİRAZ - "Qəti ehtiyac yoxdur"
Bu gün, 07:10
Limonun ədədi 1,50 oldu... - BU MƏHSULLAR DA BAHALAŞACAQ!
Bu gün, 07:08
Rusiyanın müharibə iqtisadiyyatı tənəzzülə uğrayır - AMMA...
Bu gün, 07:02
Azərbaycan İranın düşməni deyil - amma Tehran belə düşünmürsə...
Bu gün, 07:00
Ukraynanın Avropa yolundakı Orban əngəli – Bu səddi necə keçməli?
Bu gün, 06:58
SOCAR-da QAYÇILAMA davam edir - BU DƏFƏ İSƏ...
Bu gün, 06:54
“Yaxın günlərdə bizi sürpriz xəbər və hadisələr gözləyə bilər…” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 06:34
“Pomidor məsələsi” Kremlin cılızlığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Ukrayna onları “qara siyahı”ya saldı - BUNA GÖRƏ
Bu gün, 06:27
Rusiyanın Bakıya təzyiqi haqda inanılmaz iddia – “Mümkün deyil! Buna getmərik!”
Bu gün, 06:24
Rusiya Azərbaycan internetinə hücuma hazırlaşır? - Rəqəmsal təhlükə qapımızdadır!
Bu gün, 06:19
Bakı Vətən təhlükəsizliyini heç bir münasibətə qurban vermir - Kənardan idarəetmə modelinə qarşı
Bu gün, 00:44
O kapitana zəng edildi – “Azərbaycanla müharibə gedir”
Bu gün, 00:33
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb
Bu gün, 00:28
Azərbaycan polisi 107 yaşını qeyd edir
Bu gün, 00:15
"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım
Bu gün, 00:04
Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar - FOTO
Bu gün, 00:01
Şıxlinskinin oğlu atasının həbsindən DANIŞDI
Dünən, 23:46
Məşhur diaspor lideri Şahin Şıxlınski də saxlanıldı
Dünən, 21:21
İmtahanda 96 toplayan şagird attestatda 3 alıb - Məktəb qiymətlərinin uyğunsuzluğu mübahisə yaratdı
Dünən, 18:10
Ermənistanda Rusiya kanalları bağlanacaq - RƏSMİ
Dünən, 18:07
Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb
Dünən, 18:01
Rusiya MN-in təyyarəmizin vurulmasını əmr etdiyi anın - Sensasion səs yazısı
Dünən, 17:59
Rusların Azərbaycandakı məktəbləri də bağlanır - QƏRAR VERİLİB
Dünən, 17:55
Hakim Sülhanə Hacıyevanın hakimlik fəaliyyəti bitib
Dünən, 17:49
Rusiyanın Ermənistana total hücumu - Lavrov KTMT-nin toplantısını İrəvana qarşı çevirib
Dünən, 17:46
“Kupça”sız Azərbaycan – əmlakın var, amma sənin deyil paradoksu!
Dünən, 14:57
2006 müəllim sertifikatlaşdırma imtahanında keçid balını toplaya bilməyib
Dünən, 14:49
DİN “Sputnik Azərbaycan” işinə görə cinayət işi başladıb, həbslər var
Dünən, 14:39
Rusiyanın azərbaycanlılara hücumları davam edəcək - Ekspert səbəbləri açıqladı
Dünən, 14:35
Solovyov Azərbaycanı görün, nə ilə hədələdi... - AÇIQLAMA
Dünən, 12:35
Sayt rəhbərinin məhkəməsi: - şahid danışdı
Dünən, 12:19
Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:18
Sumqayıtda çörəkçi Tofiq sahibkarın çörəyini kəsib? - Əmlak dağıdılıb, 40 min manatlıq ziyan...
Dünən, 12:16
Paşinyan II Qaregini Patriarxatlığı tərk etməyə çağırıb
Dünən, 12:11
Ermənilərin "nökər"ləri İsveçrədə pərişan oldu - GƏLİŞMƏ
Dünən, 12:09
Azərbaycana qarşı ikili plan – “Zəngəzurda müharibə” və “Zəngilandan hücum”…
Dünən, 12:06
“Umico” adını və logosunu dəyişdi - FOTO
Dünən, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Dünən, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Dünən, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Dünən, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Dünən, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Dünən, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Dünən, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Dünən, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Dünən, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Dünən, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru