SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                     Problemli kreditlər sürətlə artır: nə baş verir? .....                     Gəncə İdman Sarayında tikinti işlərinin davamına .....                     "MİDA" MMC auditor seçdi .....                     AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır .....                     Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR .....                     Gəlininə qumbara atan qayınataya .....                     Putinin İrəvanla bağlı yeni planları var... .....                     “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... .....                     “Niyə iki il ərzində şikayət eləmirdin?” .....                     Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi .....                     Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” .....                     İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? .....                     "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR .....                     “Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” .....                     Müğənni Zaur Mikayılovdan şikayətləndi .....                     Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? .....                     "Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" .....                     "Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" .....                     ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər .....                     "Sevdiyim adamın hər şeyini görmək istəyirəm" .....                     Zibil məsələsi də “zibilə” dönüb .....                     GDU-da nə işlər çevrilir... .....                     Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... .....                     "Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." .....                     3 illik zəmanət vermişdilər... .....                     Xalq artisti görün, nədə ittiham olunur .....                     Bu bank müştərilərinin DÜŞMƏNİDİR? .....                     'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? .....                     "Xarici Münaqişələr Nazirliyi" .....                 

PROFESSOR-REKTOR DAVASI PİK NÖQTƏDƏ
Tarix: 29-05-2012, 14:50 | Çap et
PROFESSOR-REKTOR DAVASI PİK NÖQTƏDƏ

В«MƏNƏ QARŞI FAŞİST JARQONU İLƏ MÜBARİZƏ APARIRLAR…»

Professor, İqtisad elmlər doktoru Bədirxan Musayev: В«Cənab Hacıyev, baldızınız qızı Milana Rəsulovanı necə baş mühasib təyin etmisiniz? Bu В«Korrupsiya haqqındaВ» qanuna necə uyğundur? Bəlkə kürəkəniniz, qudanızın kürəkəni haqqında danışasınız? O zaman cəsarətiniz varsa, universitetdə oxumayan bir gəncə hərbi xidmətdən yayınmaq üçün saxta arayış verən və buna görə məhkəmə qərarı ilə barəsində hökm çıxarılmış şəxsi necə vəzifədə saxladığınızı açıqlayın…».

-----------------------------
“Əmin olun ki, hakimlərlə yolumuz kəsəcəyinizi düşünməniz, sonda sizin özünüzü uçuruma aparacaq. Hakimlər yolumu kəssə də, dilimi, qələmimi, savadımı, mübarizliyimi kəsə bilməz”

----------------------------

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) professoru, Dövlət Mükafatı Laureatı, Azərbaycanda yeni iqtisadi kibernetikanın yaradıcısı, ölkə və xarici dövlətlər üzrə 60-dan çox elmlər doktoru və namizədi yetişdirmiş iqtisad elmləri doktoru Bədirxan Musayev DİA.AZ-a çox maraqlı məktub göndərib. Prezident İlham Əliyevə müraciətində professor ömrünün 60 ilini həsr etdiyi ADİU-dan rektor Şəmsəddin Hacıyev tərəfindən qanunsuz işdən azad olunmasından tutmuş, professor olaraq bu günədək universitetə buraxılmamasına qədər, həmçinin, məhkəmə hakimiyyətindəki özbaşınalıqlarına və universitetdə baş verən digər faktlardan söz açıb:

- Yəqin 28 may В«Respublika günüВ» ilə bağlı cənab prezidentimizin çıxışına diqqət etdiniz. O, çıxışında xüsusi vurğuladı ki, bugünki Azərbaycanın elmi əsasını sovet dövrünün elm adamları qoyublar və qoymaqdadırlar. Amma təəssüf ki, bu gün Şəmsəddin Hacıyev prezidentin bu sözündə olan hikməti, mesajı da anlamaq istəmir. O, ömrünün 60 ilini İqtisad universitetində keçirən Bədirxan Musayevə qarşı faşist jarqonu ilə mübarizə aparır. Hətta mandatı, şəxsi əlaqələri və pulunu da mənə qarşı haqsız hərəkət və əməllərinə sərf etməkdədir. Təsəvvür edin ki, universitetin bu gün də professoruyam, amma məni girişdən içəri də buraxmırlar. Üstəlik, Ş.Hacıyev bu gün məhkəmələri də oyuncaq vəziyyətinə gətirib. Səbail Rayon Məhkəməsinin hakimləri qeyri-rəsmi söhbətlərində açıq etiraf edirlər ki, deputata qarşı qərar çıxara bilməzlər. Hazırda Səbail məhkəməsinin işə bərpa və digər əsassız qətnamələri ilə bağlı apellyasiya şikayəti vermişəm. Mayın 30-da işə bərpa ilə bağlı Bakı Apellyasiya Məhkəməsində hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə şikayətimə baxılacaq. Ümid edirəm ki, rektorun əli bu məhkəməyə çatmayacaq və hakim Kəmaləddin Bədəlov, nəhayət, ədaləti bərpa edəcək. Əks halda, Ali Məhkəmə mərhələsini də aşıb, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacağam.

Rektorun ona qarşı belə aqressivliyinin səbəbini professor belə izah edib: В«Bilirsiniz, mən, rektordan başqa əksər yüksək vəzifələrdə işləmişəm. 7 ay əvvələ qədər isə rektorun müşaviri və В«İqtisadi KibernetikaВ» kafedrasının müdiri vəzifələrində işləmişəm. Konkret sualınıza gəlincə, mən universitetdə baş verən bəzi qanunsuzluqlara açıq etiraz etdiyim üçün indiki vəziyyətlə üzləşmişəm. Rektorun müşaviri işlədiyim dövrlərdə onun bütün göstərişlərini qeyd-şərtsiz yerinə yetirmişəm. Amma sonuncu göstərişi cinayət tərkibli olduğundan imtina etdim. Və cənab prezidentə açıq məktub yazdım. Eyni zamanda, rektora 14 maddəlik təklilərimi yazıb, ondan rüşvətxorluğu, tayfabazlığı, yerlipərəstliyi yığışdırmasını istədim. Hər şey də bundan sonra başladıВ».

Kafedra müdiri vəzifəsindən qanunsuz azad olunmasını Təhsil Nazirliyinin 09 mart 2011-ci il tarixli 400 saylı əmrinin müvafiq bəndləri ilə əsaslandıran professor qeyd edir ki, rektor qanunlara burada da məhəl qoymayıb: В«Rektor əvvəlcə nazirliyin adıçəkilən əmrinin 1.8 bəndinin tələblərini də kobud şəkildə pozdu. Belə ki, mən həmin bəndin (“Kafedra müdirliyinə iddiaçı ərizəsini rektor tərəfindən təyin olunma haqqında əmr verilənədək istənilən vaxt geri götürə bilərВ») tələbinə əsasən kafedra müdiri olmamaq haqda, digər kafedralar üzrə 10 nəfər namizədlə birlikdə rektora ərizə verdim. Amma o, 9 nəfərinin ərizəsini qəbul etsə də, mənimkini rədd etdi. Bundan sonra rektor 400 saylı əmrin 2.2 və 2.3 maddələrinə də açıq hörmətsizlik nümayiş elətdirdi. Beləliklə, kafedra müdiri olmamaq üçün ərizə yazmağımla bərabər, mənim hesabatım seçki komissiyasında dinlənilməmiş və müzakirə olunmayıb. Bundan əlavə, idarəetmə sahəsində qabiliyyət və bacarığımı müəyyənləşdirmək üçün anket sorğusu da aparılmayıb. Rektorun digər bir qanunsuzluğu isə ekspert və müvafiq kafedraların rəyinin öyrənilməməsidir. Beləliklə, Şəmsəddin Hacıyevin yaratdığı və barmaq işarəsi ilə oturub-duran komissiya da öz üzərinə düşən ağır məsuliyyətə xəyanət etmişdir. Universitetin faşizm fəlsəfəsi ilə idarə olunmasının daha bir sübutu isə odur ki, 26 oktyabr 2011-ci ildə kafedra müdirliyi seçkisində məni tərifləyənlər cəmi 5 gün sonra В«top atəşiВ»nə tutublar. Sizcə, bu, necə ola bilərdi? Nədən tapşırıqla sonradan mənim seçkimi gizli səsverməyə çıxarıb, orada məni təhqir etdirdi? Bütün bunlar universitetin faşist üsul-idarəsilə idarə olunması deyil, bəs nədir?В».

Mövcud qanunlara görə, boş kafedra müdiri vəzifələrinə bir ay müddətində elan verilib, seçki keçirilməsi vurğulansa da, İqtisad Universitetində bu qanuna da əməl olunmur. Professor deyir ki, rektorun rəhbərlik etdiyi kafedra başda olmaqla, 7 belə kafedra üzrə indiyədək elan verilməyib: В«Amma mənə qarşı çoxbaşlı kombinasiya hazırlayıb, kafedra müdirliyindən də qanunsuz azad etdi.

Daha sonra müşavirlik vəzifəsindən azad olunmasına toxunan professor yazır ki, rektor onu çox gülünc və əsassız bəhanələrlə bu vəzifəsindən də azad edib: В«Yazıb ki, əmək funksiyasını yerinə yetirə bilmədiyinə və səhhətinə görə vəzifələrindən azad olunur. Şübhəsiz ki, o, В«əmək funksiyasıВ» deyəndə, rüşvət mexanizmində bir neçə В«Fatı qalx, fatı oturВ» prinsipi ilə işləyənlər, bir tikə çörəyə görə 5-6 gün içində 180 dərəcə mövqeyini dəyişən və üzə duranlar kimi işləyə bilmədiyimi nəzərdə tutub. Belədirsə, düz yazıb. Amma konkret qanuni səlahiyyətlərimlə bağlı yazıbsa, belə çıxır ki, onda Maştağadakı Ruhi Dispanserdə onun ciddi müalicəyə böyük ehtiyacı vardır.

Səhhətimlə bağlı məsələyə gəldikdə isə, rektor məni işdən azad etdikdən 14 gün sonra Mərkəzi Klinik Xəstəxanadan arayış aldırıb. Diqqət edin aradakı tarix fərqinə, buna hansı qanuni donu geyindirmək olar?

O arayışa gəldikdə isə deyim ki, orada Mərkəzi Kliniki Xəstəxanaya müraciətlərimin tarixləri qeyd olunub. Bütün bunları isə vaxtilə özüm universitetin mühasibatlığına vermişəm. Digər tərəfdən, işlədiyim müddətdə bir dəfə də olsun, xəstəliklə bağlı işə getməməyimi təsdiqləyən bir sənəd də yoxdur. Üstəlik, mənə buna görə nə bir irad, nə bir xəbərdarlıq olunub. Tam əksinə, həmişə təriflənmiş, maaşımı da tam almışam. Ancaq məhkəmə işinə görə, həm də onun bu bəhanəsini də əlindən almaq üçün sağlamlıq arayışı da almışam. Amma təəssüf ki, bu qədər əsas olmasına rəğmən, Səbail məhkəməsi açıq dedi ki, universitet bu rayonda yerləşdiyi və o, deputat olduğu üçün ədalətli qərar verə bilmirlər. Ancaq mən şübhə etmirəm ki, ortada rüşvət də rol oynadı. Çünki uzun illər bir yerdə işləmiş şəxs kimi, onun qanunsuz metodlarını da dəqiq bilirəmВ».

Professor hazırda universitetdə yaşı 80-dən yuxarı olan 18 nəfərin çalışdığını da sözlərinə əlavə edərək, bildirib ki, rektorun yaşlı alimlərə qarşı В«allergiyasıВ» var: В«Rektor hər zaman yaşlıları təhqir edib. Onları alçaltmaqdan sanki ləzzət alıb. Bəzi dairələrə deyib ki, məni guya yaşımla bağlı azad edib. Amma məndən yaşlı universitetdə xeyli adam çalışır. 80-dən yuxarı 18 nəfər, 75-80 yaşında 22 nəfərdir. Eyni zamanda, 70 nəfərdən çox xüsusi büdcə hesabına işə götürülüb. Bəs, görəsən mən niyə azad olunmalıydım ki? Bundan başqa, 30-dan çox məsləhətçi vəzifəsinə, özü də bəzilərinin fiziki və zehni imkanları məhdud olmasına rəğmən, işə adam götürüb. 2-3 il xəstə yatanlar, elmi dərəcəsi olmayanlar məsləhətçi vəzifəsinə əmrlə qəbul edildiyi halda, mənə niyə bu şans tanınmır? Nədir Şəmsəddin Hacıyevin bu kinin səbəbi?В».

Bədirxan Musayev onu da məktubuna əlavə edib ki, qarşıdakı aylarda Şəmsəddin Hacıyev nüfuzlu bir neçə alimə qarşı da ona qarşı qurduğu planı tətbiq edəcək: В«Mən bilirəm ki, o, bir neçə kafedra müdiri və professora qarşı da analoji addımı atmağa hazırlaşır. Çünki həmin professorlar və bir neçə alimlər sözlərini açıq və üzə dediklərindən, Şəmsəddin Hacıyevin hər zaman qorxulu röyası sayılırlarВ».

Sonda professor Şəmsəddin Hacıyevin özünəməxsus idarəçiliyində önəmli yer tutanların kimliyini də açıqlayıb: В«Vaxti ilə akademik Cəlal Əliyev Ş.Hacıyev haqqında Ayaz Mütəllibovun skripkaçalanı demişdir. İndi bu skripkaçalan universiteti şəxsi ansamblına döndərib, dirijor çubuğu ilə bir ovuc yerliləri və məddahların vasitəsiylə korrupsiya yuvasını genişləndirməkdədir. Özü rektor, millət vəkili, komitə sədri və kafedra müdiri olmaqla bərabər, həm də doktoranturaya rəhbərlik edir. Gedin işləri qaldırın, görəcəksiniz ki, o, ildə qanunsuz olaraq ən azı 20 nəfərə elmi rəhbərlik edib. İl ərzində bu qədər doktoranta rəhbərlik etmək, hansı qanunla tənzimlənir, Cənab Hacıyev? Bəlkə jurnalistlərə bunu açıqlayasınız? Və yaxud baldızınız qızı Milana Rəsulovanı necə baş mühasib təyin etmisiniz? Bu В«Korrupsiya haqqındaВ» qanuna necə uyğundur? Bəlkə kürəkəniniz, qudanızın kürəkəni haqqında danışasınız? Əlbəttə, bunlardan danışa bilməsiniz. Heç köməkçiniz Zəfər Bayramovun keçmişindən də danışmağa cəsarətiniz çatmaz. O zaman cəsarətiniz varsa, universitetdə oxumayan bir gəncə hərbi xidmətdən yayınmaq üçün saxta arayış verən və buna görə məhkəmə qərarı ilə barəsində hökm çıxarılmış şəxsi necə vəzifədə saxladığınızı açıqlayın. Budurmu, Sizin vətənpərvərliyiniz, milliliyiniz? Bu, milli xəyanət deyil, bəs nədir? Xoşunuza gəlməyənləri və qanunsuz əməllərinizə şəriklikdən imtina edənləri yuxudan nakam qalxan məxluqlar kimi milli xəyanətdə və digər sərsəm fikirlərlə ittiham edirsiniz. Faktdan danışın, Hacıyev. Müraciətlərimlə bağlı barəmdə ora-bura əsassız məlumatlar verirsiniz. Ətrafınıza da deyin, özlərini yığışdırsınlar. Onsuz da bilirəm ki, bu və ya digər faktlardan danışmayacaqsınız. Həmişəki kimi, Siz və ətrafınız susacaq və pusquda durub, hakimlərin əli ilə guya qələbə çaldığınızı göstərməyə çalışacaqsınız. Bunlar mənə keçməz. Mən sizin kimilərini çox görmüşəm. Unutmayın ki, pulunuzun gücü ilə hakimlər əleyhimə qərar çıxara bilər, amma bununla dünyanın sonu gəlməyəcək. Əmin olun ki, hakimlərlə yolumuz kəsəcəyinizi düşünməniz, sonda sizin özünüzü uçuruma aparacaq. Hakimlər yolumu kəssə də, dilimi, qələmimi, savadımı, mübarizliyimi kəsə bilməz. Eynən siz və ətrafınız kimi, onların da buna nə cəsarətləri, nə də qüdrətləri çata bilər. Bu məktubla diqqətinizə çatdırıram ki, əgər mənə qarşı faşist siyasətinizi dəyişməzsəniz, o zaman bu gün mələk donuna girərək, özünüzü qanunların qoruyucusu kimi necə göstərdiyinizi və yuxarıda sadaladığım və sadalamadığım bütün gizlinlərinizi açmaqda davam edəcəyəm. Qoy, ictimaiyyət də, ölkə rəhbərliyi də İqtisad Universitetini hansı vəziyyətə gətirməyinizdən, kimlərin nə işlə məşğul olmalarından və alimləri necə durumlara saldığınızdan xəbərdar olsunlar!В».

Professor sonda onu bildirib ki, əgər vəziyyətə tezliklə müdaxilə edilməzsə, o zaman İqtisad universitetində durum həqiqətən də kritik nöqtəyə yetişəcək: В«Onu da deyim ki, mənə bir necə xarici elmi mətbuatdan üzləşdiyim vəziyyətlə bağlı müraciətlər olunub. Hələki Azərbaycan məhkəmələrini gözləyirəm, ondan sonra atacağım addımları çox dəqiq hesablamışam, İnşallah, şahidi olacaqsınız!В».

P.S. Xatırladaq ki, professor Bədirxan Musayevin bu fikirləri Prezident İlham Əliyevə yazılmış məktubdan götürülüb. Professor bu məktubu bizə təqdim edərkən, dediklərinin sübutu kimi əlavə məlumatlar və sənədlər də verib. Redaksiya olaraq, bu məlumatları araşdıracağıq. Eyni zamanda, əgər qarşı tərəf konkret ittihamlarla bağlı mövqe bildirmək istəyərlərsə, onların da münasibətini dərc etməyə hazır olduğumuzu bildiririk.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb? - AY MAŞALLAH...
Bu gün, 07:41
"Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
Bu gün, 07:38
“Müəllimlər üçün pul yığırlar, 50 manatı bəyənmirlər, 100-dən dəm vururlar” - GİLEY
Bu gün, 07:34
Müğənni Zaur Mikayılovdan şikayətləndi - “Yenə ölkə prezidentinə müraciət edək?"
Bu gün, 07:28
Məktəblərdə “təmir pulu” problemi: ayrılan büdcə hara gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Kreml Cənubi Qafqazda nüfuzunu təhdidlə saxlamağa çalışır" – Qərb mediası
Bu gün, 07:23
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı
Bu gün, 07:18
ABŞ Rusiya ilə ticarəti tam dayandıra bilər - KİV
Bu gün, 07:14
"Sevdiyim adamın hər şeyini görmək istəyirəm" - Pərvin Abıyeva
Bu gün, 07:12
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45
Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31
Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28
'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru