Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

“EUROVİSİON” KORRUPSİYASI
Tarix: 13-10-2011, 15:44 | Çap et
“EUROVİSİON” KORRUPSİYASI

AZƏRBAYCANDA BU ADLA DA PULLAR MƏNİMSƏNİLİR

Azərbaycan hökuməti nəhayət ki, 2012-ci ilin mayında Bakıda keçirilməsi planlaşdırılan 57-ci “Eurovision” mahnı müsabiqəsində iştirak etmək üçün ölkəmizə gələcək bütün qonaqların təhlükəsizliyi üçün yazılı təminat verdi. Bu barədə baş nazir Artur Rəsizadənin “Eurovision” yarışmasının təşkilatçısı olan Avropa Yayımlar Birliyinin (EBU) rəhbərliyinə ünvanladığı rəsmi məktubda bildirilir. Məktubda həmçinin göstərilir ki, Azərbaycan dövləti Bakıya gələcək çoxsaylı xarici qonaqlar üçün viza rejiminin sadələşdirilmək niyyətindədir. Bundan əlavə, baş nazirin məktubunda xüsusi vurğulanır ki, “Eurovision” mahnı yarışması zamanı mətbuat nümayəndəsi və azarkeş kimi gələcək bütün insanların Avropa İnsan Haqları Konvensiyasına uyğun ifadə və sərbəst toplaşma azadlıqları təmin edəcək.

Əlbəttə, A. Rəsizadənin məktubu heç də adı çəkilən öhdəliklərə reallıqda əməl olunacağından xəbər vermir. Xatırlamaq kifayətdir ki, 10 il əvvəl Azərbaycan Avropa Şurasına üzv olarkən rəsmi Bakı öz üzərinə bir yığın öhdəlik götürsə də, onların əksəriyyəti elə kağız üzərində də qaldı.

Lakin bu gün “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı ölkə ictimaiyyətini düşündürən əsas məsələ heç də hökumətin gələn ilin mayında ifadə və sərbəst toplaşma azadlığına nə dərəcədə əməl etməsi deyil. Azərbaycan insanını narahat edən daha ciddi problem ondan ibarətdir ki, bu populyar mahnı yarışmasına ləyaqətlə ev sahibliyi etmək pərdəsi altında bizim “doğma” iqtidar yenidən on və yuz milyonlarla manat neft gəlirlərini göyə sovuracaq və həmin məbləğin də bir xeyli hissəsi, son nəticədə, məmur-oliqarxlarımızın şəxsi bank hesablarını daha da zənginləşdirəcək. Hər halda bunun ilk təzahürləri artıq özünü göstərməkdədir.

Qeyd etmək lazımdır ki, “Eurovision” müsabiqəsinin təşkili bir qayda olaraq külli miqdarda vəsait tələb edir. Doğrudur, ilk müsabiqələr zamanı yarışmanın büdcəsi əsasən EBU-ya daxil olan milli yayım qurumlarının üzvlük haqqları hesabına formalaşdırılırdı. Lakin az sonra yarışmanın təşkilinə çəkilən xərclərin ildən-ilə sürətlə artması bunu qeyri-mümkün etdi. Buna görə də, artıq xeyli müddətdir ki, müsabiqənin büdcəsi yarışmaya ev sahibliyi edən ölkə və təşkilatçı - Avropa Yayımlar Birliyinin (EBU) vəsaitləri hesabına formalaşdırılır.

Özü də EBU-nun müsabiqənin büdcəsinin formalaşdırılmasındakı rolu getdikcə daha artıq dərəcədə simvolik xarakter almaqdadır. Belə ki, EBU yarışmanı qəbul edən ölkəyə müsabiqənin “nümunəvi” büdcəsini təqdim edir ki, burada da yalnız ən zəruri xərclər, ilk növbədə, səhnənin lazımı avadanlıqlarla təhciz olunması öz əksini tapır. Bu xərclərin 50%-ni EBU öz üzərinə götürür. Qalan yarısını isə ölkə öz imkanları hesabına maliyyələşdirməlidir. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, ölkə “nümunəvi” budcənin 50%-dən az vəsait xərcləyə bilməz. Lakin xərclərin yuxarı həddi müəyyənləşdirməyib. Bu isə bəzi ölkələrə xüsusilə “əl-qol” açmaq imkanı yaradır.

Məsələn, Belqradda keçirilən “Eurovision-2008” müsabiqəsinin EBU tərəfindən müəyyənləşdirilmiş “nümunəvi” büdcəsi 6,2 milyon avro təşkil edirdi. Bu o demək idi ki, Serbiya müsabiqənin təşkilinə minimum 3,1 milyon avro xərcləməlidir. Halbuki, real gerçəklikdə Serbiya tərəfi 3,1 əvəzinə 6,2 milyon avro, yəni “limit”dən 2 dəfə çox vəsait xərclədi. Belqraddakı mahnı müsabiqəsinin ümumi büdcəsi isə 9,1 milyon avro təşkil etdi.

Heç bir şübhə yoxdur ki, böyük korrupsiya tutumlu bu tip layihələrin sözün həqiqi mənasında “vurğunu” olan Azərbaycan iqtidarı EBU-nun müəyyənləşdirdiyi “limiti” on, bəlkə də yüz dəfələrlə üstələməyə çalışacaq. Bu baxımdan “Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanın iqtidar mənsubları, ilk növbədə də, məmur-oliqarxlara daha da zənginləşmək üçün əlverişli imkan yaradır.

İnidiyədək keçirilmiş “Eurovision” müsabiqələrinin ən bahalısı bu il Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş yarışmadır. Həmin müsabiqənin təşkilinə ümumilikdə 47 milyon avro xərclənmişdir. Lakin indidən qəti əminliklə demək olar ki, Azərbaycan bu göstəricini xeyli geridə qoyacaq. Doğrudur, etiraf etmək gərəkdir ki, bunun obyektiv səbəbləri də vardır. Belə ki, Bakı sonuncu müsabiqənin keçirildiyi Düsseldorfla müqayisədə daha zəif inkişaf etmiş infrastruktura malikdir və bu mənada xərclərin nisbətən çox olması təbii qarşılanmalıdır.

Bir neçə ay əvvəl ilk dəfə olaraq “Eurovision-2012” müsabiqəsinin təşkilinə çəkiləcək xərclərin təxmini məbləği açıqlananda bu nisbətən anlaşıqlı qarşılandı. Belə ki, yerli mütəxəssislərin hesablamalarına görə, bilavasitə yarışmanın keçriləcəyi zalın inşası istisna olunmaqla, Bakıda mahnı müsabiqəsinin təşkilinə təxminən 110 milyon manat vəsait tələb olunurdu.

Təəsssüflər olsun ki, hadisələrin sonrakı inkişafı real xərclərin ilkin olaraq bəyan edilən bu məbləğdən dəfələrlə artıq olacağını göstərdi. Ən əsası isə, bu artımı Bakıdakı mövcud infrastrukturun zəif inkişafı ilə izah etmək qeyri-mümkündür. Məsələn, aydın oldu ki, “Eurovision-2012” müsabiqəsinə hazırlıq işləri çərçivəsində həyata keçirilən Bayıl qəsəbəsindən Bayraq Meydanına qədər 2 km-lik avtomobil yolunun əsaslı təmiri və yenidən qurulmasına hökumət 65 milyon manat vəsait xərcləcək. Müsabiqənin keçiriləcəyi Bayraq Meydanının abadlaşdırılması və həmin ərazinin enerji infrastrukturunun yaradılmasına isə əlavə olaraq 55 milyon manat ayrılması nəzərdə tutulur.

Bundan əlavə, Bakı şəhərində binaların fasadlarının təmiri, işıqlandırılması və əhalinin köçürülməsi üzrə işlər “Eurovision”a hazırlığın tərkib hissəsi hesab olunaraq, bunların reallaşdırılmasına dövlət büdcəsindən yalnız 2011-ci ilin ikinci yarısı üçün 198,19 milyon manat vəsait ayrılıb. Hesablamaq çətin deyildir ki, təkcə bu üç istiqamətdə işlərin görülməsinə 318,19 milyon manat (408 milyon ABŞ dolları) vəsait xərclənməsi nəzərdə tutulur.

Əgər Bakıda turizm infrastrukturunun inkişafına, şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsinə, ingilis dilində informasiya sistemlərinin yaradılmasına və nəhayət, Bayraq meydanında 25 min tamaşaçı tutumu olan Baku Crystal Palace adlı yeni idman-konsert kompleksinin inşasına və T. Bəhramov adına stadionun təmirinə xərclənəcək vəsaitləri də bura əlavə etsək astronomik bir rəqəm alınar. Azərbaycan iqtidarının artıq çoxdandır ki, “qiqantomaniya”ya xəstəliyinə düçar olduğunu nəzərə alsaq heç də təccüblü deyil ki, Bakı müsabiqəsi çəkilən xərclərin həcminə görə “Eurovision”ın bütün əvvəlki rekordlarını təzələyəcək.

Hərçənd ki, qonaqların sayi Almaniyadakı sonuncu müsabiqə ilə müqayisədə xeyli az olacaq. Xatırladaq ki, Düsseldorfdakı “Eurovision-2011” müsabiqəsində 70 min qonaq iştirak etmişdi. Amma nəzərə almaq lazımdır ki, Düsseldorf necə deyərlər Avropanın “göbəyində” yerləşirdi və həmin qonaqların əksəriyyətini də Almaniyanın da daxil olduğu Şengen zonası dövlətlərinin vətəndaşları təşkil edirdi. Bu qədər insanın isə min kilometrlərlə yol qət edərək Bakıya gələcəyi sözün düzü inandırıcı görünmür. Ehtimal etmək olar ki, Bakı yarışmasına gələcək xarici qonaqların sayı maksimum 10-15 min nəfərdən artıq olmayacaq.

Lakin bütün bu reallıqlar Azərbaycan rəsmilərini az maraqlandırır. Onlar açıq etiraf edirlər ki, Bakı yarışmasının qonaqları və iştirakçılarını təəccübləndirmək əzmindədirlər. Məhz bu məqsədlə orijinal bir qurğu olacaq Baku Crystal Palace idman-konsert kompleksinin tikintisinə start verilmişdir. Almaniyanın Alpine Bau Deutchland AG şirkəti tərəfindən həyata keçirilən bu layihənin dəyəri açıqlanmasa da, bütün dünya standartlarına cavab verəcək belə bir əzəmətli kompleksin inşası yəqin ki, on milyonlarla manata başa gələcək.

Hərçənd ki, “Eurovision-2012” mahnı müsabiqəsi məhz Baku Crystal Palace-da keçiriləcəyi hələ sual altındadır. Hər halda, bu il oktyabrın 7-8-də EBU-nun Cenevrədə keçirilən Məşvərət qrupunun növbəti iclasında xarici mütəxəssislər belə bir rəydə olduqlarını bildiriblər ki, Bakı yarışmasının keçirilməsi üçün ən optimal yer Tbilisi prospektindəki H. Əliyev adına idman-əyləncə kompleksidir. Bu isə o deməkdir ki, tikintisinə milyonların xərclənəck Baku Crystal Palace-ın son nəticədə lazlmsız bir obyektə çevrilmək ehtimalı kifayət qədər realdır.

Doğrudur, bəzi “optimistlər” iddia edirlər ki, Baku Crystal Palace “Eurovision-2012” müsabiqəsində istifadə olunmasa belə, sonradan bakılılara xidmət göstərəcək. Amma bəla burasındadır ki, Bakının movcud idman və konsert komplekslərinin əksəriyyəti tələbat olmaması ucbatından ilin əksər hissəsində istifadəsiz qalır. Və yaxud tədbirlər keçirildikdə belə onlar tamaşaçı qıtliği ilə üzləşirlər. Məsələn bu yaxınlarda boks üzrə dünya çempionatının keçirildiyi Tbilisi prospektindəki H. Əliyev adına idman-konsert kompleksinin 7,5 minlik zalı ən yaxşı halda yalnız yarıya kimi dolurdu. Belə bir vəziyyətdə yeni nəhəng kompleksin inşasının məqsədəuyğunluğu ciddi şübhələr doğurur.

İstisna etmək olmaz ki, “Baku Crystal Palace” kompleksini də İmişlidəki “MKT-Araz” stadionunun taleyi gözləyir. 8 500 tamaşaçı tutumu olan və dövlət başçısı İlham Əliyevin iştirakı ilə 2006-cı ilin martında təmtəraqlı açılışı keçirilən bu idman qurğusu Bakıdakı T. Bəhramov stadion istisna olmaqla o zaman ölkədə beynəlxalq standartlara cavab verən yeganə stadion idi. Lakin cəmi bir il keçməmiş “MKT-Araz” klubunun bankrot olması səbəbindən həqiqətən də analoqu olmayan bu stadion istifadəsiz qaldı və bu gün yerli inəklərin otlaq sahəsinə çevrilib.

Ən maraqlısı isə odur ki, indiyədək “Eurovision-2012” müsabiqəsinin keçiriləcəyi məkan barədə yekun qərar yoxdur. İlk əvvəl bildirilmişdi ki, müsabiqənin Bakının hansı kompleksində keçiriləcəyi iyunun sonunda müəyyənləşəcək, lakin daha sonra qərarın qəbulu avqustun axırına kimi təxirə salındı. İndi isə bəyan edilir ki, yekun qərar noyabr-dekabr aylarında qəbul ediləcək. Bu isə mahnı müsabiqəsinin keçirilməsinə namizəd olan hər üç obyektdə - “Baku Crystal Palace”-ın inşasında, T. Bəhramov adına stadion və H. Əliyev adına idman-konsert kompleksinin təmirində yeni-yeni vəsaitlərin mənimsənilməsi üçün əlavə vaxt qazanılması deməkdir.

Əlbəttə, Bakının daha da gözəlləşməsi, eləcə də şəhər infrastrukrunun yenilənməsi sözsüz ki, hər bir sakinin arzusudur. Amma bir şərtlə ki, bu məsələdə ifrata yol verilməsin. Bəla burasındadır ki, əhalinin qarşılaşdığı saysız-hesabsız təxirəsalınmaz sosial problemlərin həllindən yayınmaq üçün hakimiyyət bir qayda olaraq ölkənin müharibə vəziyyətində olmasından tutmuş 1 milyon qaçqının mövcudluğuna kimi min bir bəhanə gətirir. Lakin eyni zamanda iqtidar nümayəndələri cəmi bir neçə günlüyə Bakıya təşrif buyuracaq əcnəbi qonaqları təəccübləndirmək məqsədilə milyonlar xərcləməyə hazırdırlar.

Halbuki, həmin vəsaitlər hesabına minlərlə insanın sosial problemlərini həll etmək, o cümlədən, yüzlərlə bakılını mənzillə təmin etmək olardı. Sual olunur: hansı daha vacibdir – Bakının dünyada ən uca bayraq qülləsinə və digər “analoqu olmayan” tikililərə sahib olması, yoxsa sıravi şəhər sakininin mənzil şəraitinin yaxşılaşdırılması? Doğrudur, sual ritorik xarakter daşıyır, çünki sadə insan və onun ehtiyacları Azərbaycan iqtidarını heç vaxt maraqlandırmayıb. Bu gün Bakıda həyata keçirilən yenidənqurma işlərinin başlıca məqsədi zahiri bər-bəzəyin və effektin yaradılmasından ibarətdir. Belə ki, Azərbaycanın iqtidar mənsubları üçün inkişaf və tərəqqinin əsas meyarı sıravi vətəndaşın rifahı deyil, xan eşşəyinin palanındakı naxışların sayıdır.

Neftçilərin hüquqlarının müdafiəsi təşkilatının ekspert qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru