Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                 

"Tutulan generalların dustaqlar arasında heç bir hörməti olmayacaq" -Sabiq nazir
Tarix: 17-11-2015, 10:57 | Çap et
"Tutulan generalların dustaqlar arasında heç bir hörməti olmayacaq"
Sabiq daxili işlər naziri İsgəndər Həmidov yeni qandallanan generalları həbsdə nələr gözlədiyindən danışdı: “Hələ çoxlu sayda general var ki, həbs edilməlidirlər və güman ki, ediləcəklər”

Prezident İlham Əliyevin qəfil sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunmasından 1 ay ötür. Bu bir ay ərzində ölkənin gündəmini generalların həbs edilməsi prosesi zəbt edib. Son olaraq MTN generalı Akif Çovdarov bir neçə gün öncə qandallandı. Məlumatlara görə, proses yeni generalların saxlanması ilə davam edəcək.

Qeyd edək ki, Azərbaycanda generalların həbsi yeni hal deyil. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətinə son qoyulduqdan sonra ölkədə başlayan həbs dalğasında bir sıra məşhur generallar dörd divar arasına göndərildi. Onlardan ən məşhuru keçmiş daxili işlər naziri İsgəndər Həmidov idi.

Şahin Musayev, Heydər Əliyev iqtidarının ilk ilində milli təhlükəsizlik naziri işləmiş Nəriman İmranov da həbsə atılan məşhur generallardan idilər. Özü də həmin generallara çox ağır cəza kəsilmişdi. İsgəndər Həmidov 14 il, Şahin Musayev 15 il, Nəriman İmranov ömürlük məhkum edilmişdilər. İsgəndər Həmidov 9 illik həbsdə saxlandı və İlham Əliyev hakimiyyətə gəldikdən az sonra azad edildi. Şahin Musayev isə Qobustan həbsxanasında məşhur qaçış olayı zamanı həbsxanadan qaçmağa cəhd edən vaxt güllənib öldürülmüşdü.

Rəhim Qazıyevlə birlikdə bir qrup saxlanılan şəxsin MTN-in təcridxanasından qaçmasını təşkil etdiyi ittihamı ilə həbs edilən Nəriman İmranovun isə cəzası öncə ömürlük olsa da sonradan 15 ilə endirildi. 10 ilə yaxın məhkumluq həyatından sonra İmranov əfvlə azadlığa qovuşdu.

Sonrakı illərdə də Azərbaycanda məşhur general qandallama halları yaşanıb. Onlardan ən məşhuru DİN-in idarə rəisi general Zakir Nəsirovun 2005-ci ildə həbs edilməsi idi. Zakir Nəsirov məşhur Hacı Məmmədov olayı ilə bağlı həbs edilib və hələ də dustaq həyatı yaşayır. Son bir ay isə Azərbaycanda ən çox sayda generalın həbs edildiyi dövr kimi tarixə düşdü desək, yanılmarıq. Eldar Mahmudovun MTN naziri vəzifəsindən çıxarılmasından bu gün düz bir ay keçir. Bu bir ayda 10-a yaxın general qandallanıb.

Ümumi götürdükdə 1993-cü ildən indiyə qədər ölkəmizdə 20-dən yuxarı general rütbəsi daşıyan adamın dəmir barmaqlıqlar arxasına göndərildiyini araşdırmamız ortaya çıxarıb.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu mövzuda “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Elçibəy hakimiyyəti devrildikdən sonrakı 1995-ci ilin sonlarına qədər olan dövrdə həbs edilən generallarla, ondan sonrakı zamanlarda, xüsusən də son bir ayda həbsə atılan generallar arasında böyük fərqlər var: “Əbülfəz Elçibəy hakimiyyəti devrildikdən sonrakı dövrdə Elçibəy hakimiyyətinin təmsilçiləri sırasında generallar da həbs edildi və onların hamısı siyasi dustaq kimi dünya tərəfindən qəbul edildi. Həmin insanlar qanunları pozmamışdılar. Günahsız yerə həbsə atılmışdılar. Özü də həmin insanlar Azərbaycan qarşısında, onun müstəqilliyi uğrunda böyük işlər görmüşdülər. 1995-ci ildən sonra general həbslərinin yeni mərhələsi başlandı. Bu mərhələ başlanan dövrdən indiyə qədər həyata keçirilən general həbsləri fərqli hadisələrə görə həyata keçirilib. İndi həbs edilən generalların əksəriyyəti isə general olmağa layiq olmayan, bu ölkə üçün heç bir əziyyət çəkməyən adamlardırlar. Onlar ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan, cinayətə qurşanmış adamlardır.

Ona görə də belə saxta generalların cəzalandırılması lazım idi. Biz hələ bir neçə il öncə Azərbaycanda insanlara, xüsusən iş adamlarına divan tutan çetenin olduğu barədə xəbərdarlığımızı etmişdik. Biz dəfələrlə bəyan etmişik ki, hər yetənə general rütbəsi verilməməlidir. Asanlıqla bu cür böyük rütbəyə yiyələnmiş adamlar harınlayacaqlar. Mən bir dəfə müsahibəmdə demişdim ki, bu ölkədə çevriliş olsa onu müxalifət yox, hakimiyyətin öz içində olan harınlamışlar edəcəklər”.

İndiyədək Azərbaycanda 20-dən çox general həbs edilib


İ.Həmidov onu da dedi ki, Azərbaycanda hələ çoxlu sayda general var ki, həbs edilməlidirlər və güman ki, həbs ediləcəklər.

Keçmiş nazir general üçün həbsxanaya düşmənin hansı çətinliklər yaratdığından da danışdı. O vurğuladı ki, xalq hərəkatından çıxmış, çətinliklər, əziyyətlər görmüş generallar üçün həbsxana divarları arasında yaşamaq psixoloji baxımdan o qədər ağır deyildi: “Sovet tanklarının önündə çıxmış, dəfələrlə ölümlə üz-üzə gəlmiş, hər cür əziyyətlərdən çıxmış şəxslər daxilən hər şeyə hazır idilər. Belə adamlar üçün həbs edilmək faciə deyildi. Həbsxanada da onlara hörmətlə yanaşılır. İndi həbs edilən kabinet generalları, heç bir əziyyət görməyən, ancaq pul yığmaqla məşğul olan və harın həyat tərzi keçirən, insanlara işgəncə vermiş generallar üçün isə həbs çox çətin olacaq. Onlar çox ağır psixoloji, mənəvi sarsıntılar keçirəcəklər. Onlara türmədə məhkumların içində yaşamaq çox çətin olacaq. Onların dustaqlar arasında heç bir hörməti olmayacaq. Onların bəzilərinin vaxtı ilə şərləyib tutdurduqları adamlarla həbsxanada üz-üzə gəlmək ehtimalları da var. Həmin generallar, polkovniklər orada çox ciddi sorğuya çəkiləcəklər. Ona görə də həbsxana onlar üçün çox ağır keçəcək. Bizim həbsimizlə onların həbsini eyniləşdirmək mümkün deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru