“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                 

Müxalifət on illər boyu hakimiyyətə gələ bilmirsə...
Tarix: 23-09-2015, 08:40 | Çap et
Müxalifət on illər boyu hakimiyyətə gələ bilmirsə...
Ölkə müxalifəti zaman-zaman “20 ildə hakimiyyətə gələ bilmədiniz” kimi ciddi ittihamla üz-üzə qalır. Hətta bu ittihamı müxalifət düşərgəsindən çıxan liderlər, aktiv gənclər də səsləndirirlər. İddianı səsləndirənlər vurğulayırlar ki, müxalifət on illərlə davam edən bir müddətdə normal mübarizə aparıb hakimiyyətə gələ bilmirsə, siyasi səhnəni tərk edib getməli, siyasi proseslərdən çəkilməlidir. Yəni müxalifət yenilənməli, on illərlə müxalifətdə qalan qüvvələr tərəfdarlarından üzr istəyərək, mübarizələrinin nəticəsiz olduğunu bəyan etməli və siyasi səhnədən getməlidirlər. Söhbətləşdiyimiz ekspertlər məsələyə fərqli müstəvidən yanaşdılar və ölkə müxalifətinin on illiklər boyu hakimiyyətə gələ bilməməsinin səbəblərini, faktları sadaladılar.

Ekspert Natiq Mirinin sözlərinə görə, müxalifətin bu illər boyu iqtidar ola bilməməsi çeşidli səbəblərlə bağlıdır: “O baxımdan ki, həqiqətən Azərbaycanda normal, siyasi rəqabətli şəkildə fəaliyyət göstərmək çox çətindir. Ən azından siyasi qüvvələrə şərait bərabər şəkildə yaradılmayıb. Eyni zamanda siyasi fəaliyyət üçün partiyalara bir çox məhdudiyyətlər yaradılıb. Bundan başqa, partiyalar üçün mütləq mənada konkret maliyyə mənbələri olmalıdır, müxalifətin bu məsələdə çox böyük problemləri var. Bəzi siyasi qruplar bəzən Qərbin müxtəlif səviyyələrdə yardımına möhtac qalırlar. Məhz bu cür yardımların müqabilində hətta məramnamələrində göstərdikləri ideyalarına zidd davranışlar nümayiş etdirirlər. Xüsusilə də Milli Şuranın 2013-cü ildə yaradılması, orada əsas fiqurlardan biri AXCP-nin davranışlarını götürün. Orada da görsənir ki, konkret xarici maliyyələr çərçivəsində bəzən anti-Azərbaycan, antimilli siyasi davranışlar ortalığa çıxa bilir. O baxımdan, həqiqətən də mühit Azərbaycanda çox yararsızdır və bu vəziyyətdə siyasi fəaliyyət göstərmək böyük çətinliklər yaradır. Ancaq bu, yeganə səbəb deyil. Burada başqa səbəblər də var və bu səbəbləri müxalifət partiyalarının idarə olunmasında da axtarmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın siyasi partiyalarında daxili demokratiya anlayışı yox dərəcəsindədir. Əksər siyasi partiyalar nizamnaməyə uyğun davransalar da, əslində avtoritar idarəetmə rejimi ilə idarə olunurlar. Əksər qərarlar bir nəfərin iradəsi ilə qəbul olunur. Ən nəhayət, hakimiyyətə qarşı mübarizə əvəzinə, müxalifət arasında ara müxalifət, birinci olmaq yarışı keçirilir. Bu da zaman-zaman Azərbaycan cəmiyyətində, siyasi palitrada, siyasi müstəvidə xoşagəlməz, dağıdıcı hadisələrə gətirib çıxarır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda klassik partiyalar çox deyil. Bu gün Azərbaycanda tək klassik partiya Müsavatdır. Əksər partiyalar marginal qruplardan ibarət, korporativ maraqlara, maliyyə şəbəkələrinə xidmət edən siyasi qruplardan ibarətdir. Ona görə də hakimiyyət məhz bu faktdan istifadə edərək bu prosesləri çox asanlıqla idarə edə bilir. Ən nəhayət, Azərbaycanda siyasi xəyanət anlayışı AXCP-yə Əli Kərimlinin rəhbərliyindən sonra başlayıb. Bu tendensiya getdikcə Azərbaycanda artan xətlə inkişaf edir. Çox təəssüf ki, bu gün özünü hakimiyyətə satan, təqdim edənlərin sayı o qədər çoxdur ki, hakimiyyət istənilən siyasi qrupu qəpik-quruşa ala bilir. Bu da Azərbaycan siyasəti üçün çox acınacaqlı bir durum yaradıb. Paralel olaraq, ictimai rəydə bu siyasi qüvvələr nüfuzdan düşür. Xalqın içərisində inamsızlığın kökündə duran faktorlardan biri də məhz budur. Ona görə bu gün etirazlara, sosial-siyasi olmasına baxmayaraq, istənilən etiraz aksiyasına müraciət olunursa, xalq küçələrə çıxmır. Bu səbəblər toplusu bütövlükdə Azərbaycanda nəinki hüquqi, hətta siyasi nihilizm vəziyyəti yaradıb. Buna görə də nəticə artıq sıfıra bərabərdir. Bu da yenilənməni və özünütəşkili tələb edir”.

Ekspert Ərəstun Oruclu isə qeyd edib ki, müxalifətin on illər boyu hakimiyyətə gələ bilməməsi ilk növbədə ölkədəki mövcud siyasi sistemin fəsadıdır: “Hakimiyyət var gücü ilə təkcə müxalifəti deyil, bütün qüvvələri, vətəndaş cəmiyyətini, medianı sıradan çıxarmağa çalışır və xeyli də uğur əldə edib. Yəni ilk növbədə bunun səbəbi ölkədəki siyasi sistemi dağıdan iqtidardır. Çünki söhbət təkcə müxalifətdən getmir. Vətəndaş cəmiyyəti də sıradan çıxarılıb. Medianın önəmli bir hissəsi sıradan çıxarılıb. Hətta hakimiyyətin özündə də normal idarəçilik qalmayıb. Hakimiyyət qanadları arasındakı münasibətləri götürsək, bir dəfə də görməmişik ki, məhkəmə icra hakimiyyətinin marağına zidd olan hansısa qərar qəbul etmiş olsun, ya da əksinə. Yəni ölkədə bir idarəçilik piramidası qurulub ki, o piramida yuxarıdan aşağı hər şeyə nəzarət edən sistemdən ibarətdir. Belə olan şəraitdə təbii ki, müxalifət üçün uğur əldə etmək bir o qədər asan deyil. Amma eyni zamanda burada müxalifətin özünün də günah payı var. Hətta Birma diktaturası, Penoçet diktaturası şəraitində də müxalifət bundan kifayət qədər sərt şəraitdə mübarizə aparmağa məcbur olub. Hətta bir sıra hallarda qalib də gəlib. Götürək, Penoçet diktaturasını və yaxud Flippində mövcud olmuş diktaturanı. Həmin diktatura şəraitində müxalifət o qədər inadkar mübarizə apardı ki, son nəticədə qalib gəldi. Digər tərəfdən, xalqı qınamağın tərəfdarı deyiləm. Ona görə ki, xalq yalnız onu təşkilatlandıran bir siyasi qüvvənin arxasında gedir. O pərakəndə şəkildə, orda-burda fəaliyyət göstərə bilər. Belə müqavimətləri İsmayıllıda, Qubada, Mingəçevirdə görmüşük. Bunların hər biri əslində hakimiyyətin siyasətinə xalq etirazlarıdır. Bu xalq etirazlarını siyasi etiraza çevirə biləcək siyasi qüvvənin olmaması, mövcud siyasi qüvvələrə etimadın olmaması bunun pərakəndə qalmasına gətirib çıxarır. Müxalifətin bu məsələlərdə də günahı var. Müxalifət faktiki olaraq özünü təcrid etməklə məşğuldur. Müxalifət ideyalar ortaya qoymalıdır”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru