Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

“25 il keçib onların ideologiyası və prinsipləri demək olar ki, yoxdur” - Elçibəyin köməkçisi müxalifətdən şikayətləndi
Tarix: 1-09-2025, 10:47 | Çap et

Əbülfəz Elçibəy — Azərbaycanın müstəqillik dövrünün parlaq, lakin çətin yollar keçmiş lideri. Onun şəxsiyyəti, insanlara münasibəti və ideyaları hələ də müzakirə mövzusudur.

Bu dəfə Elçibəyin yaxınlarından biri ilə danışaraq onun həyatına, liderliyinə və xatirələrinə dair az tanınan məqamları öyrəndik.

Müsahibimiz, uzun illər onun yanında çalışmış köməkçisi Əli Mürsəloğlu, həm şəxsi xatirələrini, həm də Elçibəyin ideyalarının bu gün gənclər üçün əhəmiyyətini oxuculara təqdim edir.

“Liderlər sonradan yaranmır, insan lider doğulur”

– Bəyin liderliyini necə xarakterizə edə bilərsiniz?

– İlk öncə qeyd edim ki, lider doğulur, liderlər sonradan yaranmır. Əbülfəz bəyin o qədər üstün xarakterləri var idi ki, bu xüsusiyyətlər də onu təbii olaraq liderliyə aparırdı. Onun liderlik keyfiyyətləri çoxdur, sadalamaqla bitməz. Mənim üçün diqqət çəkən ən mühüm cəhətlərindən biri isə insanlara olan münasibəti idi.

Bəy həmişə qadınlara, uşaqlara, böyüklərə hörmətlə yanaşardı. Bir dəfə kəndə getmişdik. Orada xəstə, qüsurlu bir uşaq var idi ki, adətən heç kim ona yaxın durmurdu. Amma bəy həmin uşağın ağzını, gözünü silib öpdü və bağrına basdı. Ola bilsin, heç öz yaxın qohumunu o qədər sevgi ilə qucaqlamamışdı.

Onun insanlara dəyər vermək bacarığı heyrətamiz idi. Məncə, məhz bu insani keyfiyyətləri onu böyük bir liderə çevirən əsas cəhətlərdən biri idi.

– İnsanların bəyə sevgisi necə idi?

İnsanların bəyə sevgisi çox böyük idi. Tədbirlərdə dəfələrlə içəri daxil ola bilmirdik. O qədər sevgi görürdük ki, bəyin vaxtında fərqli bir ab-hava var idi. İnsanlar çox şeyi bilirdi. Bir millət öz xalqının varlığını anlamalıdır. Mən bəyin yalnız bəyə xidmət etmək üçün olmuşam. Bəyə xidmət eyni zamanda xalqa xidmət deməkdir.

– Onun prezidentlik dövründən sonra ən çox qarşılaşdığı çətinliklər nələr idi?
-Daha çox maddi problemlərlə üz-üzə qalırdı. Kənddə yaşayırdı, çətinliklər olurdu – odun, kömür tapılmırdı. 1993-cü illərdə Türkiyənin “Hürriyyət” qəzetindən jurnalistlər kəndə gəlmişdi, ondan müsahibə almaq istədilər. Sual verdilər ki, “Baş verən hadisələrə baxmayaraq, siz çox rahat görünürsünüz, sanki heç nə olmamış kimisiniz. Bunun səbəbi nədir?”

Bəy cavab verdi: “Bir bəyin evi yananda ondan soruşurlar ki, niyə sevinirsən? O isə deyir ki, evin içində o qədər bit-birə vardı ki, hamısı məhv oldu”. Ona görə də mənim üçün bu hadisənin məcazi mənası böyükdür”.

Eyni zamanda, siyasi təqiblər də onun qarşılaşdığı ciddi çətinliklərdən biri idi. Yaxın ətrafına təzyiqlər olurdu, lakin o, heç vaxt geri çəkilmirdi. Təzyiqləri xalqın iradəsini sınamaq cəhdi kimi qəbul edir və təmkinlə cavab verirdi.

– Bəy ətrafındakı insanlara güvənirdi?
-Bəli, güvənirdi. Bəzən bu inamını doğrultmayanlar da olurdu, amma o, heç vaxt ümidsizliyə qapılmır və deyirdi ki, “xalqın içində hər zaman dürüst insanlar tapılacaq”.

“Bəy o rəqslə bir mesaj verirdi xalqa”

– İndiki gənclik Əbülfəz Elçibəyi necə tanımalıdır və bəyin ideologiyasını təbliğ etmək bu gün kifayət qədər aparılırmı? Çox vaxt isə Elçibəy sadəcə toylarda oynanan “Süleymani” rəqsi ilə yad olunur. Bu kifayət edirmi?

– İlk növbədə dürüstlüyü ilə tanımalıdır. Bəy həmişə “azad xalq, azad yaşamaq” prinsipini önə çəkirdi. Onun istəyi bu idi ki, gənclər həmin prinsipləri həyatlarında tətbiq etsin, özü kimi dürüstlüyü və azadlığı nümunə götürsünlər. O, daim istəyirdi ki, xalq öz liderini tanısın, azadlığını dərk etsin və yaxşı ilə pisi ayırd edə bilsin.

Düzdür, “Süleymani” həm gözəl rəqs havasıdır, həm də öz simvolik mesajlarını daşıyır. Amma Elçibəy həmişə istəyirdi ki, xalq yalnız bu cür xatirələrlə kifayətlənməsin. İnsanlar onun ideyalarını yaşatsın, azadlığı tanısın, milli kimliyini formalaşdırsın və liderini dərk etsin. Onun ideyalarının aktuallığı bu gün də qorunur. Elçibəy özü deyirdi: “Mən 40 il mübarizə apardım, amma cəmi 1 il hakimiyyətdə oldum və həmin bir ildə hər şeyi etdim.” Bu isə göstərir ki, dəyərləri aşılamanın və ideyaları təbliğ etməyin böyük əhəmiyyəti var. Biz də hamımız bu işi davam etdirməliyik.

– Elçibəy bu gün yaşasaydı, Azərbaycanın indiki reallığına hansı məsləhətləri, tövsiyələri verərdi?

– Ən birinci ədalətli olmağı tövsiyə edərdi. Çünki dünyanın harasında olursan-ol, ədalət hər şeydən vacibdir. Daha sonra millətini sevmək, dürüstlük, milli kimliyini tanımaq əsas şərtlərdir. Əgər bir xalq öz keçmişini bilmir, kimliyini tanımırsa, o xalq sayılmaz. Elçibəy həmişə vurğulayırdı ki, vaxt gələcək hamı öz türkçülüyünü anlayacaq. Onun fikrincə, əgər bir millət azad deyilsə, əxlaqını da itirərsə, o zaman məhv olar.

– Müsahibələrinizin birində demişdiniz: “Bəyin qurduğu divarı darmadağın etdilər”. Bu nə anlamda idi?

– Təəssüf ki, bu divarlar indi fiziki yox, mənəvi baxımdan məhv oldu. Daha çox milli sevgisizlik, birliyimizin zəifləməsi nəticəsində pozuldu. Əbülfəz bəyin ideyası bütün Azərbaycanı birləşdirmək, bütöv Azərbaycan anlayışını qorumaq idi.

– Elçibəyin dövründə formalaşan müxalif ənənələr bu gün də davam edirmi?

– Davam? (gülür) Mən bunu görmürəm. Bu gün hər kəs yalnız öz mənfəəti üçün hərəkət edir, hər şey güc üzərində qurulur. Bu qədər bəsit.

– Sizcə, indiki müxalifət xalqı düşünür?

– Əlbəttə ki, yox. Ola bilər bu fikrimdən kiminsə xoşu gəlməsin, amma reallıq budur. Hər şey sadəcə görünüş üçündür. Xüsusi günlərdə – məsələn, Respublika günündə və ya bəyin anım və doğum günlərində – hər biri ayrı-ayrı saatlarda ziyarət edir. Bu düzgün deyil. Bəyin əsas sistemi birlik idi. O, həmişə istəyirdi ki, liderlik və aparıcılıq ruhu öyrənsinlər. Baxaq görək öyrəniblərmi? Əlbəttə, yox. 25 il keçib, amma onların ideologiyası və prinsipləri demək olar ki, yoxdur.

– Əgər bəy sağ olsaydı, bu mövzuya necə reaksiya verərdi?

– Zamanında yanaşdığı kimi, öz yolunu davam etdirərdi.

“Müxalifət xalqla doğru-düzgün ünsiyyət qurmağı da bacarmır”

– Müxalifətin bu gün xalqla ünsiyyəti, Elçibəyin dövründəki ünsiyyətlə müqayisədə necə dəyişib?

– Bu gün müxalifətin xalqla ünsiyyəti daha çox görünüş üçündür və şəxsi mənfəət üzərində qurulur. Elçibəyin dövründə isə ünsiyyət birbaşa xalqla, açıq və birgə fəaliyyət prinsiplərinə əsaslanırdı. Onlar doğru-düzgün ünsiyyət qurmağı bacarmır. Məncə, ünsiyyətin əsas forması sadəlik olmalıdır. Bir insan sadə deyilsə, bu pisdir. Ən pisi isə odur ki, bir-biri ilə bir araya gələ bilmirlər və ideyalarında fərq qoymağa çalışırlar. Onlar Elçibəydən heç nə götürə bilmədilər.

Zamanında bəyin yanında olanlar bu gün o yolu davam etdirə bilmirlər, çünki ondan heç nə öyrənə bilmədilər. Reallıq budur: bəyin vaxtında 50 min insan meydana çıxırdı, bu gün isə müxalifət bunu edə bilmir. Ən pisi də odur ki, xalqın uğurlarını etiraf edə bilmirlər.

Bir dəfə biz qərargahdan çıxanda Sahveləd Çobanoğlu ilə rastlaşdıq. O vaxt bir qəzetdə işləyirdi və bəyə qarşı bir az xoş münasibəti yox idi. Bəy ona yaxınlaşıb dedi: “Qorxma, gəl, mənim də dedəm çoban olub.” Bu hadisə bəyin insanlara yaxınlığını və səmimiyyətini göstərir.

– Bəs günkü insanların müxalifətə baxışı Elçibəyin iddialarından nə dərəcədə təsirlənib?

– Təsiri yoxdur. Bu gün bunu təbliğ edən yoxdur ki, gənclər təsirlənsin. Hər kəs yenilik istəyir; əksinə, həm gənclərdə, həm də xalqda ümidsizlik mövcuddur.

“Onların hikkəsi qoymadı ki…”

– Bunun günahı kimdədir?

– Əlbəttə, liderdədir. Xalq kiməsə inanmalı və onun arxasınca getməlidir.

– Niyə müxalifət illərlə alternativ güc mərkəzi ola bilmədi?

– Çünki xalqı düşünən yoxdur. Elçibəyin bütöv Azərbaycancılıq ideyasını davam etdirə bilmədikləri üçün bu mümkün olmadı. O vaxt bəy demirdi ki, mən böyüyəm. O, öz əməlləri ilə özünü təsdiqləyirdi. Təəssüf ki, insanları idarə edən şəxslərin hikkəsi səbəbindən onlardan heç nə çıxmadı.

– Yəqin Elçibəy özü də bilirdi ki, ondan sonra onun qurduğu divarlar dağıla bilər?

– Bəli, əlbəttə bilirdi.

– Son günlərində xəstəliklə mübarizəsi necə idi?
-Əhval ruhiyyəsi nisbətən yaxşı idi. Özünü dözümlü göstərməyə çalışırdı. Ölümündən bir neçə gün qabaq bir dəfə onu gördüm, söhbət etdik. Öz aləmində Nazim Hikmətin bir şeirini deyirdi:

Mən bir çeviz ağacıyam
Gülhanə parkında
Nə sən bunun farkınadasan
Nə də polis farkında

Bəzə kefi olmayanda onu sevindirməyə çalışırdım. Bunu həkimlər də görürdü və sevinirdi, ancaq bilmirdilər ki, onun kefini mən açmışam. Düzdür, xəstəliyi səbəbindən gecikmişdik.

– Xəstəxanada başınıza gələn maraqlı xatirələr varmı?
-Bəli, bir az xatirəyə toxunmaq istəyirəm. Xəstəxanada xidmət edən şəxslərdən birinin oğlan övladı olmuşdu və uşağını gətirib bəyin yanına gətirmişdi ki, uşağa ad qoysun. Həmin ərəfələrdə bəyin nəvəsi də dünyaya gəlmişdi, adı Alturan idi. Ona bənzəyərək, dərhal işçinin oğluna “Elturan” adını verdi.

– Bəy xəstə olanda kimləri yanına istəyirdi?
-Xəstə olanda yanında heç kəsi istəmirdi. Tək mən qalırdım. Öz ailəsini də yanında istəmirdi, çünki heç kimin onun əzab çəkdiyini görməsini arzulamırdı. Bu, onun liderliyinin bir xüsusiyyətidir. Bir misal deyim: deyirlər qartallar ömrünün sonuna yaxın özlərini dağa divara vururlar ki, heç kim onları görməsin; bəy də eynən belə idi.

– Bəs sizə olan münasibəti necə idi?
-Həmişə mənə deyirdi ki, ədalətli olduğun üçün mənim yanımdasan, harda dayandığını, mövqeyini bilirsən. Deyirdi ki, mənim yanımda çox adam olub, ancaq sən onların içində ilk oldun və qalib oldun. Mən də həmişə bəyə dəyər vermişəm. Sözünü önəmli tutduğum üçün bunu yüksək qiymətləndirirdi. Həmişə istəklərini yerinə yetirirdim və bu da ona xoş gəlirdi. Onun üçün söz çox önəmli idi.

– Elçibəyin şəxsiyyəti haqqında bəzi insanlar mənfi fikirlər yürüdür. Buna münasibətiniz necədir?
-Bunun adı ancaq qısqanclıq və paxıllıq ola bilər. “Niyə mən olmuram, o olur?” ideyasıdır. Elçibəy nə mal, nə də dövlət hesabına deyil, öz gücünə prezident oldu. Bunu çox adamın gözü götürmədi. Bu gün ailəsini idarə edə bilməyənlər Elçibəyə dil uzada bilməz. Burada bir fikir yerinə düşür:

“Mərd qədrini əlbəttə ki, namərd bilməz. Üstadına kəm baxanın gözlərinə qan damar”.

Yenə qeyd edirəm, işini ədalətlə yürüdən, xalqını sevən insanın yolları yoxsa da, gedəcək. Bəy həmişə deyirdi ki, xalqın malını tapdalayanların bir gün boğazında qalacaq.

– Əbülfəz Elçibəyin milli dövlətçilik ideyaları bu gün ölkə başçısı İlham Əliyevin siyasətləri ilə üst-üstə düşürmü?

Əsasən ideyalar üst-üstə düşür. Bəlkə bəy tam siyasətçi olaraq həyata keçirə bilmədiyi, yarımçıq qalan işləri oldu, amma irəli sürdüyü ideyalar reallaşır. Millətçilik sevgisi, dil sevgisi var. İllər əvvəl dedikləri bu gün reallaşır, bu da sevindiricidir. Demək ki, ədalət yerindədir. Bəy həmişə deyirdi ki, vaxt gələcək, Zəngəzur dəhlizi açılacaq. Allaha şükür ki, bu gün açıldı.

– İlham Əliyevin apardığı siyasəti bəyənirsiniz?

-Bəli, əlbəttə bəyənirəm.

– Bu yaxınlarda ABŞ-da sülh sazişinin paraflanması oldu. Bu hadisəni necə qiymətləndirirsiniz?

-Çox gözəl, uğura uğur demək lazımdır. Vallah, bu gün Elçibəy sağ olsaydı, bu günləri görüb fəxr edərdi, sevinərdi. Bizə əsas odur ki, fikirlər və ideyalar üst-üstə düşür. Şükür Allaha, bu gün sözümüzü deyə bilirik. Bunun nəyi pisdir?

– Elçibəy siyasətçi olduğu vaxtlarda özünü Rəsulzadənin davamçısı olaraq görürdü, yoxsa yeni bir yol açmağa çalışırdı?

-Qəti olaraq yox. Əksinə, Rəsulzadənin davamçısı olduğunu bilirdi və onu öz ideologiyası kimi görürdü. Hətta bizim evdə onun şəkilləri var idi. Həmişə onu təbliğ edirdi, ideologiyasını yaşadırdı.

– Azərbaycan xalqı bu iki dahi şəxsiyyətdən hansı örnəkləri götürməlidir?

-İki növbədə: azad olmaq, asılı olmamaq və dürüstlük.

– Türkiyədə, Ankaradakı xəstəxanaya bəyin adı verildi. Bu barədə nə deyə bilərsiniz?

-Mən də həmin tədbirdə iştirak etdim. Çıxışımdan sonra hamı alqışladı. Ankara şəhər xəstəxanasının Elçibəy qalan bölümünə bəyin adı verildi.

– Bəyin xəstəlik dövründə onu axtaranlar oldumu?

-Ancaq Asim Mollazadə və İsa Qəmbər.

– Bəyin yaşadığı mühitdən, kənddən danışın.

-Bizim kənd maraqlı kənd idi. Yolunuz düşsə, darıxmazsınız. İnsanları həm mehriban, həm də ayıqdır. Orada bizim bir Rahilə xala var idi. O vaxt hər kəsin televizoru olmazdı; onların evinə bir televizor qoymuşdular, futbol gedirdi, o vaxt “Neftçi” oynayırdı. Bütün kəndin uşaqları onun evinə girirdik, evdə nə yemək bişirdisə, bizə paylayırdı. Bu gün isə belə insanlar azdır. Doğrudan kəndimiz gözəldir və insanlıq var. Təəssüf ki, bu gün mehribanlıq və istəklilik azalıb, insanlar bir-birinə hörmət etməkdən qaçırlar. Adətlər və mental dəyərlər itir, böyüklərə hörmət vacibdir. İndi insanlar biganədir, amma hər kəs bir-birinə can yandırmalıdır.

“Elçibəy onu bərpa etdi, Heydər Əliyev də qoruyub saxladı”

– Bəs bu günkü vəziyyət sizi qane edirmi?

– Təbii ki, etmir. Hara baxırsan, hamı rusca danışır. Bu, heç də xoş bir hal deyil. Baxın görün, Moskvada rus dilində danışmayanı adam yerinə qoyurlarmı? Biz isə öz mədəniyyətimizə dəyər verməli, dilimizi, kimliyimizi qorumalıyıq.

– Sonda nə demək istəyirsiniz?

-Sonda sizə təşəkkür edirəm, sağ olun ki, gəlmisiniz, yad etmisiniz. Mən sizi qiymətləndirirəm ki, bəyin adını çəkirsiniz, insanların görməsinə vasitəçi olursunuz. Bu mənim üçün böyük bir lütfdür. Mən çox istəyirəm ki, Elçibəyin ideologiyası yaşasın, xüsusi günlərdə efirlərdə göstərilsin. İnsanlar onu daha yaxşı tanısın. Rəsulzadə Azərbaycan Cümhuriyyətini yaratdı, yaradıcısıdır, Elçibəy onu bərpa etdi, Heydər Əliyev də qoruyub saxladı. Niyə inkar edək ki? Bu gün öz vətənimlə, xalqımla, bayrağımla, himnimlə fəxr edirəm. Allaha şükür, bütün ərazilərimizdə dövlət suverenliyimiz bərpa edildi.

Gununsesi.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru