“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                 

“Əgər öz namizədimiz olacaqsa, İlqar müəllim olacaq” - AÇIQLAMA
Tarix: 26-12-2023, 14:00 | Çap et
“Əgər öz namizədimiz olacaqsa, İlqar müəllim olacaq”
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 15-ə çatıb.
MSK dekabrın 21-də namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Beləliklə, 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfərlə bağlı məsələyə MSK-nın növbəti iclaslarında baxılacaq.
Adətən prezident seçkilərində siyasətçilər öz namizədliyini irəli sürür. Amma budəfəki seçkilərdə iştirak etmək istəyən namizədlər arasında iqtisadçı-ekspertlərin də adına rast gəlirik. Həmin şəxslərdən biri də prezident seçkilərinə namizədliyini öz təşəbbüsü ilə irəli sürən iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifovdur. Onun fikrincə, prezident seçkilərinə qatılmaq bir insanın həyatında çox önəmli hadisədir.
F.Yusifov axar.az-a açıqlamasında əsas rəqibinin (İlham Əliyev - red.) çox güclü olduğunu da vurğulayıb: “Seçkiyə qatılmaq qərarı verən hər bir kəs anlamalıdır ki, bu, sıradan bir seçki deyil, bir dövlətin başında dayanmaq uğrunda yarışa qatılmaqdır. Bu səbəbdən seçkinin məsuliyyəti yetərincə böyükdür.
Azərbaycan xalqına Qarabağ zəfəri qazandırmış İlham Əliyevin qarşısında şansımın böyük olacağını düşünmürəm. Ancaq buna baxmayaraq, bu seçkidə iştiraka üstünlük verirəm. Bu platformadan edəcəyim çıxışlarla ölkə iqtisadiyyatına və onun maliyyə sektoruna daha çox töhfə verə biləcəyimi düşünürəm”.
İqtisadçı-alim prezident seçkisi zamanı təqdim edəcəyi proqramından da bəhs edib: "Mən ölkə iqtisadiyyatının və onun maliyyə sektorunun bütün problemlərini, onların həlli yollarını bilirəm. Seçkiyə getməkdə də əsas məqsədim bu seçki platformasından istifadə edib, ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edə biləcək iqtisadi islahatlar proqramımı cəmiyyətə təqdim etməkdir”.

Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, qanunvericilikdə buna bir qadağa yoxdur. İstənilən şəxs öz təşəbbüsü ilə prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürə bilər:
“Amma onların namizədliyinin qeydə alınıb-alınmayacağı sual altındadır. Proses çox çətindir. Bunun üçün 40 min artıq imza toplamaq lazımdır və bu imzalar 60 seçki dairəsini əhatə etməlidir. Amma ümumi yanaşsaq, müxtəlif sahələr üzrə ixtisaslaşan ekspertlərin seçkilərdə namizəd olaraq iştirak etmək istəyi təqdirəlayiqdir. Hesab edirəm ki, seçki prosesindən istifadə edərək iqtisadi problemlərin həlli yolları ilə bağlı diskussiyalar da açmaq olar. Azərbaycan dövləti ən böyük problemini, Qarabağ münaqişəsini həll edib, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. Bu, çox böyük bir nailiyyətdir. Hökumətin qarşısında duran ən böyük vəzifə iqtisadi yüksəliş və rifah dövlətinin qurulmasıdır. Bu problemin həlli üçün də iqtisadçıların fikirləri, təklifləri əhəmiyyətlidir. Ümid edirəm ki, seçki prosesində əsas müzakirə mövzusu məhz iqtisadi problemlərin həlli yolları olacaq”.

Seçkilərdə iştirakın müxtəlif formaları olduğunu xatırladan N.Cəfərli deyib ki, Real Partiyası Prezident seçkilərindən kənarda qalmayacaq. Onun sözlərinə görə, REAL-ın Gənclər Təşkilatı müşahidəçi institutunun formalaşdırılması üçün seçki prosesindən istifadə edəcək:
“Çünki prezident seçkisindən bir neçə ay sonra parlament seçkilərinin keçiriləcəyi istisna deyil. Parlament seçkilərinə hazırlıq çərçivəsində isə bizim yüzlərlə müşahidəçiyə ehtiyacımız olacaq. Partiya olaraq ilkin qərarımız odur ki, müşahidəçilik institutunun genişləndirilməsi, müşahidəçilərin təcrübə toplaması, protokolların yazılması, məntəqələrin tanınması kimi sahələrdə təcrübə əldə edilsin. Hətta müşahidəçi statusunda iştirak edəcək gəncləri artıq Mərkəzi Seçki Komitəsində qeydiyyatdan keçiririk.
Bundan əlavə partiya üzvlərinə çağırışımız da olacaq ki, REAL üzvləri seçkilərdən kənarda qalmasın. Hər kəs seçki prosesində aktiv iştirak edib istədiyi namizədə səs versin.
REAL-ın öz namizədinin olub-olmayacağı sualına gəldikdə isə N.Cəfərli bu məsələnin müzakirəsinin hələ ki açıq qaldığını deyib: “REAL-ın İdarə Heyətində 8 üzv var. Onların 3-ü seçkilərdə öz namizədimizlə iştirakın əleyhinə, üç nəfər lehinə, 2 nəfər isə bitərəf qalmışdı. Həftənin sonuna yaxın İdarə heyəti təkrar toplaşıb bu mövzunu müzakirə edəcək. Prezident seçkilərinə REAL Partiyasının öz namizədi ilə iştirakının müsbət və mənfi tərəfləri ilə bağlı bütün nüansları müzakirə etdikdən sonra, Yeni il ərəfəsində ictimaiyyətə məlumat veriləcək. Lakin istənilən halda bəzi partiyalar kimi boykot çağırışımız olmayacaq. Siyasi partiyaların prezident seçkilərini boykot etməsi məntiqsiz bir haldır. Bazanın təkmilləşdirilməsi, təcrübə nöqteyi-nəzərindən hər bir partiyanın seçkilərdə bu və ya digər formada aktivlik göstərməsi mühüm şərtdir".
Qeyd edək ki, N.Cəfərli prezidentliyə namizəd olaraq özünün iştirakının müzakirə predmeti olmadığını deyib. Onun sözlərinə görə, REAL Partiyası prezident seçkilərində namizəd olaraq, sadəcə, İlqar Məmmədovun iştirakını müzakirə edir: “Əgər öz namizədimiz olacaqsa, İlqar müəllim olacaq. Əks halda partiya başqa şəxsin namizədliyini irəli sürməyəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru