Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                 

"Kimin Şuşaya gedib-getməməsindən asılı olmayaraq..." - REAKSİYA
Tarix: 30-08-2022, 08:44 | Çap et
"Kimin Şuşaya gedib-getməməsindən asılı olmayaraq..."
Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin tam nəzarətimizə keçməsi məhz 44 günlük Vətən müharibəsinin nəticəsidir. “Yeni Müsavat” bildirir ki, düz 30 il sonra Laçın qayıtdı və ordumuz bu şəhərə avqustun 26-da daxil oldu. Təbii ki, 44 günlük savaş, onun gətirdiyi reallıqlar, o cümlədən 10 noyabr sənədində imzası olan Rusiya ilə Ermənistanın götürdüyü öhdəlikləri icra etmək məcburiyyəti bizə Laçını qazandırdı. Bu, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qələbənin ardı hesab edilməlidir. Düz ilyarım sonra Prezident yenə tvit atdı və xalqa müjdə verdi - ordumuz Laçına daxil olub. Üstəlik, proses daha sürətli həyata keçdi.

Ermənilər ümid edirdi ki, 2023-cü ilin sonunda Laçın təhvil veriləcək, yaxud təxribatlar edərək bölgədən çıxmamaq üçün müqavimət göstəriləcək, amma Azərbaycan diplomatiyası bir güllə atılmadan Laçını da xalqımıza, laçınlılara qazandırdı. Ümumiyyətlə, Laçın dəhlizi sovet dövründən strateji əhəmiyyət daşıyıb və indi bu əraziyə nəzarət etmək tarixi hadisədir. Eyni zamanda Ermənistandan Xankəndi və ətraf ərazilərdə olan ermənilərə qaz, işıq, internet xətləri Laçın şəhərinin içindən keçir, indi bu kommunikasiyalar da kontrolumuzdadır. Bütün bunlar isə 44 günlük müharibədə və diplomatiya meydanında əldə edilən zəfərlərin nəticələridir.

Ermənilər isə Laçından, Zabuxdan çıxarkən də sülh, insanlıq əleyhinə cinayətlərə əl atdılar. Onlar gah evlərə, gah meşələrə od vurdular, amma bu dəfə etdikləri barbarlığın geniş miqyas almasına imkan vermədik. Həmçinin beynəlxalq aləm də bir daha şahid oldu ki, ermənilər hansı xislətə malikdir. Laçın və kəndlərin azad olunmasına keçmiş həmsədr ölkələrin də susqun qalmasına məhz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günə qazanılmış qalibiyyətin nəticəsi və davamı kimi baxmaq lazımdır. Dünya bu həqiqətlərlə barışmağa məcburdur.

Ümumiyyətlə, ekspertlərin bir çoxu düşünür ki, bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyasının, səbrin, ölkəmizin hərbi qüdrətinin növbəti qələbəsidir. Bu, Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” bəyanatının növbəti dəfə həyata mandat qazanmasıdır.

“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərovanın sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi bəzi ölkələrin narahatlığına səbəb olur: “Kimin Şuşaya gedib-getməməsindən asılı olmayaraq dəyişməyən həqiqət var - Şuşa Azərbaycandır və ümumiyyətlə, Qarabağ Azərbaycandır. Azərbaycan son dövrlər ən uğurlu diplomatiyasını aparır. Qınamaq asandır, müzakirə və fikir mübadiləsi də haqqınızdır. Sadəcə, unudulmayan məqam milli maraqlarımız olmalıdır”.

Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Laçın şəhərinin azad edilməsi ilə “Laçın dəhlizi” də qüvvədən düşür. Onun fikrincə, hələ I Qarabağ müharibəsinin getdiyi vaxt qurulan danışıqlar masasında ermənilərin istəyi ilə gündəmə gələn bu məsələ “Madrid prinsipləri” də daxil olmaqla, müxtəlif həll planlarına salınmışdı. Dəhlizin marşrutunun dəyişməsi “Laçın dəhlizi”nin gündəmdən çıxması ilə yanaşı, Bakının manevr imkanlarını da artırır. Ekspertin bildirdiyinə görə, Bakı yeni yola “dəhliz statusu”nu vermək qarşılığında digər tələblərinin - Zəngəzur dəhlizinin açılması, erməni qoşunların tamamilə çıxarılması, separatçıların tərk-silah edilməsi və s. yerinə yetirilməsini gündəmə gətirə bilər. 10 noyabr razılaşmasını istədiyimiz şəkildə şərh edə bilmək imkanının olması buna şərait yaradır.

BAXCP sədrinin müavini, siyasi ekspert Niyaməddin Orduxanlı isə bu qənaətdədir ki, Prezident İlham Əliyev Laçında, Şuşada, Kəlbəcərdə, Ağdamda, Zəngilanda, Qubadlıda, Füzulidə, Ağoğlanda bir erməni belə saxlamadı: “Çox inanıram ki, tezliklə Ali Baş Komandan İlham Əliyev Laçını geri aldığı kimi, Xankəndini, Xocalını da geri alacaq”.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə də o fikirdədir ki, Laçın şəhərində, Zabux və Sus kəndində üçrəngli bayrağımızın qaldırılması Azərbaycanın möhtəşəm qələbəsidir: “Bu, Ermənistan üzərində növbəti əzici üstünlüyümüzdur. Zaman göstərdi ki, Prezident İlham Əliyev Qarabağ məsələsində düzgün strateji xətt ortaya qoyub. Və proses Xocalıda davam edəcək. Brüssel görüşünə Azərbaycan bir daha qalib kimi gedəcək” .

“Laçın şəhər mərkəzinin, Zabux və Sus kəndlərinin tamamilə ermənilərdən təmizlənməsi və ordumuzun nəzarətinə keçməsi ilə işimiz hələ tam bitməyib. Bu böyük hadisədən sonra hədəf Xankəndi, Xocalı, Xocavənddir”. Bunu isə Modern.az-a açıqlamasında Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov bildirib. Onun sözlərinə görə, Laçının tam azad olunmasından sonra Azərbaycan yeni hədəflərinə doğru irəliləyəcək: “Məqsədə çatmaq üçün cənab Prezidentin, müzəffər Ali Baş Komandanın növbəti tapşırıq və göstərişləri xalqımız və ordumuz tərəfindən səbirsizliklə gözlənilir”.

E.Məmmədov hesab edir ki, Azərbaycan bayrağı Laçınla yanaşı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərdə də dalğalanacaq. Sadəcə olaraq, zamana ehtiyac var" deyə parlament üzvü vurğulayıb.
//musavat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru