Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                 

"Üçtərəfli bəyanat imzalanan gün Bakı ətrafında yüksək bir səs eşidildi" - Partiya sədri
Tarix: 29-01-2022, 09:15 | Çap et
"Üçtərəfli bəyanat imzalanan gün Bakı ətrafında yüksək bir səs eşidildi"
“44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri Bakıya ən azı 1 ədəd ”İsgəndər-SS-26" ballistik raket atıb". Bu barədə tanınmış amerikalı siyasi icmalçı Maykl Doran Azərbaycan Diplomatik Akademiyasının jurnalında dərc olunan məqaləsində yazıb.

O xatırladıb ki, Ermənistanın strateji silah arsenalına Moskvanın nəzarət etdiyini xatırladıb. Yəni, ermənilər “İsgəndər-SS-26"i müstəqil şəkildə istifadə edə bilməzdilər. ”Ola bilsin rus komandanlıq iyerarxiyasında çox yüksək səviyyəli biri, bəlkə də elə Putinin özü hücuma “dobro” verib. Böyük ehtimalla, həmin şəxs hətta bunu etməyi ermənilərə əmr edib. Çox etibarlı mənbələrdən bizə məlumdur ki, raket atışı və ya atışları 8 və ya 9 noyabr 2020-ci ildə baş verib. Məlumdur ki, hərbi əməliyyatların dayandırılması haqqında bəyanat Azərbaycan, Rusiya və Ermənistan tərəfindən 2020-ci il noyabrın 9-da axşam saatlarında imzalanıb və 10 noyabr 2020-ci il tarixindən qüvvəyə minib. Yəni atış və ya atışlar müharibənin son saatlarında, Putin atəşkəsə vasitəçilik etdiyi vaxt baş verib. Bu, belə demək mümkünsə, Putinin danışıqlara “əsas töhfəsi” idi".

Müəllifin fikrincə, döyüş meydanındakı vəziyyətin qısa təsviri onun motivlərini ortaya qoyur: “Azərbaycan ordusu təzəcə cəsarətli və uğurlu qəfil hücuma keçərək erməniləri Xankəndinə baxan strateji əhəmiyyətli Şuşa şəhərindən çıxarmışdı. Əməliyyat Azərbaycan hərbçilərinə ən qısa zamanda bütün erməni qüvvələrini Qarabağdan sıxışdırıb çıxarmağa imkan verirdi. Yəni azərbaycanlılar tam qələbəyə cəmi bir addım qalmışdılar. Məhz bu zaman Bakıya atəş açmaq əmri verildi. Əliyev, şübhəsiz ki, hər şeyi düzgün anladı və raket atışını Putinin təxminən belə bir mesajı kimi qəbul etdi: Ermənistan qoşunlarının Qarabağdan tamamilə çıxarılması Moskva üçün qırmızı xətdir, təcili atəşkəsdən imtina Rusiya tərəfindən böyük eskalasiyaya səbəb olar və bu eskalasiya paytaxt Bakıda Azərbaycanın mülki obyektlərinə, ölkənin neft-qaz infrastrukturuna hücumlarla nəticələnə bilər. Bu, hətta 2014-cü ildə Ukraynadakı kimi Qarabağdakı atəş xəttində qəfildən ”balaca yaşıl adamların" (rus hərbçilərin - red.) görünməsinə səbəb ola bilər".

Dorana görə, məhz bu eskalasiya təhdidi “azərbaycanpərəst Putin” yarlığının yanlışlığını ortaya qoyur. Rusiya prezidenti, onun qeyd etdiyi kimi, şübhəsiz ki, Paşinyanı cəzalandırmaqdan həzz alırdı, lakin “Ermənistan baş nazirinə sillə vurmaq” onun strateji məqsədi deyildi. “Putinin Azərbaycana bir o qədər də sevgisi yox idi. Onun yeganə məqsədi Rusiyanın Bakı ilə İrəvan arasında ”tarazlayıcı" statusunu saxlamaq idi. O, azərbaycanlıların qalib gəlməsinə imkan vermədi, çünki onların tam qələbəsi təkcə münaqişəyə deyil, həm də Rusiyanın Cənubi Qafqazdakı “imperiya” roluna tam və əbədilik son qoyardı", - amerikalı siyasi icmalçı vurğulayıb...

DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, AĞ Partiya başqanı Tural Abbaslı bu açıqlamada yer alan fikirlərin hər kəsə məlum olduğunu söylədi: “Burada müxtəlif variantlar var. Heç kəsə sirr deyil ki, üçtərəfli bəyanat imzalanan gün Bakı ətrafında yüksək bir səs eşidildi. Bu partlayış səsi idi. Bu səsin Rusiya və ya Ermənistan tərəfindən atıldığı ehtimal olundu. Azərbaycan hökuməti bunun üzərinə çox getmədi. Çünki ümumi razılıq əldə olunmuşdu. Bu raket atışını müxtəlif cür qiymətləndirmək olar. Burada Rusiyanın Azərbaycana mesajı ola bilərdi ki, atəşkəsə getməsəniz, proseslərə qoşula, paytaxtınıza raket zərbələri endirə bilərik. Bunu bir təxribat kimi də qiymətləndirmək olar. Eyni zamanda, Putinin danışıqlar apardığı vaxt Rusiya və Ermənistan ordusu daxilində atəşkəsi istəməyənlərin cəhdi də ola bilərdi. İstənilən halda Rusiyanın burada maraqlı olduğu, Kremlin icazəsi olmadan həmin raketlərin atmağın mümkünsüz olduğu hər kəsə aydındır. Bunun üçün də hər zaman qeyd etmişik ki, şimal qonşumuzdan ehtiyatımızı saxlamalıyıq. Öz maraqları naminə hər şey edə biləcək bir ölkə olduğunu heç zaman unumamalıyıq. Biz hər zaman qeyd edirdik ki, Qarabağda Azərbaycan qalib gələndən sonra Rusiyanın burada qalmasının heç bir önəmi qalmayacaq. Onun üçün də Kremlin marağında deyildi ki, birmənalı şəkildə tərəflərdən birinin qələbəsi olsun. Bunun üçün də xəyallara heç zaman qapılmamalıyıq ki, Rusiya dostumuzdur filan. Kremlin bu münaqişədə oynadığı rolu da unutmamalıyıq”.

YAP-çı deputat Ceyhun Məmmədov Azərbaycan tərəfin əlində faktların olduğunu söylədi: “Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı ən müxtəlif silahlardan istifadə etdi. Şuşada ”İsgəndər M" raketlərinin qalığı tapıldı. Zaman-zaman Ermənistan bu tipli addımlarını atıb. İndi hər halda ekspert öz fikrini bildirir. Ən azından biz o faktı bilirik ki, Ermənistan Şuşa istiqamətində bu silahdan istifadə edib. Digər istiqamətlərdə də bu imkanları var və bu istisna olunmur".

Politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli məsələyə geniş şərh verdi: “Maykl Doran ciddi analitikdir və məqaləsində toxunduğu məqamların əhəmiyyətli hissəsi reallığı əks etdirir. Amma bu reallıqları ortaya çıxarmaq üçün nə məxfi məlumatlara, nə də dərin analitik təhlilə ehtiyac yoxdur. Maykl Doranın yazdıqlarını Azərbaycanda müəyyən siyasi təcrübəsi olan və proseslərə emosional rakursdan yanaşmayan hər kəs bilir. 2020-ci ilin noyabr ayında Azərbaycanda və sosial şəbəkələrin Azərbaycan seqmentində yayımlanan, paylaşılan analitik materiallarla kiçik bir araşdırma aparın və dediklərimin həqiqət olduğunu görəcəksiniz.

Maykl Doranın “yaşıl adamcıqlar”la bağlı təxminlərinə gəldikdə isə, bu barədə müharibədən bir ay öncə yazmışdım. 2020-ci il avqustun 29-da yazdığım “Yaşıl adamcığaz”lar üçün yaşıl işıq" adlı yazımda Ermənistanda “Müdafiə haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsinə, hərbi könüllü dəstələrin yaradılması üçün hüquqi bazanın hazırlanmasına diqqət çəkmişdim. Həmin yazıdan kiçik bir iqtibası təqdim etməyin yerinə düşəcəyi qənaətindəyəm: “Ukraynanın Donbas və Luqansk vilayətlərində separatçı hərəkatlara hərbi dəstəyin verilməsi prosesində də ”könüllü hərbi dəstələr"dən istifadə olunmuşdu və hələ də istifadə olunmaqdadır. Ola bilsin ki, Paşinyan hakimiyyəti bu qanun layihəsi vasitəsi ilə, gələcəkdə “yaşıl”, yaxud hər hansı yeni bir rəngdə olan “adamcığazlar”ın bu və ya digər əməliyyatlara cəlb edilməsi üçün hüquqi baza hazırlayır". Və indi də bu qənaətdəyəm ki, “yaşıl adamcıqlar” döyüş əməliyyatlarının həyata keçirildiyi ərazilərdə noyabrdan daha öncə “zühur” etməliydilər. Və bəlkə də bununla bağlı faktlar olub. Çünki müharibənin gedişi ilə bağlı araşdırma aparan xarici hərbi mütəxəssislərin rəyi də ondan ibarətdir ki, Ermənistan tərəfindən hazırda rəsmi şəkildə etiraf olunanlardan dəfələrlə çox itki verilib. Hətta Ermənistanın hərbi texnikasının və canlı qüvvəsinin məhv edilməsi ilə bağlı əlçatan olan görüntülər də belə düşünməyə əsas verir.

Bununla bağlı bir fakta da diqqət çəkim. Müharibənin gedişində, oktyabr ayının 31-də yazdığım “Ermənistan ordusunda yaralıların sayı nə qədərdir?” adlı yazıda Ermənistanın rəsmi statistik göstəricilərinə və bu ölkənin rəsmilərinin açıqlamalarına istinad edərək, ağır yaralıların sayı ilə bağlı təxmini bir rəqəm əldə etmişdim. Sitat: “Son statistik göstəricilərə görə, Ermənistan əhalisinin sayı 2 986 100 nəfərdir. Dünya Bankının açıqladığı son hesabatda bildirilir ki, Ermənistan xəstəxanalarında əhalinin hər 1000 nəfərinə düşən çarpayı sayı 4,2 təşkil edir. Bu isə o deməkdir ki, hazırda Ermənistan xəstəxanalarında ən azı 12 min 542 yer var. Bu yerlərdən 2760-nın COVİD-19 xəstələrinə ayrıldığını nəzərə alsaq, yerdə 9 min 782 çarpayı qalır. Qeyd edim ki, Ermənistan SN-in digər açıqlamalarında, xəstəxanalarda COVİD-19 xəstələriylə yanaşı, yalnız ağır vəziyyətdə olan xəstələr üçün yer ayrıldığı bildirilir. Onların da sayı, 1000-1500 nəfərdən çox deyil. Bu rəqəmləri nəzərə alsaq, Ermənistan xəstəxanalarında müalicə alan yaralıların sayının 8 min nəfərdən çox olduğu aydın olur. Xatırladım ki, xəstəxanalar əsasən vəziyyəti ağır olan yaralıları qəbul edirlər. Bununla yanaşı, Azərbaycanın işğal altındakı ərazilərində - Dağlıq Qarabağ xəstəxanalarındakı çarpayı sayının da yaralılarla bağlı yekun rəqəmin əldə edilməsi üçün nəzərə alınmasını vacib hesab edirəm. Bununla bağlı, dəqiq statistik rəqəmləri əldə etmək mümkün olmasa da, hər halda səhra xəstəxanalarını da nəzərə alsaq, təxmini rəqəmi əldə etmək olar. Təxminən 1500 çarpayı. Bu isə Ermənistan ordusundakı ağır yaralıların sayının 10 min nəfərə yaxın olduğunu deməyə əsas verir. Amma real rəqəmin bundan daha çox olduğu qənaətindəyəm”. Bu sıraya Ermənistandakı morqlardan, kütləvi məzarlıqlardan əldə olunan görüntüləri, həmçinin ölkədən kənara təyyarələrlə daşınan cəsədləri də nəzərə alsaq, Ermənistan tərəfinin itkilərinin sayının 11-12 min nəfərdən az olmadığını düşünürəm. Ermənistan rəsmi şəkildə 3809 nəfər hərbçisinin öldüyünü, 199 nəfərin isə itkin düşdüyünü bildirir. Azərbaycandan səslənən ehtimallara görə, Ermənistan tərəfindən döyüşən hərbçilər arasına ölənlərin sayı 7-8 min nəfərdir. Qeyd edim ki, müharibədə ölən ölkə vətəndaşları ilə bağlı, hətta Ermənistan rəhbərliyi istəsə də belə, bir neçə min nəfərlik fərqlə yanlış məlumat verə bilməz. Ölü sayının gizlədilməsi, yaxud az göstərilməsi əsasən Azərbaycan ərazilərində yaşayan və döyüş əməliyyatlarında iştirak edən etnik ermənilərlə bağlı ola bilər. Onların sayının ifrat dərəcədə az göstərilməsi mümkün deyil. Digər tərəfdən, Ermənistana Avropadan, həmçinin yaxın Şərqdən gələn muzdluların arasında ölənlərin də sayının, müəyyən istisnalar olmaqla, gizlədilməsinin mümkün olmadığını düşünürəm. Və yenə də o ehtimalın üzərində dayanıram ki, əməliyyatlarda “yaşıl adamcıqlar” iştirak ediblər, lakin böyük itkilərə məruz qaldıqları və Azərbaycan ordusunun qarşısında dayana, həmçinin hava hücumundan müdafiə oluna bilmədikləri üçün “geri çəkiliblər”. Bu səbəbdən də, “İsgəndər” raketləri işə düşüb. Təbii ki, bütün bunlar ehtimallardır. Amma mənim üçün həqiqətdən heç də uzaq olmayan ehtimallardır. Maykl Doranın bir sıra məsələlərdə neytrallığını qoruyub saxlaya bilmədiyini düşünürəm. Xüsusilə də “Putinin azərbaycanlıların qalib gəlməsinə imkan verməməsi” iddiası ilə bağlı... Düşünürəm ki, Mayk Doran Rusiyanın müharibənin ilk günündən prosesə daha sərt və açıq müdaxilə edəcəyi təqdirdə, əməliyyatların daha tez dayandırıla biləcəyi ehtimalını dilə gətirmək istəməyib. Rusiyanın hərbi əməliyyatların əhəmiyyətli hissəsində neytrallığının təmin edilməsi, Azərbaycan Prezidentinin zəfərimiz qədər əhəmiyyəti olan diplomatik uğurudur. Digər tərəfdən, bizim məqsədimiz öz torpaqlarımızı işğaldan azad etmək olub və bu gün də hesab edirəm ki, əldə etdiyimiz nəticə mümkün olanın ən yuxarı həddidir. Hazırda problemli görünən bəzi məqamlar isə, zaman keçdikcə öz həllini tapacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru