İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                     “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək .....                     Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək .....                     “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” .....                     Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı .....                     Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi .....                     Azərbaycan şirkəti könüllü ləğv ediləcək .....                     TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib .....                     Balaş Qasımov İTV-də QALASI OLDU... .....                     İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib .....                     Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı .....                     50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi .....                     "Bu pullar mənim kartımdan niyə çıxılır?" .....                     Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI .....                 

"Ermənistan hara istəyir, kimə istəyir şikayət etsin" - Ayaz Mütəllibov
Tarix: 24-05-2021, 10:34 | Çap et
"Ermənistan hara istəyir, kimə istəyir şikayət etsin"
DİA.AZ Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Ayaz müəllim, Azərbaycan Ermənistanla dövlət sərhədinin demarkasiya və delimitasiyası prosesini həyata keçirir. Görünən budur ki, Ermənistan tərəfi maneə yaradır, hər vəclə bu prosesi yubatmağa çalışır. Siz durumu necə qiymətləndirirsiniz?

- Hadisələrin gedişatı göstərir ki, indiki durum ermənilərə sərf etmir. Çünki 30 ilə yaxın bir müddət ərzində onlar qeyri-qanuni şəkildə zəbt etdikləri Azərbaycan ərazilərində ürəkləri istədiyi şəkildə yaşayıb, torpaqlarımızı istismar ediblər. İndi də öz ənənələrinə sadiq qalaraq hay-küy salıb dünya ictimaiyyətini çaşdırmaq niyyəti güdürlər. Ancaq mən deyərdim ki, nahaq yerə özlərinə ümid verməsinlər. Artıq bu torpaqların əsl sahibləri qayıdıb və əbədi olaraq bu ərazirilərimiz bizdə qalacaq!

- Ermənistanın Azərbaycan ordusunun guya onun ərazisinə daxil olması bəhanəsi ilə Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi dəstək istəməsi müşahidə edildi. Lakin bu qurumların heç biri İrəvana dəstək vermədi. Əvəzində Fransa hökumətinin Ermənistanı açıq dəstəklədiyinin şahidi olduq. Yaranan situasiyada Rusiya və Fransanın davranışları necə şərh edilə bilər?

- Ermənistan hara istəyir, kimə istəyir şikayət etsin, yardım istəsin xeyri yoxdur. Zatən şikayət etmək onların qanındadır. Beynəlxalq qanunlar, hüquq bizim tərəfimizdədir. 1992-ci il martın 2-də Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv seçiləndə də Ermənistan çox çalışdı ki, buna maneə yaratsın. Xüsusilə, Qarabağın bizim ərazimiz kimi qəbul olunmasına qarşı idilər, ancaq xeyri olmadı. Bütün dünya Qarabağı və digər əraziləri Azərbaycan dövlətinin ərazi vahidi kimi tanıdı və qəbul etdi. İndi də bu belədir. Ona görə də KTMT-yə və yaxud da hər hansı bir quruma şikayət etməyin mənası yoxdur, əksinə, bu, erməni xalqı üçün əlavə vaxt itkisidir. Ora-bura zəng etməkdənsə Azərbaycanın, onun prezidentinin güclü olduğunu qəbul edərək kömək istəsəydilər, onlar üçün daha sərfəli olardı. Hələ də xəyallar aləmində fikirləşirlər ki, kimsə Azərbaycanı tutduğu yoldan döndərəcək. Bir şeyi dərk etmirlər ki, Azərbaycan xalqı, əsgəri 30 il keçsə də nəinki torpaqların itkisi ilə barışmadı, əksinə artıqlaması ilə geri qaytardı. Onsuz da gec-tez buna gələcəklər.

- Ermənilərin Qaragöl ətrafında yaranan vəziyyətdən sui-istifadə halları ortaya çıxdı. O dövrdə siz ölkəyə rəhbərlik edən əsas şəxslərdən biri olmusunuz. 1987-ci ildə Qaragölün Azərbaycan hökuməti tərəfindən dövlət qoruğu elan olunması haqda qərar barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Siz Qaragöl haqqında, erməni tərəfinin ona iddia etməsinə dair hansı məlumatlara maliksiniz?

- Qaragöl və onun ətrafındakı ərazilər tarixən Azərbaycan torpaqları olub, olacaq da. Ora bizim yaylaqlarımız olub. Laçında yaşayan camaat təsdiq edər ki, hər il yay aylarında Qaragölə yaylağa çıxardılar. Ümumiyyətlə nəinki Qaragöl, bütövlükdə Zəngəzur, Zəngibasar, Vedibasar, İrəvan xanlığı tarixən bizim əzəli torpaqlarımızdır. Bunu bütün dünya tarixçiləri gözəl bilir.

- Ayaz müəllim, necə düşünürsünüz, 44 günlük müharibə ilə biz Qarabağ məsələsini həll etdikmi, yoxsa həll olunmayan ocaqlar hələ də var?

- Təbii ki, 44 günlük müharibə kimin kim olduğunu sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə şəfa arzu edirik. Azərbaycan əsgəri 30 ildən sonra tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ordumuz BMT-nin qətnamələrini həyata keçirib. Bu nə deməkdir? 30 il bundan əvvəl BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun qəbul etdiyi qətnamələr havada qalmışdı. Bu da həmin quruma baş ucalığı gətirmirdi. Azərbaycan xalqı təkbaşına beynəlxalq ictimaiyyətin köməyi olmadan, öz resursları hesabına bu qətnamələri reallaşdırdı. Bundan artıq nə istəyirlər!? Biz tarixi haqq-ədaləti bərpa etmişik. Heç kimin bizə bu işdə irad tutmağa haqqı yoxdur, ola da bilməz.

Ermənilərə gəldikdə, onlar bu acı reallığı həzm etmək iqtidarında deyillər. Təxribat xarakterli əməllərini davam etdirəcəklər. Buna görə də biz xalq olaraq gözüaçıq olmalıyıq. Təxribatlara getməyərək 44 günlük müharibə zamanı göstərdiyimiz birliyi qoruyub saxlamalı və daha da inkişaf etdirməliyik. Ermənilər isə ərköyünlük etməməlidir, artıq zaman keçib və reallıqla hesablaşmaq lazımdır. İstər hüquqi, istər siyasi, istər iqtisadi, istərsə də hərbi müstəvidə Azərbaycanla rəqabət aparacaq potensiala malik deyillər. Hətta yaxın on illiklərdə rəqabət aparacaq halları da yoxdur.

- Zəngəzur dəhlizinin açılması regiona hansı dividentlər gətirəcək?

- Sözsüz ki, Zəngəzur yolunun açılmasının xeyri var. Ən əsası Naxçıvanla digər ərazilər arasında yaradılmış bu süni maneə aradan qalxacaq. Xalqımız Naxçıvana gedib-gəlməklə bağlı üzləşdiyi əziyyətdən xilas olacaq.
Dəhlizin açılmasının iqtisadi dividentləri də olacaq. İqtisadi cəhətdən regionun bütün ölkələri üçün sərfəli bir tranzit yoludur. Hamı bundan faydalana biləcək. Hesab edirəm ki, yaxın zamanlarda dəhlizin açılmasına nail olacağıq.

- Azərbaycan və Ermənistan arasında bundan sonra normal münasibətlərin yaranmasına nə dərəcədə inanırsınız?

- Ermənilər bizimlə normal münasibət qurmaq məcburiyyətindədir. Həmçinin qardaş Türkiyəyə qarşı absurd ərazi iddialarından əl çəkməlidirlər. Bu, yalnız onların öz xeyrinədir. Ermənistan öz iqtisadiyyatını dirçəltmək, xalqını dolandırmaq istəyirsə buna getməlidir. Onlarda da müəyyən konstruktiv siyasətçilər var ki, buna getməyin zəruri olduğunu dərk edirlər. Azərbaycanın ermənilərə qarşı heç bir iddiası yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi indiki Ermənistan Azərbaycanın tarixi ərazilərində yaradılıb. Ermənistan öz gələcəyinə görə ekstremizmdən əl çəkməlidirlər. Əks halda bu, onların zərərinə gətirib çıxaracaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32
Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru