"Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                     “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək .....                     Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək .....                     “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” .....                     Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı .....                     Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi .....                     Azərbaycan şirkəti könüllü ləğv ediləcək .....                     TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib .....                     Balaş Qasımov İTV-də QALASI OLDU... .....                     İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib .....                     Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı .....                     50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi .....                     "Bu pullar mənim kartımdan niyə çıxılır?" .....                     Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI .....                     Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. .....                 

Həbslərdən dərs almayan məmurlarla nə etməli? - Deputat danışır...
Tarix: 20-05-2021, 09:02 | Çap et
Həbslərdən dərs almayan məmurlarla nə etməli?
Ölkəmizdə bir çox istiqamətlərdə aparılan islahatlar müsbət nəticəsini versə də, rüşvətxorluq və korrupsiyanın kökünü kəsmək mümkün olmur. Mübarizə son illər çox sərt şəkildə aparılır, rüşvətxor məmurlar həbs edilir, işdən, vəzifədən uzaqlaşdırılır. Amma rüşvət aradan qalxmır, dövriyyə zəifləmir. Bir rayonda icra başçısı rüşvətə, qanunsuz əməllərinə görə qandallanır, digər rayonlarda korrupsiya il bağlı hərəkətlilik bir zərrə də zəifləmir, bir məmurun həbsindən digərləri nəticə çıxarmır. Son olaraq, bir neçə həkim, baş həkim, klinika rəhbəri rüşvət alarkən yaxalandı, lakin digər xəstəxanalarda rüşvətxorluq bütün gücü ilə davam edir. Həmçinin bəzi nazirliklərdə, dövlət qurumlarında eyni proses gedir.

Bəzi rayonlardan gələn informasiyalar deməyə əsas verir ki, müxtəlif icra strukturları əhalini incitməkdə, qanunsuzluqlar, talançılıq etməkdən çəkinmirlər.

Elə isə korrupsiyanın sonunu gətirmək üçün hansı metodlara əl atılmalıdır? Vəzifədən çıxarıldıqdan sonra sabiq məmurların uzun illər yığdıqları vəsait hesabına firavan həyatına davam etməsi digərləri üçün nə dərəcədə təşviqedici amildir? Bu gün həbs olunan, kreslosunu itirən vəzifəlilərdən mənimsədikləri vəsait nə dərəcədə geri alınır və kimlər alır? Bundan başqa, iri korrupsionerlər iş başında, azadlıqda olarkən, xeyli kiçik ranqlı məmuru 10-20 minlik rüşvətə görə tutmaq nə dərəcədə effektli olacaq? Yanaşma hansı formada dəyişməlidir?

Suallar çoxdur və bu sualları cavablandıran millət vəkilləri də hesab edir ki, “təmizləmə”, sağlamlaşdırma bütün sahələrdə eyni vaxtda aparılmalıdır.

Millət vəkili Razi Nurullayevin sözlərinə görə, həbslərdən, kadr dəyişikliklərindən sonra rüşvətxorluğun forma və metodları dəyişir, daha sakit, səssiz şəkildə proses davam edir: “Rüşvətxorluq və korrupsiya ilə mübarizə getsə də, həbslər həyata keçirilsə də, məmurlara daha şəffaf işləməklə bağlı tapşırıqlar verilsə də, artıq hər şeyin dəyişdiyini desək, yalan olar. Rüşvətxorluq və korrupsiya əslində libasını dəyişir, formasını dəyişir və davam edir. Yəni əvvəlki metodlar, daha yeni, görünməyən, daha münasib üsullarla əvəz edilir. Ancaq yenə də tanışlıq, öz adamını qabağa çəkmək, pul alıb işə götürmək və sair məsələlər davam edir. Dövlət büdcəsinin vəsaitlərini qeyri-standart şəkildə, öz mənafeyi naminə istifadə etməkdə də davam edirlər. Təəssüflər olsun ki, bütün bunlar azalmayıb. Mənə elə gəlir ki, korrupsiya ilə mübarizə sistemli şəkildə aparılır deyilsə də, əslində sistemli şəkildə aparılmır. Bir neçə qurum yaradılıb , orada korrupsiya, rüşvətxorluq yoxdur. Bu sistemli mübarizənin bir nümunəsidir ki, ”ASAN Xidmət" timsalında bunu görə bilərik".

Deputat hesab edir ki, ümumilikdə korrupsiya ilə mübarizə bərabər şəkildə aparılmalıdır: “Yəni icra hakimiyyəti səviyyəsində korrupsiya ilə mübarizə aparılırsa, icra hakimiyyəti işlədiyi , əməkdaşlıq etdiyi və ya birbaşa tabeliyində olan sahələr də, onlar qədər təmizliyə və şəffaflığa məruz qalmalıdır ki, bütün sahələr düzəlsin. Əgər hansısa xəstəlik bütün orqanizmə yayılıbsa, yalnız bir orqanı müalicə etməklə sağlamlıq əldə etmək mümkün deyil. Müalicə etdiyimiz orqan digər xəstə orqanların təsiri ilə yenidən xəstələnəcək. Bizdə ayrı-ayrılıqda sanki kampaniya xarakterli mübarizə aparılır ki, filan yerdən başladıq, mübarizə aparırıq, burada iş bitdikdən sonra digərinə keçərik. Digərində mübarizəyə başlayanda köhnə ünvanda hər şey əvvəlki vəziyyətinə qayıdır. Ona görə də daha sistemli mübarizəyə ehtiyac var. Tam olaraq köhnə idarəçiliyin dəyişdirilməsinə ehtiyac var ki, şəffaflıq olsun. Məmurlar da bilməlidir ki, korrupsiya ilə mübarizə təkcə onun başında çatlamır, kimliyindən, vəzifəsinin böyüklüyündən, kiçikliyindən, pulunun azlığından, çoxluğundan asılı olmayaraq hamıya aiddir. Azərbaycanda isə bu şəkildə tətbiq olunur desək yalan olar. Korrupsiya ilə mübarizədə bir az da səmimi olmaq lazımdır”.

R.Nurullayev onu da vurğuladı ki, vəzifədən çıxarılan, həbs olunan məmurların illər ərzində mənimsədiyi, qanunsuz yolla yığdığı bütün vəsaitlər onların əlindən alınmalıdır: “Dövlət büdcəsi hesabına o pulları yığıbsa, hamısı alınıb büdcəyə geri qaytarılmalıdır. Bizdə isə alınırmı? Yox. Məmur işdən çıxarılır və ya həbs olunur, daha sonra kabinetlər gəzir. Bir kabinetdən o biri kabinetə, ondan çıxır digərinə, müxtəlif idarələr, nazirliklər, şöbələr gəzir. Hər kabinetdən çıxdıqca onun pulu bir az azalır, azalır və nəticədə dövlət büdcəsinə qəpik-quruş gedir. Onun pulları yenə də kabinetlərdə itir, büdcəyə heç nə çatmır. Oğurladıqlarının heç 1-2 faizi də büdcəyə getmir. Qalanlarını da başının altına qoyub kef içində yaşayır. Bu da mübaribəzinin effektivliyinə ciddi şəkildə təsir göstərir”.

Deputat Asim Mollazadə də qeyd etdi ki, dövlət strukturlarının sayı azaldılmalı, ciddi islahatlar, ixtisarlar aparılmalı və çevik, şəffaf qurumlar yaradılmalıdır: “Korrupsiya ilə mübarizə istiqamətində uğurlu bir misal kimi ”ASAN Xidmət" nümunəsidir. Vətəndaşlarımız məmurlarla birbaşa kontaktdan xilas olublar. Əvvəllər xırda bir sənəd və ya arayış almaq üçün rüşvət verməli olurdular, bu problemdən xilas olublar. Digər sahələrdə isə korrupsiya ilə mübarizə üçün sadəcə həbslərlə kifayətlənmək olmaz, çox ciddi ictimai nəzarət, medianın nəzarəti olmalıdır. Məmurların fəaliyyəti media, ictimaiyyət üçün şəffaf olmalıdır. Onlar hər zaman bu işığı öz üzərlərində hiss etməlidirlər ki, hansısa qapalı, qaranlıq məkanlarda korrupsiya ilə məşğul olmasınlar. Vətəndaş cəmiyyətinin, medianın gücü və ali hakimiyyətin siyasi iradəsi korrupsiya ilə mübarizədə bir çox müsbət dəyişikliklərə gətirib çıxara bilər. Bununla yanaşı, ciddi struktur dəyişiklikləri də həyata keçirilməlidir. Məmurların sayı ciddi şəkildə azaldılmalıdır. Azərbaycan 10 milyonluq ölkədir, ancaq 80-dən artıq inzibati vahid var. Bu qədər quruma ehtiyac yoxdur. Nazirliklərin sayı çoxdur, bu qədər nazirlik ola bilməz, struktur dəyişiklikləri çərçivəsində ictimai nəzarəti gücləndirməklə, məmurların sayı azaldılmalıdır. Bir çox məmurlar əgər indiyə qədər məşğul olduqları özəl bizneslə məşğul olsaydılar, həm dövlət büdcəsinə, həm də ölkənin iqtisadiyyatına faydalı olardı".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32
Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru