Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                     Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar .....                     Əmək normalarının tətbiqi... .....                     Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib .....                     Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib .....                     Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir .....                     “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” .....                     Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… .....                     “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR .....                     Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri .....                     Paşinyan bir həftəlik məzuniyyətə çıxıb .....                     Hələ də bu şirkətə etibar edən varmı? .....                     Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil .....                     Baş redaktor vəzifəsindən ayrıldı .....                     Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif .....                     Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu .....                     Naxçıvanda nə haq var... nə də ədalət... .....                     “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... .....                     Suriya-İsrail toqquşması bizim işimizə yaramır... .....                 

Hakimiyyətin opponentləri ilə əməkdaşlıq siyasətinə mane olmaq istəyənlər kimlər ola bilər? - GƏLİŞMƏ
Tarix: 7-07-2020, 09:55 | Çap et
Hakimiyyətin opponentləri ilə əməkdaşlıq siyasətinə mane olmaq istəyənlər kimlər ola bilər?
Müxalifət partiyaları sədrlərinin Prezident Administrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşlərinə yenidən start verilib. Bu ilin əvvəlindən başlanan prosesin növbəti mərhələsidir. Bəs Prezident Administrasiyasında görüşlər müxalifəti ümidləndirirmi? Bu prosesi zədələmək istəyən, pozmaq istəyən ola bilərmi?

2015-ci ildə müxalifətlə təmaslar başlayarkən sabiq nazir Eldar Mahmudovun buna mane olduğu deyilirdi. Bəs indi necə, vurulanlar, komandadan uzaqlaşdırılanlar təxribat törədib, prosesi zədələmək imkanına malikdirlərmi?

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ötən il Prezident Administrasiyasında mahiyyət etibarı ilə yeni bir struktur, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi təsis olunduqdan və həmin şöbəyə hörmətli Ədalət Vəliyev rəhbər təyin edildikdən sonra cari ilin fevral ayından etibarən ölkədə fəaliyyət göstərən demək olar bütün siyasi partiyaların rəhbərləri ilə ilkin olaraq tanışlıq görüşləri keçirilib. Yalnız iki siyasi təşkilat özünü bu prosesdən kənar qoyaraq görüşdən imtina etdi.

Tanışlıq məqsədilə keçirilən görüşlərdə həmçinin partiyalarla gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuş, eləcə də mövcud problemlər, müxalifət partiyalarının fikir və təklifləri də qəbul edilmişdi. İndi isə keçirilən görüşlər artıq tanışlıq xarakterli deyil: “Biz o zaman da bu təşəbbüsü təqdir etdiyimizi bildirmiş və iqtidar-müxalifət münasibətlərinin sivil müstəvidə həyata keçirilməsində maraqlı olduğumuzu vurğulamışdıq. Bir daha qeyd edim ki, nəticə etibarilə demokratik cəmiyyətin inkişafında və xüsusilə də milli mənafelərimizin qorunmasında maraqlı olan siyasi təşkilatların qarşılıqlı etimad mühitində fəaliyyət göstərə bilmələri üçün münbit şəraitin formalaşması baxımından belə təmasları olduqca əhəmiyyətli hesab edirəm. Açığı, sonrakı mərhələdə prezident İlham Əliyevin bu prosesin şəxsən öz nəzarəti altında olması və bir qədər də sürətlə həyata keçirilməsində maraqlı olmasını dilə gətirməsi dövlət rəhbərliyinin ölkədə yeni siyasi münasibətlər sisteminin formalaşmasında maraqlı olduğu və bununla bağlı ciddi siyasi iradənin mövcudluğu barədə bizdə bir qənaət formalaşıb, ümid yaranıb.

Bütövlükdə bu prosesdən əsas istəyimiz və gözləntilərimiz siyasi baxışlarından asılı olmayaraq ölkədə milli dövlətçilik mənafeyindən çıxış edən qüvvələrlə real siyasi dialoq mühitinin formalaşması, bütün sahələr üzrə ictimai nəzarət mexanizminin möhkəmləndirilməsi, azad və ədalətli seçkilərə dayanan çoxpartiyalı sistemin təkmilləşdirilməsi, eləcə də demokratik cəmiyyətin inkişafında və xüsusilə də milli mənafelərimizin qorunmasında maraqlı olan siyasi təşkilatların qarşılıqlı etimad mühitində idarəçiliyə cəlb olunması üçün münbit şəraitin yaradılmasından ibarətdir. Ümid edirik ki, bu məsələlər həyata keçəcək".

A.Əlizadə qeyd etdi ki, əvvəlki illərdə baş verənləri nəzərə alsaq, hazırkı dönəmdə də bu prosesə mane olmaq istəyən qüvvələrin mövcudluğu istisna deyil: “Lakin ilin əvvəllərindən başlayaraq hakimiyyət komandasında həyata keçirilən yenilənmələr, aparılan antikorrupsiya əməliyyatları, siyasi partiyalara münasibətdə normal əməkdaşlıq mühitinin formalaşması istiqamətində atılan addımlar və bu əsasda siyasi iradənin mövcudluğu onu deməyə əsas verir ki, budəfəki prosesə mane olmaq istəyən qüvvələr öz istəklərinə çata bilməyəcəklər. Hesab edirəm ki, siyasi partiyalar olaraq bizlər də öz növbəmizdə mövcud prosesin davamlı olması və cəmiyyətin yenilənməsi uğrunda üzərimizə düşən vəzifəni sonacan yerinə yetirməliyik”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, iqtidarın elan etdiyi islahat, yumşalma siyasəti faydalı və çox labüddür: “Bu istiqamətdə onların atacağı istənilən səmimi pozitiv addıma da təbii ki, dəstək verməyə hazırıq. Mən düşünürəm ki, hazırkı vəziyyətdə Azərbaycanımızın yeganə xilas yolu iqtidar-müxalifət-xalq birliyindən və həmrəyliyindən asılıdır. Bu yöndə də təbiidir ki, əsas iş iqtidarın üzərinə düşür. Çünki iqtidar odur və o gücün yaratdığı məsuliyyət hissi ilə davranmalıdır. İlk baxışdan deyə bilərik ki, nəhayət, bu istiqamətdə iqtidar ilk addımı atıb. Müxalifətin də böyük bir hissəsi bu addıma adekvat - müsbət reaksiyasını sərgiləyib. Görüşlərin davamı ümid yaradır. Gözləntimiz odur ki, hakimiyyət elan etdiyi islahatlarda səmimi, ardıcıl və prinsipial olacaq. Ən əsası birinci şəxs bu məsələdə sona qədər siyasi iradə və qətiyyət nümayiş etdirəcək”.

T.Abbaslının sözlərinə görə, təbiidir ki, illərdir öz varlıqlarını sərt idarəçilik sisteminin hesabına sürdürən, bunun hesabına mal, mülk, vəzifə, səlahiyyət sahibi olanlar bu prosesə sona qədər dirəniş göstərəcək: “Çünki onlar da gözəl anlayırlar ki, idarəçilik qaydaları, sistemi dəyişən kimi, xalqla iqtidar arasında normal, sivil münasibətlər formalaşdıqdan sonra onlar tarixin arxivinə atılacaqlar. Hətta ola bilər ki, onlar tarixin arxivinə deyil, zindanlara atılarlar və onillərdir ki, xalqdan taladıqları da əllərindən çıxar. Odur ki, onların sona qədər dirənməkdən və hər cür qanuni, qanunsuz yoldan istifadə edərək özlərini qorumaqdan başqa çıxış yolları qalmayb. Təbiidir ki, dövlətin canına qarayara kimi çökmüş bu quldurların istər müxalifətdaxili, istər beynəlxalq təşkilatlar və xarici dövlətlərdə də dayaqları kifayət qədərdir. Və dönəm-dönəm biz bu təsir rıçaqlarından istifadə ilə özlərini qoruduqlarının, mövcudluqlarının ömrünü süni şəkildə uzatmalarının şahidi olmuşuq. Bu da ilk növbədə dövlətə və dövlətçiliyə vurulan zərbə olub. Bunları təkcə mən demirəm, hətta mənim dediklərimdən daha açıq və sərt formada iqtidarın öz nümayəndələri etiraf edir. Ancaq bütün maneələrə baxmayaq başlanan proses davam etməlidir. Azərbaycanımızın ərazi bütövlüyü, gücü, qüdrəti və hətta müstəqilliyi belə, həm də bu prosesin inkişafından asılıdır”.

ALDP səri Fuad Əliyev deyir ki, iqtidar-müxalifət görüşünün davamının olması bir müddət əvvəl yaranan ümidləri daha da artırıb. Çünki indiki dövrdə müxtəlif fikirlərin olması, fərqli təkliflərin müzakirə olunması ölkənin iqtisadi, epidemioloji durumdan çıxması, həm də ölkədə yeni bir prosesin yaranması üçün təkan verə bilər. Partiyaların qeydiyyatdan keçməsinin sadələşdirilməsi və əngəllərin aradan qaldırılması pozitiv bir məsələdir. Yəni artıq ortada müsbət nəticələr var.

Müxtəlif siyasi partiyaların olması fikir müxtəlifliyinə, siyasi səhnənin rəngarəng olmasına dəlalət edəcək. Bu görüşlərin davam olunmasında, olub-olmamasında müxalifətdən çox iqtidarın mövqeyi təsirlidir: “Bu proses ardıcıl və davamlı olmalıdır. Kampaniya xarakterli və protokol qaydasında olmamalıdır. Haradasa ümidim var ki, iqtidarın elan etdiyi islahat və yeni kurs kağız üzərində qalmaz”.

O ki qaldı bu prosesi pozmaq istəyənlərə, Fuad Əliyev dedi ki, bu cür cəhdlər həmişə olub və olacaq: “Artıq iqtidara yaxın olanlar da bunu açıq bəyan edirlər. Bəzi keçmiş deputatların və Fəzail Ağamalının silsilə açıqlamaları bunun sübutudur. İndi başlayıblar keçmiş ”sirləri" açmağa. Halbuki biz bunları bilirdik və deyirdik. Vurulanlar, komandadan uzaqlaşdırılanlar və onların vəzifələrdə qalan uzantıları təxribat törədib, prosesi zədələmək istəsələr belə, bu dəfə alınmayacaq. Bu dəfə onlarda heç nə alınmayacaq. Çünki proses artıq gedir".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40
Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34
Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32
Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30
Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24
Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20
“Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17
Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12
NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07
Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03
Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17
Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03
“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01
Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56
Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48
Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40
YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru