Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                 

Milli Şuranın “ucuz neft” sevincinə müxalifətdən sərt sözlər - “Bu, sadəcə, şüursuzluq əlamətidir”
Tarix: 17-06-2020, 10:19 | Çap et
Milli Şuranın “ucuz neft” sevincinə müxalifətdən sərt sözlər
Milli Şuranın “zoom konfransı”ndan yayılan son video cəmiyyət tərəfindən hiddətlə qarşılanıb. Həmin kadrlarda qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli bir müddət öncə Azərbaycan neftinin 14 dollara düşdüyü barədə yayılan dezo xarakterli məlumatlara sevinir.

Hətta o, bu xəbəri verdiyinə görə təbrik almaq istəyir: “Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin”.

Ardınca Amerikada yaşayan MŞ sədri Cəmil Həsənli rişxəndlə bunları deyir: “Bu, son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm”.

Göründüyü kimi, bu qüvvələr neftin kəskin ucuzlaşması nəticəsində xalqın aclıq, səfalət içərisinə düşməsini istəyir və bu yolla iqtidar dəyişikliyi edəcəklərinə ümid edirlər. Onların bu mövqelərinə demokratik düşərgədə təmsil olunan digər qüvvələr də sərt təpki verirlər.

AĞ Partiya başqanı Tural Abbaslı sərt danışdı: “Milli Şuranın məlum zoom iclasının görüntülərinə mən də baxdım. Sözün düzü, xeyli təəssüf hissi keçirdim. Çünki müxalifət olsan belə neftin dünya bazarında kəskin ucuzlaşmasına sevinmək və buna görə təbrik tələb etmək nəinki düzgün deyil, həm etik deyil. Çünki bu gün kimsəyə sirr deyil ki, iqtidarın yürütdüyü yanlış siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı tam olaraq neft gəlirlərindən asılı vəziyyətə düşüb. Və yenə də kimsəyə sirr deyil ki, neftin qiymətinin kəskin ucuzlaşması iqtisadiyyatımızın tamamən çökməsinə, insanlarımızın iş yerlərini itirməsinə, çörəksiz qalmasına səbəb olacaq.

Belə iqtisadi fəlakətə rəğmən hakimiyyətə gəlməyi düşünmək üçün ya ağılsız, ya da kürsü hərisi olmalısan. Nə olursa-olsun, təki mən hakimiyyətə gəlim düşüncəsi qətiyyən yetişkin və vətənpərvər siyasətçi yanaşması deyil. Həm də insan nə qədər dayaz siyasətçi olmalıdır ki, düşünməsin ki, iqtisadi fəlakət dönəmində iqtidara gəlmək olar, ancaq o iqtidarı saxlamaq olmaz. Hələ mən bu qafalı insanların iqtisadiyyatı yenidən dirçəldib, dövləti normal düzənə qaytarmasından danışmıram. Çünki belə düşüncəli fürsətcillərin nəsə bacaracağına inanmıram. Biz, AĞ Partiya olaraq nəyin bahasına olursa-olsun iqtidara gələk düşüncəsinin tam əleyhinəyik və yanaşmanı dövlətə və dövlətçiliyə ziyanlı hesab edirik. Hər hansı bir müxalif qurumun iclaslarının qanunsuz olaraq izlənilməsini və yayılmasını cinayət hesab edirik. Ancaq əgər kiminsə gizli fikir və düşüncələri bu və ya digər formada ictimailəşirsə, onlar da bunun hesabını verməyə hazır olmalıdır. Bu videogörüntülər həmin qurumun və o qurumda təmsil olunan ayrı-ayrı siyasilərin imicinə ciddi şəkildə zərbə vurdu. Bu zədənin bərpasının isə xeyli ağır olacağını, bəlkə də ümumiyyətlə bərpa olunmayacağını düşünürəm”.

ADP sədri Sərdar Cəlaloğlu: “Dünyanın bir çox yerlərində bəzi müxalif qüvvələr ölkədə sosial-iqtisadi vəziyyətin gərginləşməsində maraqlı olurlar. Düşünürlər ki, bu vəziyyət nə qədər gərgin olarsa, insanlar aktivləşər. Halbuki müasir hüquq nəzəriyyələri birmənalı şəkildə sübut edir ki, insanlar sosial-iqtisadi hüquqlarını müdafiə edərkən siyasi hüquqlarından imtina edirlər. Məsələn, mitinqə gəlsəm işdən çıxarılaram, yaxud bu qohumumun başına gələ bilər. Onların düşündüyü kimi, neftin ucuzlaşması nəticəsində sosial-iqtisadi durum lap ağırlaşsa belə istədikləri olmayacaq. Onlar bütün bunları bilmirlər. Çünki nəzəriyyədən xəbərsizdirlər. Ona görə boş-boş şeylərə ümid edirlər. Bu, sadəcə, şüursuzluq əlamətidir. Çox təəssüflər olsun ki, Azərbaycanda bu düşüncəyə sahib qüvvələr var”.

ALDP rəhbəri Fuad Əliyev cavabı daha kəskin oldu: “Milli Şuranın online iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların səviyyəsinin göstəricisidir. Bunlar iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, qeybətlə məşğuldurlar. Başqalarını təhqir edirlər. Həyatda heç nəyə nail olmayan biri professoru təhqir edir. Başqası isə universitetdə dərs dediyi bir zaman var idi, tələbələrdən qiymət yazmaq üçün rüşvət alırdı, indi isə xalqa mənəviyyatdan və əxlaqdan dərs deməyə çalışır. Neftin barelinin 14 dollara düşməsi hadisəsi ilə əlaqədar iclasda bir qadın hamını böyük ruh yüksəkliyi ilə Şura rəhbərliyini təbrik etməyə çağırır. ”Rüstəm Şou-Maski Şou"nu davam etdirən professor “yox, qiymət hələ axıra qədər aşağı düşməyib, düşüb başa çatsın sonra təbrik edərəm”- deyir. Bu nə yanaşmadı, bu nə düşüncədir? Böyük bir adı daşıyan Şura, xalqın ümidini elə yaranan gündən puç etdi və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət etdiyini göstərdi".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu: “Bu gün neft o qədər də ucuz deyil. Amma bu qiymətlərin necə olmasının sadə insanlara bir dəxli yoxdur. Ölkəmiz hazırda təhlükəli pandemiya ilə üz-üzədir. Xalq olaraq, gələcəyi düşünmək zorundayıq. Hakimiyyətə gəlməyin yolu demokratik mübarizə aparan qüvvələrin birləşib, ölkədə azad seçkini təmin etmələrindən gedir. Əks halda, neftin qiymətinin aşağı düşməsi ilə nəyəsə nail olmaq çətindir”.

AMİP katibi Əli Orucov bunu abtallıq hesab edir: “Dünya bazarında neftin qiymətlərinin dəyişməsi siyasi amillərlə bağlıdır. Dünya ağalığı uğrunda gedən mübarizənin nəticəsində dəyişir. Azərbaycanın da neft qiymətlərinin dəyişməsində heç bir rolu yoxdur. Bunlar məlumdur. Lakin dünya bazarında neftin ucuzlaşması Azərbaycanın ziyanınadır və buna sevinənləri anlamaq olmur. Dövlət büdcəsinin çox hissəsi neft-qaz satışından əldə olunan gəlirlərdən formalaşdırılır. Neft ucuzlaşırsa, büdcədə problemlər yaranır və bu da büdcədən maliyyələşən on minlərlə insanımızın ya işsiz, ya da aylarla maaşsız qalması, iqtisadiyyatın və digər bütün sahələrin ciddi çətinliklərlə üzləşməsi deməkdir. Nəzərə almaq lazımdır ki, bu pullardan Azərbaycan vətəndaşı da bəhrələnir. Mən inana bilmirəm ki, neftin ucuzlaşmasına Azərbaycan vətəndaşı sevinsin. Milli Şura mənsublarının bu ucuzlaşmaya gözaydınlığı verməsini abtallıq adlandırardım. Guya neft ucuzlaşanda hakimiyyəti dəyişərək özləri gələ biləcəklər ki? Əksinə, bahalaşmanı arzulamaq lazımdır ki, ölkə əhalisinin maddi rifah halı yaxşılaşsın. Ən pis şərtlərlə hakimiyyətə gəlməyi arzulayanlar böhranda ölkəni necə idarə edə biləcəklər? Müxalifət olaraq məqsəd Azərbaycanın milli və dövləti maraqlarının müdafiəsidir, yoxsa əksinə, öz çıxarları naminə xalqa çətinlikləri arzulamaq. Mən bu cür yanaşmanı qınayıram. Məncə, Milli Şuranın bəzi yetkililərinin neftin ucuzlaşmasından duyduğu şadyanalıq xoş məramdan xəbər vermir və onların özünüifşasından başqa bir şey deyil.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Bu gün, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Bu gün, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Bu gün, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Bu gün, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Bu gün, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Bu gün, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Bu gün, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Bu gün, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Bu gün, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Bu gün, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Bu gün, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Bu gün, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Bu gün, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Bu gün, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Bu gün, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Bu gün, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Bu gün, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru