Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                 

"Ayaz Mütəllibov bu qətldən yaxasını kənara çəkə bilməz” - Əli Nağıyev tarixi vərəqlədi
Tarix: 15-06-2020, 11:37 | Çap et
"Ayaz Mütəllibov bu qətldən yaxasını kənara çəkə bilməz”
"Heydər Əliyev deputat olduğu vaxt çıxış edəndə Milli Məclisdə ayaqlarını yerə çırpanlar, təpik döyənlər, fit çalanlar bu gün Heydər Əliyevin guya təbliğatçıları kimi şeypur çalanlar dəstəsi yaradıblar"...

“Çox heyfslənirəm ki, Əjdər Xanbabayevlə şəxsi tanışlığım, ünsiyyətim olmayıb, amma onun çox yaxın silahdaşları ilə Əjdər müəllim barəsində xeyli söhbətlərimiz olub. Məsələn, onu çox yaxından tanıyan Cəlal Əliyev Əjdər müəllim haqqında çox yüksək fikirdə olub. Cəlal Əliyev elə insan idi ki, hər adam haqqında yüksək danışmazdı, ancaq yaxşılığına dəqiq qərar verdiyi adamlara diqqət yetirməyə, onlar haqında yüksək fikir söyləməyə simiclik etməzdi. O, Əjdər Xanbabayev haqqında çox uca fikirlər səsləndirirdi. Cəlal müəllim hesab edirdi ki, Əjdər Xanbabayev heç nədən çəkinmədən, vəzifəsini belə, itirməkdən qorxmadan Heydər Əliyev yolunda mübarizəyə qoşulmuş bir kişi idi. Elə belə də oldu, bu yolda həyatını itirdi. Cəlal Əliyevlə görüşdən sonra evinə qayıdan Əjdər müəllimi maşınına oturanda qətlə yetirdilər, gülləylə vurdular”.

Bunu Dominant.az-a Yeni Azərbaycan Partiyasının qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev 1990-cı ildə Heydər Əliyevin Azərbaycana gətirilməsində misilsiz xidmətləri olmuş, bu yolda canından belə, keçmiş tanınmış ziyalı, mədəniyyət xadimi, "Azərnəşr"in o zamankı direktoru Əjdər Xanbabayev haqqında danışarkən deyib.

Əli Nağıyev Əjdər Xanbabayevin məhz Heydər Əliyevin Bakıya gəlməsindən bir gün öncə, 30 may 1990-cı ildə şəhərin mərkəzindəcə sifarişlə qətlə yetirilməsindən də danışıb: “O vaxtkı Baş prokuror İxtiyar Şirinovun, səhv etmirəmsə, Mamed adlı müavini ilə iki dəfə görüşümüz olmuşdu. O, mənə dəqiq demişdi ki, Əjdər Xanbabayevi vuran adamın adı Tarix olub, qətlin təşkilatçısı isə Hacı Seyfəl deyilən adam. Hacı Seyfəl də Ayaz Mütəllibovun dostu idi. Mütəllibov bu qətldən yaxasını kənara çəkə bilməz”.

Həmsöhbətimiz Ə.Xanbabayevi ali insan kimi xarakterizə edib: “Əjdər müəllim barəsində, "Azərnəşr"in ondan sonrakı direktoru Əlicanla da dəfələrlə söhbətlərimiz olub. O vaxt o, mənim yanıma, partiyanın qərargahına gəlirdi. Əlican Əjdər müəllim haqqında çox ətraflı danışırdı, onun öldürülməsinə o qədər yanırdı ki, əsəblərini cilovlaya bilməyib, onu öldürtdürənləri söyməklə acığını çıxmağa çalışırdı.

Rusların bir “dobrodetel” sözü var, Azərbaycan dilinə birmənalı tərcüməsi yoxdur. Düzdür, comərd, xeyirxah kimi tərcümə edirlər, amma heç biri bu sözün tam mənasını ifadə etmir. “Dobrodetel” çox tutumlu sözdür və “dobrodetel” olmağın ən cavib dörd keyfiyyəti var – ağıl, sevgi, iradə və ədalət. Məsələn, Azərbaycanın musiqi dühası Üzeyir Hacıbəyli “dobrodetel” olub. Əlican müəllimin söhbətlərindən mənim nəzərimdə Əjdər müəllim də əsl “dobrodetel” kişi kimi canlanıb. İndi Əjdər müəllimi bir cümləylə təsvir etməyimi istəsələr, Heydər Əliyev uğrunda canını qurban verən kişi kimi xarakterizə edərəm”.

“Çox təəssüf edirəm ki, indiki məqamda belə insanlara layiq olduqları qiymət verilmir. Layiq olduğun qiymətin verilməsi çox önəmi, əhəmiyyətli, vacib məsələdir. İndi Əjər Xanbabayev də, Heydər Əliyev də haqq dünyasındadır, bizim kimisə kəsib atmağımızla, sıradan çıxarmağımızla, silməyə çalışmağımızla gerçəklik, həqiqət, tarix dəyişməyəcək. Heydər Əliyev deputat olduğu vaxt çıxış edəndə Milli Məclisdə ayaqlarını yerə çırpanlar, təpik döyənlər, fit çalanlar bu gün Heydər Əliyevin guya təbliğatçıları kimi şeypur çalanlar dəstəsi yaradıblar. Halbuki oların hamısı yal tulalarıdır, heç birinin Əjdər Xanbabayev kimi canını qurban verməyə cəsarəti çatmaz.

Hər şeyi düz, olduğu kimi demək lazımdır axı. Məsələn, o vaxt Naxçıvan Ali Məclisinin sədri, Allah rəhmət eləsin, Afiyəddin Cəlilov yox, ondan əvvəlki İsayevdi, nə idi, olsaydı, Heydər Əliyev ola bilərdi ki, deputat seçilməsin. Əgər deputat seçilməyəcəkdisə, deməli, ondan sonrakı fəaliyyəti də olmayacaqdı. Eyni zamanda, əgər o vaxt Əbülfəz Elçibəy yox, İsa Qəmbər prezident olsaydı, işlər tamam başqa istiqamətdə gedə bilərdi. Başqa bu kimi məsələləri də mütləq nəzərə almaq və hər bir kəsin qiymətini düzgün vermək lazımdır. Bu tərbiyə bizə Nizami babamızdan qalıb, o böyük kişi deyirdi ki, “İnsanda bir hünəri görüb vəsf etsən əgər, onun hünər çeməsi birə beş qüvvətlənər. İnsanda bir qüdrəti görüb tərif etməsən, onun hünər gövhəri düşüb itər əlindən”. Bunu da bilmək lazımdır ki, insanlığın ən böyük ləkələrindən biri qədrnaşünaslıq, dönüklükdür. Zatən bu dünyada çox qısa ömür sürürük, doğru olanı danmaqla heç nə əldə etməyəcəyik”, - deyə sabiq nazir vurğulayıb.

Əli Nağıyev məqam düşmüşkən, Heydər Əliyevin yenidən hakimiyyətə gətirilməsi, Yeni Azərbaycan Partiyasının qurulması ilə bağlı bəzi tarixi məqamları da xatırladıb: “Bir faktı da danışım, o vaxt – ya Azərbaycan Dövlət Universitetin (indiki BDU – red.), ya da Azərbaycanda Sovet hökumətinin qurulmasının 50 illiyində Ziya Bünyadov çıxışında demişdi ki, “Azərbaycan SSRİ-nin tərkibinə Gəncədə istehsal olunan inciciçəyi sabunuyla sabunlanıb girməmişdi, Azərbaycanı işğal eləmişdilər”. Bundan sonra Ziya Bünyadova qarşı müəyyən təzyiqlər olmuşdu. 1992-ci ildə mən bir qrup ziyalı ilə bərabər Ziya müəllimi Naxçıvana, Heydər Əlyevlə görüşə aparanda, H.Əliyevin otağında baş tutan görüş zamanı Ziya Bünyadov bu məsələni bir daha önə çəkdi. Heydər Əliyev Ziya Bünyadovu dinləyəndən sonra cavab verdi ki, “Ziya, sən mənə niyə demirsən ki, sən mənim vaxtımda Dövlət Mükafatı Laureatı olmusan, sən mənə niyə demirsən ki, sən mənim vaxtımda akademik olmusan, sən mənə niyə demirsən ki, mənim vaxtımda institutun direktoru olmusan (Z.Bünyadov 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsirlər tarixi" şöbəsinin rəhbəri olub – red.). Əgər mən istəməsəydim, sən bunlara nail ola bilərdinmi? Allah rəhmət eləsin, Ziya müəllim başını aşağı salaraq Heydər Əliyevin fikirləri ilə razılaşdı. Heydər Əliyev davam edərək qeyd elədi ki, “Mən siyasi rəhbər olaraq, həm səni qorumalıydım, həm də respublikanı”. Ziya Bünyadov da bir kəlmə söz demədən başını saldı aşağa. Bütün bunları yazmaq, danışmaq lazımdır. Hər kəsin əyrisini də, düzünü də, pisini də, yaxşısını da olduğu kimi demək lazımdır. Ziya Bünyadov incik olsa belə, o çətin məqamda ayağa qalxıb dedi ki, “Heydər Əliyev hakimiyyətə gəlməsə, bu xalqın sabahı yoxdur”. İndi boş-boş adamların mənasız danışması tarixə, həqiqətə təsir edə bilməz.

O dövrdə mən eşidəndə ki, hansısa kənddə Heydər Əliyevə rəğbət bəsləyən bir nəfər var, çətinliklə olsa belə, maşın tapıb gedirdim həmin kəndə. Birinci dəfə həmin adamın evində qonaq qalıb adamın özüylə söhbətlər edirdim. İkinci dəfə gedəndə o adamın evində mənim başıma 3-5 nəfər yığılırdı, artıq üçüncü dəfə gedəndə həmin 3-5 nəfər olurdu 10-15 nəfər ki, bununla da təşkilat komitəsi yaranırdı. İndi bütün bunların üzərindən qara örtük örtüb, “ancaq mən varam, başqa heç kim yoxdur” deməklə heç nəyi unutmaq, unutdurmaq mümkün olmayacaq. Bu gün “ancaq mən varam” deyənləri də çox yaxşı tanıyıram.

Heydər Əliyev 1993-cü ilin fevral ayında Bakıya gələndə bu gün qazan başına keçib, çömçəsini yekə götürənlərin biri də aeraportda yox idi. Tayfadan Cəlal Əliyev idi, Rafiq Xələfov idi, hər ikisinə Allah rəhmət eləsin. O vaxt, Allah rəhmət eləsin, Aqil müəllimi tanımırdım, bilmirəm, orada var idi, yoxsa yox idi. Bir də Mahmud Məmmədquliyevi tanımırdım, ancaq qardaşımın dediyinə görə, o, orada olub. Partiyadan da mən idim, Rəfail Allahverdiyev idi, Fəraməz Maqsudov idi. Bir də Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadə və Zeynəb Xanlarova orda idi. Bunları da demək lazımdır ki, bu gün dövləti talayanlar, çömçəsini qabağa dürtənlər qoy eşitsinlər, bilsinlər”.

Müsahibimizin fikrincə, Əjdər Xanbabayev mübarizə adamı deyildi, öz intellekti ilə işləyən, özünü qurban verməyə hazır fədai idi: “Onun yazıçılar arasında da böyük hörməti olub, haqqında ancaq ədalətli kişi kimi danışırlar. Yenə də deyirəm, çox təəssüf edirəm ki, onunla bircə dəfə olsun belə, görüşüb söhbət etmək şansım olmayıb. Ancaq onun Heydər Əliyevin Azərbaycana qayitmasinda rolu danilmazdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Bu gün, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Bu gün, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Bu gün, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Bu gün, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Bu gün, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Bu gün, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Bu gün, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Bu gün, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Bu gün, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Bu gün, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Bu gün, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Bu gün, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Bu gün, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Bu gün, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Bu gün, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Bu gün, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Bu gün, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru