Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                 

“Elə mühit yaratmaq lazımdır ki, məmur dövlət vəsaitini talaya bilməsin” - deputat
Tarix: 12-06-2020, 08:52 | Çap et
“Elə mühit yaratmaq lazımdır ki, məmur  dövlət vəsaitini talaya bilməsin”
Koronavirus pandemiyası və neft qiymətlərindəki ucuzlaşma Azərbaycanda dövlət xərcləmələri üzərində nəzarətin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirib. Bu sahədə effektiv nəticələr əldə etmək, azalan gəlirlərdən səmərəli istifadə etmək üçün hansı addımlar atılmalıdır? İri dövlət müəssisələri, dövlət büdcəsindən maliyyələşən layihələrdə çalışan kommersiya qurumlarını şəffaflığa, hesabatlılığa necə cəlb etmək olar?

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli ilə müsahibədə bu suallara cavab tapmağa çalışmışıq.

- Əli bəy, yaranmış böhran şəraitində Azərbaycanın itkiləri nə qədər böyükdür?

- Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycan da bu il bir tərəfdən, koronavirus pandemiyasından ziyan çəkir, bundan əlavə dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində də ciddi itkilərə məruz qalır. Koronavirus pandemiyası və onun ətrafında gedən proseslərin fəsadları nəticəsində, rəsmi açıqlamalara görə, ölkəmiz sərt karantin və təcrid vəziyyətinin tətbiq edildiyi şəraitdə gündə 120-150 milyon manat (digər bir hesablamaya görə isə gündə 80-90 milyon manat) itirir. Bu ilin aprelində neftin qiyməti kəskin surətdə aşağı endikdən sonra, ilin sonunadək hazırkı 40 dollar ətrafında qərarlaşsa, həmin rəqəm builki rəsmi proqnozların əsasına qoyulan 55 dollardan 15 dollar aşağı olduğundan, Dövlət Neft Fonduna proqnozlaşdırılan 7,3 milyard dollara qarşı, azı 2 milyard dollar az vəsait daxil ola bilər. Bu il rəsmi proqnozlara görə, 2,4 faizə qədər iqtisadi artım gözlənilirdi. Amma hadisə və proseslərin gedişatı göstərir ki, həmin artımın güzgü əksolunması kimi dəyişəcəyi, ya da azı 2 faiz enmə ilə əvəzlənə biləcəyi ehtimalı böyükdür. Belə bir şəraitdə koronavirus pandemiyasının fəsadlarını yumşaltmaq və postpandemiya mərhələsinin bir sıra problemlərinin həllini sürətləndirməkdən ötrü dövlət 3,5 milyard manat vəsait ayırmağı nəzərdə tutub və onun bir hissəsi artıq xərclənib.

- Bir çox iri dövlət, həmçinin dövlətin maliyyələşdirdiyi kommersiya qurumlarının maliyyə hesabatlılığında ciddi problemlər var. Bu problemləri necə aradan qaldırmaq mümkündür?

- İndiki şəraitdə dövlət vəsaitlərindən istifadə sahəsində nəzarətin gücləndirilməsi lazım gələcək. Ona görə də 3 problemin həlli böyük aktuallıq kəsb etməyə başlayır:

Birincisi, Dövlət Neft Fondunun orta illik gəlirinin 20 milyard dolların ətrafında olduğu neft bumu dövrü ilə fondun illik gəlirlərinin bu il üçün 7,3 milyard dollarlıq proqnoza qarşı 5 milyard dolların üstünə enəcəyi yeni mərhələnin fərqinə varmalıyıq. Dövlət Neft Fondundan büdcəyə transfertlərin tədricən azaldılması, eyni zamanda həm də büdcə vəsaitindən yeni resessiya mərhələsinin çağırışlarna uyğun surətdə qənaətlə və səmərəli istifadə probleminin həlli üçün də yaxşı zəmin yaradar. Bununla yanaşı, büdcə gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun vəsaitindən qənaətlə və səmərəli istifadə edilməsi, bunun müqabilində büdcə gəlirlərinin artırılmasında əlavə mənbələrdən istifadənin dairəsi genişləndirilməlidir. Həmin məqsədə dolğun şəkildə nail olmaqdan ötrü, bütün sahələrdə olduğu kimi, bu sahədə də hər şeydən əvvəl idarəetmə fəlsəfəsinin köklü surətdə dəyişdirilməsi, islahatları genişləndirib dərinləşdirməklə, iqtisadi sahədə hər şeyə total nəzarətdən və ifrat inhisarçılıqdan iqtisadiyyatın liberallaşdırılması və iqtisadi azadlıqların genişləndirilməsi istiqamətində başlanan işlərin sürətləndirilməsi obyektiv tələbata çevrilib. İkincisi, büdcə vəsaitindən qənaətlə istifadə edilməsi, ondan istifadənin səmərəliliyinin, nəticəliliyinin artırılması. Üçüncüsü, iri şirkətlərin dövlət zəmanəti ilə aldıqları kreditlərdən istifadənin səmərəliliyinin artırılması.

- Uzun illərdir bu dediyiniz məsələlər problem olaraq qalır, həll olunmur...

- Qeyd etdiyim ikinci və üçüncü istiqamətlərdə əsaslı dönüşə nail olmaqdan ötrü nəzərə almaq lazımdır ki, büdcəni Maliyyə Nazirliyi tərtib etsə də, onun effektiv xərclənməsinə nəzarətin də bütün ağırlığını həmin nazirliyin üzərinə qoymaq olmaz. Bu məsələdə konstitusion tələblər və digər qanunvericilik aktlarının tələblərinə uyğun surətdə dövlətin və cəmiyyətin birgə fəaliyyətinin effektiv kombinasiyasına nail olmaq lazımdır. Büdcə prosesinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasının hüquqi təminatını möhkəmləndirməkdən ötrü Büdcə Məcəlləsi, dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarının yenidən işlənilib hazırlanması, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühitinin yaradılması prinsipləri və qaydalarını müəyyən edən dövlət satınalmalaırı haqqında yeni qanunun qəbulu və digər müvafiq normativ-hüquqi aktların təkmilləşdirilməsi istiqamətində işlər sürətləndirilməlidir.

İşlək nəzarət mexanizmi tətbiq edilməsi, şəffaf hesabatlılıq, məsuliyyət və cavbdehliyin artırılması hesabına elə bir mühit yaratmaq lazımdır ki, dövlətin böyük etimad göstərdiyi bir sıra yüksək ranqlı məmurlar həmin etimaddan sui-istifadə edə, dövlət vəsaitini talaya bilməsin. Bununla əlaqədar olaraq Maliyyə Nazirliyi dövlət maliyyə inzibatçılığının gücləndirilməsi, şəffaflıq və hesabatlılığın artırılması məqsədilə dövlət qurumlarının müvafiq maliyyə hesabatlarının açıqlanması sahəsində də nəzarətin gücləndirməyə, həmin hesabatlara tələbləri sərtləşdirməyə başlayıb. Eyni zamanda Milli Məclisin dövlət büdcəsinin icrasına nəzarət etməsinə dair konstitusiyamızın 95-ci maddəsinin 5-ci bəndinə uyğun surətdə həm İqtisadi siyasət komitəsində 3 dinləmə və bir geniş iclas keçirməklə, həm də plenar iclaslarda 2019-cu ilin büdcəsinin icrasına ölkədə həyata keçirilən islahatlar və postpandemiya mərhələsinin çağırışları prizmasından baxmaqla əvvəlki illərdən xeyli fərqli, geniş və dərin müzakirələr təşkil edilməklə yeni yanaşma tətbiq edilib. Bununla yanaşı, məlumdur ki, Milli Məclis büdcəyə nəzarət işini həm büdcə müzakirələri, həm də Hesablama Palatası vasitəsilə həyata keçirir. Zamanın tələblərinə uyğun olaraq, həm Hesablama Palatasının, həm də Maliyyə Nazirliyinin müvafiq strukturları dövlət vəsaitlərindən istifadə sahəsində yol verilən qüsurların aşkarlanması, maliyyə hesabatlılığının artırılması, bir sıra sahələrdə dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində onlarla təklif verməklə yanaşı, həm də miqyaslı işlərə başlayıb.

- Maliyyə hesabatlarının açıqlanması məsələsi ağrılı nöqtələrdən biri hesab olunur. Müstəqil ekspertlər bir çox hallarda xaricdən kredit alan iri dövlət müəssisələrinin hesabatlarını krediti verən xarici maliyyə qurumlarının saytlarından tapmalı olurlar..

- Müvafiq maliyyə hesabatlarının açıqlanması sahəsində də nəzarətin gücləndirilməsi istiqamətində addımlar atılacaq. Bu kontekstdə dövlət büdcəsindən çoxmilyonlu vəsaitlər, eləcə də dövlət zəmanəti ilə irihəcmli kreditlər alan qurumların maliyyə hesabatlılığı günün tələblərinə uyğun surətdə yenidən qurulmalıdır. Bu qəbildən olan dövlət qurumlarının fəaliyyətində şəffaflıq artırılmalı, onların maliyyə hesabatları öz internet saytlarında və mətbuatda qanunvericiliyə müvafiq surətdə vaxtlı-vaxtında işıqlandırılmalıdır. Bununla yanaşı, bir sıra dövlət və dövlətdən maliyyə alan qurumlarda maliyyə hesabatlılığının real vəziyyətini aşkarlamaq, illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməsi tələbi də reallaşdırılmalıdır. Həmin şərtləri təmin etməklə dövlət vəsaitlərindən istifadə sahəsində şəffaflığın təmin olunması istiqamətində irəliyə doğru mühüm addımlar atmaq olar.

Dövlət İnvestisiya Proqramının tərtibi zamanı əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri, texniki-iqtisadi əsaslandırma və texniki-iqtisadi hesablamaları olan layihələrin proqrama daxil edilməsinə üstünlük verilməsi; investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi və ekspertizasının aparılması məqsədilə iri layihələr üzrə xərc-gəlir təhlilinin aparılması üzrə meyarların müəyyən edilməsi, hər il müvafiq layihələrin xərc-gəlir təhlilinin aparılması, investisiya layihələrinin qiymətləndirilmə aparıldıqdan sonra seçilməsinə üstünlük verilməsi və layihələrin icrası başa çatdıqdan sonra təsir qiymətləndirməsinin aparılması bu sahədə mümkün çatışmazlıqların, şişirtmələrin və digər sui-istifadələrin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər.

- Büdcə xərcləmələri üzərində ictimai nəzarət imkanları nə qədər yetərlidir sizcə?

- Bilirsiniz, qeyd etdiyim addımlar çox zəruridir, amma nə qədər zəruri olsa da, məsələnin yalnız bir tərəfidir. Büdcə vəsaitindən istifadənin səmərəliliyini yüksəldilməsinə, eləcə də yeyinti və korrupsiya əməllərinə münbit şərait yaradan şişirtmələrin aradan qaldırılmasına yönələn mexanizmin lazımı səviyyədə işləməsinə nail olmaqdan ötrü, bütün bu deyilənlərlə yanaşı, “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun surətdə işlək nəzarət mexanizmi formalaşdırılıb, həyata keçirilməlidir. Həmin tələblərə uyğun olaraq vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi; mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi; mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili; mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması; konkret istiqamətlər üzrə dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması kimi şərtlər dolğun şəkildə gözlənilməlidir.

Dövlət qurumlarında ictimai şuraların yaradılması işindəki boşluqlar aradan qaldırılmalı, onların fəaliyyəti dövlət maraqlarına uyğun yenidən qurulmalıdır. İctimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təqdim etmək, eləcə də öz fəaliyyətinə dair illik hesabat hazırlamaq və dərc etdirmək kimi tələblər yerinə yetirilməlidir. Bununla yanaşı, sözügedən istiqamətlərdə islahatların gedişi və əldə olunan nəticələr barəsində ictimaiyyətə mütəmadı və aydın, anlaşılan məlumatların verilməsi çox zəruridir.

Məhkəmə sisteminin islahatlarının davam etdirilməsi və müstəqil məhkəmə sisteminin formalaşdırılması da həmin yöndə rast gəlinən bir sıra problemlərin çözülməsində əhəmiyyətli rol oynaya bilər. Yerli problemlərin həllində bələdiyyələrin rolunun və məsuliyyətinin artırılması istiqamətində addımlar da yerlərdə dövlət vəsaitindən sui-istifadənin dərəcəsinin azaldılmasına müsbət təsir göstərə bilər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Dünən, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Dünən, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Dünən, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Dünən, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Dünən, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Dünən, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Dünən, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Dünən, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Dünən, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru