Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                 

“Mütəllibov Moskva qarşısında Vəzirovdan daha itaətkar idi"
Tarix: 2-06-2020, 08:48 | Çap et
“Mütəllibov Moskva qarşısında Vəzirovdan daha itaətkar idi"
Hər ikisinin hakimiyyət dövrü uzun çəkməsə də, Azərbaycanın qaynar dövrünə təsadüf edir. Ə.Vəzirov SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri olub. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların qarşısını almaqda aciz olub, sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. Yanvar qırğınından sonra xalqın tələbi ilə vəzifəsini tərk edib və Moskvaya gedib. Buna görə də Azərbaycanda onun haqqında cinayət işi qaldırılıb. Hazırda Əbdürrəhman Vəzirov Moskvada yaşayır.

Ayaz Mütəllibov isə 1988-ci ildən Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra - 1990-cı ilin may ayının 18-də Azərbaycan SSRİ Ali Soveti tərəfindən Azərbaycan SSRİ prezidenti seçilib. 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədir, azərbaycanlıları soyqırıma məruz qoyur. Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan ovaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə 1992-ci il martın 6-da o, istefa verir. Lakin mayın 14-də vəzifəsinə qayıdır. Onun qayıdışı cəmi bir gün çəkir. Müxalif cəbhədə duran Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov mayın 15-də yenidən istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. 1992-ci ildən 2012-ci ilə qədər Mütəllibov Moskvada yaşamağa məcbur olur. 2012-ci il iyulun 7-də həmişəlik Bakıya qayıdıb.

Həm onun, həm də Ə.Vəzirovun SSRİ paytaxtına bağlılığı olsa da, zaman-zaman müqayisə edilirlər. Hansı daha demokratik, açıq fikirli idi, təkliflərə açıq idi? Müxalifətə münasibətdə hansı daha səmimi idi? Ən nəhayət, hansı daha çox azərbaycançı idi? Bu kimi suallar illər keçsə də səslənir.

Bu barədə danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərinin Azərbaycan üçün, SSRİ üçün çox keşməkeşli dövr olduğunu xatırlatdı: “Azərbaycanda proseslərin normal məcrada getməsinə mane olan Dağlıq Qarabağdakı separatçı hərəkətlər həm də Azərbaycandakı siyasi proseslər üzərində öz izini qoydu. 1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycana rəhbər təyin olunanda Azərbaycan qaynar qazan kimi qaynayırdı. Vəzirov əslən Qarabağdan olsa da, bir müddət Azərbaycandan ayrı düşmüş, Moskva mühitində böyümüşdü və Azərbaycan gerçəkliklərini bütün çalarları ilə bilmirdi. O, imperiyapərəst, içərisində istiqlalçılıq, millətçilik, müstəqillik ideyaları olmayan bir adam idi. Eyni zamanda müsbət cəhətləri də olan adam idi. Onda demokratiyaya müəyyən meyl var idi, müasir inkişafın aparıcı meyllərini başa düşürdü. Məsələn, o, Azərbaycanda kompüterləşmə məsələsini irəli sürəndə çoxları ağzını büzürdü. Kəndlərdə hamam tikilməsi, zibil qutularının qoyulması kimi məsələləri qaldıranda da onu lağa qoyurdular. Əslində bu cür ideyalar yanlış deyildi. Vəzirovun Azərbaycanda sürət götürmüş milli-azadlıq hərəkatına, onun liderlərinə də münasibəti tolerant idi. O, həmin adamlarla danışıqlara gedirdi, onlarla dil tapmağa çalışırdı. Vəzirovun ən ciddi səhvlərindən biri Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı subyektiv fikirlər söyləməsi, Heydər Əliyevin gördüyü işlərə kölgə salmağa çalışması idi.

Ayaz Mütəllibova gəldikdə, Ayaz Mütəllibov bir çox parametrlərinə görə Vəzirovla müqayisə edilməyəcək həddə fərqli fiqur idi. Mütəllibov Vəzirovdan daha sərt idi, demokratiyaya, milli azadlıq hərəkatına, istiqlala münasibəti daha sərt idi. Ayaz Mütəllibovun Heydər Əliyevə də münasibəti daha sərt idi. Heydər Əliyevin Bakıya gəlişinə, Bakıda yaşamasına faktiki olaraq imkan vermək istəmirdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyə, istiqlala qovuşmasını istəyirdi. Onun mövqeyi xalq hərəkatı ilə üst-üstə düşürdü. Mütəllibov isə istiqlal tərəfdarlarına qarşı amansız idi. Mütəllibov Moskva qarşısında Vəzirovdan daha hədsiz itaətkarlıq edirdi. O, Azərbaycan xalqı qarşısında prezident seçildiyi zaman üzərinə götürdüyü vəzifələrin bir çoxunu icra etməyi bacarmadı. Onun bir sıra davranışları Qarabağ məsələsində uğursuzluqlarımızın başlanğıcını qoymuşdu. Vəzirov hakimiyyətdə olanda Naxçıvana getmiş və onun istefası tələb olunan mitinqdə çıxış eləmişdi. Mütəllibovun isə Naxçıvanla bağlı münasibəti daha sərt idi. Mütəllibov Naxçıvana getmirdi, əksinə, Naxçıvanın blokadada olmasına seyrçi münasibət bəsləyirdi. Bir sözlə, Vəzirovla Mütəllibovu tərəzinin gözlərinə qoyduqda Vəzirov tərəfinin ağır basdığını deyə bilərik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Dünən, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Dünən, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Dünən, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Dünən, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Dünən, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Dünən, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Dünən, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Dünən, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Dünən, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Dünən, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Dünən, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Dünən, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Dünən, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Dünən, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Dünən, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru