İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" .....                     “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi .....                     Təmiz poqon, təmiz vicdan .....                     "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik" .....                     FHN şefi Axundova GÖRƏV VERDİ .....                     Xarici qrant şəbəkəsi yenidən aktivləşdi .....                     Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi .....                     Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir .....                     Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” .....                     Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir .....                     Bəlkə Azərbaycan XİN hərəkətə keçə... .....                     Deputat sülh müqaviləsindən danışdı: .....                     "Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ .....                     Niderland Azərbaycana yeni səfir təyin edib .....                     Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib .....                     ABŞ senatorlarından Azərbaycana qarşı təxribat .....                     Şərura prokuror təyin olunub .....                     Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” .....                     Cəlilabada yeni prokuror təyin edilib .....                     Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub .....                     Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb .....                     Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu .....                     Ermənistan hökuməti Karapetyana uduzdu .....                     Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək .....                     İki aydır 200 manatlıq sifarişi icra olunmur... .....                     “Kişilər əsl sevginin nə olduğun onda anlayır” .....                     35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi .....                     Həbs edilən "Epi" ləqəbli reper: .....                     Bazarda yeni fırıldaq dönür: .....                     Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı .....                     Tahir Kərimli AHİK-lə bağlı məsələyə aydınlıq gətirdi: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Rusiya və İran özlərini havayı yorur .....                     Azərabaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub .....                     Neftçalanın icra başçısı media tədbirinə niyə qatılmadı? .....                     Bu rayona yeni prokuror təyin edildi .....                     Mərkəzi Bank ölkəni HARA APARIR: Dollar bahalaşacaq? .....                     Tanınmış vəkil “Adore"ni məhkəməyə verdi, qalib gəldi .....                     Elgiz Əkbər: “Ədalət Şükürov məni harada görürdüsə, pul verirdi” .....                 

"Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin"
Tarix: 10-10-2018, 08:43 | Çap et
"Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin"
Bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə qərar parlamentin oktyabrın 9-da baş tutan iclasında qəbul edilib. Qanunverici orqanın 55 deputatı qərarın lehinə səs verib.

Siyasi ekspertlər hesab edir ki, parlamentin belə bir qərar verməsi Ermənistanın baş naziri Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri, məşhur biznesmen Qaqik Tsarukyanla görüşərək memorandum imzalamasından sonra mümkün olub. Buna qədər Paşinyan parlamentdə növbədənkənar seçki qərarının qəbuluna nail ola bilmirdi. Bu memorandumdan sonra parlamentdə çoxluqda olan Serj Sərkisyanın Respublika Partiyası müqavimət göstərə bilməyib. Səsvermə Paşinyanın istəyinin nəhayət reallaşması ilə nəticələnib.

Ermənistanda dekabrda keçiriləcək parlament seçkilərinin həddən artıq gərgin keçəcəyi proqnozlaşdırılır.

Azərbaycanın müxalifət düşərgəsi Ermənistanda seçkilərin nəticələrinin hansı ssenarisinin bizə sərf etdiyini düşünür?

VİP sədri Əli Əliyev bildirdi ki, Nikol Paşinyan seçkiləri önə çəkməklə Qarabağ klanının Kremllə hazırladığı planı pozmaq istəyir. Onun hesablamalarına görə uzaq vədədə Robert Köçəryan Moskvanın dəstəyi ilə güclənə bilər. Zaman keçdikcə Paşinyandan olan gözləntilər puça çıxa bilər deyə o, tələsmək zorundadır. Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin: “Bu halda Rusiyanın nüfuzu güclənəcək. Digər iki variant da xeyrə deyil. Köçəryanın timsalında Qarabağ klanı hakimiyyətə dönsə, Kremlin bölgə və Ermənistana təsiri həlledici olacaq. Üçüncü gedişat da ürəkaçan deyil. Belə ki, Ermənistanda demokratik sistemin qurulması Qarabağ münaqişəsinin həllində onların əlini güclü edə bilər. Ona görə də Azərbaycan ümidini Ermənistanda seçkinin necə nəticələnməsinə deyil, öz daxilində demokratik açılım, siyasi münasibətlərin yumşaldılması, Qarabağ münaqişəsinin həllində ümummilli platformanın yaradılmasına, daxili dialoqa bağlamalıdır”.

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Paşinyan faktiki olaraq ölkənin icra hakimiyyətini əlində cəmləşdirir. Ancaq nəzərə alsaq ki, Ermənistan parlamentar respublika modelinə keçib, hazırda burada əsas siyasi qüvvə parlament sayılır. Çünki belə dövlətlərdə hökuməti parlament formalaşdırır. Nə qədər ki, parlament Paşinyanın müxalifətinin əlindədir, o özünü arxayın hiss edə bilməz. Odur ki, Paşinyan və onun komandası tələsir.

Azərbaycanın maraqları baxımından yanaşsaq, hansı siyasi qüvvənin orada hakimiyyətə gəlməsinin strateji cəhətdən elə də fərqi olmayacaq: “Çünki erməni xisləti və onların Azərbaycana münasibətləri birmənalı olaraq mənfidir, düşməncədir. Yəni biz oradakı hansısa siyasi təlatümlərə və ya şəxslərə ümid etməməliyik. Tam əksinə, bütün mümkün vəziyyətlərin həllini özümüzdən asılı hala gətirməliyik. Yəni ki, rəqibin zəifliyinə deyil, özümüzün gücünə arxalanmalıyıq.

Ancaq ümumiyyətlə götürsək, düşünürəm ki, parlament seçkilərində təcrübəsiz, populist, yeganə hamiləri olan Rusiya ilə aranı soyudan Paşinyan və onun komandasının qalib gəlməsi bizə sərf edir. Çünki Qarabağ məsələsində lap əvvəldən birmənalı və tam şəkildə hərbi, siyasi, iqtisadi cəhətdən Ermənistanın yanında dayanan Rusiya ilə münasibətləri Paşinyanın populist və qərbyönlü siyasəti məhv edir. O da bəllidir ki, Rusiya kimi müttəfiqdən məhrum olan Ermənistanın Qarabağ konfliktində Azərbaycanın qarşısında heç bir mənada şansı yoxdur. Məncə, hazırkı vəziyyətdə Rusiya ilə münasibətlərin soyumasına səbəb olan siyasi qüvvənin Ermənistanın tam hakimiyyəti olması Azərbaycanın maraqları çərçivəsindədir. Belə bir vəziyyətdə Rusiyanın da sakit qalacağına inanmıram, ancaq bu artıq başqa bir məsələnin mövzusudur".

ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, Ermənistan Azərbaycan ərzilərini işğal edən və bu gün də ilhaq siyasətini həyata keçirən dövlətdir. Bu baxımdan Ermənistanda baş verən ictimai-siyasi hadisələr, o cümlədən keçirilən seçkilər Azərbaycanda həssaslıqla izlənilir. Ona görə də Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin hansı ssenari üzrə keçirilməsinin sözsüz ki, Azərbaycan üçün əhəmiyyəti var: “Hesab edirəm ki, Ermənistandakı parlament seçkilərinin azad, ədalətli və demokratik şəkildə keçirilməsi Azərbaycan üçün daha məqbul olardı. Çünki yalnız demokratik seçkilərlə Ermənistanın nisbətən mütərəqqi qüvvələrinin parlamentə düşmə şansı böyükdür. Ermənistanın bu cür qüvvələri hakimiyyətdə təmsil olunarsa, bu faktor Dağlıq Qarabağ probleminin ədalətli həllinə müsbət təsir edə bilər. Yox, əgər bu seçkilər də bu vaxta kimi keçirilən seçkilər kimi Rusiyanın nəzarəti altında keçiriləcəksə, sözsüz ki, bunun istər regionun demokratikləşməsi baxımından, istərsə də Dağlıq Qarabağ probleminin ədalətli həll olunması baxımından Azərbaycana heç bir müsbət təsiri olmayacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Bu gün, 16:33
"Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Bu gün, 16:31
“Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Bu gün, 16:28
Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Bu gün, 16:25
"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Bu gün, 16:21
FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Bu gün, 16:17
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Bu gün, 16:15
Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Bu gün, 16:11
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Bu gün, 16:09
Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Bu gün, 16:08
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Bu gün, 15:36
Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Bu gün, 15:34
Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Bu gün, 14:47
"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Bu gün, 14:40
Niderland Azərbaycana yeni səfir təyin edib
Bu gün, 14:37
Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Bu gün, 14:34
ABŞ senatorlarından Azərbaycana qarşı təxribat - YENİ GƏLİŞMƏ
Bu gün, 14:24
Şərura prokuror təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:21
Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” - TƏFƏRRÜAT
Bu gün, 14:19
Cəlilabada yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 13:25
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub - BUNDAN SONRA...
Bu gün, 13:17
Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb - "Periodista Digital"
Bu gün, 13:12
Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyev rəisi olduğu qurumdan iki tender uddu - TƏFƏRRÜAT
Bu gün, 13:07
Ermənistan hökuməti Karapetyana uduzdu - KİV
Bu gün, 13:00
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək - AÇIQLAMA
Bu gün, 12:57
İki aydır 200 manatlıq sifarişi icra olunmur... - MÜRACİƏT
Bu gün, 12:55
“Kişilər əsl sevginin nə olduğun onda anlayır” - Lalədən ETİRAF
Bu gün, 12:50
35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi - ƏMR
Bu gün, 12:47
Həbs edilən "Epi" ləqəbli reper: - "3 dəfə qeyri-etik ifadədən istifadə edilib"
Bu gün, 12:36
Bazarda yeni fırıldaq dönür: - Evi satıb sonra boşanırlar və...
Bu gün, 12:34
Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı - BUNDAN SONRA...
Bu gün, 12:31
Tahir Kərimli AHİK-lə bağlı məsələyə aydınlıq gətirdi: - “70 illik ömrümdə göndərişlərdən cəmi dörd dəfə faydalanmışam”
Bu gün, 12:25
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:23
Rusiya və İran özlərini havayı yorur - RƏY
Bu gün, 12:22
Azərabaycanda nüfuzlu şəxslərin şəxsi məlumatlarını satışa çıxaran haker tutulub - DİN-dən XÜSUSİ ƏMƏLİYYAT
Bu gün, 12:17
Neftçalanın icra başçısı media tədbirinə niyə qatılmadı? - FOTO
Bu gün, 12:12
Bu rayona yeni prokuror təyin edildi - ƏMR
Bu gün, 12:06
Mərkəzi Bank ölkəni HARA APARIR: Dollar bahalaşacaq? - HAMI GÖZLƏYİRDİ Kİ...
Bu gün, 12:03
Tanınmış vəkil “Adore"ni məhkəməyə verdi, qalib gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:51
Elgiz Əkbər: “Ədalət Şükürov məni harada görürdüsə, pul verirdi” – Müğənnidən CAVAB
Bu gün, 11:49
Dağıntılar altında qalan fəhlə hansı şirkətin əməkdaşı olub?
Bu gün, 11:44
Nazir bu klinikanın baş həkimini işdən çıxardı - ƏMR
Bu gün, 11:36
Rusiyadan Azərbaycana ŞOK TƏHDİD: Ölkənin DAXİLİNİ QARIŞDIRACAĞIQ! – deputat AÇIQ HÜCUMA KEÇDİ
Bu gün, 11:33
Bakının burnunun ucunda: HAMININ UNUTDUĞU YER... - Kəsilən baş olmasa da... YAŞ AĞACLARDIR...
Bu gün, 11:23
Yekaterinburqda “Ura.ru” nəşrinin redaktoru saxlanılıb
Bu gün, 11:17
Azərbaycan müdafiə nazirinin Türkiyəyə səfəri davam edir
Bu gün, 11:14
Qadına görə onun keçmiş sevgilisini döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 11:10
Paşinyan Rusiyaya gedir
Bu gün, 11:05
İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar LƏĞV EDİLƏCƏK
Bu gün, 10:57
Həmkarlar İttifaqları Konfederasiyası Naxçıvanda BÖHRAN YARADIR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru