Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək .....                     "Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." .....                     Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! .....                     Rusiya ilə böyük müharibə anonsu .....                     Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU .....                     Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır .....                     İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb .....                     Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki .....                     Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda .....                     Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb .....                     VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? .....                     Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı .....                     Zaur Mikayılov əhaliyə yenə zülm edir .....                     Tahir Budaqovdan kadr təyinatı .....                     Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu .....                     Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış .....                     Talıbovdan qalma İMƏCLİK MƏRƏZİ... bu dəfə Ağstafaya sıçradı... .....                     Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq .....                     ABŞ-ın Əhməd əş-Şaaraya inamı sarsılıb... .....                     Emin Milli Şuşa Media Forumuna qatılıb .....                     Məktəblərdə MÜƏLLİM BÖHRANI gözlənilir... .....                     Masallıda ağacyeyənlər MEYDAN SULAYIR... .....                     Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ... .....                     İranın başına düşən AZƏRBAYCAN BOYDA DAŞ... .....                     Naxçıvan sakinləri İranda GİROV TUTULUR .....                     Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır .....                     Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır .....                     ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər .....                     “Tapançalı direktor”un məktəbindən şikayət .....                     Bakıda daha bir MTK ÖZBAŞINALIĞI .....                     Türk düşməni yenə Azərbaycanı hədəf aldı .....                     Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir .....                     Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! .....                     Azərbaycanda test üsulu ləğv olunur? .....                     Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... .....                     "Özümü yaşlı adam hiss etmirəm" .....                     Göyçay sakinləri niyə narazılıq edir .....                     Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür .....                     Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! .....                     Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. .....                 

“Strukturlar olmadığı, vətənpərvər insanlar az olduğu üçün qiyamın qarşısını almaq mümkün olmadı”
Tarix: 4-06-2018, 10:33 | Çap et
“Strukturlar olmadığı, vətənpərvər insanlar az olduğu üçün qiyamın qarşısını almaq mümkün olmadı”
1993-cü ilin 4 iyun qiyamından 25 il ötür. AXC hökumətinə qarşı qaldırılan və Azərbaycanda ciddi siyasi dəyişikliklərə səbəb olan bu qiyamın üzərindən keçən müddət ərzində hər il yeni-yeni faktlar, mövqelər meydana çıxır.

4 iyun qiyamı Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov tərəfindən qanuni hakimiyyətə, mərhum prezident Əbülfəz Elçibəyə qarşı qaldırılıb. Bunun nəticəsində o zaman qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüb. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib. Günlər keçdikcə böhran daha da dərinləşib. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayıblar.

Məhz bu hadisələrin nəticəsində 25 il öncənin 9 iyununda qiyamın qarşısını almaq üçün Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəy tərəfindən Bakıya dəvət olunub. Bundan sonra proseslər səngiməyə doğru gedib, amma ölkədə hakimiyyət dəyişiklikliyinin qarşısını almaq mümkün olmayıb.

Ə.Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov bu məsələni yalnız bir hərbi hissənin Müdafiə Nazirliyinə tabe olmaması kimi qiymətləndirməyin əleyhinədir: “Bu qiyam böyük bir planın tərkib hissəsi idi. Planı hazırlayan böyük dövlətlər, qüvvələr bəllidir. Bununla bağlı dəfələrlə fikirlər səsləndirilib. Rusiyanın o zaman Azərbaycan ordusunun tərkibinə təsir imkanları kifayət qədər yüksək idi. O vaxt ordu yeni qurulmağa başlayırdı və bu ordunun zabit hissəsinin bütövlükdə yüzdə yüzü sovet ordusuna xidmət etmişdi. Belə zabitlərin mütləq əksəriyyəti bu və ya digər formada Rusiya kəşfiyyatı ilə əlaqələri var idi. Amma o zabitlərdən vətənpərvər, vətənini ürəkdən sevənlər də az deyildi. Onların xidmətlərinə, əməklərinə, millətə və dövlətə olan sevgilərinə kölgə salmaq niyyətində deyiləm. Lakin qeyd etdiyim qurumlarla bağlılığın olduğu danılmaz faktdır. Siyasi hakimiyyət bu qiyamın qarşısını ala bilərdimi, yaxud hansısa addımlar atmalı idimi suallarına gəlincə, təbii ki, bu addımlar atılmalı idi. Amma bir reallığı unutmaq olmaz ki, dövlət strukturlarımız qurulmuş olsaydı, bugünkü dövlət mexanizmi o zaman işlək vəziyyətə gəlib çatsaydı, hüququ mühafizə orqanları Azərbaycan dövlətinə və ona rəhbərlik edənə sədaqətli olsaydı, qiyamın qarşısını almaq mümkün idi. 1993-cü ildə Azərbaycanda dövlət quruculuğu elan olunmuşdu. Dövlət strukturları formalaşmaqda idi. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə dövlətin sadəcə adı var idi. Strukturlar olmadığı, vətənpərvər insanların sayı az olduğu üçün belə bir qiyamın qarşısını almaq mümkün olmadı. Gəncəyə qiyamçıları tabe etməyə gedən güc strukturlarının nümayəndələri daha peşəkar, təcrübəli, qətiyyətli hərəkət etsəydilər, nəticə fərqli ola bilərdi. Sədaqətli insanların peşəkarlığı, təəssüflər olsun ki, çox aşağı idi. Təcrübəlilərin isə dövlətə və millətə sədaqəti aşağı səviyyədə idi. Məsələnin ən çox diqqətçəkən məqamı bundan ibarətdir. Qeyd etdiyim səbəblər bu qiyamın qarşısının alınmamasında əsas rol oynadı. O hadisələrin qarşısının alınmamasına görə hamımız təəssüf edirik. Kaş o zamankı güc strukturları dövlət mənafeyini daha yüksəkdə tutmaq istəyərdilər, xarici kəşfiyyat orqanları ilə əlaqələri olmayaydı”.

O.Qasımov Elçibəy hökumətinin rus qoşunlarını Azərbaycandan çıxarmasının 4 iyun qiyamına əsas səbəb olan amil kimi önə çəkilməsinə də aydınlıq gətirdi: “O zaman Elçibəylə bağlı Rusiyanın mövqeyi tam fərqli idi. 1992-ci ilin dekabrında Azərbaycandakı rus səfirinin Moskvaya göndərdiyi bir raport var idi. O raportda qeyd edirdi ki, əgər Əbülfəz Elçibəyin apardığı müstəqil siyasətə əngəl törədilməsə, bu siyasət davam edərsə, yaxın 2-3 il ərzində Azərbaycan tamamilə müstəqil dövlət halına çatacaq, onun digər postsovet ölkələrinə bu mənada neqativ təsirləri ola bilər və bunun üçün də proseslərin qarşısı alınmalıdır. Kreml Elçibəyin müstəqil siyasət aparmasından və dövlət maraqlarını önə çəkməsindən xoşlanmırdı. Bunun qarşısını almaq üçün də hərəkətə keçdi. Nəticədə bir sıra planlar qurdu, bunu həyata keçirməyə çalışdı. Kəlbəcərin işğalı bununla bağlı idi. Elçibəy iqtidarını zəiflətmək və hakimiyyətdən salmaq üçün edilən həmlələrdən biri idi. Bu işğalın ardınca belə bir qiyam təşkil olundu. Kəlbəcərin işğalından sonra Rusiyanın Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsinin Azərbaycan rəsmiləri ilə görüşü olmuşdu. Həmin görüş zamanı bir ifadə olmuşdu ki, Kəlbəcər zərbəsinə tab gətirə bildiniz, amma qarşıda siz vətəndaş müharibəsi ilə qarşılaşsanız nə edəcəksiniz? Bu onu göstərir ki, Rusiyanın burada təxribat planları var idi və bu planlar üzərində ardıcıl işlər gedirdi”.

Prezidentin sabiq köməkçisi AXC hökumətinin qiyam rəhbəri S.Hüseynova milli qəhrəman adı verməsindən də söz açdı: “Surət Hüseynova milli qəhrəman adı 1992-ci ilin payızında verildi. 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsinin bəyanatı oldu və o bəyanatda Surət Hüseynovun Ağdərə istiqamətində qoşunların geri çəkilməsi haqqında verdiyi sərəncam xəyanət kimi qiymətləndirilib”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilin İnkişafı Forumunun keçirilməsinə 107 min xərclənəcək
Bu gün, 10:48
"Əgər qorumağı bacarmırsınızsa, deyin bilək..." - NARAZILIQ VAR...
Bu gün, 10:44
Ağcabədi sakini mərhum atasından qalma əmlakı adına keçirmək istədi... ŞOKA DÜŞDÜ! - TƏFƏRRÜAT
Bu gün, 10:38
Rusiya ilə böyük müharibə anonsu – Başlanğıc nöqtəsi bu şəhər ola bilər
Bu gün, 10:35
Rusiya Azərbaycan səfirliyinin ətrafını RAKET ATƏŞİNƏ TUTDU - FOTO
Bu gün, 10:32
Bu şirkət Naxçıvanda 46,5 milyon manatlıq işə başlayır - DETALLAR
Bu gün, 10:26
İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - SİYAHI
Bu gün, 10:19
Bir müddət əvvəl gənc oğlu ölən generala daha bir itki
Bu gün, 10:16
Liviyadan Türkiyəyə sədaqət mesajı: Afina çarəsiz durumda - Görün kimlərdən dəstək umur
Bu gün, 10:03
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb - BİRGƏ MƏLUMAT
Bu gün, 10:01
VERGİDƏN YAYINMA SXEMİ LEQALLAŞIR? - Ali Məhkəmə nə deyəcək, bəs...
Bu gün, 09:58
Ruslan Əhmədoğlunun sonuncu bəstəsi Camillanın səsində canlandı - VİDEO
Bu gün, 09:53
Zaur Mikayılov əhaliyə yenə zülm edir - Bakıda susuzluq fəlakəti
Bu gün, 09:52
Tahir Budaqovdan kadr təyinatı - ƏMR
Bu gün, 09:45
Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu - MƏQALƏ
Bu gün, 09:43
Ölkəmizin xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirən çıxış - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:42
Talıbovdan qalma İMƏCLİK MƏRƏZİ... bu dəfə Ağstafaya sıçradı... - FOTOFAKT
Bu gün, 09:29
Dollar və manatın məzənnəsi haqda proqnoz: dəyişiklik olacaq – TARİX
Bu gün, 09:23
ABŞ-ın Əhməd əş-Şaaraya inamı sarsılıb... - AÇIQLAMA
Bu gün, 09:18
Emin Milli Şuşa Media Forumuna qatılıb
Bu gün, 09:11
Məktəblərdə MÜƏLLİM BÖHRANI gözlənilir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:03
Masallıda ağacyeyənlər MEYDAN SULAYIR... - İTTİHAM VAR...
Bu gün, 08:52
Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ... - "İstirahətinizi pozmayım..."
Bu gün, 08:45
İranın başına düşən AZƏRBAYCAN BOYDA DAŞ... - GƏLİŞMƏ...
Bu gün, 08:30
Naxçıvan sakinləri İranda GİROV TUTULUR - NƏ BAŞ VERİR?
Bu gün, 08:22
Çin Aİ-nin 18-ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır
Bu gün, 08:08
Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda
Bu gün, 06:35
ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər - FAKT BUDUR!
Bu gün, 06:20
“Tapançalı direktor”un məktəbindən şikayət - Müəllimlər etiraz edir
Bu gün, 06:17
Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11
Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01
Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59
Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57
Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53
Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49
"Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22
Göyçay sakinləri niyə narazılıq edir - MÜRACİƏT
Bu gün, 02:16
Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03
Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39
Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26
Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23
“Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02
Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59
Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56
Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00
Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58
Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56
İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52
Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50
İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru