Klinika direktoru arvadını sevgilisinə görə güllələyib .....                     Simonyan arvadından boşandı .....                     ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu .....                     Mənzil bazarını “qara qutular” idarə edir .....                     Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... .....                     Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı .....                     UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB .....                     CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM .....                     Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır .....                     Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: .....                     Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... .....                     Rusiya üçlü formatı bərpa edə biləcəkmi? .....                     Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə .....                     Mironovdan Azərbaycan bayrağı ilə bağlı .....                     “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi .....                     Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu .....                     “Bank Avrasiya”nın müştəriləri azalıb .....                     Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” .....                     ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil .....                     İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... .....                     Rusiyadan gələn dollar axını dayanır .....                     Bu xanıma YAP-da yüksək vəzifə verildi .....                     Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub .....                     Avropada Kamançanın Səsi .....                     Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi .....                     “Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Deputatlarımız kazino oynayacaqmı? .....                     Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? .....                     "Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır" .....                     Arvadların döydüyü ərlər: .....                     “Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” .....                     Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb .....                     Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı .....                     Dünya Çempionatında tamaşaçı fiaskosu .....                     Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına .....                     İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? .....                     Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək .....                     Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? .....                 

“Mən 15 aydır Belarusdan gəlmişəm, heç yanda işləmirəm, heç yerdən də gəlirim yoxdur, ancaq kimsə bundan yazmır” - Bəxtiyar Vahabzadənin diplomat oğlu
Tarix: 6-04-2018, 08:43 | Çap et
“Mən 15 aydır Belarusdan gəlmişəm, heç yanda işləmirəm, heç yerdən də gəlirim yoxdur, ancaq kimsə bundan yazmır”
Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu ilə kim həmsöhbət olmaq istəməz ki? Bu mənada Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə redaksiyamıza telefon açıb “Sizin qəzetə danışmaq istəyirəm” deyəndə bunu sürpriz zəng olaraq qəbul etdik. Çöl-bayıra çıxmaqla o qədər də arası olmayan İsfəndiyar müəllimlə elə şəhərin mərkəzindəki mənzilində görüşdük.

- İsfəndiyar müəllim, zəng edəndə görüşüb, danışmaq istədiyinizi dediniz, mövzunu deməsəniz də. Elə isə buyurun, sizi dinləyirik.

- Bir Zümrüd Yağmur var, mən heç tanımıram da o kimdir. Bir yazısını gördüm, bir cümləsi xoşuma gəlmədi. Yazır ki, Bəxtiyar Vahabzadə millətə atalıq edə biləcəyi təqdirdə övladlarına atalıq elədi. Bu, bir az yaxşı söz deyil. Əvvəla, Bəxtiyar Vahabzadənin iki oğlu var. Mən şərq fakültəsini bitirmişəm. 21 yaşında evdən çıxmışam və gedib İran İslam İnqilabında iştirak etmişəm. Ondan sonra gəlib 1-2 il komsomol işində çalışdım. Daha sonra Əfqanıstan müharibəsində oldum. Əgər Bəxtiyar Vahabzadəyə istinad edirlərsə, onda gərək ilk növbədə desinlər ki, bunun övladı Əfqanıstanda döyüşüb, “kontuziya” alıb, İran inqilabında olub. İran inqilabı elə-belə məsələ deyildi. Mən İranın Hərbi Nazirliyində işləmişəm. Sən əvvəlcə mənim keçdiyim yolları bil, ondan sonra danış! Elə dövr idi ki, mən Vahabzadə soyadını da götürməmişdim, imtina etmişdim ki, doktorluq müdafiə edəndə deməsinlər atasına görə edir. Bəxtiyar Vahabzadə oğlunu nazirmi elədi, yoxsa deputatmı seçdirdi, bəlkə icra başçısı qoydurdu?! Axı bu, mənim öz sahəmdir də. İndi siz fikir verin, mən şərq fakültəsini bitirmişəm, şərqşünas kimi İranda, Türkiyədə, Əfqanıstanda uzun müddət işləmişəm. Geri qayıdandan sonra gedib Türkiyədə diplomatik kurs bitirmişəm. Bir də Ali Partiya Məktəbində oxumuşam. İki ali diplomum var, mən gedib qaynaqçı işləməliyəm, yoxsa montyor? Yaxşı, bu sözü deyən qadın fikirləşmirmi ki, məndən əvvəl İsveçrədə həyat yoldaşı erməni olan Sima adlı biri işləyirdi? Niyə digərləri işləyəndə bunu yazmırlar, ancaq Bəxtiyar Vahabzadənin oğlu işləyəndə yazırlar? Mən səfir vəzifəsindən yuxarı qalxmamışam. Söhbət bundan gedir.

- Həmin Sima dediyiniz Azərbaycanı təmsil edirdi?

- Bəli. Mən əvvəlcə Pakistanda səfir işlədim. Oradan qayıdandan sonra İsveçrəyə - BMT-nin Avropa bölməsinə səlahiyyətli nümayəndə yolladılar. Məndən əvvəl Sima Eyvazova idi. Yaşlı adam idi, qaldı Fransada. Erməni qəsəbəsi var idi, Lyaroş, orada yaşayırdı. Ölməyindən, qalmağından xəbərim yoxdur. Özü də həmin bu Sima Rusiya vətəndaşı idi. Bunu heç kim heç yerdə demədi. Anası, əri erməni olandan danışan yox idi. Amma Vahabzadə gedəndən sonra dərhal dedilər ki, Bəxtiyar Vahabzadənin oğlu səfir getdi... Vahabzadənin oğlunun keçmişində nələr var? İran, Əfqanıstan, Türkiyə təhsili. Bunları niyə demirlər? Adama ağır gələn budur. Mən Vahabzadənin oğlu olduğum üçün deputatmı seçildim, nazirmi oldum, yoxsa icra başçısı qoydular?

- Yəqin heç o postlarla bağlı istəyiniz də olmayıb?

- İstəyiniz olmayıb deyəndə... 21 yaşında universiteti bitirdim, getdim İrana. 3 il yarım İranda oldum. Geri qayıdandan sonra komsomolda, adi bir işdə işlədim. Oradan da getdim Əfqanıstana. 3 ilə qədər orada oldum. Əfqanıstandan kontuziyalı halda qayıtdım. Orada güllə atan bilmirdi ki, İvanın oğluna dəyəcək, yoxsa Bəxtiyarın oğluna, düzdür? Mən bu yolları keçmişəm, ay Zümrüd Yağmur! Onu da deyim ki, İrandan qayıdandan sonra çox gənc yaşımda namizədlik müdafiəsi elədim - “Süleyman Rüstəmin yaradıcılığında Cənubi Azərbaycan” mövzusunda. Sovetin vaxtında artıq bu, Moskvaya, Ali Attestasiya Komissiyasına gedib çıxırdı. Baxan yox idi ki, bu, Vahabzadənin oğludur, ya başqasının. Sonra Azərbaycanda ən çətin mövzunu mən yazmışam, Məhəmməd Hadidən elmlər doktorluğunu müdafiə etmişəm. Mənim doktorluğumu ləngitmişdilər, “Məhəmməd Hadi və 20-ci əsr Azərbaycan romantizmi”. O zaman İsfəndiyar Şəkili gedirdim. Cavan yaşımda bunları əldə etmişəm. Yaxşı, iki ali məktəb, bir diplomatiya kursunu bitirən elmlər doktorunun, professorun gedib səfir işləməsi günahdırmı? Gedib orada kim işləməlidir, Yağmur, yoxsa Sima?

- Konkretləşdirmək, yazarlarımızın adlarını çəkmək istəmirəm. Amma sizə deyim ki, son günlər xüsusi bir tendensiya müşahidə olunur, Azərbaycanın milli-mənəvi dəyərlərinin hədəfə alınması prosesi gedir, yəni bu, təkcə Bəxtiyar Vahabzadə ilə bağlı deyil. Müşfiqin nəinki övladı, heç məzarı da olmayıb, hədəfə alınır, Xəlil Rza tək oğlunu Vətənə qurban verib, yenə hədəfdədir. Siz heç düşünmüsünüzmü ki, cəmiyyətdəki bu aqressiyanın səbəbi nə ola bilər?

- Mən bu məsələni araşdırıram. 17 il səfir işləmişəm. Çox böyük müddətdir. Bundan əlavə də İran, Əfqanıstan, Türkiyədəki dövrü hesablasaq, əsrin dörddə birini xaricdə olmuşam. Mən atamın nə yubileylərində, nə ad günlərində, nə əsərlərinin təqdimatında, nə də ölən günündə yanında ola bilmişəm. Həmişə orada-burada olmuşam. Məndə bir dənə ideya olub ki, əgər millətimə iynə ucu boyda xeyir verə bilirəmsə, bu işin öhdəsindən gəlməliyəm. Əsrin dörddə biri zarafat deyil. Çox kəşməkəşli yollar keçmişəm... Kəramət Böyükçöldü, kimdir, mən bilmirəm... Bilirsiniz, mən təbiətcə çox səbirli adamam. Amma səbrin də həddi-hüdudu var. O deyir ki, mən atamdan tərbiyə görməmişəm. Bu, məlum məsələdir. Ya deyir atamı siqaret dalınca göndərmişəm, neyləmişəm. Bu, sənin öz işindir. Əgər atan siqaret almağa layiqdirsə, gedib alsın. Belə çıxır ki, sən ata tərəfdən yarımamısan. Mən başqa ad verə bilmirəm. Deməli, səndə qibtə, həsəd var, həyatda uğur qazana bilməmisən. Guya Rauf Arifoğlu buna deyib ki, sənin igidliyin sənin cavanlığındadır. Mən bunu cavan da saymıram. Bilirsiniz nəyə görə? Sokrat deyib ki, 12 yaşından 16 yaşına qədər yeniyetmə, 16-dan 21-ə qədər gənc, 21-dən 28-dək cavan, 28-dən sonra artıq sən öz sözünü deyən adam olmalısan. Əgər sən 31 yaşına gəlib çatmısansa və həyatda heç nəyə nail ola bilməmisənsə, onun günahı səndədir, üzərində çalışmırsan. Özünü qoyub səfeh yerinə. Gah Xəlil Rzadan, gah Bəxtiyar Vahabzadədən yazır. Bayaq da deyir ki, yazıçı Elçin oturub kurortda, Yesentukidən kurortdan yazır. Bəs sən nə yazmısan? “Tartan-partan” yazılar yazmısan... Manyak şeirlər deyirəm buna. Mən Azərbaycanda nadir hallarda oluram. Bunun yazıları ilə maraqlandım, bir-iki yazısına baxdım, gördüm söz yığınıdır və bu adamın həyatda bəxti gətirməyib. Həyatda bəxti gətirməyənlər aqressiv olurlar.

- Amma sizin kimi düşünməyənlər, əksini deyənlər, həmkarımızı talantlı adlandıranlar da az deyil. Bəlkə kifayət qədər istedadlı olduğu və bəlkə də öz yerini axtardığı üçün belə bir mənzərə yaranır...

- Bilirsiniz, mən doktorluq müdafiə edəndə bu Kəramətdən cəmisi 2-3 yaş böyük idim. Kəramət Böyükçölün yaşında mən inqilab və müharibə görüb gəlmişdim. Həm də xarici ölkənin - Moldovanın akademikiyəm, ədəbiyyat sahəsində nə isə qanıram, bilirəm. Mən onun yazılarını oxudum, ancaq söz yığını deyə bilərəm. O adamda istedaddan başqa nə desəniz var, talant yoxdur.

- Ümumiyyətlə, siz bizim gənc yazarları mütaliə edirdinizmi, yoxsa şəxsən hədəfə gələndən sonra onlarla maraqlanmağa başladınız?

- Mən təhsilimi Azərbaycan dilində almışam, amma uzun müddət xaricdə olmuşam. Belə bir söz var e: “Vəd verən”. Bir vəd verən yazar görməmişəm. Xüsusilə bu yazıdan sonra onun bütün yazılarını vərəqlədim... Sovet dövründə doktorluq beləydi ki, bir kitabın bir cümləsini yazmaqdan ötrü gərək 20 kitaba müraciət edəydin. Mən Məhəmməd Hadidən yazmaqdan ötrü gedib Bayrona çıxmalı, onu oxumalıyam, Höteyə çıxmalıyam, araşdırmalıyam. Demək, ədəbiyyat sahəsində nə isə bilirəm ki, bu adı əldə etmişəm. Ona görə də bu adamı oxuyanda mənim heç tüküm də tərpənmədi. Sadəcə olaraq, diqqət mərkəzində olmaq istəyir. Mən Əfqanıstanda hərbi xidmətdə olmuşam. Getməmişdən apardılar, Orta Asiyada, səhrada təlim keçdik, boş əllə döyüş, adam vurmaq və s. Mən o döyüşləri mənimsədim. İndi durum deyim ki, Taysonu bəyənmirəm, bu, gülünc çıxar. Belə çıxar ki, mən özümü müqayisələndirirəm. Deməli, mən diqqət mərkəzində olmaqdan ötrü Taysonun adını çəkirəm. Şair ailəsində böyümüşəm, nəyi də bilməsəm, ədəbiyyatdan xəbərim var. Özü də uzun müddət dərs demişəm. İşləyə-işləyə dərs deyirdim. Həm Moldovada olanda Qaqauziya Universitetində, həm də Pakistanda olanda Kəraçi Universitetində mühazirələr oxuyurdum - sərbəst surətdə fars və dəri dillərini bilirəm - nəyi də bilməsəm, ədəbiyyatı bilirəm. Mən deyərdim ki, bunlar ata-bala ən “bezdarnı” adamlardırlar...

- İsfəndiyar müəllim, izn verin deyim ki, özü burada olmayan şəxs haqqında belə danışmaq bəlkə də etik görünmür. Üstəlik, Vahabzadə nəslinin nümayəndəsinə bu kimi ifadələri heç yaraşdırmıram. Özünüz də dediniz ki, səbirli, təmkinli adamsınız. Məncə, Bəxtiyar müəllim sağ olsaydı, bu qədər sərt reaksiya verməzdi gənc yazarlara. Atasının isə məsələyə heç aidiyyəti yoxdur..

- Elə isə atası niyə onun başına ağıl qoymur? Mən əvvəlcə xanım yazardan başladım ki, tərcümeyi-halımı bilməyə-bilməyə belə yazıb... Mənim dövri mətbuatda 1038 yazım çıxıb. Pakistanda, Çində, Türkiyədə, Almaniyada, başqa ölkələrdə. Yazır ki, Bəxtiyar Vahabzadənin 17 cildlik kitabı var. Əvvəla, yalan deyirsən, 17 deyil, 12 cilddir. İkincisi deyir ki, mən ondan da böyüyəm. Əgər mən sabah desəm ki, Füzulidən böyük şairəm, gülünc görünər. Bu, özünü gülüş obyekti elədi.

- Bəzi gənc yazarlarımız özləri də etiraf edirlər ki, bu, onların daha da məşhurlaşması üçün bir texnologiyadır. Necə ki, bayaqdan haqqında danışdığınız şəxslər sizi də hövsələdən çıxarmağa nail olublar. Deməli, hədəfə çatılıb?

- Qətiyyən yox. Məni hövsələdən çıxartmaq çox çətin məsələdir. Amma dözürəm, dözürəm, sonra öz sözümü deyirəm. Ondan başqa mən 1969-cu ildə şahmat çempionu olmuşam, taxtasız da şahmat oynaya bilirəm, olduqca səbirliyəm. Üstəlik, qarşımdakını hövsələdən çıxartmaq bacarığım var. Amma ki, bunun belə yazması... Bir şeiri var idi e, “mən instituta girdim, sənin açıq dizlərin var idi, müəllim baxdı, mən də baxdım...” Bu, manyak şeirdir.

- Bax, görürsünüz, 25 il ölkədə olmayan diplomata şeirini oxutdurmağı bacarıb...

- Mən maraqlandım, görüm bu adamın nəyi var ki, Bəxtiyar Vahabzadə bunun ağzına sığışmır. Bəlkə həqiqətən nə isə var bu adamın qabında. Ona görə başladım oxumağa. Mən 15 aydır Belarusdan gəlmişəm, heç yanda işləmirəm, heç yerdən də gəlirim yoxdur, ancaq kimsə bundan yazmır. Ancaq indi ağzını açan deyir ki, Bəxtiyar Vahabzadənin oğludur. Vəziyyəti bilən, dərinə düşən yoxdur, adamı yandıran da budur. Siz bayaq düzgün dediniz, razıyam. Amma demokratiya xuliqanlıq demək deyil, söz, cəfəngiyyat azadlığı demək deyil. Bu gün televizora çıxıb cəfəngiyyat danışırlarsa və özlərini xuliqan kimi aparırlarsa, bu, demokratiya deyil, hər şeyin bir həddi olmalıdır.

- Şəxsən mən belə düşünürəm ki, Bəxtiyar Vahabzadə Azərbaycanın milli dəyərimizə çevrildiyi üçün onunla bağlı neqativ fikirlərə cavabı Vahabzadə ailəsinin üzvləri, İsfəndiyar müəllim, yaxud Azər müəllim verməməlidir, bəlkə də cəmiyyətin mövqeyi olmalıdır. Çünki Bəxtiyar Vahabzadə bir ailəyə sığan adam deyil, razılaşırsınızmı?

(davamı VAR)
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Bu gün, 14:01
Simonyan arvadından boşandı
Bu gün, 13:58
ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Bu gün, 13:56
Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Bu gün, 13:00
Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:59
Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Bu gün, 12:54
UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Bu gün, 12:50
CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Bu gün, 12:39
Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Bu gün, 12:37
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:33
Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Bu gün, 12:30
Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Bu gün, 12:23
Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Bu gün, 12:19
Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 12:14
Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Bu gün, 12:11
Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Bu gün, 12:06
“AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:03
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Bu gün, 12:01
“Bank Avrasiya”nın müştəriləri azalıb
Bu gün, 11:58
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Bu gün, 11:56
ABŞ-nin Zəngəzur dəhlizinə marağı heç də yeni deyil - GÜNDƏM
Bu gün, 11:51
İrəvandan verilən mesajlar: Paşinyan demək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 11:43
Rusiyadan gələn dollar axını dayanır – Ailələr çətinliklə üzləşə bilər
Bu gün, 11:40
Bu xanıma YAP-da yüksək vəzifə verildi - FOTO
Bu gün, 11:22
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
Bu gün, 11:17
Avropada Kamançanın Səsi - Dilarədən mədəniyyət mesajı
Bu gün, 11:11
Azərbaycanda 73 yaşlı kişi helikopter düzəltdi - FOTO
Bu gün, 11:08
“Caspian Finance” BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:05
Deputatlarımız kazino oynayacaqmı? - SORĞU
Bu gün, 11:00
Rusiyada Şıxlinskilərin işi: hüquqi proses, yoxsa siyasi oyun? - AKTUAL
Bu gün, 10:56
"Qorxmaz Əlilicanzadə efirdə əsəbi danışır"
Bu gün, 10:53
Arvadların döydüyü ərlər: - Bir-bir üzə çıxırlar
Bu gün, 10:50
“Sürücülük vəsiqəsinin alınması qaydalarına yenidən baxmaq lazım gəlir” - ÇAĞIRIŞ
Bu gün, 10:45
Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
Bu gün, 10:42
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 380 minlik tenderi baş tutmadı
Bu gün, 10:40
Dünya Çempionatında tamaşaçı fiaskosu – FİFA-nın ABŞ sınağı uğursuz oldu
Bu gün, 10:38
Paşinyan erməniləri Zəngəzur dəhlizinin açılmasına HAZIRLAYIR
Bu gün, 10:35
İran Zəngəzurda ABŞ-a necə cavab verəcək? - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək - Gündəmdə Suriya məsələsi var
Bu gün, 10:30
Ceyhun Cəlilov Naxçıvanda NƏ İŞLƏR ÇEVİRİR? - İkinci TALIBOV PEYDA OLUB...
Bu gün, 10:18
“Naftalan –Avtonəqliyyat” şirkətinə yeni sədr seçiləcək
Bu gün, 10:03
“Sea Breeze”ə bu qədər pul xərclənib - MƏBLƏĞ
Bu gün, 09:58
Bu layihə qəbul olunsa, Ermənistan məhv olacaq... - İrəvanda nədən qorxurlar?
Bu gün, 09:52
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Bu gün, 09:50
Pezeşkianın avtomobili benzinə görə yolda qaldı: Taksi ilə Təbrizə GƏLDİ - FOTO
Bu gün, 09:45
Trampı Bakıya qarşı qoymaq cəhdi - hiyləgər gedişə reaksiya
Bu gün, 09:44
434 min manat borcu olan şirkət kimindir?
Bu gün, 09:39
6 saylı doğum evində nə işlər çevrilir? - BU NƏDİ BELƏ?
Bu gün, 09:32
Mariana Vasileva vəzifəsinə geri dönüb? - İLGİNC
Bu gün, 09:22
Putin rus qadınlarının az uşaq doğmasından narazıdır
Bu gün, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru