Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                 

"Azərbaycanın xoşbəxtliyi naminə hansı addımlar lazımdırsa..."
Tarix: 31-01-2017, 10:48 | Çap et
"Azərbaycanın xoşbəxtliyi naminə hansı addımlar lazımdırsa..."
Azərbaycanda siyasi gündəm olduqca kasaddır, partiyaların fəaliyyəti demək olar ki, hiss olunmur. Bəzi siyasi qurumların varlığı yalnız sosial şəbəkələrdə hiss olunur, reallıqda isə yoxdur. 2016-cı ili bu cür “fəaliyyətlə” yola verən siyasi partiyaların 2017-ci il planları varmı? Əgər varsa nələrdən ibarət olacaq?
Modern.az saytı bu sualla partiyalara mürtaciət edib.


Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev:

“Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında 2017-ci ilin fəaliyyət proqramı təsdiq edilib. Həmin fəaliyyət proqramına uyğun olaraq, YAP-ın rayon və şəhər təşkilatlarında ərazi ilk təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilir. Bu hesabat-seçki yığıncaqlarının keçirilməsində əsas məqsəd rayon, şəhər təşkilatlarında konfransların keçirilməsinə hazırlıqdan ibarətdir. Hesabat-seçki yığıncaqları başa çatdıqdan sonra artıq rayon, şəhər təşkilatlarının konfransları keçiriləcək. May ayının 10-da partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə YAP-ın ənənəvi olaraq konfransına hazırlıq işləri gedəcək. Konfransla birlikdə ulu öndərlə bağlı kitabın dərci də nəzərdə tutulur. Artıq həmin kitabın üzərində iş gedir”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat xidmətinin rəhbəri Əli Orucov:

“Hesab edirəm ki, bu il bir qədər gərgin il olacaq. Çünki ölkədəki siyasi vəziyyət, xüsusən də sosial iqtisadi durum baxımından müəyyən narazılıqların, gərginliklərin olması mümkündür. Buna görə də partiya olaraq çalışacağıq ki, ölkədəki bu narazılığın xaotik bir vəziyyət almaması üçün, qarşıdurmalar yaranmaması üçün müəyyən addımlar ataq. Partiyanın bu il qarşıda duran ən böyük vəzifələrindən biri AMİP qurultayını yüksək səviyyədə keçirməkdir. Bundan başqa, beynəlxalq əlaqələri genişləndirmək və ölkənin siyasi həyatında partiyanın rolunu artırmaqda planlara daxildir. Partiya sadaladığım istiqamətlərdə fəaliyyətini davam etdirəcək. Eyni zamanda dünyada və regionda baş verən proseslər ölkədə də ciddi proseslərin gedəcəyinə işarədir. Biz də həmişə olduğu kimi, proseslərin episentrində olmağı hədəfləmişik. Bundan sonra da fəal iştirak etmək istəyindəyik”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı:

“Partiyanın fəaliyyət proqramı genişdir, proqramın bir neçə bölməsi var. Həmin bölmələrdə təşkilatın strukturlarının möhkəmlənməsi, xarici partiyalarla əlaqələrin gücləndirilməsi, ölkədə siyasi vəziyyətin daim öyrənilib analitik məlumatlar toplanılması, Azərbaycan daxilində olan siyasi partiyalarla münasibətlərin yaxşılaşdırılması, gənclər təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, sosial şəbəkələrə diqqətin artırılması və başqa məsələlər var. Bundan başqa da ölkədə baş verən hadisələrlə bağlı kütləvi aksiyaların keçirilməsi də daxil olmaqla, demək olar ki, 2017-ci ildəki fəaliyyət planımız bütün sahələri əhatə edir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli:

“Siyasi partiyaların əsas fəaliyyəti seçkilərin keçirildiyi illərdə daha aktiv olur. Digər dövrlərdə adətən təşkilatlanma prosesi gedir, bir çox rayonda konfranslar keçirilir. Partiyanın müvafiq qurumları əsasən bu işlərlə məşğul olur, yeni insanların partiya sıralarına qoşulması, keçirilən konfransların partiyanın nizamnaməsinə uyğun təşkili ön planda olur. Digər tərəfdən də ölkənin siyasi həyatında aktiv şəkildə iştirak etmək fəaliyyət planının bir hissəsidir. Partiyanın funksionerləri də kifayət qədər fəaldır. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də parlament səviyyəsində kifayət qədər aktiv fəaliyyət göstərir. Parlament Jurnalistləri Birliyi tərəfindən Qüdrət Həsənquliyevin ilin fəal deputatı seçilməsi də təsadüfü deyil. Bu baxımdan fəaliyyətimizi eyni məcrada davam etdirəcəyik. Azərbaycanın dövlət və milli maraqları ilə əlaqəli məsələləri də mütəmadi olaraq nümayiş etdirəcəyik. Ölkədə aparılan islahatlarla bağlı öz təkliflərimizi verəcəyik, bu istiqamətdə hazırladığımız müəyyən tezislər, açıqlamalar var, zamanı gələndə bunlar da cəmiyyətə açıqlanacaq. Təbii ki, növbəti seçkilərə hazırlıq prosesi də davam edəcək”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli:

“2017-ci ildə partiya olaraq düşündüyümüz fikirləri parlamentdə səsləndirəcəyik. Çalışırıq ki, fikirlərimizi nizamnaməyə uyğun şəkildə səsləndirək. İqtisadiyyatda dövlət tənzim etməsi (etatizim) bizim partiyamızın proqramında yer alıb ki, hədsiz liberallaşmaya yer vermək olmaz. O cümlədən ən cari halda manatın tam olaraq üzən məzənnəyə keçməsi üçün bizdə kifayət qədər istehsal hələ də təşkil olunmayıb, biz buna dövlət tənzimetməsinin tərəfdarı kimi çıxış edəcəyik. Eyni zamanda, siyasi islahatların, prezidentin irəli sürdüyü yol xəritəsində göstərilənlərin həyata keçirilməsi üçün partiyamız öz mövqeyini bildirəcək. 1-ci rübün sonunda Baş Məclisi keçirməyi planlaşdırırıq və Baş Məclis müəyyən qərarlar qəbul edəcək. 2017-ci ildə maliyyə məsələləri ilə bağlı smetanın təsdiqi öndə durur. Bununla bağlı partiyanın strukturları, Siyasi Şurası, sədr aparatı, mərkəzi və rayon təftiş komissiyası nizamnaməyə uyğun olaraq fəaliyyəti davam etdirəcək. Bizim respublika üzrə seçici komissiyalarında nümayəndələrimiz var, görülən işlərlə bağlı məlumatlar veriləcək. Dövlətin siyasətinə uyğun gündəlik baş verənlərlə bağlı fikirlərimizi bildirəcəyik”.

Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyev:

“Partiya olaraq 2016-cı ilin yekunları və 2017-ci il ilə bağlı dekabr ayının sonda respublika müşavirəsi keçirdik. Respublika müşavirəsində sədr tərəfindən 2017-ci ildə partiyanın qarşısında duran vəzifələr müəyyənləşdirilib. 2017-ci ilin aktiv il olduğunu nəzərə alsaq, baxmayaraq ki, ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması prosesi gedir, bütün hallarda belə olayların ölkədə siyasi aktivliyi artıracağı qənaətindəyik. Gələn ay üçün biz partiyanın növbəti ümumrespublika toplantısına hazırlaşırıq. Məqsədimiz 2017-ci ildə partiyanın yerli strukturlarının gücləndirilməsi, ölkədə baş verən ictimai siyasi proseslərə partiyanın adekvat cavab verməsi, böhrandan çıxışla bağlı partiyanın həm təkliflərinin hazırlanması, həm də alternativ yolların təqdim olunması ilə bağlı müxtəlif layihələr üzrə işin aparılmasıdır. 2018-ci ildə həm Cümhuriyyətin 100 illiyi tamam olur, həm də respublikada növbəti prezident seçkiləri gəlir, fəaliyyətimiz bu iki mühüm hadisəyə hədəflənmiş formada davam etdiriləcək”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:

“2017-ci ildə sırf təşkilatı işlərlə məşğul olacağıq. Fəaliyyət istiqamətimiz 14 bölmədən ibarətdir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

“Azərbaycanda və dünyada baş verən hadisələr elə paradoksal inkişaf edir ki, heç kim deyə bilməz nə baş verəcək. Ona görə də, ADP-nin nizamnaməsinə uyğun ümumi vəzifələrimiz var ki, biz onları yerinə yetirəcəyik. Bu vəzifələr, demokratik maarifləndirmə, ölkədə hakimiyyətin neqativ fəaliyyətinə müqavimət və s.-dir, bunları edəcəyik. Bundan əlavə də növbədənkənar ortaya çıxan hadisələrlə bağlı da münasibətimizi bildirəcəyik. Həmin hadisələrin mahiyyətinə uyğun addımlar atacağıq”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Müasir Müsavat Partiyasının 2017-ci ildəki fəaliyyət planı əsasən 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hesablanıb. Prezident seçkilərinə hazırlığın bünövrəsi barədə siyasi şöbə qərar verib, yaxın günlərdə ona başlayacağıq. Ölkənin iqtisadi böhrandan çıxarılması üçün əlimizdən nə gəlirsə, dövlət başçısına köməklik edəcəyik. 2017-ci ildə müəyyən tədbirlər keçirəcəyik və düşünürəm ki, 2018-ci ildə prezident seçkilərinə hazır vəziyyətdə olacağıq. Bu yöndə işlər görməyi düşünürük, təşkilatlanma məsələsinə ciddi fikir verəcəyik. Böyük təbliğat-təşviqat qrupları yaradılıb, bu qruplar vasitəsilə partiyamızın təbliğatını gücləndirəcəyik. Bəzi Avropa, Qərb dövlətlərində nümayəndəliklərin açılmasını planlaşdırırıq. Bu haqda partiyanın mart ayında keçiriləcək iclasında qərar veriləcək. Azərbaycanda müxalifət missiyasını öz üzərinə götürən bir partiya olaraq, Azərbaycanın xoşbəxtliyi naminə hansı addımlar lazımdırsa, o addımların atılması üçün özümüzdə iradə tapıb bu işləri görəcəyik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Bu gün, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Bu gün, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Bu gün, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Bu gün, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Bu gün, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Bu gün, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Bu gün, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Bu gün, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru