Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                 

“Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, sənədi imzalamaqdan imtina et, geri qayıt”
Tarix: 26-01-2017, 08:23 | Çap et
“Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, sənədi imzalamaqdan imtina et, geri qayıt”
Rusiya xarici işlər nazirinin ötən həftə verdiyi “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil” məzmunlu açıqlaması müxtəlif şərhlərin, iddiaların səslənməsinə yol açdı. Diqqətçəkən iddialardan biri də odur ki, bəzi sosial şəbəkə iştirakçılarının fikrincə, Lavrov ola bilsin, həmin bəyanatla 1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında imzalanmış “Bişkek protokolu”na işarə edib. Bu iddianın müəllifləri qeyd edirlər ki, məşhur “Bişkek protokolu”nda Lavrovun sözügedən bəyanatına bənzər müddəa əksini tapıb.

Bəs əslində “Bişkek protokolu”nda nə yazılıb, “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi, işi deyil” və ya buna bənzər hər hansı müddəa, fikir bu sənəddə varmı?

“Bişkek protokolu” imzalanan dövrdə dövlət müşaviri vəzifəsində işləyən politoloq Qabil Hüseynli bildirdi ki, “Bişkek protokolu”nda qətiyyən o cür müddəa və ya fikir, cümlə yoxdur. O cür müddəaların, fikrin həmin sənəddə yazıldığı və Sergey Lavrovun indi həmin müddəaya və ya fikrə işarə etdiyi barədə deyilənlər tamamilə əsassızdır: “Həmin iddiaları irəli sürənlər, görünür, ”Bişkek protokolu"nun adını eşitməkdən başqa bu sənəd barədə heç bir məlumata malik deyillər. 1994-cü ilin mayın 12-də imzalanan “Bişkek protokolu” tərəflər arasında gedən müharibədə atəşkəs barədə sənəddir. Mən o sənədi bir neçə dəfə şəxsən özüm diqqətlə oxumuşam. 5 səhifədən ibarətdir. Orada söhbət atəşkəs elan olunmasından gedir.
Bişkekdə imzalanan həmin protokola Milli Məclisin sədri Rəsul Quliyev, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, qondarma Dağlıq Qarabağın erməni icması adından Karen Baburyan, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Nizami Bəhmənov, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya pezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imza atıb. Atəşkəs müqaviləsi imzalamaq təklifi Moskvadan gəlmişdi.

Öncə belə razılaşdırılmışdı ki, sənədi Azərbaycan və Ermənistan dövlətləri adından Milli Məclis sədrinin birinci müavinləri imzalasınlar. Ona görə də Azərbaycandan Milli Məclisin sədri Afiyəddin Cəlilov göndərilmişdi. Afiyəddin Cəlilov Heydər Əliyevə zəng edib məlumat verdi ki, Vladimir Kazimirov “Dağlıq Qarabağ Respublikası” adından nümayəndənin də müqaviləyə imza atmasına nail olmaq istəyir, həmçinin protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri yazılıb, işğal sözü yoxdur. Təcrübəli siyasətçi olan Heydər Əliyev Afiyəddin Cəlilova dedi ki, imzalamaqdan imtina et, geri qayıt.

Afiyəddin Cəlilov da bu cür etdi. Bundan sonra hiyləgər Kazimirov gəldi Bakıya. Heydər Əliyev Kazimirova çox sərt sözlər dedi. Bundan sonra protokolun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri Heydər Əliyevin təkidi ilə “işğal olunmuş ərazilər” sözləri ilə əvəzləndi, “Dağlıq Qarabağ Respublikası” sözləri sənəddən çıxarıldı. Dağlıq Qarabağın azərbaycanlı icmasının və erməni icmasının təmsilçiləri ifadəsi sənədə daxil edildi. Razılıq əldə olundu ki, atəşkəs müqaviləsini Azərbaycan və Ermənistanın Milli Məclis sədrləri imzalasın. Azərbaycan tərəfinin məsələyə olan həssaslığı və ciddiyyəti protokolda da öz əksini tapıb".

Q.Hüseynlinin sözlərinə görə, o zaman elə vəziyyət yaranmışdı ki, atəşkəs imzalamaq lazım idi. Çünki Azərbaycanın qarşısında böyük vəzifələr dururdu: “Birincisi, Rusiyanın köməyi ilə Ermənistan böyük qüvvəyə malik idi. Bu isə Azərbaycan və onun dövlətçiliyi üçün böyük təhlükə idi. Digər tərəfdən, Azərbaycanın qarşısında bir sıra mühüm vəzifələr dururdu. Bu vəzifələrdən biri Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirmək, ölkədə özbaşınalığı və qanunsuz silahlı birləşmələri yığışdırmaq idi. Ən ümdə məsələ isə Azərbaycan və dünyanın böyük neft şirkətləri arasında neft müqaviləsini imzalamaq. Daha sonra isə diplomatik fəaliyyətimizi daha da canlandırıb Ermənistanın Azərbaycana olan təcavüzünü bütün dünyaya çatdırmaq kimi məsələlər dururdu.

Dünyanın aparıcı neft şirkətləri ilə danışıqlar aparıldı və son nəticədən dünyada misli bərabəri olmayan böyük neft kontraktı imzalandı. Ən başlıcası isə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın xarici siyasəti yenidən quruldu. Əsas qarşıda duran məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin bütün səbəblərini və anatomiyasını dünyanın həm beynəlxalq təşkilatlarının, həm də ayrı-ayrı dövlətlərinin nəzərinə çatdırmaq idi. Heydər Əliyev həmin dövrdə çox gərgin və yorulmadan iş aparıb. O, əvvəlcə dünyanın aparıcı dövlətlərinin, yəni BMT təhlükəsizlik şurasına üzv olan ölkələrin hər birində oldu. Bu məsələ ilə bağlı onları məlumatlandırdı və onlardan kömək istədi. Daha sonra digər ölkələrə rəsmi səfərlər etməklə Dağlıq Qarabağ problemi ətrafında yaranmış informasiya blokadasını yardı və bunu bütün dünyanın diqqətinə çatdırdı”.

“Bişkek müqaviləsi”nin 20 illiyə nəzərdə tutulduğu və əslində 2014-cü ildən qüvvədən düşdüyü barədə iddialara gəlincə, keçmiş dövlət müşaviri məlumat verdi ki, “Bişkek müqaviləsi”ndə nəzərdə tutulub ki, müqavilənin müddəti bitdikdən sonra tərəflərdən heç biri etiraz etmədikdə, həmin müqavilə işləməkdə davam edəcək. Yeni müqavilənin imzalanmasına ehtiyac olsa da, köhnə müqavilənin müddəaları hələ də işləməkdədir.

Çünki onun pozulması və qüvvədən düşməsi haqqında tərəflərdən heç biri bəyanat verməyib: “Ona görə də hələ ki bir müddət köhnə Bişkek müqaviləsi ilə işləmək lazım gələcək. Bundan sonra isə yeni müqavilənin imzalanması yox, böyük sülh müqaviləsinin imzalanması istiqamətində səylər gücləndirilib. Çünki artıq problemə baxılması ilə bağlı 20 ildən çox bir müddət keçib. İndi isə əsas diqqət problemin həllinə yönəlir”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Bu gün, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Bu gün, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Bu gün, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Bu gün, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Bu gün, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Bu gün, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Bu gün, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Bu gün, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Bu gün, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru