"Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                     “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək .....                     Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək .....                     “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” .....                     Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı .....                     Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi .....                     Azərbaycan şirkəti könüllü ləğv ediləcək .....                     TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib .....                     Balaş Qasımov İTV-də QALASI OLDU... .....                 

"Eldar Mahmudov obrazı səlahiyyətsizləşdirilib, ancaq Eldar Mahmudovçuluq hələ də zərərsizləşdirilməyib" - deputat
Tarix: 12-12-2016, 08:43 | Çap et
"Eldar Mahmudov obrazı səlahiyyətsizləşdirilib, ancaq Eldar Mahmudovçuluq hələ də zərərsizləşdirilməyib"
Parlamentdəki büdcə müzakirələrində Tarif Şurasının son qərarı ilə bağlı hökumətə dəfələrlə çağırışlar edilsə də, tariflərə yenidən baxılması təşəbbüslərinə müsbət qarşılıq verilmədi. Ölkədəki mövcud sosial-iqtisadi çətinliklər səbəbindən onsuz da problemləri artmaqda olan aztəminatlı əhalinin bundan sonrakı durumunun necə olacağı gündəmin əsas müzakirə mövzularındandır. Durumu Böyük Quruluş Partiyasının (BQB) başqanı, deputat Fazil Mustafa ilə müzakirə etdik.

- Fazil bəy, qiymət artımı ilə bağlı demişdiniz ki, tariflərə yenidən baxılması ilə bağlı addımlar əhalinin pensiyalarının və əməkhaqlarının artımı ilə paralel atıla bilərdi. Əks təqdirdə bu qərarlar insanları qış vaxtı çox böyük çətinliklər içində qoyacaq. Siz də daxil olmaqla bir çox deputatların etirazlarına rəğmən, tariflərlə bağlı qərar dəyişmədi. Sizcə, hökumət niyə əhalini çətinliklərlə üz-üzə qoymağa, üstəlik etirazları artirmağa qərar verdi? Tarif Şurası niyə etirazları körükləyir?

- Əlbəttə, bu cür qiymət artımının qış aylarına təsadüf etməsi insanların sıxıntılarını daha da artırmış oldu. Bəlkə də bu cür qeyri-populyar addım mart və ya aprel aylarında atılsaydı, insanların sonrakı çətinliklərə daha hazırlıqlı olması mümkün sayılardı. Əslində bu, kəsə yolla, həm də vətəndaşın hesabına büdcənin doldurulmasına xidmət edir. Burada ilk növbədə insanların indiki real gəlir səviyyəsinin bu yükü necə qaldıracağını təhlil etmək vacib idi. Pensiyaları və əmək haqlarını qaldırmaq üçün kifayət qədər büdcə ehtiyatları yoxdur və inflyasiya riskini də göz önünə gətirsək, hökumətin yenidən Tarif Şurasının qərarını gözdən keçirmə ehtimalı azdır. Əslində heç bir hökumət sabah özünün əleyhinə çevriləcək bu cür arzuolunmaz iqtisadi mühitin yaranmasına maraqlı olmaz, bizdə də eyni durumdur. Sadəcə, optimal qərar verildiyinə cəmiyyəti inandırmaq, eyni zamanda hansı formada aztəminatlı insanlar üçün dəstək variantlarının nəzərdə tutulduğunu sadə dillə izah etmək lazımdır. Bu gün ölkə üçün demokratiyadan da, zənginlikdən də öndə gələn məsələ ya zəlzələdən, ya vəlvələdən siyasi sabitliyin pozulması riskidir. Alınan qeyri-populyar iqtisadi və ya sosial xarakterli qərarların hansısa formada sosial gərginliyə yol açmasına hamılıqla imkan verməməyə çalışmalıyıq.

- Deputat həmkarınız Qüdrət Həsənquliyev demişdi ki, prezidentin bəzi tapşırıq və qərarlarının zamanında icra olunmaması göstərir ki, hansısa təxribat var. Sizdəmi hesab edirsiniz ki, ölkədə nəsə xoşagəlməz bir proses başladılıb?

- Qüdrət bəyin dediyində birinci həqiqət budur ki, qaldırıb bir çox əhəmiyyətli fərman və sərəncamların icrası ilə tanış olsanız, bunların heç də məsul şəxslər tərəfindən layiqincə yerinə yetirildiyinin şahidi olmayacaqsınız. Bunun isə ən böyük zərbəsi azmaaşlı, dar gəlirli, işsiz, maddi təminatsız Azərbaycan vətəndaşına dəyir. Təəssüf ki, parlamentin büdcə müzakirəsindən və Nazirlər Kabinetinin formal hesabatından başqa icra strukturlarının yanlış qərarlarına real təsir imkanı yoxdur. Bu sahəyə cavabdehlik daşıyan şəxslər çox zaman ölkə prezidentinə dövlətə, cəmiyyətə faydalı olan informasiyaları deyil, öz maraqlarına uyğun olanları təqdim edirlər. Burada hansısa təxribatın olması barədə məlumata malik deyiləm və buna o qədər də ehtimal vermirəm. Daha çox korporativ mənfəət maraqları və ya səriştəsizlik əlamətləri sezilir. İqtisadiyyatı tam olaraq siyasətin, ideologiyanın qanunları ilə idarə etməyə çalışan bütün cəmiyyətlərdə bu cür problemlər yaşana bilər. Demək, iqtisadiyyatı iqtisadi qanunlarla tənzimləmək vacibdir. Fikrimcə, ən xoşagəlməz proses bu cür tendensiyadan uzaqlaşmadan qaynaqlanır.

- Fazil bəy, hətta hakim partiyanın təmsilçiləri də 2017-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı gözlənilməz şəkildə sərt tənqidi çıxışlar etdilər. Bu fakt sizə nəsə deyirmi?

- Bu fikirlə qismən razılaşmaq olar. Ancaq burada əslində siyasi məsuliyyətin bölüşdürülməsindən söhbət gedə bilər. Artıq problemləri həll edə bilməyən iqtisadi sferaya cavabdehlik daşıyan məmurların çarəsizliyi və bir çox hallarda yanlış qərarların alması millət vəkillərini də məsuliyyətə şərik çıxmağa vadar edir. Hakim partiyanın üzvləri arasında kifayət qədər sağlam düşünən, indiyədək qazanılan dəyərlərin qorunmasına görə özünü məsul hiss edən siyasətçilər var və onların çoxu bunu sırf dövlətçilik düşüncəsi ilə edirlər. Burada tənqidlərin bir qədər çoxalmasını başqa faktorla izah etmək daha doğru olardı. Əvvəllər neft gəlirlərinin axını hesabına formalaşan gəlirləri və xərcləri gözləniləndən də çox olan büdcə var idi. O zaman bölgü avantajını və məsuliyyətini hökumət tək öz üzərinə götürmüşdü. İndi isə gəlirlər və xərclər kəskin şəkildə azalanda artıq hökumətlə birlikdə millət vəkillərinin və hakim partiyanın bu bölgü prosesinə qoşulması baş verir. Çünki çoxun itirilməsindən az da olsa nəsə qalır, lakin azın itirilməsindən heç nə qalmaya bilər. Məncə, burada tənqidlər ölkənin, cəmiyyətin taleyindən narahatlıqdan irəli gəlir və indiki şəraitdə hamılıqla bu çətin mərhələnin adladılmasına köməklikdən başqa rasional yol görünmür.

- YAP-çı deputat Siyavuş Novruzov parlamentdəki həmkarlarına xitabən “dünən tərif deyirdiz, bu gün tənqid edirsiniz” dedi. Sizin də əvvəllər tənqidi fikirlərinizlə yanaşı, müsbət qiymətləndirmələriniz də olub...

- Bu fikirləri niyə səsləndirməsinin səbəbini bilmirəm, hər halda həmkarımızın bu yanaşmanın özü də tənqidə açıqdır. Mahiyyətcə siyasətdə cari qərarların və hansısa kadrın davranışlarının təriflənməsi və ya tənqid olunması qəbahət sayılmır və bunu vaxt ölçüləri ilə qiymətləndirmək doğru sayılmaz. Nə doğrudursa, tərifi əsirgəməməli, nə yanlışdırsa, tənqiddən çəkinməməliyik. Bu hakimiyyətin və yaxud bu hökumətin atdığı bütün addımlar yanlış sayıla bilməz ki... O zaman müxalifətdəyik deyə, nəyisə, kimisə tərifləməkdən imtina etmək nə dərəcədə doğru olardı? Eyni yanaşma tənqidlə də bağlıdır. Son günlər alınan iqtisadi xarakterli qərarların bəzilərini yanlış hesab etdiyimizə görə tənqid ediriksə, o zaman dünən və bu gün müqayisəsinin aparılmasının izahını tapmaqda çətinlik çəkirəm. Yaxud da hansısa nazir, məmur və ya vəzifəli şəxs öz vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirəndə, bu hərəkəti təqdir etməkdə hansı pis əlamət var? Və yaxud ölkə prezidentinin bu ilin aprel ayında Dağlıq Qarabağın işğaldan azad olunması üçün atdığı ən sərt addımları hamılıqla dəstəklədik, hətta ən barışmaz müxalifət cinahından da dəstək gəldi, indi hansı formada ən barışmaz müxalifətə irad bildirmək olar ki, dünən niyə tənqid edirdiniz, bu gün tərifləyirsiniz? Dəfələrlə nazirləri də, məmurları da sərt tənqid etmişik, ən azı siz parlament jurnalistləri bunun şahidisiniz, bu davranışın dünən və yaxud bu günlə nə əlaqəsi? Bir də Süleyman Dəmirəl demişkən, “Dün dündür, bu gün bu gün!”

- Fazil bəy, budəfəki müzakirələrdən sonra hansı qənaətə gəldiniz, bu hökumət ölkəni böhrandan çıxarmağa qadirdirmi, yoxsa ciddi kadr siyasətinin həyata keçirilməsi artıq zərurətə çevrilib?

- Fikrimcə, bu mənzərəni böhran kimi xarakterizə etmək doğru olmazdı. Əslində Azərbaycan neftdən insana qayıdış sancılarını yaşayır. İnsanlarımızı narahatçılıqda saxlayan məsələlər obyektiv amillərlə bağlı olanda buna cəmiyyətdə soyuqqanlı və anlayışlı münasibətin şahidi olursan. Yəni, Rusiya imkan vermir, ABŞ maneə yaradır kimi təqdimatlar hamı tərəfindən anlaşılır. Təəssüf ki, qarşımıza çıxan mənfi təzahürlərin çoxu əsasən subyektiv amillərlə bağlıdır. Eldar Mahmudov obrazı səlahiyyətsizləşdirilib, ancaq Eldar Mahmudovçuluq hələ də zərərsizləşdirilməyib. Həmişə bu kimi situasiyalarda ilk növbədə yeni kadrların önə çəkilməsi kimi tələblər və ya istəklər səsləndirilir, ancaq hansısa kadrın sehrli çubuqla gedişatı durdurması və ya iqtisadiyyatın sağlamlaşdırılması proqramını gerçəkləşdirməsi elə də inandırıcı görünmür. İnhisarçılıq varsa, korrupsiya varsa, mülkiyyət hüququnu, azad sahibkarlığı müdafiə edən mexanizmlər zəifdirsə, azad rəqabət mühiti formalaşmayıbsa, o zaman istənilən kadrın indikilərlə eyni rolu oynayacağını əvvəlcədən proqnozlaşdırmaq olar. Bir də açıq etiraf etmək lazımdır ki, bir çox hallarda yeni, gənc adı ilə irəli çəkilən kadrlar Artur Rəsizadə və ya adını çəkmədiyim onlarla yaşlı, təcrübəli vəzifə sahibinin ağıl, tamahsızlıq, məsuliyyət və nüfuz plankasından xeyli aşağıda qalırlar.

- Mərkəzi Bank elan etdi ki, 2017-ci ildə manatla bağlı tam üzən məzənnə rejiminə keçiləcək. Bu, nə vəd edir?

- Üzən məzənnəyə keçid də özü ilə ciddi problemləri gətirəcək. Mərkəzi Bank müdaxilə etməyəcək, dolların bahalaşması kəllə-çarxa dirənəcək. O zaman özəl sektorun yetərincə inkişaf etməməsinə görə ciddi iqtisadi böhran əlamətləri ortaya çıxa bilər. Hələ banklara olan kredit borclarının taleyi də çözülmədiyinə görə önümüzdə optimist mənzərə canlandırmaq mümkün olmur. Bununla belə, Milli Məclisdə də söylədiyimiz kimi, bu gün hamımızın məsuliyyətli davranmamız lazımdır. Ölkədə sabitliyin qorunması üçün ölkə prezidentinin səylərinin dəstəklənməsi vacibdir. Unutmayaq ki, bizdə yenə qaz, işıq var ki, qiymətini də qaldırırlar. Bu gün Suriyada, Liviyada qazsız, işıqsız qışın soyuğunda insanlar aclıq içində sabitlik axtarırlar. Sabitliyin, təhlükəsizliyin isə Tarif Şuraları tərəfindən tənzimlənən qiyməti olmur, sadəcə vətəndaşların sağlam mühakiməsi ilə qorunan dəyəri olur.

- İşsizlik, gəlirlərin azalması, manatın dəyərdən düşməsi, bahalıq ölkədə sosial partlayışa səbəb ola bilərmi?

- Kimsəyə sirr deyil ki, ölkədə işsizlik də, bahalıq da, yoxsulluq da var və yaşam şərtləri son illərdə bir qədər ağırlaşıb. Bununla belə, sosial partlayışın baş verməsi üçün ölkəmizdə elə bir zəmin yoxdur. Vəziyyətdən çıxış üçün optimal və sistemli sosial-iqtisadi proqrama ehtiyac var. Ən mühümü də cəmiyyətin belə bir proqramı inanaraq dəstəkləməsinə ehtiyac var.

- Keçmiş prezident Ayaz Mütəllibovun SSRİ-nin xiffətini çəkməsi, imperiyanın dağılmasına görə təəssüf etməsi bəzi partiyaların etirazına səbəb olub, onun imtiyazlarının ləğvi tələb olunub. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Bütün açıqlamalarına diqqət yetirsəniz, cənab Mütəllibovun hələ də özünü Azərbaycanın prezidenti kimi hiss etmədiyini, sadəcə, Kommunist Partiyasının birinci katibi kimi davrandığını sezə bilərsiniz. Yaxın keçmişin obyektiv təhlilində və günün tələblərini anlamasında həqiqətən problemlər yaşayır. Bizlər üçün hər zaman Rusiya ilə də, ABŞ-la da münasibətlərdə optimal və risksiz kursun izlənilməsi yol verilən siyasətdir, müstəqilliyimizi ortadan qaldıran modellərə yönəlik xiffət duyğularını yaşamaq və təbliğ etmək isə yolverilməz xəyanətdir. Mən də hər zaman cənab Mütəllibova bir sabiq prezident kimi ölkəyə qayıdıb, cəmiyyət həyatında dünyagörüşü, təcrübəsi ilə fayda vermə imkanını tanımağın tərəfdarlarından olmuşam və eks-prezidentlərin statusu ilə bağlı qanunun təşəbbüskarlarından biri olmuşam. Ancaq son müşahidələrim onu göstərir ki, hadisələrə dövlət adamı kimi sağlam və analitik düşüncə ilə yanaşmaqda çətinlik çəkir. Hər halda fikir plüralizmi baxımından hansısa irad bildirməyi doğru hesab etmirəm, ancaq vaxtilə ölkənin liderliyi yükünü götürə bilmədiyi kimi, təcrübəli dövlət xadimi yükünün də altında əzildiyini müşahidə edirəm. Bununla belə, imtiyazlarının alınmasının əleyhinəyəm, bu yaşlı çağında sabiq Azərbaycan prezidentinin çörəklə imtahana çəkilməsini istəməzdim. Bir də Anadolu türklərimizin ibarəsi ilə desək, adama hörmət etməsək də, məqama hörmət etməliyik! (musavat.com)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32
Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru