Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                 

KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN FIRILDAQLARI
Tarix: 11-05-2012, 17:22 | Çap et
KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN FIRILDAQLARI

MASALLIDAN OLAN QADIN SAHİBKARA NECƏ “TİRBA TİKİLDİ”?

DİA.AZ: - Masallı rayonunda da qadın sahibkar məmur özbaşınalığından uzun illərdir ki, əziyyət çəkir. DİA.AZ-a müraciət edən Masallı rayonunun Qəriblər kənd sakini, qadın sahibkar Səbirə Mirzəyeva bu iddiadadır. “Turan” kooperativinin rəhbəri olan Səbirə Mirzəyeva deyir ki, 1990-cı il martın 1-də “Azərtikinti”Trestinin “Lənkərantikinti” İdarəsi ilə müqavilə bağlayaraq idarənin 29 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinin 1,5 hektar əkin üçün yararlı olan torpaq sahəsini icarəyə götürüb. Sahibkar bərbad vəziyyətdə olan həmin ərazini abadlaşdırıb. 10 ilə yaxın bu ərazidən istifadə edən Səbirə Mirzəyeva burada “Turan” kooperativinin hesabına artezian quyuları qazdırıb, ərazidəki yarımçıq tikililəri başa çatdırıb təmir edib. İcarəyə götürdüyü vaxtdan Səbirə Mirzəyeva həmin ərazinin icarə və digər rüsumlarını da vaxtında ödəyib. Ərazidə infrastruktur qurulandan sonra sahibkar sahəni özəlləşdirmək üçün texniki pasportu da şəxsi vəsaiti ilə hazırladıb, digər sənədləri də toplayıb. Amma, yer qəfil olaraq sahibkardan alınıb və saxta sənədlərlə başqa şəxsə satılıb. Əraziyə torpağın mülkiyyətinə dair Dövlət Aktı da verilib, bütün sənədlər qanunauyğun hazırlanıb. Amma, buna baxmayaraq, rayonun yüksək rütbəli məmurları qanunsuz olaraq saxta sənədlərlə torpaq sahəsini sahibkardan alıb başqa şəxsə, Masallı rayonuna aidiyyəti olmayan bir məcburi köçkünə satıb: “2006-cı ildə rayonun Şərəfə kəndi ərazisindəki klubda məcburi köçkün kimi məskunlaşan Qurban Həşimov adlı şəxs Qəriblər ərazi vahidinin Şıxlar kəndi ərazisindəki Masallı-Yardımlı Yol Evini zəbt etmişdi. Bundan xəbər tutan Yardımlı Yol İdarəsinin rəisi məcburi köçkün adı ilə dövlət əmlakını zəbt edən Qurban Həşimovu oradan çıxardı. Nəqliyyat Nazirliyinin müdaxiləsilə həmin yer Qurban Həşimovdan alınandan sonra o Qəriblər kəndi ərazisinə gəldi və bizdən sığınacaq istədi. Mən də Qurban Həşimovun yalanlarına inanaraq ona həmin 1,5 hektar torpaq sahəsində şəxsi vəsaitimlə inşa etdirdiyim binada müvəqqəti sığınacaq verdim. Amma sonra bu bizim başımıza bəla oldu. Bir də xəbər tutduq ki, Qurban Həşimov rayonun yüksək rütbəli məmurları ilə birləşib ərazini ələ keçirib”.

Məmurlar Qəriblər icra nümayəndəsinin binasını da satıb

Səbirə Mirzəyeva deyir ki, həmin ərazidə Qəriblər ərazi icra nümayəndəliyi də fəaliyyət göstərir: “ 2000-ci il mayın 17-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Qəriblər ərazi vahidi yaradıldı. Həmin il iyunun 13-də inzibati bina olmadığı üçün “Turan” firması icarəyə götürdüyü həmin ərazidə şəxsi vəsaiti ilə bina tikib əsaslı təmir edərək icra nümayəndəliyinin bu binada yerləşməsinə icazə verdi. Həmin vaxtdan etibarən icra nümayəndəliyi həmin ərazidəki binada yerləşir. Amma, Qurban Həşimov saxta yolla sənəd alandan sonra bu binanı da zəbt edib. O binanın bir tərəfində məskunlaşıb. Ona görə də ərazini bütünlüklə qanunsuz olaraq hasarlayıb və icra nümayəndəliyinə girişi qadağan edib. Özü haçan istəsə qapını açır, icra nümayəndəsinə binaya daxil olmağa icazə verir, istəməyəndə isə oranı qıfıllayıb gedir. Heç kim də bu şəxsin özbaşınalığına “dur” demir. Dəfələrlə Qəriblər, Şıxlar kənd sakinləri bununla bağlı aidiyyəti qurumlara müraciət edib, amma heç bir faydası yoxdur. Heç kim Qurban Həşimovun bu qanunsuzluğuna müdaxilə etmək istəmir. Hazırda məcburi köçkün adından istifadə edən bu şəxs də “Turan” firmasının balansındakı torpaqlarla yanaşı, vətəndaşlara bölünən pay torpaqları da zəbt edib, ora heç kimi buraxmır”. Şikayətçinin dediyinə görə, torpaq sahəsi bələdiyyənin balansında olduğu halda Qəriblər bələdiyyəsinin yeni tərkibi də torpaqlarının qaytarılması ilə bağlı iddia etmir. Bələdiyyənin bu hərəkəti onun da bu məsələdə marağının olmasından xəbər verir. Heç bir əsas olmadan torpaqları zəbt edilən bələdiyyə Qurban Həşimovdan həmin torpaqlarının geri qaytarılmasıl ilə bağlı hec bir tələb irəli sürmür.

Kərəm Həsənovu aldadan mütəşəkkil qrupun üzvləri

Səbirə Mirzəyeva iddia edir ki, həmin ərazinin zəbt edilməsində Qurban Həşimova himayədarlıq edənlər də bəllidir. Həmin şəxslər Masallı və Cəlilabad rayonlarında yüksək vəzifə tuturlar: “ Bu işdə saxtakarlığı Əmlak Məsələləri Dövlət Komitəsinin Cəlilabad Ərazi İdarəsinin müdiri Qalib Xudaverdiyev, komitənin Masallı rayon şöbəsinin müdiri Cəfər Gözəlov və 26 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəhbəri Daxil İbayev edib. Həmin şəxslər cinayət əlaqəsinə girərək Əmlak Məsələləri Dövlət Komitəsindən xəbərsiz gizli hərrac keçirib və hərrac barədə heç kimə bildirməyiblər. Onlar bilə-bilə ki, “Turan” firması bu ərazini icarəyə götürüb, bizə məlumat vermədən torpağı Qurban Həşimovun adına keçirib. Həmin vaxt nə hərrac keçirilib, nə də bu barədə elan verilib. Sadəcə həmin şəxslər birləşib müəyyən maraqları hesabına Qurban Həşimovla cinayət əlaqəsinə girib hərracda onun qalib olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinə yalan məlumat veriblər. Nəticədə komitədən Qurban Həşimovun adına saxta sənədlər əsasında şəhadətnamə çıxarıblar. Buna görə də, həmin şəxslər indi də məhkəmələrdə Qurban Həşimovu müdafiə edir, onun guya vicdanlı alıcı olduğunu sübut etməyə çalışırlar. Torpaq sahəsi hərrac qiymətindən 10 qat aşağı qiymətə Qurban Həşimova satılıb. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov 2008-ci il sentyabrın 24-də sənəd tərtib edərək guya torpaq sahəsinin hərraca çıxarıldığını və Qurban Həşimovun həmin hərracda qalib gəldiyini bildirib. Torpağın qiyməti aidiyyəti qurum tərəfindən 26 min 895 min manat qiymətləndirildiyi halda, Rafiq Cəlilovun imzaladığı sənəddə həmin məbləğ 2 min 356 manata hərraca çıxarıldığı və Qurban Həşimov tərəfindən alındığı bildirilir ”.
Sahibkar məsələ ilə bağlı Masallı rayon məhkəməsində iddia qaldırıb. Lakin, məhkəmə iqtisadi məsələ olduğundan işi Şirvan İqtisad Məhkəməsinə göndərib. Adıçəkilən məhkəmə isə heç bir əsas olmadan işi qeyri-müəyyən vaxta təxirə salıb.

Rafiq Cəlilovun saxta sənədləşmədə marağı

Səbirə Mirzəyeva deyir ki, saxta şəhadətnaməni görəndən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət edib. Sahibkarı Kərəm Həsənov deyil, onun müavini Rafiq Cəlilov qəbul edib. Rafiq Cəlilov isə iddia edib ki, guya hərrac qanuni keçirilib. Amma sahibkar hərracın saxta olmasını sübut edən sənədləri ona təqdim edəndə o məsuliyyətdən yayınmaq istəyib. Torpağın 1990-cı ildən “Turan” firmasının icarəsində olduğu barədə sənədləri görən Rafiq Cəlilov sonda onlara yenidən məhkəməyə müraciət etməyi məsləhət görməklə məsuliyyətdən yayınmağa çalışıb. Lakin Səbirə Mirzəyeva bununla sakitləşməyib hüquqlarının müdafiəsi üçün birbaşa Kərəm Həsənovla görüşməyə cəhd edib və nəhayət buna nail olub. Komitənin bəzi məmurlarının müdaxiləsinə baxmayaraq sahibkar komitə sədrinin qəbuluna düşüb. Qəbulda məsələni danışan sahibkar Kərəm Həsənovdan qanunsuzluğu araşdırmasını xahiş edib. Qəbul zamanı məlum olub ki, həqiqətən də Kərəm Həsənovun bu məsələdən məlumatı olmayıb və saxta hərrac məsələsi aşağı səviyyəli məmurlar tərəfindən rəsmiləşdirilib: “Mən Kərəm Həsənova vaxtilə özəlləşmənin mənə verdiyi arayışı, 26 saylı Səyyar Mexanikləşdirilmış dəstənin sabiq rəisinin torpağı özəlləşdirməyə çıxarmaq üçün verdiyi sənədi təqdim etdim. Məlum oldu ki, həqiqətən də torpaq sahəsi hərraca çıxarılarkən bu barədə yerli sakinlərə heç bir məlumat verilməyib və birbaşa hərracda Qurban Həşimov iştirak edib. Həmin maraqlı şəxslər də gizli yolla hərrac keçirməklə Qurban Həşimova torpaq satmaq üçün sənədləri saxtalaşdırıb, bu barədə nə “Turan” firmasına, nə də digər sakinlərə məlumat verməyib. Məsələ ilə bağlı maraqlanan Kərəm Həsənov bütün müavinlərini çağırıb məsələnin ciddi araşdırılmasını tapşırıb və sahibkara şəhadətnamənin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsini tapşırdı. Bundan sonra sahibkar Xətai rayon məhkəməsində iddia qaldıraraq saxta hərracın nəticələrinin və Qurban Həşimova verilən 24.09.2008-ci il tarixli 00154 sayı şəhadətnamənin ləğv edilməsini, torpaq sahəsilə bağlı yenidən hərracın keçirilməsini istəyib. Lakin, Xətai rayon məhkəməsi iddianı tam təmin etməyib. Məhkəmə araşdırması zamanı hərracın qanunsuz keçirilməsi təsdiqini tapsa da, hakim Leyla Talıbova hərracın nəticələrini ləğv etməyib. Məhkəmənin qərarı ilə şəhadətnamə ləğv edilsə də, hərracın nəticələri olduğu kimi saxlanılıb.Leyla Talıbovanın qəbul etdiyi qərarda göstərilir ki, vətəndaşların torpaqları özlərinə qaytarılandan sonra şəhadətnamənin verilməsinə yenidən Əmlak Məsələləri Dövlət Komitəsində baxıla bilər. Amma, hakimin hərracın nəticələrini niyə ləğv etməməsi iddiaçıya qaranlıq qalıb. Qərarla razılaşmayan iddiaçı sənəddən Bakı Apellyasiya Məhkəməsinə müraciət edir. Səbirə Mirzəyeva deyir ki, Xətai Məhkəməsindən fərqli olaraq Bakı Apellyasiya Məhkəməsində iş obyektiv araşdırılmağa başlanıb. İlk məhkəmə proseslərindən hakim İsa İsmayılov tərəflərin dindirilməsini həyata keçirsə də, cavabdehlərin, yəni Qurban Həşimovun himayədarlarının yalan çıxışlarını dinləməyə ehtiyac görməyib. Hazırda iş üzrə növbəti məhkəmə prosesi mayın 15-ə təyin edilib. Sahibkar inanır ki, Bakı Apellyasiya Məhkəməsi işi sonadək obyektiv araşdıracaq və qanuni, ədalətli qərar qəbul edəcək.
Səbirə Mirzəyeva məsələ ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, ədliyyə naziri Fikrət Məmmədova, nazirliyin Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynova, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsini rəisi Azər Cəfərova, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova və Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş Komitəsinin sədri Əli Həsənova müraciət edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru