"YENİ MÜSAVAT"A QARŞI TƏXRİBAT
Tarix: 15-09-2011, 15:35 | Çap et
TÜRKİYƏ SƏFİRLİYİ ADINDAN ABSURD BƏYANAT YAYILIB
Bu gün əksər saytlarda Türkiyə səfirliyinin adından bəyanat yayılıb. “Yeni Müsavat” qəzeti ilə bağlı bəyanatı oxuduqca heyrətə düşməyə bilmədik. Çünki “Yeni Müsavat”da dərc edilməyən bir xəbərə görə, qəzetə qarşı açıqlama yayılıb. APA-nın məlumatını olduğu kimi dərc edirik: ““Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanda nəşr olunan В«Yeni MüsavatВ» qəzetinin ötən həftə dərc etdiyi В«Hərbi məktəbdə türk müdavimlərinə təzyiq olunurВ» başlıqlı xəbərin əsassız və həqiqətdən uzaq bir xəbər olduğunu bildirib”.
Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib. E. Sabiroğlu bildirib ki, Türkiyə səfirliyinin mətbuat müşavirliyi müvafiq açıqlamasında Azərbaycan və Türkiyə mətbuatında dərc olunan xəbərlərin iki ölkə arasında mövcud olan dostluğu, əməkdaşlığı və qardaşlığı pozmaq istiqamətində В«gerçək olmayanВ» yazılar olduğunu ifadə edərək, В«Biz yayımlanan xəbərləri ciddi qarşılamırıq və əhəmiyyət vermirikВ» şəklində açıqlama ilə çıxış edib: “Açıqlamada ötən həftə dərc olunan xəbərlərin əsassız və həqiqətdən uzaq xəbər olduğu qeyd edilib.
Açıqlamanın davamında Türkiyənin Bakıdakı səfirliyinin Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Azərbaycanın dövlət qurumları ilə çox intensiv və gözəl əlaqələrin mövcud olduğu qeyd edilərək, Azərbaycan və Türkiyə mətbuatında dərc olunan xəbərlərin iki ölkə arasındakı əlaqələrə ziyan vurmaq istəyən qüvvələrin bir cəhdi olduğu vurğulanıb. В«Yeni MüsavatВ» qəzetində yayılan bu xəbərin anonim dərc edildiyini də xatırladan açıqlamada xəbərlərin məqsədinin Türkiyə-Azərbaycan əlaqələrinə kölgə salmaq və Türkiyənin dostu müdafiə naziri Səfər Əbiyevin nüfuzuna xələl gətirmək və ona təzyiq göstərmək olduğu ifadə edilib”.
Öncə onu qeyd edək ki, nə ötən həftə, nə ondan əvvəl və sonra – ümumiyyətlə, heç vaxt “Yeni Müsavat” qəzetində “Hərbi məktəbdə türk müdavimlərinə təzyiq olunur” başlıqlı xəbər dərc olunmayıb. “Yeni Müsavat”ın yazmadığı bir xəbərlə bağlı belə absurd açıqlama yayılması heyrətamizdir. Hələlik dəqiqləşdirmə aparırıq ki, Türkiyə səfirliyi doğrudan da belə bir açıqlama yayıb, ya yox. Məsələnin anlaşılmaz tərəfi odur ki, Türkiyə səfirliyinin bəyanat yayması haqda KİV-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu məlumat verib. Axı Türkiyə səfirliyinin bəyanatı bir qayda olaraq öz tərəflərindən mətbuata yayılır?!
Burada heyrət doğuran əsas məsələ isə olayın mahiyyətinin tamamilə təhrif olunmasıdır. Ötən həftə və ondan əvvəlki tarixlərdə “Yeni Müsavat” qəzetində Azərbaycan türklərinin (Türkiyə türklərinin müdavimlərin, zabitlərin yox!-red.) sıxışdırılması haqda Ali Hərbi Akademiyanın dinləyicilərinin anonim məktubları dərc edilib. Burada söhbət, bir daha təkrar edirik, türkiyəli hərbi müdavimlərdən deyil, Azərbaycan türklərindən (azərbaycanlılardan) gedir. Həmin məktubların mahiyyətində bu dayanır ki, Səfər Əbiyev Müdafiə Nazirliyində qohumbazlıq, yerlibazlıqla məşğuldur və yüksək vəzifələrə etniklər çəkilir. Bu cür mahiyyəti olan yazıya Türkiyə səfirliyinin “türk müdavimlərə qarşı təzyiqlər edilməsi əsassızdır” tipli bəyanat yayması ağlasığmaz məsələdir. Güman edirik ki, bu bir təxribatdır və məqsəd Səfər Əbiyevin qanunsuz əməlləri, korrupsiya faktları ilə bağlı yazılardan diqqəti gülməli, çaşqın manevrlərlə yayındırmaqdır.
Digər tərəfdən, həmin yazılarda söhbət təkcə etnik ayrıseçkilikdən deyil, daha çox ciddi korrupsiya faktlarından gedir.
Bu cür “peşəkar”, ucuz təxribatçılıqla məşğul olmaq yalnız onun müəlliflərini gülüş obyektinə çevirəcək.
“Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
| • Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00 |
|
|
|
| • İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
| • Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45 |
|
|
|
| • Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35 |
|
|
|
| • DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
| • Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26 |
|
|
|
| • İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21 |
|
|
|
|