Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                 

Qobustanda TALAN VAR - İTTİHAM
Tarix: 13-11-2018, 10:51 | Çap et
Qobustanda TALAN VAR
Azərbaycan hökuməti son illər, xüsusən də neftin dünya bazarındakı qiyməti enəndən sonra kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırır. Ancaq buna baxmayaraq, kənd təsərrüfatında sıçrayışlı inkişafa hələ də nail olunmayıb. İnkişaf yalnız şişirdilmiş statistik rəqəmlərdə özünü göstərib.

Bunun əsas səbəbi, təbii ki, sahə üzrə ayrılan vəsaitlərin mənimsənilməsi, korrupiya və rüşvətxorluq hallarının geniş yayılmasıdır. Daha dəqiqi, əkin sahələrinə ayrılan subsidiyaların mənimsənilməsi, kənd təsərrüfatı kreditlərinin "şapka” ilə, texnikanın "otkat” şərtilə verilməsi dövlətin bu sahəni inişaf etdirmək təşəbbüslərinə ciddi zəbə vurur.

Yeni nazir tərəfindən bu sahələrə rəhbərlik edən şəxslər dəyişdirilib. Korrupsiyaya son qoyulub-qoyulmayacağı isə yaxın zamanlarda bilinəcək.

Ancaq dəyişiklikləri yalnız kadrlarla yekunlaşdırmaq olmaz. Korrupsiya və rüşvətə münbit şərait yaradan mexanizmləri də dəyişmək lazımdır. Bunlardan biri də subsidiyaların verilməsi mexanizmidir.

Mütəxəssislərin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda əkin sahəsinə görə subsidiyalaşma kənd təsərrüfatı istehsalında ciddi kəmiyyət və keyfiyyət dəyişikliyinə gətirməyib. Subsidiyaların əkin sahəsinə görə verilməsi, sadəcə korrupsiya üçün şərait yaradıb. Nazirlikdə bu sahəyə nəzarət edənlər işbazlarla əlaqəyə girərək, 1000 hektarlarla boş ərazini əkin sahəsi kimi qeydiyyata alaraq, subsidiya ayırıblar. Bir müddət sonra isə, olmayan əkin sahəsini ya quraqlıqdan, ya da təbii fəlakət nəticəsndə guya məhv olmuş kimi sənədləşdiriblər. Ayrılan pul isə bölüşdürülüb. Bir çox hallarda nazirliyin yerli idarələri oliqarxlarla, kəndlərdəki icra nümayəndələri və bələdiyyə sədrləri ilə birləşərək bu saxtakarlığı həyata keçiriblər. Hər kənddə ən çox subsidiyanın məhz icra nümayəndələri və bələdiyyə sədrlərinə verilməsi də məhz bununla bağlı olub.

Bələdiyyə sədri Notariat kontorunun rəisilə əlbir olaraq sənədləri saxtalaşdırıb
Redaksiyamıza Qobustan rayonu Qaracüzlü kənd sakinləri tərəfindən bu faktı təsdiqləyən məktub daxil olub. Ölkə Prezidenti İlham Əliyev başda olmaqla, bir sıra dövlət və hökumət qurumlarına, eləcə də yeni nazir İnam Kərimova da göndərilən məktubda uzun ilər boyu büdcədən kənd təsərrüfatına ayrılan subsidiyaların necə talan edildiyi əyani şəkildə göstərilir. Həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik.

Məktubda kənd sakinləri əvvəlcə torpaqlarının necə ələ keçirildiyi haqda məlumat verirlər: "Biz, Qobustan rayon Qaracüzlü kənd sakinlərinə yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarına əsasən, yaşadığımız kəndin ərazisindən pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri işləmiş (hazırda icra nümayəndəsinin müavindir) Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısı) onlara verilmiş pay torpağın Dövlət Aktında düzəliş ediləcək adı altında hamısını toplamışdır. 2006-cı ilin aprelin 2-də Bakı şəhəri, Mustafayev küçəsi ev 27, mənzil 36-da yaşayan M.X.Məmmədovla gizli sövdələşərək, 1 ha üçün özünün dediyi kimi, 200 manat almaqla, saxta sənədləşmə apararaq satmış və bizə külli-miqdarda ziyan vurmuşdur.

Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan Notariat kontorunun rəisi olmuş T.Seyidovla əvvəlcədən razılaşaraq, alqı-satqı müqaviləsi bağlamaq üçün bizim – 40 ailə başçısının adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından razılıq ərizələri tərtib ediblər. Həmçinin, 02 aprel 2016-cı il tarixinə eyni reyestr nömrəli 2 ədəd alqı-satqı müqaviləsi tərtib olunub. Birinci müqavilədə 6 nəfər, ikinci müqavilədə isə 32 nəfər təsərrüfat rəhbərinin adları qeyd edilmişdir.

Müqavilənin saxtalığını sübut edən məqamlardan biri budur ki, 32 nəfərin adı yazılmış alqı-satqı müqaviləsində alıcının imzası və adı göstərilmir. Belə bir saxta müqavilə əsasında alıcı M.Məmmədov 2008-ci ilin aprelin 21-də 14 saylı DƏDRX-nın Şamaxı rayon Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatı haqqında MH seriyalı 4 ədəd çıxarış almışdır. M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilmişdir”.

"Hər il 45 000 manata yaxın dövlətdən subsidiya alaraq mənimsəyiblər”
Məktubda sonra bildirilir ki, torpaq mülkiyyətlərinin tam ələ keçirilməsi barədə kənd camaatı yalnız 2016-cı ilin oktyabr ayında xəbər tutub: "Dövlət aktı əsasında çıxarış almaq istərkən ƏMDK DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin 08 noyabr tarixli cavab məktubundan aydın olmuşdur ki, bizlərə məxsus torpaq sahələri 02 aprel 2006-cı il tarixdə başqasının adına rəsmiləşdirilmişdir. Qobustan rayon DNK-da təsdiq olunmuş 13 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhər sakini M. Məmmədovun adına JN-571, kod 30708038 saylı Dövlət aktı hazırlanmışdır.

Rəsmi cavab məktubundan bizlərə aydın olmuşdur ki, torpaqlarımız dələduzluq yolu ilə – etimadımızdan sui-istifadə edən bələdiyyə sədri tərəfindən razılığımız olmadan digər şəxsə satılmışdır. Və çox təəssüflər olsun ki, orqanlara etdiyimiz müraciətlər nəticəsiz qalmışdır. Məsələni araşdırdığımız zaman bizlərə o da məlum olmuşdur ki, "Alıcı” hesab olunan M.Məmmədov ələ keçirdiyi 526 ha torpağımıza görə son 10 ildə saxta sənədlərlə taxıl əkmək adı ilə hektarına 90 manat olmaqla, hər il təxminən 36-45000 manat arası pulu dövlətdən subsidiya kimi alaraq mənimsəmişdir”.

"Torpaqlar girov qoyularaq, bankdan 30 milyon manat kredit götürülüb, mənimsənilib”
Saxta yolla torpaqları ələ keçirənlər bununla da kifayətlənməyiblər: "Digər məlumatlardan biri də budur ki, M. Məmmədov 2009-cu ildə 526 ha zəbt etdiyi torpağımıza "Çıxarış” aldıqdan sonra bəzi əlaqələrinin köməkliyilə özlərinə məxsus "AFB Bank” ASC-yə əmlakı girov qoymaqla, bankdan külli miqdarda (verilən məlumata görə 30 milyon manat) kredit götürmüşdür. Bu torpaqlarda biznes adamı kimi iş görmək adı altında layihə təqdim etməklə götürdüyü külli miqdarda krediti o, təyinatı üzrə deyil, tam başqa məqsədlə talan etmişdir. M.Məmmədovun məqsədi də pulu Banka qaytarmaq olmamışdır…

Yəni Bankın özü ilə əvvəlcədən gizli razılaşma əsasında M.Məmmədov krediti müflis olmasını bəhanə gətirərək ödəməyib. 10-15 min manata ələ keçirdiyi və banka girov qoyduğu torpağımızın taleyi isə onu əsla maraqlandırmamışdır. Ona görə də, M.Məmmədov hər yanda bizim bu məsələ barəsində qaldırdığımız şikayətləri vəzifəli yaxınlarının köməkliyilə öz xeyrinə həll edirdi. Biz də qalmışdıq çıxılmaz vəziyyətdə”.

"Niyə korrupsiyalaşmış mütəşəkkil dəstənin dövlətdən taladığı vəsaitlərin hesabı sorulmur?”
Məktub müəllifləri saxta yollarla külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə baxmayaraq, Qobustan Rayon Prokurorluğu və Polis İdarəsinin cinayət işi açmadıqlarını bildirirlər: "Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini cənab Canpolad Danovun bizə yazdığı 07 mart və son dəfə 08 may 2018-ci il tarixli rəsmi cavab məktubunda bildirilir: "Qobustan Rayon Polis Şöbəsində toplanan materiallar üzrə Qobustan Rayon Prokurorluğunda araşdırma davam edilərkən cinayət hadisəsinin olmadığı və cəlbetmə müddəti keçdiyinə görə AR Cinayət Prosessual Məcəllənin 39-cu maddəsinin 1.2 və 1.3-cü hissələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir”. Qobustan Rayon Prokurorluğu və Qobustan Polis Şöbəsi verdikləri əsassız qərarın bir nüsxəsini Qobustan rayonun Qaraçüzlü kəndinə göndərməkdə də "çətinlik” çəkirlər…

Torpaqlarımıza Şamaxı Reyestr İdarəsindən 2016-cı ildə müraciət edərək "Çıxarış” almaq istərkən rəsmən bildirmişlər ki, sizlərə məxsus 526 ha torpaq sahəsinə 2006-cı ildə M.Məmmədovun adına "Çıxarış” verilmişdir. Biz də hüquqlarımızın pozulduğunu bildikdən dərhal sonra yerli və yuxarı orqanlara şikayətlər etmişik. Daha nə etməli idik ki? Bəs Prokurorluğa təqdim olunan Şamaxı Reyestr İdarəsinin 2016-cı il tarixli rəsmi məktubunu niyə nəzərə almadan belə bir əsassız qərar qəbul edilib? Bəs prokuror öz vəzifə səlahiyyətini icra etməklə niyə son 10 il ərzində 526 ha torpaq sahəsinə görə dövlət büdcəsindən "formal” sənədləşmə əsasında oğurlanmış hər il üçün 45 000 manat vəsaitin geri qaytarılması barədə cinayət işi qaldırmır? Əkilmiş taxılı kim və nə vaxt görüb?

Görübsə kimə satılıb və nə qədər dövlətə vergi ödənilib? Bütün kənd sakinləri özləri Allah şahididir ki, onlara məxsus yüzlərlə hektar torpaq sahələrində heç vaxt bir kv.m də olsa taxıl əkilməmişdir. Bunu kənd təsərrüfatı mütəxəssisləri olan ekspertlər də yerində baxış keçirib rəy verə bilər… Niyə korrupsiyalaşmış mütəşəkkil dəstənin son 10 il ərzində dövlətdən taladığı vəsailərin hesabı sorulmur?

Əkin adı ilə kim dövlətdən nə qədər subsidiya alaraq, mənmsəyib?
Məktubda daha sonra subsidiya adı ilə dövlətdən kimin nə qədər vəsait alaraq mənimsədiyi konkret adlarla təqdim edilir: "Dövlətdən Qobustan rayonun Qaracüzlü kəndinin torpaqlarına görə son illər talanan pulların konkret kimlər tərəfindən alındığını xatırlatmaq istərdik:

2015-ci il üzrə:

- M.Məmmədov-404 hektara görə 20 200 manat alıb;

- Həmin vaxt bələdiyyə sədri olan Musayev Əlikram Ələkbər oğlu 148 hektara görə 7400 manat alıb;

- Əlikramın qardaşı İlyas Musayev 77 hektara görə 3850 manat alıb;

- Əlikramın qardaşı Vahid Musayev 10 hektara görə 500 manat alıb;

– Əlikramın oğlu Ələkbərli Emin isə 48 hektara görə 2400 alıb.

2016-cı il üzrə :

- M.Məmmədov 491 ha torpağa görə 32 200 manat alıb;

– Ə.Musayev 71 ha torpağa görə 6350 manat alıb;

- E.Ələkbərli 40 ha torpağa görə 3620 manat alıb;

- İ.Musayev 71 ha torpağa görə 6390 manat alıb.

2017-ci il üzrə:

- M. Məmmədov 480 ha torpağa görə 24 000 manat alıb;

- Ə. Musayev 20 ha torpağa görə 1824 manat alıb;

- İ. Musayev 13 ha torpağa görə 1210 manat alıb.

Xatırladaq ki, bələdiyyə sədri olmuş Əlikram Musayev və onun qohum-qardaşına məxsus bütün torpaqlar M.Məmmədova 2006-cı ilin aprelin 2-də satıldığı halda o yenə də kağız üzərində dövlətdən guya torpaq əkməsi barədə yalan hesabat verməklə külli-miqdarda vəsaiti alıb mənimsəmişdir”.

"İcra başçısına yaxın adamların da adına formal torpaq sahələri yazılaraq külli-miqdarda dövlət vəsaiti mənimsənilib”
Məktubda İcra Hakimiyyəti başçısına yaxın adamların da subsidiyaların mənimsənilməsində iştirak etdiyi bildirilir: "Digər fakt ondan ibarətdir ki, İbrahimov Eldar Qüdrət oğlunun və Həsənov Gülhəsən Əbülhəsən oğlunun adları Qurbançı icra nümayəndəliyinə formal daxil edilsələr də, onlar bu kənddə heç vaxt yaşamayıblar. Onların da hər birinə 2015-ci ildən 168 ha və 64 ha formal torpaq sahələri yazılıb. Deyilənə görə bu adamlar onun yaxın adamlardır. Və belə dost-tanışların adına hər bir kənd üzrə formal torpaq sahələri yazılaraq külli miqdarda dövlət vəsaiti mənimsənilmişdir.

24 may 2018-ci il tarixində Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov kəndimizə gəlib bizimlə ayaqüstü görüş keçirmişdir. O, çoxlu sosial yönümdə kənddə görüləsi işlərdən danışıb çıxıb getmişdir. Ondan bir gün əvvəl isə Prezident Aparatından ərazi üzrə kurator gəlmiş və torpaq sahələrini gəzib çıxıb getmişdir. Bu məmurları sağ olsunlar ki, yenə şikayətimizə səs verib gəlib yerində yazdıqlarımızın doğruluğunu öz gözlərilə gördülər. Hüquq-mühafizə orqanları isə bizə formal cavablar verməkdədir”.

"Nəyi var satıb canını qurtarmaq istəyir”
Məktub müəllifləri deyirlər ki, yeni nazir gəldikdən sonra qorxuya düşən Əlikram Musayev nəyi var satmağa başlayıb: "Keçmiş bələdiyyə sədri və hazırda kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyən Əlikram Musayev ona məxsus fermalardakı qoyun-quzusunu və danalarını satmaqla məşğuldur. Artıq 10 gündür ki, o hazırda yaşadığı evi də satışa çıxarıb, canını qurtarmaq istəyir.

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramovun bizə və Qobustan Rayon Kənd Təsərrüfatı İdarəsinə yazdığı 04 may 2018-ci il tarixli cavab məktubunda qeyd edilib: "Vəfat etmiş şəxslərə və digərlərinə məxsus torpaqların saxta etibarnamə əsasında Malik Xeyrulla oğluna satıldığı və istifadə olunmayan 526 ha əkin sahəsinə görə hər il 35-36 000 AZN vəsaitin dövlət yardımı adı ilə mənimsənildiyi və dəgər halların araşdırılması xahiş edilir. Qaldırılan məsələyə aidiyyatı yerli qurumlarla birlikdə, müəllifin iştirakı ilə qanunvericiliyə uyğun olaraq baxılması, nəticəsi barədə mümkün qısa vaxt ərzində ərizəçiyə və Nazirliyə məlumat verilməsi Sizə tapşırılır”.

Eyni məzmunlu 11 may 2018-ci il tarixli məktub Kənd Təsərrüfatı nazırinin müavini cənab İlham Quliyev tərəfindən bizə və Qobustan Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsənağa Hüseynova həvalə edilsə də, son 20 gündə bir addım belə atılmayıb”.

Kənd sakinləri sonda dövlət başçısı İlham Əliyevə müraciət edərək, yüksək vəzifəli şəxslərin himayəsilə həyata keçirilən qanunsuzluqlara hüquqi qiymət verilməsini, Əlikram Musayevin məsuliyyətə cəlb olunmasını, dövlət vəsaitinin talanmasında iştirak edən şəxslərin, o cümlədən icra başçısının yaxınlarının cəzalandırlmasını xahiş edirlər:"Biz istəyirik ki, rayonda uzun müddət dövlət vəsaitin talan etmiş və etməkdə davam edən korrupsiyalaşmış mütəşəkkil dəstənin qanunazidd hərəkətlərinə tezliklə hüquqi qiymət verilsin”.

Qeyd edək ki, məktub Qobustan rayonu Qaracüzlü kənd sakinlərindən Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu, Abdullayev Soltan Abdulla oğlu, Xalıqov Təbriz Babazadə oğlu, Hüseynov İbrahim Məhəmmədəli oğlu, Yusifov Əzim tərəfindən göndərilib.

Məktubda adları keçən şəxslərin, eləcə də Qobustan Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazırliyinin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru