Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb .....                     Agentlik 189 mənzil alacaqdı: .....                     Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... .....                     Fərid Əsgərovun təyinatdan sonra ilk .....                     Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib .....                     Məşhur tikinti şirkəti yarım milyon borca düşdü .....                     KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək .....                     Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! .....                     Agentlik sədri onu departament müdiri təyin etdi .....                     Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” .....                     Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb .....                     Qarabağ qazisindən icra başçısına MÜRACİƏT .....                     Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib .....                     “Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı .....                     Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi .....                     Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir .....                     “Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR .....                     “Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” .....                     Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... .....                     Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır .....                     “Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” .....                     Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU .....                     Bakıda 14-cü mərtəbədən yıxılan qız .....                     Rusca təhsil alanlar XAİNDİRMİ? .....                     AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ .....                     TƏBİB 1 milyon manata yaxın dərman alır .....                     Rusiya bizi BOYKOT ETSƏ... .....                     “Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” .....                     Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? .....                     Vəziyyət dəyişir: .....                     Masallıda “İstisu” istirahət mərkəzi BÖYÜK ZİBİLXANAYA ÇEVRİLİB .....                     Ağcabədidə FERMER ÜSYANI... .....                     Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj .....                     Araz Ağalarova qarşı icraatdan sonra Emin Rusiyadakı konsertini ləğv etdi .....                     "Dedim, bilirsən ki, mənim nə boyda oğlum var?" .....                     Bonus pulu iki aydır gecikdirilir: Həkimlər özlərini cəhbə bölgəsində hiss edirlər... .....                     Sosial şəbəkələrdə MARKETİNQ OYUNU .....                     Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi .....                 

Gədəbəyin baş maliyyəçisinə qarşı ağır ittihamlar - Belə deyirlər...
Tarix: 7-07-2016, 09:25 | Çap et
Gədəbəyin baş maliyyəçisinə qarşı ağır ittihamlar
Rayonda sahibkarlara “qan udduran” Namiq Məmmədov milyonların mənimsənilməsini rəsmiləşdirməkdə, ayrı-ayrı iş adamlarının əmlaklarının ələ keçirməkdə iştirak edib İdarə rəisi üçün əsas fiqur nazirin müavini, əslən gədəbəyli olan Azər Bayramovdur; rayonda mal-mülk, restoran, obyektlər sahibi olan oliqarx maliyyə şefi çayxana da işlədir Gədəbəydə Maliyyə İdarəsinin rəisi rayona qeyri-rəsmi rəhbərlik edir. Namiq Məmmədov icra başçısı Ramiz Yediyarovdan heç də az səlahiyyətlərə malik deyil. Rayonda sahibkarların baş bəlasına çevrilmiş N.Məmmədov maliyyə naziri Samir Şərifovu da saymır.

Naziri yox, müavini sayır

İdarə rəisi üçün əsas fiqur nazirin müavini, əslən gədəbəyli olan Azər Bayramovdur. Yalnız onun təlimatlarını və tapşırıqlarını eşidən N.Məmmədov Gədəbəydə iş adamlarına “divan tutur”. “Gündəm-xəbər”in bu mövzuda apardığı araşdırmalar zamanı belə nəticə hasil olub ki, rayonun mülkədarına, oliqarx-burjuy məmuruna çevrilmiş idarə rəisi Gədəbəydə milyonların mənimsənilməsini rəsmiləşdirməkdə, ayrı-ayrı iş adamlarının əmlaklarının ələ keçirməkdə iştirak edib. N.Məmmədovun fəaliyyəti son dərəcə narazılıq doğurub və maliyyə nazirinə saysız-hesabsız şikayətlər ünvanlanır. Lakin bu müraciətlər S.Şərifovun birbaşa ünvanına gəlib çatmır. Belə ki, Gədəbəyin maliyyə rəisinin kuratoru, həmyerlisi olan nazir müavini A.Bayramov məktubların nazirin əlinə keçməsinə imkan vermir. Bu iyerarxik mərhələdə nazir müavini Gədəbəydən gələn şikayət məktublarını qəhətə çıxarır. Odur ki, N.Məmmədov Gədəbəydə sahibkarlara “qan uddurmaqda”da davam edir. S.Şərifovla yanaşı dövlət başçısı İlham Əliyevə də çoxsaylı müraciətlər ünvanlanmağa başlayıb. N.Məmmədovun sahibkarların axırına çıxmasından bəhs olunan məktublarda bildirilir ki, maliyyə rəisi icra başçısını da geridə qoyub. Ona görə də açıq şəkildə qarşıdurma olmasa da, icra başçısı belə idarə rəisinin fəaliyyətindən narazıdır. Amma nazir müavini tərəfindən himayə olunan və dayaqlarına arxalanan N.Məmmədov R.Yediyarovu da saya saymır. Onun dövlət büdcəsinə və sahibkarlığın inkişafına vurduğu zərbələr barədə “Gündəm-xəbər”ə daxil olan şok faktlar təqdim etməzdən qabaq xatırladaq ki, prezident dəfələrlə məmurlara səslənib. Ölkə başçısı sərt şəkildə xəbərdarlıq edib ki, iş adamları 2 illik vergidən azaddır, onların fəaliyyətinə mane olanlar isə cəzalandırılacaq. Sahibkarlara qarşı reketçilik etmiş, onları şantaj, hədə-qorxu yolu ilə soymuş MTN-dəki cinayətkar şəbəkənin məhv edilməsi, bu qurumun tamamilə demontaj olunması deyəsən, Gədəbəyin maliyyə rəisi üçün ibrət dərsi olmayıb. O, hələ də gədəbəyli iş adamlarının başına oyunlar açır, ölkə başçısının xəbərdarlığına məhəl qoymur. Beləliklə, keçək təfsilatlı faktlara...

65 minə ələ keçirilən obyekt

“Gündəm Xəbər”in araşdırması zamanı məlum olub ki, maliyyə rəisinin ilk qolçomaqlığı Gədəbəydə mərhum cəbhəçi Əli Abdullayevə məxsus obyekti ələ keçirmək olub. Əvəvlcə icra hakimiyyəti başçısının verdiyi tapşırıq əsasında həmin obyekt uçurulub. Atılan belə bir addımdan sonra, Əli Abdullayevin apardığı haqlı mübarizənin nəticəsi o olur ki, icra başçısının tapşırığı ilə rayonun Heydər Əliyev prospektində, ona yeni bir obyekt də tikilir. Lakin hələ Əli Abdullayev sağ ikən, tikilmiş obyektə Namiq Məmmədov göz dikir. Elə ki, o, dünyasını dəyişir, həmin andan da bir çox proseslər cərəyan etməyə başlayır. Yəni, çox keçmir ki, inşası başa çatdırılmış obyekt icra hakimiyyəti tərəfindən satışa çıxarılır və ilk olaraq qeyd olunan obyekt, Məzahir adlı şəxsə 100 min manata təklif olunur. Bir qədər söz-söhbətdən sonra o, belə bir xəbər əldə edir ki, ona təklif olunan obyekt mərhum Əli Abdullayevə verilmək üçün tikilən obyektdir. Dərhal Məzahir adlı şəxs, qeyd olunan obyekti almaq fikrindən “vaz keçir”. Bu şəxsin belə bir yanaşmasının varlığına baxmayaraq, yaranmış fürsətdən yararlanmağa qərar verən Namiq Məmmədov 65 min manata obyekti ələ keçirə bilir. Maliyyə şefinin obyekti 500 manata icarəyə verdiyi bildirilir. Baxmayaraq ki, icarəyə verilən obyektin girişində “Uşaq Yaradıcılıq Mərkəzi” lövhəsi asılıb. Amma iş bununla bitmir. Rayonun Heydər Əliyev adına parkındakı çay evi də Namiq Məmmədova məxsusdur. Nazirin isə xəbəri yoxdur ki, idarə rəisi rayonda çayxana işlədir. Bütün bu obyektlər təbii ki, N.Məmmədov tərəfindən başqalarının adlarına sənədləşdirilib.

Bakıda 72 mənzili kim alıb?

Maliyyə rəisinin əmlakları Gədəbəylə məhdudlaşmır. Bakının Səfər Əliyev küçəsində, Çin səfirliyinin yaxınlığında, “Qağayi”MMC-nin inşa etdiyi 18 mərtəbəli üç binadan birinin bir bloku, yəni 72 mənzil Namiq Məmmədov tərəfindən nağd pulla alınıb. Bu da on milyonlarla manat deməkdir. Mərhum cəbhəçi Ə.Abdullayev 2013-cü ildə Feysbuk səhifəsində yazıb ki, maliyyə rəisi ilə görüşüb. Namiq Məmmədov söhbət əsnasında xəbərdar edib ki, bu məsələni heç kimə demə. Amma məsələ dərhal ictimailəşdirilib. Ümumiyyətlə, naziri müavini A.Bayramova güvənən N.Məmmədov Gədəbəydə bir çox məntəqələrə ayrılan pulları mənimsəyib. Maliyyə şefi Gədəbəyin kitabxanalarına, tibb məntəqələrinə, kənd və qəsəbələrində mədəniyyət evlərinə ayrılan pulları peşəkarlıqla maxinasiya etməyi bacarıb. Nazir müavini Azər Bayramov Namiq Məmmədovun uzun müddətdir vəzifədə qalmasına köməklik göstərir. Maliyyə idarəsinin müdiri büdcə idarələrinə cari və əsaslı təmir, avadanlıqlar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özü üçün tələb edir. Belə ki, idarə və müəssisə rəhbərləri maliyyə idarəsinin müdirinin В«payınıВ» nəğd şəkildə əvvəlcədən çatdırırlar. Əks təqdirdə vəsaitin idarə və müəssisələrin hesabına köçürülməsində ciddi В«problemlərВ» ortaya çıxır. Ümumilikdə isə Gədəbəy Maliyyyə İdarəsinin müdirinin illik В«gəliriВ» yüzmin manatlarla ölçülür. Hətta bir çox rayonların maliyyə şöbəsinin müdirləri nazirlikdəki işlərinin “aşırılması” üçün Namiq Məmmədovun köməyindən istifadə etdiyi deyilir. Bildirilir ki, Namiq Məmmədov və əmisi oğlu rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədov bölgədə “Gədəbəy qruplaşması”ının başında dayanan əsas şəxslərdir və bu şəxslərin əli ilə Azər Bayramov hər il Gəncəbasar regionlarından milyonlarla manat В«faizВ» toplayır. Ramiz Məmmədov bir vaxtlar rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vaxtlar Ramiz Məmmədov rayon təhsilində baş verən çoxsaylı maxinasiya və qanunsuzluqlarla ad çıxarıb.

Sahibkarların obyekti sökülüb, rəisin restoranları isə...

Başqa bir fakta nəzər salaq: Əliyev Oqtay Qara oğluna məxsus, yəni onun şəxsi mülkiyyətində olan 38,5 kvmlik obyekt də, Ramiz Yediyarovun verdiyi qanunsuz tapşırıq əsasında yerlə-yeksan edilir. Belə bir addımın qarşılığında sahibkara külli miqdarda ziyan da dəyir. Çünki ona heç bir xəbərdarlıq olunmadan ayrı-ayrı firmalardan nisyə alınmış ərzaq məhsulları ilə bərabər, mağazasnın içərisindəki avadanlıqlar da tam yarasız hala salınır.
Məsələn, əslən Gədəbəy şəhər sakini olan Səfərov Vaqif Qara oğlu da, elə bir qanunsuzluqla üz-üzə qalıb ki, o, nə qədər çalışsa da, hələ ki, haqqına qovuşa bilməyib. Yəni, 1998-ci ildən Vaqif Səfərovun şəxsi mülkiyyətində olan 2600 kvm-lik torpaq sahəsi, 2013-cü ildə minbir bəhanələrlə rayon rəhbərliyi tərəfindən ələ keçirilir. Yəni, əvvəlcə bəhanə gətirilir ki, həmin ərazidən yüksək gərginlikli elektrik xətti keçdiyindən, 2600 kvm-lik torpaq sahəsində hər hansı tikinti işləri aparmaq olmaz. Amma, çox keçmir ki, ələ keçirilən torpaq sahəsində heç bir standarta cavab verməyən və 43 nəfərlik ticarət mərkəzi də inşa olunur. Ticarət mərkəzinin inşası zamanı külli miqdarda vəsait ayrılsa da, inşa olunan ticarət mərkəzində heç bir əsaslı təmir işləri aparılmır. Çünki, ayrılan vəsaitlər rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovla Ramiz Yediyarovun işbirliyi sayəsində “həzmi-rabedən” keçirilir. Ümumiyyətlə, bu gün Gədəbəydə istər sahibkarlara, istərsə də sadə vətəndaşlara qarşı atılan çoxsaylı qanunsuzluqların kökündə Ramiz Yediyarovla Namiq Məmmədovun qurduğu işbirliyi durur. Z.Əliyeva adına Gədəbəy rayon Mərkəzi Xəstəxanasının giriş qapısında, yəni sol tərəfdə “Nur Market”in və sağ tərəfdə isə “Nur Restoran”ının sökülməyib. Yəni, xəstəxananın giriş qapısında fəaliyyət göstərən hər iki obyekt, xəstəxanaya girib-çıxan nəqliyyat vasitələrinə, o cümlədən təcili tibbi yardımlara maneəçilik yaratdıqları üçün, əslində sökülməli idi. Amma, sökülmədi və xəstəxananın giriş qapısı rayonun Qumlu kəndi istiqamətinə dəyişdirildi. O halda belə bir sual əmələ gəlir ki, görəsən Namiq Məmmədov hansı gücə malikdir ki, böyük bir səhiyyə müəssisəsinin giriş qapısını, sahiblik etdiyi “Nur Market”in və “Nur Restoran”ının sökülməməsi üçün dəyişdirə bilir. Bundan əlavə, Namiq Məmmədov rayonun Heydər Əliyev prospektində olan aptekinin də giriş qapısını dəyişdirə bilib. Yəni, əgər əvvəllər aptekin giriş qapısı mərkəzi magistral yol tərəfdən idisə, bu gün o, piyadalar üçün nəzərdə tutulan səkini bağlatdırmaqla, aptekinə yan tərəfdən giriş qapısı açdıra bilib. Hətta onu da deyə bilərik ki, maliyyə şefinə məxsus aptek plana düşdüyündən, əslində sökülməli idi. Amma, sökülmədi. Səbəbi də, yəqin ki, Məmmədov qüdrətinin rayonda hökmran olması oldu. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb
Bu gün, 13:37
Agentlik 189 mənzil alacaqdı: -13 milyonluq satınalma niyə baş tutmadı?
Bu gün, 13:34
Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... - “ən yaxşı günahkar miqrantlardır”
Bu gün, 13:26
Fərid Əsgərovun təyinatdan sonra ilk - Fotosu
Bu gün, 13:22
Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 13:17
Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Bu gün, 13:07
KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək
Bu gün, 13:00
Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? - KİV
Bu gün, 12:54
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! - Ruslardan ETİRAF
Bu gün, 12:33
Agentlik sədri onu departament müdiri təyin etdi - ƏMR
Bu gün, 12:28
Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Bu gün, 12:24
Ermənistan parlamentində deputatlar arasında mübahisə düşüb
Bu gün, 12:18
Qarabağ qazisindən icra başçısına MÜRACİƏT - "Mən heç kəsdən pul, yardım istəmirəm, amma..."
Bu gün, 12:14
Azərbaycan Mərkəzi Bankı “MilliKart”a lisenziya verib
Bu gün, 12:09
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 11:50
Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:46
Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir - Əməkdar artist Zemfira Sadıxova
Bu gün, 11:43
“Dəmir Yumruq” şirkəti İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:37
“Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi” - FAKT BUDUR!
Bu gün, 11:31
Başçının başı PULYIĞIMINA QARIŞIB: Bələdiyyə də belə... - NARAZILIQ VAR...
Bu gün, 11:22
Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır - İLGİNC FAKTLAR
Bu gün, 11:14
“Əliyev və Paşinyan tezliklə görüşəcək, Naxçıvana yol açılacaq” - Trampdan Zəngəzurla bağlı yeni təklif
Bu gün, 11:10
Ekstrasensdən ZƏNGƏZUR PROQNOZU - 2027-ci ildə…
Bu gün, 11:07
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
Bu gün, 11:00
Rusca təhsil alanlar XAİNDİRMİ? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulduğu TƏSDİQLƏNDİ - VİDEO
Bu gün, 10:55
TƏBİB 1 milyon manata yaxın dərman alır
Bu gün, 10:52
Rusiya bizi BOYKOT ETSƏ... - İtirən KİM OLACAQ?
Bu gün, 10:48
“Zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm” - Bəxtiyar Hacıyev
Bu gün, 10:45
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı? - AKTUAL
Bu gün, 10:35
Vəziyyət dəyişir: - Putinə “yaşıl işıq” yandırıldı
Bu gün, 10:32
Masallıda “İstisu” istirahət mərkəzi BÖYÜK ZİBİLXANAYA ÇEVRİLİB - NARAZILIQ VAR...
Bu gün, 10:28
Ağcabədidə FERMER ÜSYANI... - Başçıya HÜCUM ETDİLƏR...
Bu gün, 10:18
Xankəndi sammiti: Qarabağdan dünyaya yeni mesaj - sülh, inkişaf və strateji liderliyin zirvəsi
Bu gün, 10:05
Araz Ağalarova qarşı icraatdan sonra Emin Rusiyadakı konsertini ləğv etdi - AÇIQLAMA
Bu gün, 10:02
"Dedim, bilirsən ki, mənim nə boyda oğlum var?"
Bu gün, 09:59
Bonus pulu iki aydır gecikdirilir: Həkimlər özlərini cəhbə bölgəsində hiss edirlər... - Maliyyə Nazirliyi kütləvi narazılıq yaradır
Bu gün, 09:50
Sosial şəbəkələrdə MARKETİNQ OYUNU – Məhsulun qiyməti niyə dövlət sirri kimi GİZLƏDİLİR?
Bu gün, 09:45
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:41
Qardaşlıq üzərində qurulan strateji tərəfdaşlıq - MƏQALƏ
Bu gün, 09:39
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib - İsrafil Kərimovun yazısı
Bu gün, 09:37
Paşinyan anons etdi: - Növbədənkənar katolikos seçkisi olacaq
Bu gün, 09:31
Valyuta bazarında kritik durum – Manat 4 il sonra ilk dəfə belə oldu
Bu gün, 09:23
“Qoca” ləqəbli avtoritetin cinayət ortağı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:21
“Hələ də “ov” soyad sonluğundan qurtulmamışıq” - Sabir Rüstəmxanlı
Bu gün, 09:13
Rusiya başını itirmiş ayı kimi davranır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Rusiyaya çörəkpulu üçün gedənlər Azərbaycana qayıtmalıdırlar - ÇAĞIRIŞ
Bu gün, 09:08
Əliyev-Paşinyan görüşü ilə bağlı sensasion iddia - Middle East Eye
Bu gün, 09:04
Separatçılığın cibindən çıxan pullar - RƏY
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru