Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

MTN-İN POLKOVNİKİNDƏN BİABIRÇI ADDIM
Tarix: 29-03-2012, 13:50 | Çap et
MTN-İN POLKOVNİKİNDƏN BİABIRÇI ADDIM

"AZERTEXNİKA-M" MMC HANSI MƏQSƏDƏ QULLUQ EDİB?

Vüqar Güləliyev vaxtilə "Parabank"da şöbə müdiri işləmiş, indi isə "Unileazing" şirkətinin müdiri olan Zəki Sadıqovla, vaxtilə "Unibank"da məsul işdə çalışmış və indi "BTB-bank"ın direktoru olan Elşad Məmmədovla və "Muğanbank"ın direktoru işləmiş Firuz Qurbanovla "Azertexnika-M" MMC və "Avtomat quraşdırma" MMC-ni nə məqsədlə yaratmışdılar?

Son vaxtlar bank sektorundan bir-birinin ardınca bəd xəbərlər gəlir. çünki yoxlamalar nəticəsində bir çox banklarda çox ciddi pozuntular aşkara çıxır. Məsələn, bu günlərdə "Texnikabank"ın rəhbərliyi həbs edilib, "Royalbank", "Bank of Azerbaycan", "Zaminbank" və başqaları isə bir çox qaranlıq əməliyyatlarda iştirak etdikləri üçün yoxlamalara məruz qalıblar. Mətbuatdan artıq məlumdur ki, hazırda bankların çoxunda yoxlamalar gedir, orta səviyyəli bank işçiləri ən müxtəlif müddətlərdə saxlanılır, istintaqa cəlb edilir. Yüzə qədər bank işçisinin hazırda həbsdə olduğu da gələn xəbərlər sırasındadır. Həm Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, həm də Milli Təhlükəsizlik Nazirliyi banklarda müxtəlif istiqamətlər üzrə araşdırma aparır. MTN çirkli pulların yuyulması əməliyyatlarını, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə vətəndaşların şikayətləri əsasında kredit "maxinasiya"larını araşdırır.

***

Göründüyü kimi, bank sektorunda vəziyyət ürək açan deyil. Ancaq bir məsələ də faktdır ki, bütün bu nöqsanların başında insan amili dayanır. çünki həm banklara rəhbərlik edənlər, həm də bank işçiləri vətəndaşlara xidmət əvəzinə, onların pullarını mənimsəməyi və ya müxtəlif əməliyyatlarda özlərindən xəbərsiz, el dili ilə desək, fırlatmağı qarşılarına məqsəd qoyurlar. Bu yolla həm vətəndaşı, həm də dövləti aldadırlar. Elə bu kimi bank işçilərinin əməlləri barədə redaksiyamıza müraciət ünvanlayan Bəkir Qasımov da belə aldadılanlardan biridir.

Onu bağışlamaq olarmı?

Bank işçilərinin Badamdar qəsəbəsi 1-ci massiv-48 ünvanda məskunlaşmış Laçın köçkünü, 2-ci qrup Qarabağ müharibəsi əlili Qasımov Bəkir Fərhad oğlunun başına gətirdiyi müsibətləri üst-üstə toplasaq, böyük bir kitab yazmaq olar. Hər halda sonralar adını çəkəcəyimiz bank işçiləri hələlik bu işlərdə yeganə şübhəli şəxslərdir. Bəri başdan deyim ki, iş məhkəmə və istintaq orqanlarına da gedib çıxıb. Aldanan və aldadanlarla şəxsən telefonla danışıb nümayəndələri ilə görüşmüşəm. özləri üzə çıxmasa da, əməlləri üzdədir.

B.Qasımov Respublikanın Baş Prokuroru Z.Qaralova, Milli Təhlükəsizlik naziri E.Mahmudova, daxili işlər naziri R.Usubova, ədliyyə naziri F.Məmmədova, Ombudsman E.Süleymanovaya və surəti "Təzadlar" qəzetinə ünvanlanmış şikayət ərizəsində başına gələnlər barədə ətraflı məlumat verərək aidiyyəti qurum rəhbərlərindən kömək istəyir.

"Azertexnika-M" MMC və "Avtomat quraşdırma" MMC nə məqsədə qulluq edib?

Şikayət ərizəsindən aydın olur ki, B.Qasımov işsiz olduğu üçün qohumlarından, dost-tanışlarından bu məsələdə imkan düşdükdə kömək etmələrini tez-tez xahiş edirmiş. Bir gün (söhbət 2003-cü ilə təsadüf edir) həmyerliləri- Fəqan və Elnur adlı şəxslər onu işə düzəltmək üçün Elşad və Zəki adlı bank işçilərinin yanına aparırlar. Hələ heç nədən xəbəri olmayan B.Qasımovu Elşad və Zəki çox səmimi qarşılayır və bildirirlər ki, "Sənin işin çox asan olacaq, sadəcə, mal aparıb, mal gətirəcəksən. Biz kiminlə desək onlarla işləyəcəksən".

Elə söhbətin bu məqamında Firuz adlı şəxs əlində kağızlar içəri daxil olub bildirir ki, "Təcili bu kağızlara imza at və sabahdan işə başlayacaqsan. Əmək haqqın da hələlik 200 ABŞ dolları olacaq".

Söhbətdən belə məlum olur ki, çarəsiz B.Qasımov o qədər də savadlı adam olmadığı üçün həmin kağızların nə olduğuna və nəyə qol çəkdiyinə əhəmiyyət verməyib. Beləcə müxtəlif dəzgah alətləri, neft avadanlıqları və digər mal-materialları bir ünvandan başqa ünvana aparan sürücünün yanında ekspeditel kimi fəaliyyət göstərib. Ara-sıra da yenə müxtəlif kağızlara imza atıb. Beləcə, altı ay keçir və Elşadla Zəki Bəkirə bildirirlər ki, artıq iş yerimiz bağlandı, hələlik evdə otur, lazım olanda özümüz səni çağıracağıq.

Bir müddət keçir və günlərin birində B.Qasımova Vergilər Nazirliyinin İbtidai Araşdırmalar Departamentindən zəng vururlar və onun dövlətə 121 min manat vergi borcu olduğunu bildirirlər. özünü isə departamentə dəvət edirlər. Aldığı xəbərdən dəhşətə gələn Bəkir səhəri günü deyilən ünvana gedir. Bəli, burada necə deyərlər, bütün kartlar açılır və məlum olur ki, bankirlər Вёvabank"a gedir. Yəni B.Qasımovun adına "Azertexnika-M" MMC və "Avtomat quraşdırma" MMC adlı iki firma yaradıblar və bu firmaların adı ilə iri məbləğdə (söhbət milyonlardan gedir) pullarla alqı-satqı əməliyyatları aparıblar. Təbii ki, vergidən də yayınıblar və bu səbəbdən 121 min manat vergi borcu yığılıb.

"Parabank"ın dələduz şöbə müdiri?

Bunları eşidən B.Qasımov dəhşətə gəlir. Düşünür ki, mən hara, firma hara? Mən sadə qaçqın bir adamam, mənim belə şeylərdən nə başım çıxır?

Artıq hər şey aydın idi. Deməli, Elşad, Zəki və Firuz adlı bank işçiləri B.Qasımovun adına firma açırlar və bir müddət də həmin firmanı işlədərək babat pullar götürürlər. Bəs bank işçiləri Elşad, Zəki, Firuz kimlərdir?

Sadıqov Zəki Fərda oğlu - həmin dövrlərdə "Parabank"da şöbə müdiri işləyib, indi isə "Unileazing" şirkətinin müdiridir.

Məmmədov Elşad Pənah oğlu - həmin dövrdə "Unibank"da işləyib, indi isə "BTB-bank"ın direktorudur.

Qurbanov Firuz Nadir oğlu - həmin dövrdə "Muğanbank"ın direktoru işləyib, indi isə səhhəti ilə əlaqədar müalicədədir. Bütün bu işlərdə vasitəçilik edən Vüqar Güləliyev isə MTN-in polkovnikidir. Adları çəkilən bütün şəxslərlə, eyni zamanda Z.Sadıqovun, E.Məmmədovun və F.Qurbanovun özləri və hüquqi nümayəndələri olan Elmir Hüseynovla əlaqə saxlamışıq. Həmçinin Vüqar Güləliyev ilə də telefon bağlantısı yaratmışıq. Ortaya dəhşətli faktlar çıxıb.

Bütün bunlar və əlimizdə olan çox ciddi sənədlər əsasında növbəti sayımızda daha ətraflı məlumat veriləcək.

(Ardı var)

“Təzadlar”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru