QUBADA HƏBS OLUNANLARDAN XƏBƏR VAR
Tarix: 26-03-2012, 14:31 | Çap et
“XƏYAL”TV-NİN İŞÇİLƏRİ “BANDOTDEL”DƏ SAXLANILIR
“Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində iki ay həbs-qətimkan tədbiri seçilib. Hazırda “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyevin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanır.
Faktı Vüqar Qonaqovun ailə üzvləri də Turana təsdiq edib. “Bir neçə gün öncə dövlət tərəfindən tutulmuş vəkil Şöhrət Allahmanov zəng vurub, Vüqara isti geyim lazım olduğunu bildirdi. Biz dəfələrlə vəkildən onun tutulma səbəblərini, Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğunu soruşduq. Lakin, vəkil bu barədə bizi məlumatlandırmadı”, - deyə Vüqar Qonaqovun ailə üzvlərindən biri Turana bildirib.
Vəkil Şöhrət Allahmanov Turanın müxbirinə də təxminən eyni cavabı verib. “Vüqar Qonaqovun tutulma səbəblərini deyə bilmərəm. Bu barədə vəkil deyil, istintaq orqanı məlumat verməlidir. Vüqar Qonaqovun harada saxlanması barədə isə zəng edib ailəsini məlumatlandırmışam”, - deyə o qeyd edib.
Vüqar Qonaqovun ailəsi dövlətin təyin etdiyi vəkildən məlumat ala bilmədiyindən vəkil Elçin Sadıqovla müqaviə bağlayıb. Elçin Sadıqov Turana deyib ki, son bir neçə gündə cəhdlər etməsinə baxmayaraq Vüqar Qonaqovla görüşünə icazə verilməyib. “Vüqar Qonaqov martın 13-də Qubada saxlanıb. Hazırda DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarədə saxlanılır. Onunla görüşmək üçün martın 23-də müraciət etmişəm. Lakin, indiyədək məni müdafiə etdiyim şəxslə görüşə buraxmırlar”.
Vəkil görüşə buraxılmasa da dünən Ombudsmanın nümayəndələri Vüqar Qonaqov və Zaur Quliyevlə görüşüb. Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov Turana bildirib ki, hər iki şəxsin saxlanma şəraiti ilə bağlı narazılığı yoxdur. Onlara sovqat qəbul edilir, gəzintiyə çıxarılır və yeməkləri vaxtında verilir. “Biz Vüqar Qonaqov və Zaur Quliyevlə təlikdə görüşüb bədənlərinə baxış keçirdik. Onların bədənlərində işgəncə izləri müəyyən etmədik və özləri də işgəncəyə məruz qalmadıqlarını dedi. Hər iki şəxsin tibb kitabçasına da baxış keçirdik. Orada da fiziki zorakılıq əlamətləri ilə bağlı qeydlər yox idi”, - deyə şöbə müdiri qeyd edib.
Şöbə müdiri həmçinin “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktor Zaur Quliyevə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlandığını, Nəsimi rayon məhkəməsinin qərarı ilə barələrində iki ay həbs-qətimkan tədbiri seçildiyini təsdiq edib.
Xatırladaq ki, martın 13-də Xəyal televiziyasının 5 əməkdaşı və Poliqon Agentliyinin region müxbiri Cəmil Məmmədli saxlanmışdı. Onların 4-ü azad buraxılıb.
Quba rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun www.youtube.com saytında yerli əhalini təhqir edən fikirləri yer almış videogörüntü yerləşdirildikdən sonra minlərlə insan etiraz olaraq dinc aksiya keçirib. Aksiya sonradan qarşıdurma ilə müşayiət olunub. İnsanlar icra hakimiyyətinin binasının şüşələrini sındırıb, Rauf Həbibovun villasını yandırıb. Bundan sonra, daxili qoşun və polis qüvvələri ilə yerli əhali arasında qarşıdurma olub. Əhali yalnız Rauf Həbibov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sakitləşib. Fakt üzrə cinayət işi başlanıb və hazırda həbs edilən 8 adamın adı bəllidir. Bunlar Alxas Danyalov, Samir Xammədov, Fərhad Abdullayev, Xəyyam Yunusov, Murad Zakirov, “Xəyal” televiziyasının baş redaktoru Zaur Quliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevdir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04 |
|
|
|
|