KEÇMİŞ NAZİRƏ VƏZİFƏ TƏKLİFİ GƏLDİ
Tarix: 23-03-2012, 15:54 | Çap et
NƏDƏN HEYDƏR BABAYEV İCRA BAŞÇISI OLMAĞA RAZILIQ VERMƏYİB?
DİA.AZ: - Bir neçə gün əvvəl mətbuata açıqlama verərək hansısa vəzifəyə təyin olunması ilə bağlı heç bir perspektiv görmədiyini bəyan edən sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, deyəsən, bəxt üzünə gülməyə başlayıb. Bu barədə redaksiyamızı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər qaynaq iddia edir ki, nazir postundan uzaqlaşdırılandan sonra vaxtının çoxunu bağ evində keçirən Heydər Babayevin təkrar vəzifəyə gətirilmə ehtimalları olduqca yüksəkdir.
Xtırladaq ki, 2008-ci ilin 15 oktyabr prezident seçkilərində yenidən ölkə başçısı seçilən İlham Əliyev yeni hökumətin tərkibini təsdiqlərkən Heydər Babayevi Nazirlər Kabinetindən kənarda saxladı və onun yerinə Şahin Mustafayev təsdiqləndi. Elə həmin ərəfədəcə yayılan məlumatlarda bildirilirdi ki, prezident Heydər Babayevi məhz В«minnətdar olmamasıВ» səbəbindən iqtidar düşərgəsindən çıxış edib.
Bununla bağlı yayılan məlumatlarda deyilirdi ki, Heydər Babayev özünün doğum günündə sağlıq deyərkən çatdığı mərtəbəyə görə həyat yoldaşına minnətdar olduğunu söyləyib və bu zaman hətta məclisdə iştirak edən məmurlar da Heydər Babayevin fikirlərinə etiraz olaraq oranı tərk ediblər. Bu xəbəri prezidentə çatdıranlar isə Heydər Babayevin nazirlik karyerasını da bitirməyə müvəffəq olublar.
Lakin bir başqa mənbələr isə iddia edirlər ki, prezident Heydər Babayevi sırf olaraq əxlaqi dəyərlərə görə postundan azad edib. Belə ki, onun oğlunun Londonda öz həmcinsi ilə ailə həyatı qurması xəbəri yayılıb və bu səbəbdən də Heydər Babayev В«pis ataВ» kimi görəvindən alınıb. Hər halda, keçmiş nazirin В«vurulmasınınВ» əsl nədənlərini onun özü daha yaxşı bilir.
Onu da xatırladaq ki, Heydər Babayevin özü bu istefa göndərişi ilə bağlı həmin ərəfədə mətbuata açıqlama verərək bildirmişdi ki, vəzifə əbədi olmadığından yenidən nazir kürsüsünə təyin olunmamasına görə təəssüflənmir. Onun sözlərinə görə, hökumət üzvünün vəzifədə qalıb-qalmaması dövlət başçısının müstəsna səlahiyyətlərinə aid olduğundan öz postunu itirəcəyindən xəbərsiz olub: "Mən vaxtında öz xalqıma xidmət göstərmişəm. Prezidentin məni bu vəzifəyə yenidən təyin etməməsinə gəlincə, bu onun hüququdur". Eks-nazir hakimiyyətdən yeni vəzifə gözləyirmi? "Hakimiyyətdən heç bir vəzifə gözləmirəm. Yenə deyirəm, mən vaxtında bu dövlət üçün xidmətlərimi göstərmişəm".
Onu da bildirək ki, bir neçə gün əvvəl Heydər Babayevə jurnalistlər yenidən müraciət edərək onu hansısa vəzifəyə təyin edilib-edilməyəcəyi ilə sorğu-suala tutmuşdular. Və bu dəfə də sabiq nazir hansısa gözləntilərinin olmadığını bəyan etmişdi. İndi isə məlum olur ki, əslində bunlar səbəbsiz deyilmiş. Belə ki, artıq bu yöndə müəyyən hərəkətlənmələrin olması barədə DİA.AZ-a məlumatlar daxil olub.
Məlumatlarda deyilir ki, Heydər Babayevə hakimiyyət dairələrindən təklif gəlib. Maraqlıdır ki, keçmiş nazirdən Şirvan şəhərinin icra başçısı olması istənilib. Lakin o, bu təklifdən imtina edib.
Məlumatı verən mənbə bildirir ki, belə bir təklifin Heydər Babayevə verilməsi səbəbsiz olmayıb. Onun sözlərinə görə, son dövrlər ölkədə yaşanan gərginliklər hakimiyyətdə ciddi narahatlıqlar yaratmaqdadır. Vəziyyətin daha da gərginləşəcəyi və hadisələrin В«ərəb baharıВ»nı dönə biləcəyi, Quba üsyanının miqyasının geneşilənə biləcəyi qorxusu iqtidar mənsublarının diqqətini ölkənin aparıcı şəhərlərinə yönəldib.
Mənbə iddia edir ki, Şirvanda vəziyyətin getdikcə pisləşməsi və hazırda icra başçısı, Müdafiə sənayesi nazir Yavər Camalovun qardaşı Mərdan Camalovun şəhəri idarə edə bilməməsi narahatlıq yaradıb. Gəncə və Sumqayıtdan artıq arxayın olan hakimiyyət, daha bir böyük şəhərin nəzarətini əlində saxlamaq üçün Heydər Babayevə üz tutub. Amma sabiq nazir işlərinin çoxluğunu bəhanə edərək təklifi geri çevirib.
Xatırladaq ki, indiyə qədər Azərbaycanda nazirin icra başçısı olması təcrübəsi bir neçə dəfə yaşanıb. Hal hazırda Beyləqanın icra başçısı İrşad Əliyev bir zamanlar kənd təsərrüfatı naziri postunda çalışıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23 |
|
|
|
| • Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21 |
|
|
|
| • Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06 |
|
|
|
| • "Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02 |
|
|
|
| • “Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01 |
|
|
|
| • "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58 |
|
|
|
| • Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47 |
|
|
|
| • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46 |
|
|
|
| • İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44 |
|
|
|
| • "Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29 |
|
|
|
| • Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25 |
|
|
|
| • Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23 |
|
|
|
| • Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19 |
|
|
|
| • MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12 |
|
|
|
| • Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08 |
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13 |
|
|
|
|