Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

PULU HARA YATIRMAQ DAHA GƏLİRLİDİR?
Tarix: 16-03-2012, 13:28 | Çap et
PULU HARA YATIRMAQ DAHA GƏLİRLİDİR?

EVDƏ YASTIQ ALTINDA, YOXSA HANSISA BANKDA...

Parlamentin arxa tərəfində, Badamdar qəsəbəsinin 2-ci massivində binada evi olan Bakı sakini evini satıb pulunu banka qoymaq istəyir: “80 min manatlıq evdir, 200 manata kirayəyə vermişəm, onu da kirəçi gah tez verir, gah da gec. Pul da ki, əldə-ayaqda xərclənir. Amma evi satıb pulunu banklara yerləşdirsəm, ilin başında toplam şəkildə 8-9 min manat qazanc götürə bilərəm. Keçən il, inişil bunu edənlər çox oldu, indi 10-15 min manat qabaqdırlar”,- deyə ev yiyəsi bildirir.

“MBA” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimovun ANS PRESS-ə bildirdiyinə görə, evini satıb banka yerləşdirən insanlar 2009-2010-cu illərdə daha çox olub: “Həmin dövrdə əmlak gündən günə ucuzlaşırdı və mən tanıdığım çox sərmayəçilər əmlakını sataraq banklara yerləşdirdilər. Hər halda, banklarda pul sabit qalırdı və üstəlik 8-10 faiz artırdı”. İqtisadçı ekspertin dediyinə görə, burada aktivlik əsasən Rusiyada işləyən və qazandığı pulları Azərbaycanın əmlak bazarına yatıran iş adamlarına məxsus olub.

Pulları əmlak bazarından çıxararaq bank sektoruna yatıranlar bu addımları ilə ilk növbədə əmlakın ucuzlaşması nəticəsində kapitallarını kəmiyyətcə azalmaqdan xilas edirlər. Nüsrət İbrahimovun sözlərinə görə, son illərdə əmlak davamlı olaraq ucuzlaşır və proqnozlar hələ ki, ucuzlaşmanın davam edəcəyini göstərir. “2011-ci ildə ümumilikdə əmlak qiymətlərində 3,1 faiz azalma qeydə alınıb. Bu il üçün isə proqnozlar ən yaxşı halda sabitlik vəd edir. Belə olan şəraitdə kapitalın əmlakdan çıxarılaraq bank sektoruna yatırılması meyli bir qədər zəifləsə də davam edəcək”,- deyə əmlak bazarı üzrə mütəxəssis bildirir.

İqtisadçı ekspertin sözləri Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bu günlərdə yayılmış açıqlamada da bu təsdiqlənir. AMB-nin məlumatına görə, 2011-ci ildə təkrar mənzil bazarında bir kvadaratmetrin qiyməti 2008-ci il səviyyəsinə baxanda 14,2%, ilkin bazarda isə 23,5% azalıb. Eyni zamanda yaşayış obyektləri üçün icarə haqqı 2,4%, kommersiya obyektləri üçün 5,8% azalıb. Göründüyü kimi, mənzili satıb banka yerləşdirənlər 15%-dən 25%-ə qədər dəyişən itkidən yaxa qurtarmaqla yanaşı, həm də illik 10-12 faiz əlavə gəlir əldə ediblər.

Beləliklə, Azərbaycanın əmlak bazarına yatırılmış və bununla da “ölü” vəziyyətə düşmüş pullar “dirilir” və lazım olanda başqa sektorlara daha rahat şəkildə yatırılma imkanı əldə edir. Rusiya bazarında pul qazanan sərmayəçilər gəlirlərinin bir hissəsini diversifikasiya edərək 2008-ci ilə kimi Azərbaycanda ən etibarlı sektor sayılan əmlak bazarına yatırırdılar, hər halda, son 10 ildə bu bazarda qiymətlər 10 dəfəyə qədər qalxmışdı. Lakin 2008-ci böhranı vəziyyəti dəyişdi və əmlak bazarında qiymət artımı dayandı və ildən ilə ucuzlaşma qeydə alınmağa başlandı.

Həm də əmlak bazarında kirayə biznesi vasitəsi ilə pul qazanmaq əmlaka daima qulluq göstərməyi tələb edir ki, bu da əldə edilən gəlirin bir hissəsinin əmlakın təmirinə və modernləşdirilməsinə yönəltməyi vacib edir. Məsələn, bir neçə il qabaq həyət evlərini yaxşı qiymətə kirayəyə vermək üçün “ceyran” sobaları kifayət idisə, hazırda bahalı müştərilər əsasən “kombi” sistemli qızdırıcısı olan evlərə üstünlük verirlər. Bina evlərində isə əksər müştərilər “kombi” sistemli qızdırıcısı olan mənzil axtarırlar, çünki belə evlərdə qış vaxtı orta ölçülü mənzili qızdırmaq üçün təxminən 40-45 manat sərf edildiyi halda, eyni mənzili elektriklə bir təhər qızdırmaq üçün hər ay 100-120 manat xərclənir. Yəni yeni tikilmiş binadan satın alınmış mənzili kirayəyə vermək üçün onda “kombi” sisteminin quraşırılması əsas şərtlərdən birinə çevrilir. Mənzillərə belə sistemlərin quraşdırılması təxminən 2 min manata başa gəlir və hər il cari təmir üçün də təxminən 100 manat pul xərclənir. Həm də bu sistemlərin ömrü uzun deyil, maksimum on il çəkir. Yəni kirayə biznesi ilə pul qazanmaq istəyənlərin bir əli həmişə mənzilin rahatlığının üzərində olmalıdır ki, bu da vəsait və vaxt tələb edir. Təbii ki, əsas qazancını Rusiyada əldə edən iş adamlarının buna imkanı azdır və buna görə də onlar üçün pullarını əmlak bazarından bank sektoruna axıtmaq daha cəlbedici görünür.

Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycanın bank sistemində depozitlərin həcmi 2010-cu ilə nisbətən 30 faiz çox olub. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin araşdırmasına görə, burada əhalinin bank sisteminə etibarının artması da xüsusi rol oynayıb. Bu etibarın artması isə Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun yaradılması ilə bağlıdır. Bankların əksəriyyəti bu fondun üzvüdür. Əgər bank iflas təhlükəsi ilə üzləşərsə, onda bu banklara vəsait qoyan hər kəs bir bank üzrə 30 min manata qədər pul ala bilər. Burada əsas şərt vəsaitlərin kredit dərəcəsinin 12%-i keçməməsidir.

Mərkəzinin əməkdaşı, iqtisadçı ekspert Samir Əliyevin sözllərinə görə, sərmayələrin daha çox bank əmanətlərinə yatırılmasının başqa bir səbəbi isə böhran dövründə bir sıra biznes sahələrinin sıradan çıxması ilə bağlıdır: “İş adamları riskin çox olması üzündən əllərindəki pulları işə yox, banka yatırmaq siyasətinə üstünlük verdilər”,- deyə iqtisadçı ekspert bildirir. Onun sözlərinə görə, bu işdə bankların geniş reklam etdikləri yüksək faizlər də rol oynayıb - bəzi banklar depozitlər üçün illik 14-15 faiz təklif edir. Təbii ki, əhali də bu faizlərə şirnikərək pullarını belə banklara yatırır. Samir Əliyevin sözlərinə görə, bu məsələdə xüsusilə kiçik banklar fəallıq göstərirlər: “Çünki onların kredit vermək üçün alternativ vəsait cəlbi imkanları yoxdur”.

İqtisadçı ekspert məhz məsələnin bu tərəfini ölkənin bank sistemi üçün təhlükəli sayır: “Banklar insanların savadsızlığından istifadə edirlər. Əmanət qoymaq istəyənlərə bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğunu bildirirlər. Əmanət qoymağa gəldikdə isə onları cəlb etmək üçün 13-15 faizlik depozitlər təklif edirlər. İnsanların bu əmanətlərin dərəcəsinin 12%-dən çox olması üzündən müdafiəsiz əmanətlər sırasına düşməsindən xəbərləri yoxdur. Buna görə də Əmanətlərin Sığortalanması Fondu tərəfindən müdafiə edilməyən depozitlərin payı ildən ilə artır. Rəsmi məlumatlara görə, 2010-cu ilin sonunda qorunmayan əmanətlərin ümumi əmanət məbləğində payı 30% idisə, hazırda bu göstərici 40%-ə çatıb”,- deyə Samir Əliyev vurğulayır.

Yəni iqtisadçı ekspertin dediyindən aydın olur ki, ölkə üzrə banklara yatırılmış əmanətlərin 40%-ə qədəri risk altındadır, çünki onların yatırıldığı kiçik bankların kredit çantasının əsas hissəsi depozitlər hesabına formalaşır. Əgər kreditlərin qaytarılmasında hər hansı bir ciddi problem yaşanarsa, bu cür “gəlirli” əmanət sahibləri də öz pulları ilə vidalaşmalı olacaqlar. Azərbaycanın bank bazarında belə təhlükə ildən ilə artmaqdadır. 2011-ci ildə ölkə üzrə problemli kreditlərin səviyyəsi iki dəfədən çox artaraq 6%-i keçib. İqtisadi nəzəriyyəyə görə, problemli kreditlərin səviyyəsi 3%-i keçərsə artıq ölkə üçün təhlükəli sayılır. “Hazırda elə bir təhlükə yoxdur, amma problemlər həll edilməzsə, banklar kredit üçün kənardan vəsait cəlb edə bilməsələr, onda həmin əmanətlərin qaytarılması sarıdan çətinliklərlə üzləşəcəklər”,- deyə Samir Əliyev bildirir.

Lakin istənilən halda, əhali və əmanətçilər banklar arasında seçim edərək pullarını risksiz və faydalı şəkildə depozitə qoya bilərlər. Burada etibarlılıq və gəlirlilik məsələlərinin balansı qorunmalıdır. Elə banklar var ki, depozitə illik 8 faizlə dəvət edirlər, adətən belə bankların problemləri az, vəsait cəlb etmək imkanları çox olur. Bu cür banklarda pul saxlamaq qorxusuz olur. Azərbaycanın bir neçə aparıcı özəl kommersiya bankı məhz bu cür işləməyə üstünlük verir. Bu cür banklarda pul saxlamağı islami baxımdan da yolverilən saymaq olar. Çünki həmin bankların təklif etdiyi depozit dərəcəsi rəsmi hesablamalara görə 7,9 faiz olan inflyasiya göstəricisinə təxminən yaxındır. Yəni belə banklara pul yatıran adam əslində heç bir sələm gəliri əldə etmir və ona verilən faizlər sadəcə inflyasiya nəticəsində pulun dəyərdən düşməsini qarşılayır.

Amma iqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, ölkdə real inflayisiya göstəricisi rəsmi göstəricidən fərqlənir: “Real inflayasiya rəsmi göstəriciləri 2%-ə qədər üstələyir - 10%-dən yüksəkdir”. Yəni iqtisadçı ekspertin sözlərindən belə anlaşılır ki, banka depozitə pul qoyub həm də sələm gəliri qazanmadığı barədə özünə təskinlik verənlər üçün hələ ki, ən əlverişli depozit dərəcəsi 10 faizdir. Belə adamlar pullarını 10 faizlik depozitlə banka yatıra bilərlər ki, bu da Azərbaycan banklarında geniş təklif olunur. Belə depozitlər həm də Əmanətlərin Sığortalanması Fondu tərəfindən mühafizə olunur.

Əslində, belə depozitlərin islami baxımdan uyğun olmasını söyləmək, sadəcə, versiyadır, yəni bu məsələnin üstündə İslam və bank mütəxəssisləri baş sındırmalıdırlar. Amma dəqiq olan bir şey var ki, ölkə iqtisadiyyatının yastıq altına qoyulmuş pulların banklar vasitəsi ilə çıxarılaraq kreditləşməyə yönəldilməsinə böyük ehtiyacı var.

İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, ölkə üzrə bank aktivlərinin ÜDM-də payı 20%-dir, inkişaf etmiş ölkələrdə bu göstərici 100 faizə qədər yüksəlir. Yəni bankların ölkə iqtisadiyyatını tam əhatə etməsi üçün kreditləşmə səviyyəsi daha yüksək olmalıdır. İqtisadçı-ekspertin fikrincə, ölkədə bu baxımdan mənimsənilməmiş xeyli imkan var: “2010-cu il üçün əhalinin gəlirləri 30 milyard manat dəyərləndirilir, bunun 22-23 milyard manatı cari xərclərə gedib, yığıma yönədilən vəsaitlər isə 7-8 milyrad manat olub. Bu pulun yalnız 4 milyard manatı əmanət şəklində banklara yatırılıb. Yəni insanların əlində olan vəsaitlərin yarıya qədəri banklara qoyulub, qalan hissəsi isə evlərdə saxlanır, həmin pulların banklar vasitəsi iqtisadiyyatın kreditləşdirilməsinə yönəldilməsini təmin etmək lazımdır. Buna görə üçün hamı üçün - həm bank sahibləri, həm iş adamları, həm də inanclı əmanətçilər üçün əlverişli olan bir mexanizm fikirləşmək lazımdır”,- deyə Samir Əliyev vurğulayır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru