Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

“TOPAZ”IN 186 MİNLİK YALANI
Tarix: 7-10-2011, 12:11 | Çap et
“TOPAZ”IN 186 MİNLİK YALANI

MƏQSƏD “CAN VERƏN” FUTBOL QUMARINA YENİ NƏFƏS VERMƏKDİR

DİA.AZ: - Ötən həftə В»TopazВ»ın yaydığı bir məlumat ölkə mətbuatının başlıca müzakirə mövzularından birinə çevrildi. Söhbət В»TopazВ»da rekord sayılacaq uduşun qeydə alınmasından gedir. Verilən rəsmi məlumata görə, hələ adı açıqlanmayan bir türk vətəndaşı 4 matça В»Qol CəmiВ» oyununun 7+ əmsallarına 2 manat pul qoyuluşu edib, nəticədə 93 347 əmsal toplayaraq, tam 186 min 694 manat qazanıb və bununla da rekorda imza atıb.

Qeyd edək ki, bu В»TopazВ»da, o cümlədən, 9 illik fəaliyyəti ərzində Türkiyənin В»İddaaВ» markasında belə qeydə alınmayan uduş məbləğidir.

Bu verilən rəsmi açıqlamadır, amma qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlar informasiyanın həqiqiliyini şübhə altına salır. В»Gündəm-xəbərВ» olaraq həmin şübhəli məqamların üzərinə işıq salmağa və bəzi qaranlıq mətləblərə aydınlıq gətirməyə çalışacağıq. Beləliklə...

Bu nə deməkdir, cənablar?

Gəlin, ondan başlayaq ki, В»TopazВ» fəaliyyətə başladığı ilk gündən futbol proqnozu ilə məşğul olanların sərt təpkisi ilə üzləşdi. Oyunlara verilən əmsalları bir neçə dəfə azaldan В»TopazВ» bununla da iştirakçıların nəzəri baxımdan mümkün olan uduş perspektivinə balta çalmış oldu. В»TopazВ»da yalnız böyük risqlər hesabına udmağın mümkünlüyü, 10 oynayandan 9-nun isə bəri başdan məğlubiyyətə məhkum olunması isə kontorun fəaliyyət göstərdiyi ilk günlərdəcə üzə çıxdı. Bu isə qazanmaq ehtirası ilə alışıb-yanan В»TopazВ» başbilənlərini acı reallıqla üz-üzə qoyurdu: Bir-birinin ardınca В»TopazВ» məntəqələri bağlanır, mərc qoyanların statisitikasında danılması mümkünsüz olan hədsiz azalma müşahidə olunurdu. Əvəzində isə daha yüksək əmsallar təklif edən və В»qara bazarВ» adlandırılan qeri-rəsmi kontorlara müraciətlər artmaqda davam edirdi. В»TopazВ»ın görünən iflasının qarşısını almaq üçün məhz bu məqamda ayrı-ayrı dövlət qurumları işə cəlb edirldi: Başda Vergilər Nazirliyi olmaqla bir çox strukturlar В»qara bazarınВ» üzərinə hücum çəkdi və onların fəaliyyəti tam dayandırılmasa da (axı onların da arxasında müxtəlif vəzifəli şəxslər dayanır-red), fəaliyyət dairələri minimuma endirildi. Amma bu da В»TopazВ»ın işinə yaramırdı. Belə olan halda tək bircə yol qalırdı...

В»TopazВ»ın В»möhtəşəm reklamıВ»

Bəli, В»TopazВ»ın böyük və səs-küylü bir reklam çarxına böyük ehtiyacı vardı. Hər həftə maksimum uduş sahiblərini qəzet səhifələrinə çıxartmaq düşünülən faydanı vermirdi. İndi daha böyük, imic dəyişikliyinə səbəb olacaq reklama ehtiyac vardı. Düşündülər və tapdılar: Guya hansısa türk vətəndaşı (niyə məhz türk vətəndaşının seçilməsinə bir qədər sonra aydınlıq gətirəcəyik) 4 oyunun hamısına 7+ (yəni, hər 4 oyunda qolların sayı ən azı 7 olacaq-red) əmsalına cəmi ikicə manat pul qoyuluşu etməklə nə az-nə çox, düz 186 min 694 manat pul udub. Gəlin ondan başlayaq ki, 4 oyunun hər birinə 7+ əmsalına pul qoyuluşunun edilməsi inandırıcı görünmür. Hər halda biz futbol oyunlarına pul qoyuluşu edən bir neçə şəxslə söhbətləşdik və onlar belə bir qoyuluşu sadəcə olaraq, anormal saydıqlarını dedilər. Çünki, hər hansı oyunda 7 və ya 7-dən artıq qolun qeydə alınmasının özü sensasiya sayılır, o ki qala eyni kuponda yazılmış 4 oyunun hamısında qolların sayı 7-dən artıq ola. Təbii ki, burada hansısa fırıldaq var və bu fırıldaq В»TopazВ»ın zədələnmiş imicinə В»süni nəfəsВ» vermək məqsədini daşıyır. Çox güman ki, В»TopazВ» başbilənləri həmin müəmmalı В»uduşuВ» aşağıdakı kimi düzüb-qoşublar: Oyunlar yekunlaşıb, bundan sonra nəticələrə baxılıb və ən sensasiyalı və təbii olaraq ən yüksək əmsallı 4 oyun seçilərək bir kupona yazılıb və əvvəlki tarixə В»qeydə alınıbВ». Sonrası isə məlumdur: böyük səs-küy, В»TopazВ»ın sevinc hayqırtıları, sadəlöhvlərin böyük təəccübü və s. Amma məlum olmayan bir məqam qalır...

Niyə məhz türk vətəndaşı seçilib?

Maraqlıdır, görəsən В»uduş sahibiВ» kimi niyə məhz türk vətəndaşı seçilib? Axı bu fırıldağı həyata keçirmək üçün elə Azərbaycanın özündən də minlərlə arzulanan iştirakçı tapmaq olardı. Guya nə böyük işmiş, kiməsə 50 və ya 100 manat təklif edirsən, o da canla başla həmin tragikomediyanın baş rolunda çəkilməyə razılaşır, vəssalam. Amma yox, belə bir böyük ssenaridə məhz xarici vətəndaş rol almalıydı. Axı, uduş sahibi kimi hansısa azərbaycanlını seçsəydilər, onun özü də olmasa hansısa yaxın qohumu kiməsə ağzından nəsə qaçırardı. Azərbaycan kiçik, söz-söhbətin yayılma sürəti isə kosmikdir. Elə bunu nəzərə alan В»TopazВ» şefləri də gələcək təhlükədən bəribaşdan sığortalanmaq üçün türk vətəndaşını seçiblər. Hər halda В»TopazВ» yaxın günlərdə həmin türkün kimliyini açıqlayacağını vəd edib, inanırıq. Hansısa ad və ya soyad açıqlanacaq, ola bilsin həmin В»bəxtəvərВ»dən telekanallar böyük müsahibələr də alacaq. Amma bütün bunlar В»TopazВ»ın В»can verməkdəВ» olan bazarını dirildə biləcəkmi? Bax günün ən aktual sualı budur.

Kim bilmir ki, В»TopazВ» soyğunçudur?

Ən maraqlı məqam Azərbaycanda Türkiyənin В»İddaaВ» adı altında keçirilən mərc oyunlarının analoqu yaradılmasıdır. Bütün dünyanın ələ salıb istehza etdiyi В»İddaaВ»ya Azərbaycanda niyə qucaq açılıb? Dünya bu mərc sisteminə ona görə gülür ki, Türkiyə öz vətəndaşlarının xarici bukmekerlərə çıxışını bağlayaraq onları dünyanın ən aşağı və ən soyğunçu əmsalları ilə oynamağa məcbur edir. Nədən Azad Rəhimov bu işi, məsələn, В»5DimesВ», В»BetJamaicaВ», В»Diamond SportsbookВ», В»Pinnacle SportsВ», В»Victor ChandlerВ» və s. yüksək reytinqli və özünə hörmət qoyan bukmeker şirkətləri ilə deyil, Avropada istehza obyektinə çevrilmiş В»İnteltekВ»-lə görür və üstəlik, xarici saytlara çıxışı bağlamaqla Azərbaycan vətəndaşlarını da aşağı əmsallı ekspress-kuponlara pul qoymağa və iflasa sürükləyir? В»TopazВ» mərc oyunlarından В»dərs keçənВ» türk qardaşımız Əhməd Sezer vasitəsilə bizə ədalətli oyun vəd edir. Ədalətli oyun isə rəqabətli mühitdə mümkündür. Və belə bir ədalətsiz qumarın təminatçısı rolunda Azərbaycan Respublikası təqdim olunur. Həm də dövlət adamlarının monopoliyasında...

Oliqarxlar В»qumar masasındaВ»

В»TopazВ» yaradılana qədər totalizator nisbətən inhisardan yan ötə bilən sektor sayılırdı, onu da idman və gənclər naziri Azad Rəhimovla nəqliyyat naziri Ziya Məmmədov (əslində nazir bu biznes В»HafkaВ»ya tapşırıb-red). ələ keçirdi. Artıq Azərbaycanda bukmeyker işi adları çəkilən nazirlərin şəxsi biznesinə çevrilib. Kənardan hər şeyə dövlət nəzarəti olduğu təəssüratı yaranır. Əslində isə totalizator nəqliyyat naziri Z.Məmmədovun oğlu Anar Məmmədovun yeni biznesidir. Təsadüfi deyil ki, bütün maliyyə əməliyyatlarını onun sahibi olduğu deyilən В»Bank of AzerbayjanВ» həyata keçirir. Belə ki, В»TopazВ»da 2 min manata qədər uduşlar kotorlar tərəfindən yerindəcə ödənilir, daha böyük məbləğlərin ödənmə mexanizmi isə adıçəkilən bank vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, В»TopazВ» söhbəti hələ 2009-cu ilin payızında ortaya çıxmışdı. Əvvəlcə, Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev canfəşanlıq edirdi, alovlu açıqlamalar verirdi. Dövlət məmuru deyirdi ki, pul möhtəkirlərin cibinə axır, həmin vəsaiti ölkə idmanının inkişafına sərf etmək lazımdır. Sonralar belə açıqlamalar çox olacaqdı, amma proses xeyli yubanacaqdı. Anar Məmmədov və komandası sahibkarları ilk dəfə keçən ilin aprelində aldatdı. Hamıya dedilər ki, gedin hazırlaşın, iyunun 11-də işə başlayırıq. Niyə iyunun 11-də? Çünki həmin gün futbol üzrə dünya çempionatı start götürürdü. Xeyli sahibkar icarəyə obyekt götürdü, təmir işlərinə başladı, amma iş iyunun 11-də başlamadı.

Xeyli adamlar bir neçə ay boş-boşuna obyektin icarə haqqını verəndən sonra geri çəkildi. Bax, beləcə, В»TopazВ» ilk gündən camaatın cibinə girməyə başladı. 2010-cu ilin aprelində hamıya В»startВ» komandası verildi, amma ilin sonuna qədər işə başlanmadı. Kim müflis olmaz ki! Yanvarın 18-nə qədər В»qoşundan ölən ölmüşdü, qırılan qırılmışdıВ». Qalanlar isə yavaş-yavaş sıradan çıxmağa başlayır...

Fırıldaqla başlanan iş

Ziya Məmmədovun oğlunu da bu məqam şirnikləndirdi. Hərçənd, totalizator biznesini ələ keçirmək ona asan başa gəlmədi. Bir ara Paşayevlərin bu biznesə qoşulduğu barədə xəbərlər yayıldı. Nə qədər qəribə səslənsə də, son nəticədə Anar Məmmədov daha cəld tərpəndi. Prosesin xeyli yubanmasının da məhz bu mövqe toqquşmaları üzündən baş verdiyi bildirilir.

Bütün bu səbəblərdən В»TopazВ»ın işə başlaması lazımi ajiotaj yaratmadı. Çoxları hesab elədi ki, yenə hamını aldadırlar. Geridə qalan müddətdə bir növ В»TopazВ»a inam sarsıldı. Anar Məmmədovun biznesinin fiaskosu da bundan başladı.

В»AzinteltekВ» əvvəldən bir prinsipi əsas götürdü: müştərinin cibinə girmək. Elə şərtlər irəli sürdü ki, bu yolla istər-istəməz uduzmasınlar. В»TopazВ» kontorlarında müştərinin uduzması üçün Amerika kəşf etməyiblər, Sadəcə, tək oyunlardan imtina ediblər və əmsalları aşağı salıblar. Əlbəttə, В»TopazВ» artıq bəzi oyunlar üçün tək variantlar qəbul edir. Şərtlərdən təkcə müştərilər narazı deyil, sahibkarların da üzü gülmür. Şirkət kontorda yığılan məbləğin yalnız 6 faizini sahibkara verir. Kontorların əksəri aylıq 30 min manat həddini keçə bilmir. Təxminən qazanılan 1500 manat isə yalnız obyektin icarə haqqına çatır. Kim belə şərtlərlə işləyər ki?!

В»Qara bazarВ»ın qara günləri

Azərbaycanda totalizator biznesi uzun illər В»qara bazarВ»ın alverçilərinin əlində olub. Əlbəttə, onda obyektlər qanunsuz fəaliyyət göstərirdi, amma müştəriyə sərfəli şərtlər təklif edirdilər. İstənilən oyuna pul qoymaq mümkün idi, özü də istənilən məbləğdə. В»TopazВ»dan fərqli olaraq, limit tətbiq olunmurdu, oyunlar saf-çürük edilmirdi. В»TopazВ»da kimsə 6 min manat udanda hay-küy salırlar, amma elə yaxın keçmişdə kimsə Bakının qanunsuz işləyən kontorundan evinə 100 min manat aparırdı. Müştərinin seçim imkanı vardı, ən sərfəli şərtlər irəli sürən bukmeykerlər əməkdaşlıq edə bilərdi. Lakin indi müştərinin maraqları heç kimi maraqlandırmır, onun uduzması məntiqəuyğun sayılır. İndi Bakıda az sayda belə kontor qalıb.

Məhv olmuş gələcək

В»TopazВ»ın isə perspektivi görünmür. Vəziyyət o qədər ağırdır ki, Ziya Məmmədovun yaxınları da işləyə bilmir. Məsələn, onun sağ əli sayılan Hafiz Məmmədovun yeznəsi bir müddət əvvəl metronun В»Memar ƏcəmiВ» stansiyasına yaxın ərazidə yerləşən kontorunu bağlamaq məcburiyyətində qalıb. Səbəb sadədir: bu şərtlərlə işləmək alınmır. Heç bir müştəri uduzmaq üçün oynamaq istəmir. В»TopazВ» vəziyyəti xilas etmək üçün uğursuz cəhdlər göstərir: tək oyunların sayını artırırlar, mətbuatı reklam pullarıyla ələ almağa çalışırlar. Heç nə alınmır. İndiki halda bu biznesdən zərər görməmək mümkün deyil.

“DÜNYA” STRETEJİ ARAŞDIRMA QRUPU










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru