DEPUTAT VƏD VERDİ
Tarix: 6-10-2011, 14:35 | Çap et
ORDUNUN PROBLEMLƏRİ XÜSUSİ DİQQƏT MƏRKƏZİNDƏ
Oktyabrın 6-da “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Hərbçilərin sosial rifahının gücləndirilməsi istiqamətində qanunvericilk təkliflərinin hazırlanması” layihəsi çərçivəsində Azərbaycanda mövcud olan hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və s. sosial rifahının gücləndirilməsi məqsədilə hazırlanmış qanunvericilk təkliflərinin təqdim olunması məqsədilə Milli Məclisin inzibati binasında parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucla görüş keçirilib.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli və layihənin ekspertləri - Ehtiyatda və İstefada olan Zabitlıər İB-in sədri Yaşar Cəfərli, Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət Mərkəzinin direktoru Tərlan Eyvazov, Silahlı Qüvvələr Veteranları İctimai Birliyinin sədri Daşdəmir Əliyev layihə çərçivəsində həyata keçirilən işlər barədə məlumat veriblər.
Layihənin rəhbəri C.Sümərinli bildirib ki, məqsəd Silahlı Qüvvələrdə xidmət edənlərin, çalışanların sosial rifahının gücləndirilməsi işinə ictimai töhfə verməkdir.
“Bu gün orduda sosial təminat çox aşağı səviyyədədər, baxmayaraq ki, müdafiə xərcləri 3.3 milyard dollara çatlb. Təklif edirik ki, hərbçilərin məvaciblərinin, onlara verilən kompensasiyaların həcminin artırılması üzrə fərqli strategiya hazırlansın. Biz hesab edirik ki, hərbi qulluqçuların məvacibləri ən azı 2-3 dəfə artırılmalı və hərbi qulluqçulara məvacib verilməsi prosesində 3 qatlı sistemə istinad olunmalıdır”.
Layihənin eksperti Yaşar Cəfərlinin fikrincə, bu gün Silahlı Qüvvələrdə sosial rifahla bağlı problemlər çoxsaylıdır. Y.Cəfərli hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsinin zəruri olduğunu qeyd edib.
Layihənin məsləhətçisi Tərlan Eyvazov bildirib ki, Silahlı Qüvvələrdə mülkiləşmə prosesinin aparılması vacibdir: “Yalnız bu zaman müdafiə xərclərinin sosial tərəfini gücləndirmək mümkündür”
T.Eyvazov qeyd edib ki, layihədə əksini tapan məsələlərdən biri şəhid ailələri, Milli Qəhrəmanlar və onların ailələri ilə bağlıdır. “Fikrimcə, Milli Qəhrəmanların statusu haqqında qanun qəbul edilməlidir”, - deyə o bildirib.
Millət vəkili Zahid Oruc “Doktrina” JHAM-ın gerçəkləşdirdiyi layihə nəticəsində hazırlanmış təkliflərin çox səmərəli olduğunu bildirib: “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hazırladığı təkliflər çox səmərəlidir. Millət vəkillərinin bu tip təklifləri əldə etmək, onları müzakirəyə çıxarmaq və qanunvericilkdə dəyişikliklərə nail olmaq maraqları var”.
Z.Oruc bildirib ki, orduda sosial rifaha dair hazırlanmış təklifləri diqqətə alacaq və onu lazımi instansiyalara göndərəcək. “Bunu həm güc strukturlarına, xüsusilə də Müdafiə Nazirliyinə, eləcə də deputat həmkarlarıma göndərəcəyəm. Hesab edirəm ki, təkliflərinizin səmərəsi olacaq və onların reallıqda əksini tapacağına ümidliyəm”, - deyə o bildirib.
Z.Orucun sözlərinə görə, Azərbaycanda hərbi sahə iilə bağlı problemlərin həlli istiqamətində deputatlarla QHT-lər arasında əməkdaşlığın formatının tapılması zəruridir.
“Özüm bu məsələyə dəstək vermək marağındayam. Çünki orduda baş verən proseslər bütün cəmiyyətin diqqətindədir. Hər bir kəs ordumuzun güclü olmasını istəyir və bu istiqamətdə irəli sürülən bütün ideyaları, problemlərdən çıxış yollarını təqdirəlayiq hesab edirəm. Vətəndaş cəmiyyətinin bu istiqamətdə işi təqdirəlayiqdir”, - deyə o bildirib.
“Doktrina” JHAM ekspertləri tərəfindən hazırlanmış Orduda Sosial Rifah Təklifləri parlamentin bir çox deputarına göndərilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|