Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır .....                     Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır .....                     Ramiz Mehdiyev ÖLKƏNİ BELƏ İDARƏ EDƏCƏKDİ... .....                     Ermənistan-Türkiyə dialoqu yaxın vaxtlarda nəzərəçarpacaq nəticələr verməlidir .....                     "Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..." .....                     AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ... .....                     Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub .....                     Sabah "fövqəlnazir"in ailə şirkətinin məhkəməsidir .....                     Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb .....                     Azərbaycan İordaniyaya yeni səfir təyin edib .....                     Eldar Səlimov İraqa səfir təyin edilib .....                     Azərbaycan Yaponiyaya yeni səfir təyin edib .....                     Meksikaya yeni səfir təyin edilib .....                     Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib .....                     Azərbaycanın Meksikadakı səfiri .....                     Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb .....                     Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb .....                     Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır .....                     3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı .....                     Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ... .....                     DOST Agentliyi 3 illik auditor seçir .....                     Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında .....                     “Qaçqınkom”un sektor müdiri vəfat edib .....                     Zabil Qəhrəmanov təcridxanaya köçürüldü .....                     Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib .....                     Buralar Mehdiyevin nəzarətindədir... .....                     Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb .....                     Hava dəyişkən buludlu olacaq .....                     Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… .....                     Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? .....                     10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə .....                     “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır .....                     Tramp Yaponiyadadır .....                     Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri .....                     QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... .....                     “İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...” .....                     Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi .....                     Şəbnəm ETİRAF ETDİ .....                     Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi .....                     İşsizlər tibbi sığortanı necə ödəyəcək? .....                 

““BİZ JURNALİST QIZ ALA BİLMƏRİK” DEYƏNLƏR ÇOXDU”
Tarix: 8-03-2012, 14:27 | Çap et
““BİZ JURNALİST QIZ ALA BİLMƏRİK” DEYƏNLƏR ÇOXDU”

В«AİLƏ VƏ JURNALİSTİKA BİR ARAYA GƏLMİRВ»

В«HəmkarВ»ın sayca 6-cıı qonağı keçmiş telejurnalist, hazırda isə В«SəsВ» İnternet televiziyasında çalışan İlahə Vəliyevadır.

В«Əslində pedaqoqamВ»

- Göyçay rayonunda ziyalı ailəsində doğulmuşam. Hər kəs kimi orta məktəbə gedib 11 ildə sonra bitirmişəm. Daha sonra Sumqayıt Dövlət Universitetinin Filologiya fakultəsində ali təhsil almışam.

- İlk iş yerin hara olub?

- İlk iş yerim Sumqayıt Dövlət Universiteti olub. Orada əvvəl Universitetin mətbuat şöbəsinin müdiri, sonralar isə müəllim kimi çalışmışam.

- Pedaqoq və jurnalist?

- Hə, mən əslində pedaqoqam. Jurnalist kimi fəaliyyətim isə sonralar işlədiyim telekanala olan sevgimdən irəli gəlir.
- Söhbət hansı telekanaldan gedir?

- Məni Jurnalistikaya həmişəlik bağlayan ANS televiziyaından.
- Belə başa düşdüm ki, jurnalistikaya, ələxüsus da ANS-ə gəlişin təsadüf nəticəsində olub…

- Hə, həmin gün heç vaxt yadımdan çıxmaz. Hər il ANS-ə yeni jurnalistər qəbul edildiyini eşitmişdim. Bir gün dərsdən evə gələndə ANS ÇM də bu barədə elan eşitdim. O zaman orada Amerika -Azərbaycan Jurnalistika Akademiyasının ikinci il tələbə qəbulu elan edilmişdi. Fikirləşdim ki, bəlkə marağa sənədlərimi verim. Əslində tələbəlik illərində universitetin bütün tədbirlərinin aparıcılığını mən edirdim. Müəllimlərim bunun məndə uğurlu alındığını deyirdilər. O zaman mənim yaxın tanışım ANS-də yeni çalışmağa başlamışdı. Bir qədər də o mənə ürək-dirək verdi ki, bu məndə alınacaq. Beləcə mən sənədlərimi verdim, bir necə imtahandan sonra nəhayət ki, qəbul olundum. Üç aylıq təcrübədən sonra işə başladım.
- Kim idi o tanış? Yenə də tanış?

- Yox tanış əslində bizim tələbəmiz idi. Sadəcə o zaman orada 2 ay idi işə başlamışdı, imtahalardan keçmişdi. Əslində mənə imtahanların heç də çətin olmadığını izah edirdi. Bilirsiniz ki, ANS-in qanunları bir qədər fərqlidi. Orda işə qəbul üçün müəyyən imtahanlar vermək lazımdı. Həm də siyasi, sosial məntiqi biliklərin yoxlanılması və olması əsas şərt idi.
- Bəs sualın birinci hissəsi?

- Bunun indi əhəmiyyəti yoxdu axı. Çünki mən artıq ora ilə iş birliyinə son qoymuşam. Hər halda 4 il az müddət deyil.
В«Sayanın quluyam, saymayanın ağasıВ»

- Adətən telejurnalistlər mətbuatdakı həmkarlarına yuxarıdan aşağı baxırlar. Sən də bir zamanlar televiziyada olmusan. Necə bir hissdir?

- Dediyin o xüsusiyyətli insanları mən heç zaman başa düşmürəm. Bu halla mən də qarşılaşmışam. Daha dəqiq desək, elə jurnalistikaya gəldiyim ilk günlərdə. Amma ataların bir misalı var-sayanın quluyam, saymayanın ağası. Mən öz yerimə deyim ki bu xasiyyətim heç vaxt olmayıb. Jurnalist jurnalistdi, əsas odur ki, savadlı və bacarıqlı olsun.

«…telejurnalistlər savadsız və bacarıqsızdılarВ»

- Razılaşırsan ki, mətbuatda çalışan jurnalistlər daha savadlı, intellektlidirlər? Söhbət əksəriyyətdən gedir…

- Əslində qismən razılaşıram. Amma bu o demək deyil ki, telejurnalistlər savadsız və bacarıqsızdılar. Əsla. Bu gün Azərbaycan teleməkanında elə reportyorlar var ki, onların süjetlərinə baxanda xəbərin nə olduğu, mahiyyəti, xəbər necə hazırlanmalı-bütün bunlar daha aydın hiss olunur. Telejurnalist olmaq üçün ilk əvvəl savad və intellektlə bərabər, gözəl nitqə sahib olmaq lazımdı. Amma etiraf edək ki, bu gün əksər telekanallarda mövzular agentliklərdən, qəzetlərdən götürülüb xəbər süjetinə çevrilir. Əsas odur ki süjeti hazırlayanda dəqiq-qərəzsiz hazırlayasan. Təbii ki, söhbət xəbər jurnalistlərindən gedir. Bu gün kifayət qədər savadlı, istedadlı və bacarıqlı telejurnalistin adını çəkə bilərəm.
- Səndə də belə olub? Yəni agentliklərin və qəzetlərin xəbəriylə material hazırlamaq…

- Düzünü deyim ki, ara-sıra olub. Evdən çıxıb işə çatınca gözüm və qulağım xəbər axtarışında olurdu. Təbii ki sosial mövzuları araşdırdığım üçün daha çox sosial problem axtarırdım. Bizim cəmiyyətimizdə də sosial problem xirtdəyə kimidi. O ki qaldı hansısa xəbəri götürüb onun ardınca gedib araşdırmağa, bu olub. Çünki mən təkəm, Bakı böyükdü. Hər yerdə gözümüz ola bilməz. Məsələn, yolum düşür Yasamala, və ya hansısa uzaq kəndə. Təbii haldır ki, bu xəbəri mən hansısa agentlikdə oxumuşam. Amma ora getmək, onu çəkmək və həm maraqlı həm də dəqiq xəbər hazırlamaq-bu artıq jurnalistdən təcrübəs və bacarıq tələb edir.
- Jurnalist üçün müsahibə almaq çətindir, yoxsa müsahibə vermək?

- Müsahibə almaq çətindi. Çünki buna görə ilk əvvəl jurnalistin insan psixologiyasını bilməsi lazımdı. Jurnalistin qarşısına müxtəlif tip həmsöhbətlər çıxa bilər. Amma jurnalistin bacarığı sayəsində həmin insanları özlərinə tabe edib istədiyi cavabları ala bilər.

- Mətbuatda və televiziyada kimləri oxuyursan, bəyənirsən? Konkret adlarla..


- Düzünü deyim ki, yazılı mətbuatı izləməyə vaxtım olmur. Çünki həm işlərim, həm də dərslərin çox olur. Amma vaxt tapan kimi Orxan Fikrətoğlunun verilişlərinə baxıram, yazılarını sevərək oxuyuram. Elçin Mirzəbəyli, Şahvələd Çobanoğlu, İradə Tuncay, Zamın Hacı, Seymur Verdizadənin yazılarını mütaliə edirəm. Bir də şəxsən tanıdığım gənc jurnalistlərdən oxuduqlarım olur.

- Özünü rahat həmsöhbət hesab edirsən?

- Bir o qədər də yox. Çünki düşdüyüm cəmiyyətə gec adaptasiya olunuram.

В«Yox, bu ilk dəfədiВ»

- Heç müsahibə vermişdin?

- Hə, təxminən bir il əvvəl olub.
- Bəs Facebook-da?

- Yox, bu ilk dəfədi, ekspromt oldu.
- Bilirəm ki kirayədə qalırsan...

- Artıq 11 ildir.
- Aylıq gəlirin?

- Hər ay konkret olmadığına görə, dəqiq deyə bilmirəm. Üç yüz manat və bir az çox olur. Təbii ki, bu jurnalist fəaliyyətimlə bağlıdı..
- Kirayəyə nə qədər verirsən?

- Əgər kommunal xərcləri əzərə almasaq, 100 manat.
- Bəs ümumi gəlir? Yəni pedaqoqluğu və doktorantlığı nəzərə aldıqda?

- Bu barədə danışmaq istəmirəm. Bunu oxuyan hər kəs müəllimin nə qədər məvacib aldığını , eləcə də doktorant təqaüdünün məbləğini yaxşı bilir.

- Onda yenidən qayıdaq müsahibənin əvvəlindəki "tanış məsələsinə"…

- Tanışın her yerdə olması indiki vaxtda cox əhəmiyyətlidi. Çünki şəxsən mən müəllim olduğumdan tələbələrim çoxdu və onlardan artıq ali təhsili başa vuranlar var. Müxtəlif idarə və təşkilatlarda calışırlar. Məsələn, hər hansı bir arayış lazım olanda o darədəki tanışlar köməyə gəlir. Təbii ki, təmənnasız. Hazırki cəmiyyətdə bunun nəyi pisdir ki?
- Səncə məmurlar mətbuata nə dərəcədə açıqdırlar?

- O baxır məmura. Nazirlikləri idarə edən şəxslər tədbirlərdən tədbirlərə müsahibə verirlər. Bəziləri heç onu da mətbuata В«qıymırВ». Amma məncə kiminki qorxacaq, çəkinəcək yeri yoxdusa, mətbuata açıq olmalıdı. Axı onlar sözdə xalqa xidmət edirlər.
- Jurnalistlər üçün tikilən evlər barədə düşüncən nədir?

- Bax, burda yenidən "tanış" söhbəti yerinə düşəcək.

- Yəni?

- Fikirləşirəm ki, cəmiyyətimizin reallığında nəyəsə ümid bəsləməyə dəyməz.
- Məmur tanışların çoxdur?

- Yox. Çünki, mən müxtəlif mövzularda sosial araşdırma aparıram. Bu zaman isə ilk növbədə hədəf məmurlar olur. Ona görə, məmurlar məni, mən də onları qəbul etmirəm.

«…biz jurnalist qız ala bilmərikВ»

- Qadın üçün jurnalist olmaq çətin deyil?

- Biri var çətin, biri də var çox çətin.
- Səbəb?

- Hesab edirəm ki, qadın üçün jurnalistikada olmaq müəyyən vaxta, dövrə kimi olmalıdı. Səbəb-ailə və jurnalistika bir araya gəlmir. Hər bir ailə normal yaşayış tərzi keçirmək istəyir. Amma gecənin bir yarısı ya bir şikayətçi zəng edib dərdini danışır, ya da hardasa qlobal hadisə baş verib və o xəbəri yazmaq lazımdı. Təbii ki bütün bunlar insanları rahatsız edir.
- Belə çıxır ki, ailə qurandan sonra jurnalist kimi fəaliyyətini dayandıracaqsan...

- Mütləq. Çünki mən müəlliməm və bu peşəmə olduqca bağlıyam. Məhz ona görədir ki, mən Bakıda qalıb işləyirəm. Hazırda jurnalist kimi fəaliyyət göstərməyim isə həm maddiyyata, həm də özümdə pu peşəyə olan həvəsimdən asılıdı. Amma ailə bütün bunlardan da üstündü. Təbii ki əgər işləməyimi istəməsələr, o zaman bunu etirazsız qəbul edərəm.
Yenə də bunun səbəbini cəmiyyətdə görsəm, o zaman məni qınayacaqlar. Amma reallıq budu. Cəmiyyət jurnalist qadınları qəbul etmək istəmir. Hər hansı bir insan qəbul etsə də, onun ətrafı qəbul etmir. İnsanların dillərinin əzbəri olan bir cümlə var-o jurnalistdi axı, biz jurnalist qız ala bilmərik.
Amma niyə?
- Yaxşı sualdır. Niyə?

- Bu sualı çox düşünmüşəm, amma əsaslı bir dəlil tapa bilmirəm. Nə deyim? Görünür 21-ci əsr olsa da, şüurlar hələ 20-ci əsrin əvvəllərində qalıb. Necə ki, 20-ci əsrin əvvələrində aktyor və aktrisalar kütlə tərəfindən qəbul olunmurdu. Hamı deyir, aaa, nə gözəl aparıcı, ya müxbir qızdı, Amma məsələ evlənmə söhbətinə gəlib çatanda, deyirlər yox.
- Ümumiyyətlə sevgi sənin üçün nədir?

- Sevgisiz insan yaşaya bilməz. Xüsusilə də gənclər. Təbii ki, hər kəsin kimisə sevib, ona arxalanmağa, güvənməyə haqqı var. Sevmək insana yaşamaq üşün bir növ can verir. Söhbət təmiz, saf sevgidən gedir…

- Deyəsən kefin pozuldu. Yaxşı bir əhvalat danışmağın lap məqamıdır...

- Jurnalist fəaliyyətimdə ən yaddaqalan, məzəli əhvalat Qobustana cəkilişə getdiyimiz zaman olub. 2 il əvvəl ANS-də işləyirdim. May ayı idi deyəsən. Mən, operatorumuz Nərgiz Mehtiyeva və sürücümüz Səlim dayı gedirik Qobustana cəkilişə. Xəbər gəlib ki, bəs orda kənddə heyvanlar arasında epidemiya yayılıb, kütləvi qırılma var. Elə Bakıdan təzəcə çıxmışdıq ki, maşınımız - В«DamasВ» xarab oldu. Səlim dayı dedi ki, bəs maşın В«susuzlayıbВ». Su tökdü, yolumuza davam etdik. Təsəvvür edin, hər 100 metrdən bir maşına su tökmək lazım oldu. Beləcə maşında su, yollarda gölməçə, cibimizdə pul qalmadı. Elə hansı marketin yanından keçdik, su aldıq tökdük. Hələ bu azmış kimi yolda maşını işlək hala salmaq üçün itələməli də olurduq. Bir anlıq fikirləşin, Qobustanın yolu enişli-yoxuşlu, biz də iki qız maşın itələyirik. Nəhayət saat 4-də kəndə çatdıq. Halbuki, 11-də şirkətdən çıxmışdıq. Çəkiliş baş tutdu. Geri qayıdanda eyni mənzərə-artıq yol kənarındakı bütün avtotəmir məntəqələri bizi tanıyırdı. Çox gülməli vəziyyət yaranmışdı. Bu vaxt bir JEEP markalı maşın yanımızda saxladı və kömək edəcəyini dedi. Maşınımızı JEEP-ə qoşduq. Elə ki В«DamasВ»ı qoşquya qoşduq, başladı sürətlə sürməyə. Bir neçə dəfə az qaldı ki, maşınımız aşsın. Axırda sürücü gördü ki, belə getsə doğrudan da maşın aşacaq, dedi “üzr istəyirəm, mənlik olmadı”. Beləcə, yolda köməksiz qaldıq. Axırda şirkətdən kömək gəldi və biz gecə saat 1-də işə qayıtdıq. Ondan sonra şirkət rəhbərliyi qərar verdi ki, iki qız bir yerdə uzaq cəkilişə getməsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır - Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
Bu gün, 18:15
Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır
Bu gün, 18:12
Ramiz Mehdiyev ÖLKƏNİ BELƏ İDARƏ EDƏCƏKDİ... - XƏYANƏTİN DETALLARI...
Bu gün, 17:33
Ermənistan-Türkiyə dialoqu yaxın vaxtlarda nəzərəçarpacaq nəticələr verməlidir - Mirzoyan
Bu gün, 17:27
"Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..." - Amma gör, AZƏRİQAZ NƏ EDİR...
Bu gün, 17:00
AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ... - ƏSLİNDƏ...
Bu gün, 16:49
Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub - SƏRƏNCAM
Bu gün, 16:39
Sabah "fövqəlnazir"in ailə şirkətinin məhkəməsidir -15 il əvvəl mülkü alıblar, pulunu vermirlər
Bu gün, 16:36
Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb - TƏFƏRRÜAT
Bu gün, 16:34
Azərbaycan İordaniyaya yeni səfir təyin edib
Bu gün, 16:32
Eldar Səlimov İraqa səfir təyin edilib
Bu gün, 16:31
Azərbaycan Yaponiyaya yeni səfir təyin edib
Bu gün, 16:30
Meksikaya yeni səfir təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:29
Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib
Bu gün, 16:28
Azərbaycanın Meksikadakı səfiri GERİ ÇAĞRILDI
Bu gün, 16:26
Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:25
Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb - FOTOFAKT
Bu gün, 16:23
Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
Bu gün, 16:15
3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı - FOTO
Bu gün, 16:14
Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 16:09
DOST Agentliyi 3 illik auditor seçir
Bu gün, 16:03
Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək
Bu gün, 13:40
“Qaçqınkom”un sektor müdiri vəfat edib
Bu gün, 13:37
Zabil Qəhrəmanov təcridxanaya köçürüldü - AÇIQLAMA
Bu gün, 13:09
Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib
Bu gün, 13:03
Buralar Mehdiyevin nəzarətindədir... - İDDİA
Bu gün, 13:01
Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb
Bu gün, 12:47
Hava dəyişkən buludlu olacaq - belə deyirlər...
Bu gün, 12:42
Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… - BU NƏDİ BELƏ?..
Bu gün, 12:40
Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? - AÇIQLAMA
Bu gün, 12:34
10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə - Övladları üzərindən alver aparanlar var
Bu gün, 12:32
“Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Bu gün, 12:29
Tramp Yaponiyadadır
Bu gün, 12:26
Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri - Milyonlar xərclənəcək
Bu gün, 12:22
QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... - Mehdiyevlə əlaqədə olan Azər Qasımov necə nüfuz edib...
Bu gün, 12:15
“İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...” - ŞƏRH
Bu gün, 12:06
Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:02
Şəbnəm ETİRAF ETDİ - “Ağlaya-ağlaya dedi, qoca kişiyə ərə gedirsən?”
Bu gün, 11:59
Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi - TƏFƏRRÜAT
Bu gün, 11:57
İşsizlər tibbi sığortanı necə ödəyəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:48
Əli Kərimli haqda məqaləni bəyənən YAP-ın deputatı DANIŞDI - FOTO
Bu gün, 11:39
Məsələnin ata-oğul, bacı-qardaş kontekstində müzakirəsinin əleyhinəyəm - Elçin Ağamalı
Bu gün, 11:33
Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur - Paşinyan
Bu gün, 11:28
“Hesab.az”ın (Golden Pay) rəhbərliyində dəyişiklik baş verib - BUNDAN SONRA...
Bu gün, 11:22
Tramp Putinin "Burevestnik" raketi ilə bağlı bəyanatını "yersiz" adlandırıb - "Kommersant"
Bu gün, 11:19
Azərbaycanda adambaşına 1 794, Ermənistanda 2 143 kVt/s elektrik enerjisi istehsal olunub - CƏDVƏL
Bu gün, 11:15
Azər Maqsudov 4 il azadlıqdan məhrum edilib - QƏRAR
Bu gün, 11:12
2026-cı il sülh üçün həlledici il olacaq - Paşinyan
Bu gün, 11:08
Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi - İNCƏLƏMƏ
Bu gün, 11:06
Sakinlər Fəzail Ağamalının deputat qızından şikayət etdi - "Dövlətin gördüyü işləri öz adına çıxarır..."
Bu gün, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru