Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

MƏDƏNİ-SİYASİ ELİTA “EVROVISION”A QARŞI
Tarix: 3-03-2012, 12:47 | Çap et
MƏDƏNİ-SİYASİ ELİTA “EVROVISION”A QARŞI

ZƏRDÜŞT ƏLİZADƏ YARIŞMANI MƏNƏVİYYATSIZLIQ ADLANDIRDI

DİA.AZ: - Azərbaycanda may ayında keçirilməsi nəızərdə tutulan “Evrovision-2012” müsabiqəsi yaxınlaşdıqca, bununla bağlı həyata keçirilən hazırlıq işlərinin də miqyası genişlənməkdədir. Bütün dünyanın gözünün Azərbaycanda olduğu bir zamanda müsabiqənin normal bir ortamda keçməsi üçün bütün parametrlər üzrə ciddi səy göstərən hakimiyyət, sözügedən mahnı müsabiqəsinə rəsmi Bakının Avropa qarşısında verəcəyi imtahan nəzəri ilə baxdığından, müsabiqə zamanı hər hansı bir insidentin baş verəcəyindən ehtiyat edir. Sadə vətəndaşlardan tutmuş ictimai-siyasi xadimlər, ziyalılar arasında aparılan sorğuların nəticəsi isə ölkə əhalisinin böyük bir qisminin bu müsabiqənin keçirilməsinə qarşı olduğunu göstərir. Ölkənin mədəni-siyasi elitasının böyük əksəriyyəti hesab edir ki, belə bir müsabiqənin Azərbaycanda keçirilməsi həm mənəvi, həm də maddi baxımdan ciddi itkilərlə müşahidə olunacaq. Bəzi ziyalılar isə hesab edir ki, “Evrovision”un keçirilməsi Azərbaycanda mənəvi baxımdan yeni bir dövrün başlamasına təkan verə bilər ki, bu da əxlaqi-mənəvi dəyərlərin tam olaraq tənəzzülü dövrü olacaq.
Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin sözlərinə görə, indiki şəraitdə belə bir müsabiqənin reallaşması hər şeydən öncə xalqın iradəsinə qarşı getmək, xalqla hesablaşmamaq deməkdir: “Öncə onu söyləyim ki, mən həm bir fərd kimi, həm də Azərbaycan Ziyalılar Birliyinin sədri olaraq Azərbaycanda “Evrovision”un keçirilməsinə etiraz edir, bunu narazılıqla qarşılayıram. Azərbaycanda “Evrovision”la bağlı hazırlıq işlərinin yalançı sevinc və canfəşanlıqla aparılması məni təəssüfləndirir. Bu, Azərbaycan xalqının mental şüuruna, onun milli-mənəvi və əxlaqi dəyərlər sisteminə tərs şillə kimi qəbul olunmalıdır. Mən məsuliyyət və əminliklə vurğulayıram ki, Azərbaycan xalqının böyük əksəriyyəti “Evrovision”un keçirilməsini istəmir. Artıq insanlar dərk etməyə başlayıb ki, onların mənəviyyatına təcavüz baş verir. Bu təcavüzün hakim dairələr tərəfindən təşkil edilməsi isə ikiqat faciədir”.
E.Quliyevin qənaətincə, hakimiyyət mahnı müsabiqəsinin keçirilməsi üçün fantastik miqdarda vəsait ayırıb ki, bu vəsaiti iqtisadi-sosial problemlər məngənəsində sıxılan Azərbaycan xalqının sosial tərəqqisi üçün sərf etmək mümkün idi: “Evrovision” iqtisadi baxımdan da Azərbaycan xalqının zərərinədir. Bugünə kimi dünyanın bir çox ölkələrində “Evrovision” mahnı festivalı keçirilib və bu festivala ən çox pul ayıran ölkələrdə bu göstərici 60-70 milyon dolları keçməyib. Azərbaycanda isə “Evrovision”a rəsmi şəkildə 50 milyon vəsait ayrıldığı elan edilməsinə baxmayaraq, reallıqda bu rəqəm milyardı keçir. Bu, çox qorxulu bir tendensiyadır. Bu qədər qaçqını, bu qədər problemi olan, torpaqları hələ də işğal altında olan bir ölkədə bu qədər pulu “Evrovision” kimi gərəksiz bir müsabiqəyə sərf etmək dəhşətdir”.
E.Quliyevin fikrincə, “Evrovision” homoseksualların müsabiqəsi olduğu üçün belə bir müsabiqənin Azərbaycanda keçirilməsi mənəvi baxımdan da qəbuledilməzdir: “Hər şeyi öz adı ilə çağılrmaq lazımdır. “Evrovision” “mavi”lərin, homoseksualistlərin festivalıdır. Burada söhbət sadəcə olaraq Azərbaycanın imicindən getmir. Burada söhbət Azərbaycan insanının qan nizamının dəyişdirilməsindən gedir. Bu isə görünür, kimlərinsə planı əsasında reallaşır. Kimlərsə Azərbaycan xalqının öz yolu ilə getməsində maraqlı deyil. Kimlərsə xalqın qan nizamının dəyişdirilməsinin tərəfdarıdır. Ona görə də ağlı başında olan istənilən mütərəqqi fikirli insan, hər bir sadə azərbaycanlı buna qarşı çıxmalıdır. Mən bəyan edirəm ki, əgər Azərbaycanda “qey parad” keçirilər və ya buna təşəbbüs olunarsa, o zaman hakimiyyət öz qarşısında yalnız inanclı insanları deyil, bütün ölkə ziyalılarını, əli qabarlı, alnı tərli bütün sıradan insanları görəcək və bu, ümumxalq etirazına çevriləcəkdir”.
E.Quliyev belə bir müsabiqənin baş tutacağı təqdirdə Azərbaycanda xalq-hakimiyyət qarşıdurmasının baş verəcəyini vurğuladı: “Mənim Azərbaycan siyasətində, şəxsiyyət qaleriyasında ən hötmət etdiyim insanlardan biri də Mehriban xanım Əiliyevadır. Mən çox təəssüflə qeyd edirəm ki, hörmətli xanımın bu məsələdə göstərdiyi fəallıq bizi məyus edir. Mən qeyd edirəm ki, əgər “Evrovision” bu təntənə ilə keçirilməsi baş tutsa, o zaman Azərbaycanın siyasi-mənəvi landşaftı dəyişəcək. “Evrovision”dan sonra formalaşacaq yeni landşaft isə heç də ürəkaçan olmayacaq”.
Yazıçı-publisist Mehriban Vəzir də hesab edir ki, “Evrovision” müsabiqəsi neft pullarının lüzumsuz sərfindən başqa bir şey deyil və bu konteksdə baş verənlər hakimiyyətin xalqa olan ögey münasibətindən xəbər verir: “ Bugünkü rejimin bir qərarı var və o, yalnız bu qərarın ardınca addımlayır. Bu qərar da ondan ibarətdir ki, sel kimi gələn neft pullarını dağıtsın, müəyyən inftasrtukturlara xərcləsin, amma Azərbaycan xalqına verməsin. Yəni həkim yenə də maaş adı ilə qəpik-quruş alsın, müəllim yenə də bərbad vəziyyətdə yaşasın və s. bu rejimin qərarıdır. Rejim xalqa məxsus olan bu sərvəti yağı malı kimi dağıdır. Buna görə də bu gün çəkilən yol sabah sökülür və yenidən təmir edilir. Təmir işləri başa çatandan qısa müddət sonra yenidən dağıdılır. Ən maraqlısı isə budur ki, Azərbaycanda yolların səviyyəsi dünya standartlarından bir neçə dəfə geri qalsa da, bu yoların çəkilişinə dünya standartlarından bir neçə dəfə çox pul ayrılır. Bir sözlə, xalqın sərvətini dağıdırlar. Bir sözlə, “Eurovision-2012” kimi layihələr bu sülaləyə müəyyən münasibətlər qurmağa, şöhrət qazanmağa hesablanıb”.
M.Vəzirtin bildrdiyinə görə, dünyanın heç bir yerində neft pulları Azərbaycanda olduğu qədər amansızlıqla dağıdılmır: “Norveçin neftdən gələn gəlirləri bizdən qat-qat çoxdur. Norveç Neft Fondu, hansı ki, ona yığım fondu, pensiya fondu deyirlər, hakimiyyətin həmin pulun 4%-dən artığını xərcləməyə ixtiyarı yoxdur. Qalan vəsait gələcək nəsillər üçün qorunub saxlanılır. Norveçdə neft fondu bir nəfərin əlində deyil. Orada fond parlamentin əlindədir. Azərbaycanda isə neft fondu yalnız bir nəfərin əlindədir. Azərbaycanda neft fondunun da rəhbərini, ona nəzarət şurasının da üzvlərini prezident təyin edir. Azərbaycanmda nəzarət şurasının ictimaiyyətdən olan nümayəndəsi Milli Elmlər Akademiyasının prezidentidir. Halbuki, o ictimaiyyətin nümayəndəsi sayıla bilməz. Çünki onun çalışdığı qurum dövlət tərəfindən maliyyələşən bir müəssisədir və onu da həmin müəssisəyə məhz prezident təyin edir. Ümumilikdə ölkə siyasi mədəniyyətdən tamamilə uzaq qaydalarla idarə olunur və dağıdılır. Hesab edirəm ki, baş verənlər vətəndaşa olan qərəzin nümunəsidir”.
Politoloq Zərdüşt Əlizadə isə “Evrovision”la bağlı hakimiyyətin mövqeyini mənəviyyatsızlıq kimi dəyərləndirdi: “Əhalinin böyük bir qisminin yoxsulluq səviyyəsində yaşadığı, səfalətə məhkum edildiyi bir ölkədə belə bir tədbirin keçirilməsi pulun israf edilməsindən, mənəviyyatsızlıqdan başqa bir şey deyil. Hesab edirəm ki, baş verənləri bir cümlə ilə yalnız bu cür dəyərləndirmək olar”.

Seymur Əliyev










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru