Ramiz Mehdiyev ÖLKƏNİ BELƏ İDARƏ EDƏCƏKDİ... .....                     Ermənistan-Türkiyə dialoqu yaxın vaxtlarda nəzərəçarpacaq nəticələr verməlidir .....                     "Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..." .....                     AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ... .....                     Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub .....                     Sabah "fövqəlnazir"in ailə şirkətinin məhkəməsidir .....                     Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb .....                     Azərbaycan İordaniyaya yeni səfir təyin edib .....                     Eldar Səlimov İraqa səfir təyin edilib .....                     Azərbaycan Yaponiyaya yeni səfir təyin edib .....                     Meksikaya yeni səfir təyin edilib .....                     Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib .....                     Azərbaycanın Meksikadakı səfiri .....                     Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb .....                     Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb .....                     Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır .....                     3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı .....                     Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ... .....                     DOST Agentliyi 3 illik auditor seçir .....                     Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında .....                     “Qaçqınkom”un sektor müdiri vəfat edib .....                     Zabil Qəhrəmanov təcridxanaya köçürüldü .....                     Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib .....                     Buralar Mehdiyevin nəzarətindədir... .....                     Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb .....                     Hava dəyişkən buludlu olacaq .....                     Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… .....                     Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? .....                     10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə .....                     “Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır .....                     Tramp Yaponiyadadır .....                     Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri .....                     QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... .....                     “İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...” .....                     Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi .....                     Şəbnəm ETİRAF ETDİ .....                     Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi .....                     İşsizlər tibbi sığortanı necə ödəyəcək? .....                     Əli Kərimli haqda məqaləni bəyənən YAP-ın deputatı DANIŞDI .....                     Məsələnin ata-oğul, bacı-qardaş kontekstində müzakirəsinin əleyhinəyəm .....                 

ZİYA MƏMMƏDOV QUBADA ÖLÜMLƏ ÜZLƏŞİB
Tarix: 2-03-2012, 18:09 | Çap et
ZİYA MƏMMƏDOV QUBADA ÖLÜMLƏ ÜZLƏŞİB

DEPUTAT ÜSYANDAN SONRA DANIŞDI

52 saylı Quba seçki dairəsindən deputat Vahid Əhmədov martın 2-də “Media forum” saytının suallarını cavablandırıb.

- Qubada vəziyyət necədir?

- Hazırda Qubadayam, vəziyyət sabitdir, elə bir problem yoxdur. Hər kəs öz işi ilə məşğuldur. Nəqliyyat naziri Ziya Məmmədov da Qubadadır. Yəqin ki, axşam Bakıya qayıdacaq. Mən də gecə qayıtmağı planlaşdırıram. Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev də dünən bütün gecə Qubada olub və bu gün səhərə yaxın Bakıya qayıtdı.

- Martın 2-də rayonda hər hansı aksiya, buna cəhd olubmu?

- Heç bir aksiya, belə bir cəhd olmayıb. Rayonda yolun bağlanması, hasarın çəkilməsi kimi bir-iki problem vardı. Qələdüz kəndində camaatın çaya düşən yolunu hasara alıb bağlamışdılar. Onları da nəqliyyat naziri Ziya Məmmədov həll etdi. Hasarın sökülməsi haqda göstəriş verdi və sökdülər. Ona görə də ciddi problem yoxdur. Səhər tezdən Qələdüzda olmuşam, orada da sakitlikdir, problem yoxdur.

- Qubada problemin həll olunduğunu demək olarmı? Mitinqlərin yenidən başlaması ehtimalı varmı?

- Təzə icra başçısı gəlsin, camaatla işləsin, görək necə olur. Hesab edirəm ki, sakitlik olacaq, problem yaranmayacaq. Hər şey yerli icra hakimiyyəti, hüquq mühafizə orqanlarının işindən, fəaliyyətindən asılıdır. Camaatla işləmək lazımdır. Ola bilər ki, kənar qüvvələr də bura müdaxilə ediblər.

Bu gün mən, rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Sahib Məmmədov, Prezident Administrasiyasının Quba üzrə kuratoru camaatı yığdıq, iclas keçirdik, insanlarla, rayonun dini dairələrinin nümayəndələri ilə danışdıq. Mən insanlara tövsiyələrimi verdim, dedim ki, nəzarət edin, sakitlik olsun.

- Martın 1-də həbs olunanlar azadlığa buraxılıb. Amma Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, baş verənlərlə bağlı cinayət işi açılıb. Yeni həbs olunanlar varmı?

- Bu, hüquq mühafizə orqanlarının işidir. Ona görə də cinayət işinin hansı maddələrlə açıldığını bilmirəm. Amma bu gün həbs olunan yoxdur. Olsaydı, bilərdik.

- Martın 1-də hüquq mühafizə orqanlarının yüksək rütbəli nümayəndələri Qubaya gediblər. Onlar hazırda rayondadırlar?

- Bəli, buradadırlar və öz işləri ilə məşğul olurlar.

- Rauf Həbibov insanların narazılığına səbəb olmuş nitqini ötən il noyabrın 22-də söyləyib. Sizcə, bu çıxışın bu qədər sonra yayılmasında hansısa şübhəli məqamlar varmı?

- Bilirsiz, insanlar belə şeyləri qəbul etmirlər. Quba camaatı mərd, qürurlu camaatdır və belə hallarla barışmır. Axı insanların narazılığı yalnız çıxışla bağlı deyil. Bundan əvvəl də bir neçə dəfə söz-söhbət, narazılıq olub. Narazılıqlar üst-üstə yığılır və böyüyür.

Amma həyatdır da, belə hallar da olur. İnsan səhv edə bilər. Təbii ki, Rauf Həbibovun çıxışı qəbuledilməzdir və bunu pisləyirəm. Heç olmasa cənab prezident İlham Əliyevdən nümunə, dərs götürsünlər. Prezidentin insanlarla görüşlərinə, davranışına, hərəkətlərinə baxsınlar. Martın 1-də səhərdən axşamadək Qubada mitinq olub, insanlar narazılıqlarını bildiriblər. Mən, nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev narazı kütlənin, mitinq iştirakçılarının qarşısına çıxdıq. Orada bir nəfər də prezidentin, hakimiyyətin əleyhinə bir kəlmə söz demədi. Hamı prezidenti dəstəkləyən şüarlar səsləndirirdi, dövlət başçısının portretlərini qaldırmışdılar. Yəni narazılıq hakimiyyətdən deyil, icra başçısındandır. Problemi də Rauf Həbibov özü yaratmışdı. Quba kənd rayonudur, insanlar bir-birini tanıyır, əziyyət çəkirlər, ağır zəhmətə qatlanırlar, çətin dolanırlar. Camaatla davranış qaydasını bilmək, dil tapmaq, işləmək lazımdır.

Bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirəm ki, cənab prezident İlham Əliyev Qubada baş verənlərlə bağlı çox humanist mövqe tutdu, axıra qədər silahdan atəş açılmadı, zor işlədilmədi, narazılığı sakitliklə yatıra bildik. Ciddi problemlərin olmasına, ağır anların yaşanmasına baxmayaraq prezident İlham Əliyev atəş açılmasına icazə vermədi.

- Baş verənlərlə bağlı İlham Əliyevlə danışığınız oldumu?

- Yox, prezidentlə əlaqəni nəqliyyat naziri Ziya Məmmədov saxlayırdı.

- Əslən Qubadansınız və 2005-ci ildən bu rayondan deputatsınız. Rauf Həbibovun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Problemlər vardı. Məsələn, Qələdüz kəndində insanların mal-qaranı örüşə apardığı yolu kəsmişdilər. Buna ehtiyac vardımı? Axı yox idi. Kənd camaatının hər gün istifadə etdiyi yolu kəsmək olar? Təbii ki, yolu kəsmək narazılıq yaradır, belə hallar qəbul olunmur. Kənd yerində insanlar mal-qoyun, toyuq-cücə saxlamaqla, torpaq becərməklə dolanırlar.

İcra başçısının fəaliyyətinə gəlincə, buna qiyməti cənab prezident verir. Mən nə deyim? Narazılıqlar çox idi, şikayətlər vardı. Bu məsələlər “yuxarı”da müzakirə olunurdu, “yuxarılar”ın da məsələlərdən, narazılıqlardan, həmin çıxışdan məlumatı vardı. Yəni camaat narazı idi və “yuxarılar” da bundan xəbərdar idi.

- Rauf Həbibovun belə bir çıxış etməsindən nə vaxt xəbər tutmuşdunuz?

- Mən təxminən yanvar ayının ortalarında bildim ki, Rauf Həbibov belə bir çıxış edib və insanlar narazıdır. Başqa məsələlər də olmuşdu. İnsanlar qrup-qrup mənim yanıma şikayətə gəlmişdilər. Sonra isə ayrı-ayrı adamlar gəlib şikayət etdilər. Bundan sonra mən Qubadakı vəziyyətlə bağlı lazımi yerlərə məlumat verdim, rayonda vəziyyətin gərgin olduğunu nəzərə çatdırdım. Dedim ki, problemin böyüməməsi, vəziyyətin daha da gərginləşməməsi üçün məsələ həll olunmalıdır, icra başçısını başqa yerə köçürün, digər adamlarınıza da deyin ki, sakit otursunlar. Bunu bütün orqanlar bilirdi.

- Məlumatı kimə vermişdiniz, məsələni kiminlə müzakirə etmişdiniz?

- Bunun o qədər də əhəmiyyəti yoxdur.

- İcra başçısının, digər vəzifəlilərin dəbdəbəli yaşayışı, təmtəraqlı evi, bir neçə ticarət obyektinin olmasını da insanları narazı salan amillər sırasında göstərmək olarmı?

- Təbii ki, bu amillər də var. Fakt faktlığında qalır, bunları gizlətmək olmaz. Rayonda, kənddə yaşayanlar kasıb camaatdır. Onlarla həmişə ehtiyatlı davranmaq lazımdır. Cənab prezident kimisə icra başçısı vəzifəsinə təyin edəndə deyir ki, gedin camaatla dil tapın, işləyin, problemləri həll edin. Yoxsa hər gələn burada 4-5 hektar torpaq sahəsi götürsün, nə istəyir etsin... Bura rayondur və belə hərəkətlərə yol vermək olmaz.

Martın 1-də mən, nəqliyyat naziri Ziya Məmmədov və Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev faktiki ölümlə üzləşdik. Çox ağır hadisələrin baş verməsi üçün hər şey hazır idi. Buna baxmayaraq biz geri çəkilmədik, ölümə getsək də, problemi həll etdik.

- Rauf Həbibovun həyat yoldaşı “Media forum” saytına deyib ki, aksiya yerində olan 10 maşından 9-u Bakıdan getmə olub...

- Bu barədə bir söz deyə bilmərəm. Amma biz insanların qarşısına çıxdıq, onlarla görüşdük. Gördük ki, mitinqdə iştirak edənlərin əksəriyyəti rayon mərkəzində yaşayanlardır. Düzdür, kəndlərdən gələnlər də vardı. Mən bir neçə nəfərdən soruşdum ki, haradan gəlmisiniz. Dedilər ki, kəndlərdən. Ola bilər ki, kənar qüvvələr də burada iştirak edib. Bunu mən deyə bilmərəm. Bunu hüquq mühafizə orqanları araşdırmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyev ÖLKƏNİ BELƏ İDARƏ EDƏCƏKDİ... - XƏYANƏTİN DETALLARI...
Bu gün, 17:33
Ermənistan-Türkiyə dialoqu yaxın vaxtlarda nəzərəçarpacaq nəticələr verməlidir - Mirzoyan
Bu gün, 17:27
"Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..." - Amma gör, AZƏRİQAZ NƏ EDİR...
Bu gün, 17:00
AQTA yaxasını KƏNARA ÇƏKƏ BİLMƏZ... - ƏSLİNDƏ...
Bu gün, 16:49
Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsinə yeni təyinat olub - SƏRƏNCAM
Bu gün, 16:39
Sabah "fövqəlnazir"in ailə şirkətinin məhkəməsidir -15 il əvvəl mülkü alıblar, pulunu vermirlər
Bu gün, 16:36
Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb - TƏFƏRRÜAT
Bu gün, 16:34
Azərbaycan İordaniyaya yeni səfir təyin edib
Bu gün, 16:32
Eldar Səlimov İraqa səfir təyin edilib
Bu gün, 16:31
Azərbaycan Yaponiyaya yeni səfir təyin edib
Bu gün, 16:30
Meksikaya yeni səfir təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:29
Azərbaycanın Yaponiyaya yeni səfiri təyin edilib
Bu gün, 16:28
Azərbaycanın Meksikadakı səfiri GERİ ÇAĞRILDI
Bu gün, 16:26
Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:25
Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxıb - FOTOFAKT
Bu gün, 16:23
Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
Bu gün, 16:15
3 gün əvvəl işdən çıxarılan generalın Saleh Səmədovla əlaqəsi üzə çıxdı - FOTO
Bu gün, 16:14
Elçin Babayevin ŞÜBHƏLİ TENDERLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 16:09
DOST Agentliyi 3 illik auditor seçir
Bu gün, 16:03
Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək
Bu gün, 13:40
“Qaçqınkom”un sektor müdiri vəfat edib
Bu gün, 13:37
Zabil Qəhrəmanov təcridxanaya köçürüldü - AÇIQLAMA
Bu gün, 13:09
Audiovizual Şura MTV-nin cərimələnməsi üçün məhkəməyə müraciət edib
Bu gün, 13:03
Buralar Mehdiyevin nəzarətindədir... - İDDİA
Bu gün, 13:01
Azərbaycan Rusiyadan qoyun ətinin alışını kəskin artırıb
Bu gün, 12:47
Hava dəyişkən buludlu olacaq - belə deyirlər...
Bu gün, 12:42
Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə… - BU NƏDİ BELƏ?..
Bu gün, 12:40
Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı? - AÇIQLAMA
Bu gün, 12:34
10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə - Övladları üzərindən alver aparanlar var
Bu gün, 12:32
“Yelo Bank” “MTN işi” üzrə zərərçəkənlərin yarım milyondan çox vəsaitini qaytarmır – QALMAQAL
Bu gün, 12:29
Tramp Yaponiyadadır
Bu gün, 12:26
Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq tədbiri - Milyonlar xərclənəcək
Bu gün, 12:22
QHT sektorunda Ramiz Mehdiyev TƏZAHÜRLƏRİ... - Mehdiyevlə əlaqədə olan Azər Qasımov necə nüfuz edib...
Bu gün, 12:15
“İndiyədək Xəzərin statusu ilə bağlı mübahisələri Rusiya yox, İran qızışdırıb...” - ŞƏRH
Bu gün, 12:06
Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:02
Şəbnəm ETİRAF ETDİ - “Ağlaya-ağlaya dedi, qoca kişiyə ərə gedirsən?”
Bu gün, 11:59
Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi - TƏFƏRRÜAT
Bu gün, 11:57
İşsizlər tibbi sığortanı necə ödəyəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:48
Əli Kərimli haqda məqaləni bəyənən YAP-ın deputatı DANIŞDI - FOTO
Bu gün, 11:39
Məsələnin ata-oğul, bacı-qardaş kontekstində müzakirəsinin əleyhinəyəm - Elçin Ağamalı
Bu gün, 11:33
Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur - Paşinyan
Bu gün, 11:28
“Hesab.az”ın (Golden Pay) rəhbərliyində dəyişiklik baş verib - BUNDAN SONRA...
Bu gün, 11:22
Tramp Putinin "Burevestnik" raketi ilə bağlı bəyanatını "yersiz" adlandırıb - "Kommersant"
Bu gün, 11:19
Azərbaycanda adambaşına 1 794, Ermənistanda 2 143 kVt/s elektrik enerjisi istehsal olunub - CƏDVƏL
Bu gün, 11:15
Azər Maqsudov 4 il azadlıqdan məhrum edilib - QƏRAR
Bu gün, 11:12
2026-cı il sülh üçün həlledici il olacaq - Paşinyan
Bu gün, 11:08
Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi - İNCƏLƏMƏ
Bu gün, 11:06
Sakinlər Fəzail Ağamalının deputat qızından şikayət etdi - "Dövlətin gördüyü işləri öz adına çıxarır..."
Bu gün, 11:02
Paşinyan Mariya Zaxarovanı niyə sarsıdıb: Kremlin İrəvana sitəminin əsas səbəbi... - TƏFƏRRÜAT
Bu gün, 10:56
Saakaşvilinin anasına məxsus Gürcüstan Universiteti ilə bağlı istintaq başlayıb
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru