Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                 

ABŞ də artıq fərqindədir ki, "daş qayaya rast gəlib"... - NƏ BAŞ VERİR?
Tarix: 5-04-2026, 05:43 | Çap et

Müharibələrin taleyinə təsir edən çoxlu sayda amillər mövcuddur. Adətən insanların gözünün önünə ilk olaraq texnikalar, raketlər, tanklar, toplar, döyüş təyyarələri və gəmiləri gəlir. Şübhəsiz ki, bunlar vacib komponentlərdir, ancaq müharibələrin taleyini müəyyən edən faktorlar daha çox gözəgörünməz olur. Misal üçün logistika, ordunun mənəvi-psixoloji hazırlığı, resurslar və xalqın mövqeyi kimi amilləri bura aid etmək olar.
ABŞ və İsrail cütlüyünün texnoloji gücünü İranla müqayisə etmək gülünc olardı. Ümumiyyətlə, ABŞ-ni kağız üzərində hansısa ölkə ilə qarşılaşdıranda rəqibə şans vermək mümkün deyil. Ancaq real döyüş sahəsinə gələndə həmin o "gözəgörünməzlər" ön plana çıxır. Son illərdə baş verən müharibələr göstərdi ki, kağız üzərindəki dünyanın birinci, ikinci və ya neçənci ordusu olması elə kağız üzərindəcə güclüdür. Sahədə kağızlar yox; logistika, mənəvi-psixoloji hazırlıq, resurs, istehsal gücü və xalqın mövqeyi hər şeyi həll etməsə də, prosesin gedişatında çox şeyi müəyyən edir.
ABŞ-nin İranda keçirdiyi hərbi əməliyyatlarda ən böyük problemlərdən biri məhz logistikadır. İran faktiki olaraq ABŞ-nin hesablamadığı bir addım atdı — Körfəz ölkələrini və İraq ərazisindəki hərbi bazaları vurdu. Bu bazaların sıradan çıxması ABŞ ordusunu hədəflərə daha uzaq məsafədən gəlməyə və hücum etməyə məcbur etdi. Hərbi əməliyyatlarda isə vaxt son dərəcə önəmli faktordur.
Digər bir diqqətçəkən məsələ dünyanın ən böyük aviadaşıyıcısı olan "Gerald Ford"la bağlıdır. Qruplaşmanın komandanı Yaxın Şərqə göndərilməzdən əvvəl açıq şəkildə bəyan etdi ki, qruplaşma artıq 11 aydır sudadır, gəmilərin ciddi təmirə ehtiyacı var, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı isə son dərəcə aşağıdır. Qruplaşma regiona gəldikdə isə ard-arda iki texniki problem yaşandı. Birincisi kanalizasiya sistemi ilə bağlı idi. Bu nasazlıq hələ tam aradan qaldırılmamış, aviadaşıyıcının ütü otağında yanğın baş verdi. ABŞ-nin hərbi yönümlü mətbuat orqanları da açıq şəkildə qeyd edirlər ki, bu, gəmi daxilindəki şəxsi heyətin təxribatı, yəni sabotajıdır. Faktiki olaraq qruplaşma döyüşmək istəmir desək, yalnış olmaz.
Bundan əlavə, ABŞ-nin müharibə naziri Pit Heqset bir neçə generalın istefasını tələb etdi və nəticədə 3 general vəzifəsindən kənarlaşdırıldı. Hesab edirəm ki, bu hələ son olmayacaq. Ümumiyyətlə, müharibələr zamanı əgər ortada ciddi uğursuzluq yoxdursa və ya xüsusi problemlər yaşanmırsa, hərbi kabinetdə belə kəskin dəyişikliklərə gedilmir. Pentaqonda Pit Heqsetin etdiyi bu yerdəyişmələr uğursuzluqdan daha çox, generalların keçirilməsi planlaşdırılan bəzi əməliyyatlara etirazı və ya verdikləri çoxsaylı suallarla bağlıdır. Çünki ABŞ ordusu rus ordusu kimi "irəli, irəli" (peryod) şüarı ilə hərəkət etmir. Onlar hər bir əməliyyatı zərgər dəqiqliyi ilə planlayır, bütün detalları öncədən hesablayırlar.
ABŞ-nin İranda quru əməliyyatları keçirəcəyi iddia olunur. Məsələ ondadır ki, siyasətçilər hansısa qərarı asanlıqla verə bilər, ancaq hərbçilər bu qərarın icrası barədə dərindən düşünməlidir. Çünki əməliyyat uğurlu olacağı təqdirdə hər kəs bu zəfəri mənimsəyəcək, lakin uğursuzluq onu icra edənlərin qanı, planlayanların isə rütbəsi və azadlığı hesabına başa gələcək. Faktiki olaraq ABŞ-dəki generallar quru əməliyyatlarının çox böyük itkilər hesabına başa gələcəyini proqnozlaşdırırlar və nəticənin nə olacağı hələ də sual altındadır. Görünən odur ki, hazırda Pentaqonda sual verən yox, bütün əmrlərə "baş üstə" deyən kadrlara ehtiyac var. Yeri gəlmişkən, Pit Heqsetin bu qərarları ABŞ daxilində də birmənalı qarşılanmayıb.
İsrailə gəldikdə isə, bu əməliyyatlara başlamazdan əvvəl rəsmi şəxslər bəyan edirdilər ki, Yaxın Şərqdə hər şey dəyişəcək və hər şey onların xeyrinə olacaq. Ancaq reallıq ondan ibarətdir ki, İsrail əgər bu müharibədən əvvəl Colan təpələri ilə bağlı məsələni öz xeyrinə həll etmiş sayılırdısa, artıq Suriyanın da bu prosesə fəal şəkildə qoşulacağı aydın görünür. Bundan əlavə, region ölkələri və xalqları tamamilə fərqli bir siyasət həyata keçirməyə başlayırlar. Eyni zamanda İsrail ərazisi çox ağır raket zərbələrinə məruz qalır. Yəni, müharibənin gətirdiyi fəsadları qısa zamanda aradan qaldırmaq o qədər də asan olmayacaq. Düzdür, Yaxın Şərqdə hər şey dəyişdi, ancaq hazırda İsrailin istədiyi kimi dəyişdi demək, reallığı əks etdirmir.
İran müqavimət göstərməklə yanaşı, Körfəz ölkələrini daim təhdid altında saxlayır. Eyni zamanda İrana bağlı qruplar İraqda nəinki hərbi bazaları, hətta xarici şirkətlərin neft yataqlarını da hədəf alırlar ki, bu da Tehranın əlini bir qədər də gücləndirir. Bundan əlavə, İran hava hücumundan müdafiə sahəsində çox güclü sayılmasa da, müəyyən formalarda ABŞ-nin döyüş təyyarələrini vura bilirlər. Şübhəsiz ki, bu məsələdə Rusiya amili də mühüm rol oynayır.
Qərb mediasının yazdığına görə, ABŞ 48 saatlıq atəşkəs istəyib, İran isə buna etiraz edib. Bunun çox sadə bir səbəbi var: İran yaxşı bilir ki, atəşkəs müharibənin davam etdirilməsi üçün sadəcə bir hazırlıq mərhələsidir. Ona görə də, İranın belə bir atəşkəsə gedəcəyi inandırıcı deyil. Ümumiyyətlə, düşünürəm ki, hazırkı şəraitdə sülh danışıqları və ya atəşkəs əldə etmək asan deyil. ABŞ də artıq fərqindədir ki, "daş qayaya rast gəlib".
İranın atdığı bəzi addımlar isə Avropa ölkələri ilə ABŞ arasındakı siyasi gərginliyi daha da dərinləşdirir. İspaniyadan sonra Fransa da müharibəyə qoşulmayacağını bəyan etdi və dərhal Hörmüz boğazından keçid imkanı əldə etdi. Faktiki olaraq Avropa ölkələri görürlər ki, İranla razılığa gələrək strateji keçidləri təmin edə bilərlər. Fransadan sonra bir neçə digər ölkənin də bu prosesə qoşulacağı çox inandırıcıdır.
İranın Dieqo Qarsiya adası istiqamətinə raketlər göndərməsini İsrail tərəfi dərhal siyasiləşdirdi. Yəni, İranın əlində olan raketlərlə Avropa ölkələrinin vurula biləcəyi təhlükəsini ön plana çıxardılar ki, Qərbdən daha çox dəstək alsınlar. Ancaq Avropa dövlətləri bu siyasi oyuna gəlmədi. Əksinə, İrana qarşı aparılan əməliyyatların beynəlxalq hüquqa zidd olduğu fikrini daha ucadan səsləndirməyə başladılar. Dieqo Qarsiya adasına doğru göndərilən raketlər onu deməyə əsas verir ki, İran artıq 2 min kilometrlik ballistik raket layihələrini yekunlaşdırıb və 4 min kilometrlik yeni layihələrə start verib.
ABŞ və İsrailin İrana qarşı apardığı bu müharibənin yekun nəticəsinin nə olacağını zaman göstərəcək. Ancaq bir reallıq var ki, tərəflər müdafiə sənayesi sahəsində imzaladıqları müqavilələrlə bağlı öhdəlikləri yerinə yetirə bilmirlər. Bəzi ölkələr hətta imzalanmış müqavilələrin pozulması yollarını araşdırırlar. Hesab edirəm ki, bu müharibə qlobal silah bazarında Çin və Rusiyanın çəkisini daha da artıracaqdır.
Müəllif: Səxavət Məmməd - Mənbə: "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru