Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Trampın biznes maraqlarına qurban verilən bəşəri dəyərlər... - MALƏSƏF...
Tarix: 25-03-2026, 07:07 | Çap et

Tramp gah İrana ultimatum verir, gah onunla danışıqlar getdiyini deyir, gah sanksiyaları götürür. Trampın bir-birinə zidd bəyanatlar verməsini, bir gün bir söz deyib bir neçə gün sonra sözünü dəyişməsini çox vaxt ələ salırlar. Bunu axmaqlıq, planın olmaması və sair sayanlar da var. Görürəm, təhlilçilərin çoxunun indiyəcən öyrəndiyi geosiyasət, nəzəri biliklər, təcrübə onların Trampı anlamasına mane olur. Belə bir prinsipdən çıxış edək: əgər sadə izah edə bilmirsənsə - deməli, məsələnin mahiyyətini bilmirsən.
Molla Nəsrəddin bir gün dəyirmanda buğda üyütməyə gedir. Arada dəyirmançının gözünü güdüb başqasının kisəsindən buğda götürüb öz kisəsinə atır. Dəyirmançı bunu görür:
- Ay Molla, neyləyirsən?
- Əşi, mənə fikir vermə, dəliyəm.
- Bəs dəlisənsə, niyə öz kisəndən götürüb başqasının kisəsinə qoymursan?
Molla deyir:
- Mən demədim ki, axmağam. Dedim ki, dəliyəm.
Sadə izah: Tramp dəlidir, axmaq deyil. Dövlət maraqları güdmək, hüququ nəzərə almaq, etik prinsipləri aşkar pozmaqdan çəkinmək kimi şeylər Trampın gəlişi ilə yoxa çıxıb. Adam ölkənin ən yüksək vəzifəsini şəxsi biznes üçün istifadə fürsəti sayır və bunu gizlətmir. Bir neçə yüz dollarlıq hədiyyəni utana-utana alan və əlüstü deklarasiya edib hökumət hesabına köçürən sələflərindən fərqli olaraq, Tramp açıq bazar açıb: kim nə qədər verir?
Kimi təyyarə bağışlayır (və ya başqa imtiyazlar təklif edir), kimi onun yaxınlarına biznes fürsəti verir, kimi Novruzəli kimi bir xonça bağlayıb Mar-a-Laqoya gedir... Yaponiyanın bağışladığı minlərlə dollarlıq qızıl suyuna çəkilmiş qolf çubuğundan tutmuş müxtəlif bahalı hədiyyələrəcən nə gəldi qəbuldur və bu hədiyyələrin çoxu dövlət qeydiyyatından keçmir.
ABŞ konstitusiyasında daxili və xarici mükafatlandırmaya aid iki maddə var ki, prezidentin maaşdan başqa hər hansı bir gəlir əldə etməsinə məhdudiyyət qoyur. (Emoluments Clause). Bu, prezidentin siyasətinə təsir göstərməyi, birbaşa desək, onu ələ almağı əngəlləmək üçündür. Amma Trampın gəlişi ilə konstitusiyanın bu bəndləri işləmir. Prezidentin ailəsinin, yaxınlarının biznesi üçün sərmayələr qoyulması və ya sadəcə onun bahalı otellərinə ödənişlər edilməsi adi, gündəlik bir hala çevrilib. Trampın vəzifə və nüfuzundan istifadə yolu ilə kripto biznesinə girməsi də sirr deyil.
Belə şeylər Amerika siyasətində indiyəcən tabu sayılıb. Tabulardan biri də "insider trading" deyilən şeydir. Yəni birjaya təsir edəcək məlumatları əvvəlcədən bilən vəzifəlilərin bu məlumatdan istifadə edib qazanması qanunsuz idi. Amerika yaranandan bəri maraqların toqquşması ciddi şəkildə izlənib. Yəni vəzifədən istifadə edərək maddi xeyir götürmək qanunsuz və ayıb bir iş sayılırdı.
Trampın yenidən vəzifəyə gəlişi ilə bütün tabular, qaydalar alt-üst oldu. İş adamı İlon Mask qeyri-rəsmi dövlət vəzifəsinə (DOGE) keçərək geniş səlahiyyətlər əldə etdi, normalda bir iş adamı üçün əlçatmaz datalara çıxış qazandı. Burada maraqların toqquşması aşkar idi. Trampın bənzər əməllərinin siyahısı uzundur. İran məsələsində dəqiqədə bir sözünü dəyişməsinə gələk.
İrana ultimatum verəndən bir gün sonra hücum olmayacağını bildirməsi və İran neftinin ixracına qoyulan sanksiyanın bir müddətlik götürüləcəyini elan etməsi Trampın növbəti axmaqlığı idimi? Biznes maraqları baxımından - xeyr. (Qeyd etdik ki, artıq ölkənin maraqlarını, dünyanın, insanlığın maraqlarını düşünmək Trampa yad bir şeydir).
Tramp həmin elanı verəndən cəmi beş dəqiqə qabaq birjalarda iki qəfil gediş peyda olub:
1.5 milyard dollarlıq S&P 500 fyüçersi (ES) üçün alış orderi verilib. (Bazar dilində buna "long" deyilir).
192 milyon dollarlıq neft fyüçersi üçün satış orderi verilib. (Bazar dilində buna "short" deyilir).
Bilməyənlər üçün deyim: bu ticarət növü proqnozlara əsaslanır. Gələcəkdə qiymət qalxacaqsa "long" gedənlər, düşəcəksə "short" gedənlər qazanır. Trampın bəyanatından sonra S&P 500 indeksi qalxdı, neftin qiyməti düşdü. Ən konservativ hesablamaya görə, haqqında söz gedən bu əməliyyatlar bir neçə saat içində sərmayəçiyə 150-200 milyon dollar qazandırıb. Hələ mən əməliyyatın "leverage" (kredit çiyini) deyilən hissəsindən xəbərsizəm. "Leverage" nə qədər böyük olsa, risk də, gəlir də bir o qədər böyüyür.
Müəllif: Rövşən Əliyev - Mənbə: "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru