Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Bu savaş kimi hara götürəcək... - İNCƏLƏMƏ
Tarix: 3-03-2026, 02:46 | Çap et

ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları fonunda rəsmi Tehranın atdığı addımlar və verdiyi cavablar unikal bir müharibə modelini ortaya qoyur.
Məlum olduğu kimi, ABŞ və İsrailin İrana endirdiyi ilk zərbələr nəticəsində ölkənin ali dini lideri və strateji postlarda olan komandir heyəti sıradan çıxıb. Ancaq İran bu ağır itkilərə rəğmən nəinki tərəddüd etdi, əksinə, zərbələrinin intensivliyini daha da artırdı. İran, bəlkə də, dünyada çox az ölkələrdən biridir ki, dövlət rəhbərliyi müharibənin ilk günü məhv edilsə də, döyüş qabiliyyətini itirmədən müqaviməti davam etdirə bilir. Vaşinqton və Təl-Əviv üçün Xamneyi əsas hədəf idi; hesab olunurdu ki, onun fiziki məhvi sistemi sarsıdar və rejimi çökdürər. Reallıq isə bunun tam əksini göstərir.
Əslində, müharibədən əvvəl İran tərəfi rəhbər şəxslərin öldürüləcəyi təqdirdə onların yerinə keçəcək şəxslərin əvvəlcədən müəyyən edildiyi və təlimatlandırıldığı barədə məlumat sızdırmışdı. Tehran bu savaşa bir "ölüm-dirim mübaribəsi" kimi hazırlaşıb. Hadisələrin hazırkı gedişatı göstərir ki, İranın başqa seçimi də yox idi: ya tam təslim olub ABŞ və İsrailin boyunduruğu altına girməli, ya da regionda varlığını qorumalı idi.
Yenidən "12 günlük müharibə" (keçmiş toqquşma) təcrübəsinə nəzər salsaq, o zaman İranın raket zərbələri kütləvi olsa da, dəqiqlik baxımından ciddi problemlər yaşanırdı. Ancaq hazırkı hərbi əməliyyatlar göstərir ki, İranın raket texnologiyası kifayət qədər təkmilləşib və hədəfləri yüksək dəqiqliklə vurur.
Digər diqqətçəkən məqam isə tərəflərin müharibəyə yanaşma tərzidir. ABŞ və İsrail bu prosesə bir "cərrahi əməliyyat" kimi baxırdı: rəhbərliyi məhv et, generalları sıradan çıxar, xalq küçələrə axışsın və hakimiyyət dəyişsin. İran isə prosesə "total müharibə" kimi hazırlaşıb. Bu səbəbdən müttəfiqlərin addımları standart xarakter daşısa da, İranın cavabları fərqli və effektivdir. Əgər ABŞ-ın Yaxın Şərq və Körfəzdəki bazalarını, eləcə də HHM sistemlərini birinci eşalon hesab etsək, İran bu müdafiə xəttini tamamilə iflic edib. Körfəz ölkələrindəki radarları və ballistik raket izləmə sistemlərini sıradan çıxaran Tehran, indi həm hərbi bazaları, həm də təxliyə edilən hərbçilərin sığındığı otelləri asanlıqla hədəf alır. Faktiki olaraq, İran dronları və raketləri ABŞ bazalarını "atış poliqonuna" çevirib. Xüsusilə təkmilləşdirilmiş "Şahed" dronları artıq təkcə HHM-i tükətmək üçün deyil, həm də birbaşa hədəf vurmaq üçün effektiv şəkildə istifadə olunur.
Buna baxmayaraq, İranın zəif nöqtələri də az deyil. Əsas problem Hava Hücumundan Müdafiə (HHM) sistemləridir. Tehran kəşfiyyat dronlarını və az sayda raketi vura bilsə də, genişmiqyaslı hücumlar qarşısında bu yetərli deyil. Xüsusilə ABŞ-ın alçaqdan uçan qanadlı raketləri İranın HHM sistemlərinin effektivliyini minimuma endirir.
Digər tərəfdən, ABŞ və İsrail qırıcılarının İran səmasına birbaşa daxil olmaqdan çəkinməsi göstərir ki, Tehran S-300 və "HQ9-BE" sistemlərini strateji bunkerlərdə ehtiyatda saxlayır. Bu riskin fərqində olan müttəfiqlər hava məkanına daxil olmağa cəsarət etmirlər. Həmçinin, regiondakı HHM radarları sıradan çıxarıldığı üçün İran hətta özünün köhnə F-5-ləri və onun bazasında yığılmış "Saeqeh" və "Kovsar" qırıcıları ilə də hücumlar həyata keçirə bilir. Böyük ehtimalla İran bir neçə gün sonra Miq-29 və Su-35-lərdən də istifadə edəcək.
İranın strateji gedişlərindən biri də Hörmüz boğazı ilə bağlıdır. Əvvəllər bu, bir şantaj aləti idisə, hazırda boğaz real olaraq bağlanıb. Xəbərdarlığa məhəl qoymayan tankerlərin vurulması və xəbərdarlıq atəşləri Tehranın qətiyyətini göstərir. Hətta Səudiyyə Ərəbistanının neft infrastrukturuna endirilən zərbələr İranın "heç bir qırmızı xətt tanımayacağı" bəyanatının təsdiqidir.
Hesab edirəm ki, bu, İranın "B planı"dır. Əgər ali lider öldürülməsəydi, bəlkə də İran daha balanslı müharibə ("A planı") aparardı. İndi isə Tehran müharibənin coğrafiyasını qəsdən genişləndirir. Fransa hərbi bazasının, İraq Kürdüstanının vurulması buna xidmət edir. Xamneyinin ölümü Pakistanda və İraqda kütlələri ayağa qaldırdı, Hizbullah və Husilər aktivləşdi. Xüsusilə İraq ərazisində quru döyüşlərinin başlanma ehtimalı çox yüksəkdir. Ərəb dünyasında isə Misirin Tehranı qınaması ciddiyə alınmır, çünki Fələstin faciəsinə səssiz qalan bir ölkənin "ərəb təəssübkeşliyi" gülünc görsənir.
Müşahidələrim göstərir ki, ABŞ və İsrailin alternativ planı yoxdur. Onlar rəhbərliyin ölümü ilə xalqın ayağa qalxacağını gözləyirdilər, ancaq bu baş vermədi. İndi isə yalnız "tükətmə zərbələri" ilə kifayətlənirlər.
Müharibənin ilkin nəticələri olaraq demək olar ki, Körfəz ölkələri ABŞ-ın "təhlükəsizlik qarantiyasını" ciddi şəkildə sorğulayacaqlar. Əgər müharibə bu şərtlərlə bitsə, ABŞ Yaxın Şərqdə ağır nüfuz itkisi ilə üzləşəcək. İran üçün bu savaş insan ölümləri, eləcə də infrastruktur baxımından milyardlarla dollar və bərpası çətin itki demək olsa da, siyasi baxımdan onu regionun əsas söz sahibinə çevirəcək. Bundan sonra İrana qarşı addım atmaq istəyənlər 2 deyil, 50 dəfə düşünməli olacaqlar.
Müəllif: Səxavət Məmməd - Mənbə: "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru