İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                 

Liviyanın Baş Qərargah rəisini aparan təyyarə niyə düşdü - təxribat, yoxsa talesizlik
Tarix: 24-12-2025, 11:17 | Çap et

Dünən Ankaranın Esenboğa Hava Limanından Tripoli istiqamətində havaya qalxan Liviya təyyarəsi qəzaya uğrayıb. Təyyarədə bulunan Liviyanın Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əli Əl-Həddad və onun rəhbərlik etdiyi heyətin hamısı həlak olub.
Məhəmməd Əli Əl-Həddadın Türkiyəli həmkarı ordu generalı Səlcuq Bayraktar oğlunun dəvəti ilə Ankaraya gəldiyi bildirilir.
Məhəmməd əl-Həddad Türkiyə Silahlı Qüvvələrinin Liviyada təlim, məsləhət və institusional dəstək rolunu oynayan əsas fiqurlardan biri idi. O, 2020-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Türkiyənin Tripoli rejimini Xəlifə Haftardan qorumaq üçün 2019-cu ildə Liviyadakı proseslərə müdaxilə etdiyini nəzərə alsaq, üzərindən 1 il keçməmiş Məhəmməd əl-Həddadın Baş Qərargah rəisi postuna gətirilməsi təsadüfi olmaya bilər. Görünən budur ki, əl-Həddad Liviya ordusunda Türkiyəyə yaxın 1 nömrəli şəxs idi və rəsmi Tripoli Ankaraya minnət borcunu ödəmək üçün bu təyinata imza atmışdı.
Məhəmməd əl-Həddadın nə üçün Ankaraya dəvət olunduğu barədə dəqiq məlumat hələ ki, yoxdur. Amma bir müddət əvvəl Türkiyə-Liviya-Aralıq dənizi hövzəsində yerləşən digər dövlətlər arasında yaşanan bəzi hadisələr bu səfərin əsl məqsədi barədə bəzi məntiqi mülahizələr yürütməyə imkan verir. Belə ki, Türkiyə yalnız Tripoli ilə yaxın münasibətlər qurmaqla kifayətlənməmişdi. 2019-cu ildə açıq şəkildə Xəlifə Haftara düşmən mövqeyində olan Ankara son zamanlar onunla da münasibətləri yaxşılaşdırmağa çalışırdı.
Ankara ilə Haftar rejimi arasında ilk əhəmiyyətli təmas 2025-ci ilin aprelində baş verdi. Haftar hakimiyyətinin Baş Qərargah rəisi Səddam Haftar (Xəlifə Haftarın oğlu) ötən aprel ayında Türkiyəyə səfər etdi.
Bu addım Liviya mətbuatında geniş işıqlandırıldı və Ankaranın Tripolini Liviyada yeganə müttəfiqi hesab etməməsi ilə bağlı fərziyyələr irəli sürüldü. Ən mühüm yaxınlaşma isə bu ilin avqust ayında oldu. Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Qalının avqustda Benqaziyə getdi və Xəlifə Haftarla görüşdü. Haftara bağlı media orqanı bu səfəri “görünməmiş addım” kimi qiymətləndirdilər. Üzərindən bir neçə ay keçməmiş Tripolinin ən qüdrətli adamının Ankaraya dəvət olunması qardaş ölkənin parçalanmış Liviya arasında irtibat qurma çalışmalarına başladığı versiyasını ağla gətirir. Mümkündür ki, bu bütövləşməni arzulamayan regional və qlobal güc mərkəzləri məlum təyyarə qəzasını törətsinlər.
Bəs bu bütövləşməni kimlər istəməyə bilərdi?
İlk növbədə Rusiya. Məlumdur ki, Aralıq dənizinə isti sulara çıxan ən qısa yol kimi baxan Suveyş kanalı üzərində öz üçbucaqlı istehkamını qurmağa çalışır. Bu üçbucağın bir guşəsini Suriyanın Tartus, digərlərini isə Post-Sudan və Binqazi limanları təşkil edirdi. Sözügedən limanlarda lövbər salan rus hərbi gəmiləri rahatlıqla Suveyş kanalını öz nəzarəti altına ala bilərdi. Di gəl ki, Rusiyanın bu “dəniz istehkamını” Türkiyə sındırmağa başlamışdı. Ötən ilin sonlarında Suriyada Bəşər Əsəd rejiminin yıxılmasını dəstəkləyən Türkiyə faktiki olaraq Tartus limanının taleyini də şübhə altına qoymuşdu. Bununla kifayətlənməyib Binqazidə yerləşən Haftar rejiminə də əl atmış və ciddi məsafələr qət etmişdi. Rusiya bu prosesi dayandırmaq və Aralıq dənizindəki ən yaxın müttəfiqini itirməmək üçün bəzi həmlələr etmiş ola bilər. Sözsüz ki, Türkiyənin dəstəklədiyi Tripoli rejiminin Baş Qərargah rəisinin Ankaraya səfəri zamanı mübahisəli təyyarə qəzasına düşməsi iki yaxın müttəfiq arasına şübhə toxumları səpə və etimadsızlıq mühiti yarada bilərdi.
Əgər bu təyyarə faciəsinin qəza olmadığı təsdiqlənərsə, İsrail və Yunanıstan da digər şübhəlilər arasına girəcək. Qeyd edim ki, təyyarə faciəsindən bir gün əvvəl Yunanistan, Cənubi Kirp və İsrail liderləri bir araya gəlmiş, açıq şəkildə Türkiyənin əleyhinə bəyanatlar vermişdilər. Qərbi Qüdsdə görüşən ölkə başçılarının imzaladığı birgə bəyanatda bu üç ölkənin getdikcə artan ortaq maraqlarından, Şərqi Aralıq dənizində və daha geniş regionda sülh, sabitlik, təhlükəsizlik və firavanlığa töhfə vermək məqsədindən dəm vurulurdu. Sirr deyil ki, İsrail və Yunanıstanın Şərqi Aralıq dənizi iddiaları Türkiyənin “Mavi Vətən” doktrinasına qarşıdır və Ankaranın Tripoli ilə müttəfiqliyi də sözügedən su hövzəsindəki hüquqlarını qorumaq məqsədinə xidmət edir. Türkiyənin “Mavi Vətən” doktrinasının tələblərini sıfırlamaq üçün İsrail və Yunanıstan da Liviya Baş Qərargah rəisinin təyyarəni hədəfə ala bilər.
Əlbəttə ki, irəli sürdüyüm bu versiyalar sadəcə versiyadır, təyyarə qəzasının əsl səbəbi “qara qutu”lar açıldıqdan sonra gün işığına çıxacaq.
Heydər Oğuz - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru