Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                 

Gərginlik son həddə: 245 milyardlıq hərbi büdcə nəyə ayrılır? - AKTUAL
Tarix: 9-03-2025, 15:36 | Çap et
Gərginlik son həddə: 245 milyardlıq hərbi büdcə nəyə ayrılır?
Çin hakimiyyəti bu il müdafiə büdcəsini 7,2% artıraraq 1,78 trilyon yuana (təxminən 245 milyard dollar) çatdıracağını bəyan edib. Bu barədə Reuters xəbər verir. Si Cinpin Çin Xalq Respublikasının sədri seçildiyi 2013-cü ildə ölkənin müdafiə xərcləri cəmi 720 milyard yuan təşkil edirdi.

Yeni hərbi büdcə haqqında məlumat Çin Xalq Nümayəndələri Yığıncağının 14-cü çağırışının 3-cü sessiyasında elan edilib. Çinin ali qanunverici orqanının illik iclası martın 5-də Pekində başlayıb.

2025-ci ildə Çinin müdafiə xərclərinin artımı ölkənin cari il üçün müəyyən etdiyi təxminən 5%-lik iqtisadi artım hədəfini üstələyir. Analitiklərin fikrincə, bu, Pekinin geosiyasi gərginlik fonunda hərbi modernləşməni davam etdirmək niyyətini əks etdirir.

“Si Cinpin 2035-ci ilə qədər ordunun tam modernləşdirilməsini başa çatdırmaq niyyətindədir. Bu proses çərçivəsində Çin hərbçiləri yeni raketlər, gəmilər, sualtı qayıqlar və müşahidə texnologiyaları hazırlayacaqlar”, – agentlik bildirir.

Associated Press əlavə edir ki, Çin artıq dünyanın ən böyük donanmasına sahibdir. AP Pentaqondakı mənbələrə istinadən yazır ki, əgər digər büdcələrə daxil edilən xərclər də əlavə edilsə, Çinin ümumi müdafiə xərcləri təxminən 40% daha çox ola bilər.

Çin Dövlət Şurasının Baş naziri Li Syan Pekində keçirilən qurultayda bildirib ki, Çin Tayvan məsələsinin sülh yolu ilə həllini dəstəkləməyə davam edir. Buna baxmayaraq, “Tayvanın formal müstəqilliyi” ilə bağlı təki edənlərə qarşı sərt mövqe sərgiləyəcək.

“Biz Çinin birləşməsi siyasətini qətiyyətlə davam etdirəcəyik və Çin xalqının yenidən dirçəlişi naminə Tayvandakı soydaşlarımızla birlikdə çalışacağıq”, – deyə Li Syan vurğulayıb.

Öz növbəsində, Tayvanın müdafiə naziri Vellinqton Ku “beynəlxalq vəziyyətin sürətlə dəyişdiyini və rəqiblərdən gələn təhdidlərin artdığını” əsas gətirərək, hərbi xərclərin artırılması planlarını açıqlayıb.

Bəs Çinin hərbi xərclərinin belə sürətli artımı bugünkü dəyişkən dünyada nə deməkdir? Bu, təhlükəyə cavab reaksiyası, yoxsa əksinə, aqressiv niyyətlərin nümayişidir?

Siyasi şərhçi Murad Sədəddinov bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

“Bəli, bir çox media orqanları Çinin bu il müdafiə xərclərini 7,2% artırdığını yazır. Kənardan baxanda bu rəqəm bir qədər qorxulu görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Çinin hərbi büdcəsinin ÜDM-dəki payı cəmi 1,7%-dir. Müqayisə üçün, ABŞ-da bu rəqəm 3,4%, Rusiyada 6%, Hindistanda 2,4%, Böyük Britaniyada isə 2,3%-dir.

Yəni ümumi büdcənin miqyasına baxsaq, bu artım Çinin dövlət xərcləri arasında o qədər də böyük yer tutmur. Amma qlobal miqyasda götürsək, Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük müdafiə büdcəsinə sahibdir. Bununla belə, Çinin hərbi xərcləri ABŞ-ın hərbi büdcəsindən üç dəfə azdır. Bu da vacib amildir.

Bəs bu iri miqyaslı dəyişikliklər nədən qaynaqlanır? Şübhəsiz ki, Pekin dünyada baş verən hadisələri izləyir, beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulduğunu, o cümlədən Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasında yer alan və bu prinsiplərin təminatçısı olan ölkələr tərəfindən pozulduğunu görür. Yəni, güc amili siyasətdə getdikcə daha çox ön plana çıxır, diplomatiya, siyasət və beynəlxalq hüququn digər, daha sivil üsullarını üstələyir”, - ekspert bəyan edib.

O, deyir ki, buna görə də təkcə Çin deyil, bir çox digər ölkələr də hərbi ehtiyaclar üçün xərclərini artırırlar.

“Təbii ki, bu, çox pis haldır, lakin bir çox ölkələr məcburən belə addımlar atır. Onları buna dünyada mövcud vəziyyət vadar edir.

Çin üçün təhlükə kimdir? Burada birmənalı olaraq ABŞ-ı qeyd etmək olar. Və Vaşinqton bunu gizlətmir. ABŞ bütün səviyyələrdə yeni bir ifadə işlətməyə başlayıb – Çin onların “əsas düşmənidir”. Halbuki əvvəllər Çini heç olmasa “əsas rəqib” adlandırırdılar. Aydındır ki, belə bəyanatlar Çin hökumətini öz müdafiə doktrinasına yenidən baxmağa və onu gücləndirməyə məcbur edir. Məncə, əsas faktor da məhz budur.

Bundan başqa, Çin özü də xarici siyasətdə heç də həmişə yalnız dinc yanaşma nümayiş etdirmir. Biz tez-tez Çin Xalq Respublikasının Tayvanla bağlı iddialarını eşidirik və s. Yəni Çin də öz xarici siyasət ambisiyalarını həyata keçirmək üçün addımlar atır. Bu isə o deməkdir ki, Çinin hərbi qüdrətini artırmaq istəyi Tayvan məsələsini həll etmək, materik və ada daxil olmaqla Çini tam şəkildə birləşdirmək istəyindən qaynaqlanır. Eyni zamanda, ABŞ-ın genişlənmə siyasətinə qarşı dayanmaq məqsədini daşıyır.

Ümid edək ki, bütün bunlar sonda müharibəyə gətirib çıxarmayacaq. Amma şübhəsiz ki, bu proseslər bir-biri ilə sıx bağlıdır”, – deyə Sədəddinov fikirlərini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru