Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                 

Biznes yanaşması ilə siyasət və: dünya ilə “sövdələşmənin” fəsadları - İNCƏLƏMƏ
Tarix: 7-03-2025, 11:02 | Çap et
Biznes yanaşması ilə siyasət və: dünya ilə “sövdələşmənin” fəsadları
ABŞ-da yeni Donlad Tramp adminstrasiyasının xarici və daxili siyasəti, Prezidentin atdığı qeyri-adekvat addımlar dünyanın əsas müzakirə mövzusudur. İstər Ukrayna münaqişəsi ilə bağlı Ağ Ev adminstrasiyasının tutduğu mövqe, istərsə də Amerikanın avropalı müttəfiqlərinə qarşı münasibətlərinin 180 dərəcə dəyişməsi az qala şok effekti yaradıb. Yerli və xarici ekspertlər Trampın bu vür siyasətini müxtəlif cür izah edirlər.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını Avropada yaşayan azərbaycanlı siyasi şərhçi Rauf Mirqədirov cavablandırıb. Politoloq deyib ki, Trampın yanaşmaları sövdələşmələrə bağlı yanaşmalardır:

- Bu da biznes sistemindən gələn baxışdır. Baxın, ABŞ rəsmilərinin, Trampa yaxın olan insanların dilindəki ən dəbdə olan söz “sövdələşmə” sözüdür. Bizim dildə desək, bazar yanaşmasıdır. Təsəvvür edin, dünyada azadlıqların, demokratik dəyərlərin əsas dayağı sayılan dövlətin başçısı sövdələşmələrlə məşğuldur. Bu, özlüyündə Amerika üçün utancverici bir haldır.

İkincisi, Tramp Reyqanın şüarından istifadə edir: “Amerikanı qüdrətli edək”. Lakin şüar eyni olsa da, yanaşma tamamilə fərqlidir. Tramp unudur ki, Amerikanın qüdrəti daha yüksək məsuliyyətə və öhdəliklərə bağlıdır. Son yüz ilə, xüsusilə də, İkinci Dünya müharibəsindən sonrakı proseslərə baxsaq görərik ki, ABŞ-ın dünyada supergücə çevrilməsi onun əlavə məsuliyyətlərinə, əlavə öhdəliklərinə bağlıdır. İkinci Dünya müharibəsindən sonra dünyada üzərinə məsuliyyəti və əlavə öhdəlikləri götürmüşdü. Bütövlükdə Avropanın bərpası üçün “Marşal planı” var idi. O dövr üçün görünməmiş pullar ayrılırdı. Məhv olmuş Yaponiyanın bərpası üçün Amerika külli miqdarda pullar ayırdı. Eyni zamanda, NATO təşkil olundu və ABŞ öz üzərinə əlavə öhdəliklər götürdü, təhlükəsizliyi təmin edən aparıcı dövlət idi, güclü orduya malik idi və s. Sonra Reyqan hakimiyyətə gəldi. Amma Reyqan dövründə də belə deyildi, çünki onun baxışı qlobal idi. Yenə də əlavə məsuliyyətlər var idi: SSRİ-nin dağıdılması, sosialist sisteminin dağıdılması, azadlığın Şərqi Avropaya gətirilməsi, Almaniyanın birləşdirilməsi. Bütün bunların həm maddi, həm siyasi, həm də hərbi təminatı Amerikanın öhdəsində idi. Bu, qlobal baxış idi. Bəli, Tramp Reyqanın şüarını indi təkrarlayır. Amma Amerika ona görə supergücdür, ona görə qüdrətlidir ki, özünün və müttəfiqlərinin təhlükəsizliyini, iqtisadi inkişafı üçün şəraiti yaradır.

- Tramp isə əksini bəyan edir...

- Bəli, Tramp deyir ki, sövdələşmələrlə məşğul olacaq və bu sövdələşmələr yalnız Amerikaya xidmət edəcək. Və bildirir ki, müttəfiqlərinin qarşısında nə əlavə məsuliyyəti var, nə də öhdəlikləri var. Əslində məncə, bunun pozitiv tərəfləri də var. Bəli, bu gün Ukrayna müdafiəsiz qala bilər, yardım dayandırılır və s. Lakin pozitiv tərəfi odur ki, baş verənlərin Tramp üçün mənfi təsirləri olacaq. Ukraynada döyüşlərin nə vaxt dayanacağı bəlli deyil. Ümumiyyətlə, əməliyyatlar dayanacaqmı? Bilirsiniz, bu gün Ukraynada həlak olan mülki əhalinin qanı artıq yalnız Putinin yox, həm də Trampın əllərindədir. Tramp hakimiyyətə gəlməmişdən əvvəl müharibəni 24 saata dayandıracağını demişdi, bir çoxları da buna inanırdı. Andiçməsə yüz gün deyildi, sonra da 6 ay vaxtdan danışıldı. Tramp hakimiyyətinin yüz günlüyündə hesabat verəcək, hansı ki, yüz günün də yarısı gedib. Məqsəd o idi ki, Trampın hakimiyyətinin yüz gününədək Ukrayna kapitulyasiyaya təhrik edilsin. Amma Amerika lideri iki səhvə yol verdi. Birincisi, xarakterindən irəli gələn addımlar atması idi. Vaxtının azlığından emosional, şou xarakterli addımlar atıldı. Vaxt da o mənada azdır ki, tezliklə müharibəni bitirəcəyinə söz vermişdi. O vədini yerinə yetirmək istəyir. Müharibəni bitirmək üçün özünəməxsus tərzlərdən istifadə edir ki, bu, həddən artıq biabırçı tərzdir. Söhbət açıq, nümayişkəranə şəkildə təzyiq siyasətindən gedir. Bu, çox ciddi təhdidlərin mövcudluğundan xəbər verir. İkincisi, Tramp ABŞ-ın formalaşmış sabit siyasətini məhv edir. Bu, Amerikanın müttəfiqlərinə ciddi təhdiddir. İndi Amerikanın sabitləşdirici, təhlükəsizliyə təminatçı, liderlik roluna böyük şübhələr yaranıb.

- Demək olarmı ki, ABŞ avropalı müttəfiqlərini itirir?

- ABŞ müttəfiqlərini itirmək təhlükəsi ilə üz-üzədir və əgər itirərsə, yeni müttəfiqi olmayacaq. Rusiya və Çin heç vaxt Amerikanın müttəfiqi olmayacaq. Söhbət qlobal dövlətlərdən gedir. Artıq Avropada Trampın siyasətinə etirazlar var. Söhbət siyasi elitaların etirazından gedir. Bilirsiniz, söhbət burada heç də Ukraynadan, Ukraynadakı münaqişədən getmir. Məsələ budur ki, Avropa öz təhlükəsizliyi haqqında düşünür. Ümumiyyətlə, dünya öz təhlükəsizliyi haqqında düşünür. Bunun üçün yeni birlik formalaşmaqdadır. Aparıcı dövlətlər də hələlik Böyük Britaniya və Fransadır. Almaniya bir qədər kənarda görünür, amma bunun səbəbi yeni hökumətin fəaliyyətə başlamamasıdır. Fridrix Merz höhuməti fəaliyyətə başlayanda Almaniya da aparıcı mövqeyə gələcək.

- Trampın qeyri-standart siyasətinin kökündə təkcə məsələlərə biznes maraqları ilə yanaşması dayanır?

- Bilirsiniz, bu adamın eqosu çox yüksəkdir. Bu eqo əlbəttə, dünyaya sarsıdıcı zərbə vurur. Təsəvvür edirsiniz, Tramp deyir ki, “mən Amerika tarixində birinci prezidentdəm, məndən sonra da Corc Vaşinqton gəlir”. Yəni nə Ruzvelt var, nə Reyqan var, nə Linkoln var və s. Bu adam belə problemli şəxsdir. Bu ona gətirib çıxaracaq ki, yaxın vaxtlarda Amerika daxilində ciddi etirazlar başlayacaq. İndi Tramp iqtisadi müharibələrə də başlayır. Amma nəzərə almaq lazımdır ki, iqtisadi müharibələrin bumeranq effekti var. Ola bilsin ki, gömrük rüsumları ilə bağlı disbalans var, bunu aradan qaldırmaq istəyir. Amma iqtisadi münasibətləri yenidən qurmaq üçün illərlə vaxt lazımdır. Gömrük rüsumlarını artırmaqla hər şey həll edilmir. Amerika üçün bunun əks-təsirləri mütləq olacaq. Ondan sonra isə Trampın bu siyasətinə qarşı etirazlar vüsət alacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Bu gün, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru