Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                 

NATO çat verdi - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 5-03-2025, 06:56 | Çap et
NATO çat verdi
Şimali Atlantika Bloku (NATO) Ukraynaya dəstək məsələsində ABŞ və onun Avropadakı müttəfiqləri arasında yaranan fikir ayrılıqları səbəbindən hazırkı formada mövcudluğunu dayandıra bilər.

The Daily Telegraph qəzetinin məlumatına görə, bu fikri NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin keçmiş ali baş komandanı admiral Ceyms Stavridis səsləndirib.

“Biz NATO-nun sonunu və onun yerində Avropa Müqaviləsi Təşkilatı adlandırıla biləcək qurumun yaranmasını görə bilərik”, – deyə o bildirib.

Stavridis qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun artıq Kiyevə hərbi yardım göstərmək istəmədiyini açıq şəkildə ifadə edib. Onun fikrincə, bu, çox böyük miqyasda geosiyasi səhvdir. “İndi Avropa üçün yaşıl işıq yanır və onlar bu məsələni öz üzərilərinə götürməli olacaqlar”, – deyə admiral əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya münasibətdə tutduğu mövqe və müdafiə xərclərini artırmaq üçün Vaşinqtonun Avropadakı müttəfiqlərinə göstərdiyi təzyiq alyansın əsasına zərbə vurur və NATO daxilində qarşılıqlı etimad məsələsini sual altına alır.

Stavridis hesab edir ki, ABŞ özü də NATO-dan kənarda daha az təhlükəsiz olacaq.

Bəs keçmiş NATO komandanının bu proqnozlarını nə dərəcədə ciddi qəbul etmək olar? Dünyanın ən güclü hərbi bloku olan NATO-nun həqiqətən də dağılma ehtimalı varmı? Axı, bu baş verərsə, beynəlxalq təhlükəsizlik sistemində tamamilə yeni bir reallıq yaranacaq.

ABŞ istisna olmaqla, Ukrayna və bütün Qərb dünyası bu ssenariyə qarşı hansı effektiv tədbirlər görə bilər?

Pressklub.az-ın bu suallarına tanınmış ukraynalı analitiklər münasibət bildiriblər.

Kiyevdə yerləşən “Strategiya XXI” mərkəzinin hərbi eksperti Pavlo Lakiçuk Stavridisin proqnozlarını tamamilə real hesab edir.

“NATO-nun mövcudluğu bir çox dövlətə böyük üstünlüklər verir. Lakin alyans daxilində ciddi səhvlər özünü göstərir.

Avropada yeni formalaşmaqda olan təhlükəsizlik strukturlarına gəldikdə, onlar müəyyən müddət ərzində simbioz şəklində NATO ilə yanaşı mövcud ola bilər”, – deyə Pavlo Lakiçuk bildirib.

Digər tərəfdən, jurnalist və bloqer Roman Tsımbalyuk artıq NATO daxilində çatların yarandığını vurğulayıb.

“Donald Trampın prezident olduğu ilk gündən etibarən hər şeyin sadə olmadığı və ABŞ-ın Avropaya yardım edə bilməyəcəyi ilə bağlı müəyyən siqnallar verməsi Avropa İttifaqında yeni prosesləri işə saldı. Bu nə deməkdir?

İnsanlar Trampın və Vensin Zelenski ilə necə danışdığını, onların Moskvaya birtərəfli güzəştlər tələb etdiyini gördülər və özlərini Zelenskinin yerində təsəvvür etdilər. Buna görə də Avropa ciddi şəkildə ayıldı.

Avropa öz təhlükəsizliyini ABŞ olmadan təmin edə bilərmi? Tamamilə mümkündür. Axı, Avropada iki nüvə dövləti var – Böyük Britaniya və Fransa. Sənaye inkişaf edib, insan resursları böyükdür.

İndi tez-tez belə bir zarafat səslənir: 500 milyon avropalı, 350 milyon əhalisi olan ABŞ-dan onları 140 milyonluq ruslardan qorumağı xahiş edir. Diqqət! Reallıqda dünyanın ikinci ordusu iddiası ilə üst-üstə düşməyən, atlarla, eşşəklərlə, köhnə texnikalarla hücum edən ruslardan – bu, zarafat deyil, real faktlardır.

Əgər amerikalılar geri çəkilsələr, Avropa müstəqil şəkildə hərəkət edəcək. Bunun üçün bütün resurslara sahibdir.

Hər şey pulla ölçülmür. ABŞ tez-tez Avropanı kifayət qədər maliyyə ayırmamaqda və minnətdar olmamaqda ittiham edir. Amma reallıqda, təhlükəsizliyə xərclənən yüz milyardlarla avro və dollar bu dövlətlər üçün qəpik-quruşdur.

Hesab edirəm ki, danışıqlar zamanı ABŞ bu qədər sərt olmayacaq və özü-özünün ziyanına addım atmayacaq. Çünki bu, Amerikanın milli maraqlarına ziddir. Hansısa format tapılacaq. Amma əgər belə bir şey baş versə, bu, sadəcə ABŞ-ın super dövlət statusunu itirdiyi anlamına gələcək. Və nəticələr Amerika üçün dağıdıcı olacaq”, – bloqer əmindir.

O, Ağ Evdə baş verən qalmaqaldan sonra Ukraynanın yanında kim dayandığını xatırlamağı təklif edir.

“Avropadakı bütün müttəfiqlər. Macarıstan və Slovakiyanı çıxmaq şərtilə – çünki onların baş nazirləri Putinin əlaltılarıdır. Kanada və Avstraliya da Ukraynanı dəstəkləyir. Halbuki, Avstraliya tamamilə fərqli regionda – Sakit okean regionunda yerləşir.

Hazırda bütün dünya ABŞ-ın atacağı addımları gözləyir. Əgər amerikalılar rəsmi şəkildə müttəfiqlik öhdəliklərindən imtina etsələr, artıq heç kim ABŞ-a bel bağlamayacaq.

Bu situasiyada qazanan təkcə Rusiya deyil, daha çox Çin Xalq Respublikası olacaq.

Ukrayna və Qərb dünyası bu vəziyyətə effektiv cavab verə bilərmi?
Bəli, verə bilər. Bu, çətin olacaq, əlavə xərclər tələb edəcək, amma Ukrayna olub, var və olacaq. Avropa da heç yerə getməyəcək.

ABŞ Londondakı görüşdə iştirak etmədi. Amma Avropadakı ölkələrdən başqa Kanada, Türkiyə və digərləri orada idi. Türkiyə coğrafi baxımdan tamamilə Avropada olmasa da, bu məsələyə eyni prizma ilə baxır. Buna görə də, sülhməramlı kontingentin tərkibində Türkiyənin iştirakının müzakirə olunması təsadüfi deyil. Harada Türkiyə varsa, deməli, orada Azərbaycan da var. Ona görə də, xoş gəlmisiniz!

Ən pisi isə odur ki, Amerika hazırda real olaraq zəifləyən Rusiya faşist federasiyası qarşısında tərəddüd edir. Bu, olduqca iyrənc görüntü yaradır. Amma reallıqdır.

Lakin bu həmişə belə olmayacaq. Donald Tramp əbədi deyil və onun emosional qərarlar alıb geriyə addım atması da istisna deyil. Bunu hamı bilir”, – deyə Roman Tsımbalyuk fikirlərini tamamlayıb.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Bu gün, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Bu gün, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Bu gün, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Bu gün, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Bu gün, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Bu gün, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Bu gün, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Bu gün, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Bu gün, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Bu gün, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Bu gün, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Bu gün, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Bu gün, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Bu gün, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Bu gün, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Bu gün, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Bu gün, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Bu gün, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Bu gün, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Bu gün, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Bu gün, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Bu gün, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru