Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                 

Müxaliflərin iddiasına görə, Tacikistanda ən yaxşı torpaq sahəsi prezident Rahmonun qohumuna verilib
Tarix: 2-01-2024, 12:54 | Çap et
Müxaliflərin iddiasına görə, Tacikistanda ən yaxşı torpaq sahəsi prezident Rahmonun qohumuna verilib
Tacikistan hökuməti bu yaxınlarda minlərlə hektar məhsuldar torpağı bir özəl şirkətə verib. Hökumətin əleyhdarları həmin şirkətə ölkənin avtoritar prezidenti Emomali Rahmonun yaxın qohumunun nəzarət etdiyini deyirlər.

AzadlıqRadiosunun tacik xidməti noyabrın 29-da Rəhmonun imzaladığı rəsmi sənədin bir nüsxəsini əldə edib. Sənəd sözügedən torpaq üzərində mülkiyyətin, müvəqqəti olaraq, "Ismoili Somoni Holding Company" şirkətinə verilməsi haqdadır.

Hökumətin biznes qeydiyyat sisteminə görə, həmin şirkətin rəhbəri Rahmatullo Asadulloyeviç Sadulloyevdir. Rahmonu tənqidə tutanlar bu adamın Rahmonun qaynı olduğunu deyirlər.

AzadlıqRadiosu açıqlama üçün Tacikistan hökumətinə üz tutsa da, material dərc edilinədək heç bir cavab almayıb.

Ən baxımlı, ən verimli torpaqlar onundur
Sözügedən sənəddə hökumətin 8 min 500 hektar torpağı nədən özəl şirkətə vermək qərarına gəldiyi açıqlanmır. Söhbət paytaxt Düşənbə yaxınlığındakı yaxşı baxımlı ərazilərdə yerləşən otlaq, meşə və əkin sahələrindən gedir.

Sənəddə deyilir ki, torpağın yeni sahibi qarşıdakı 20 il boyunca ona nəzarət edəcək.

Ərazisinin 93 faizi dağlıq olan, 10 milyon insanın yaşadığı Tacikistanda torpaq çox dəyərlidir. Sıradan tacikistanlılar mal-qarasını otarmaq, qida yetişdirmək və ev tikmək üçün torpaq çatışmazlığından gileylənirlər. Dövlət qeydiyyat sistemindəki bilgiyə görə, "Ismoili Somoni Holding Company" 2006-cı ildə qurulub və o zamandan bəri, tikinti də daxil, müxtəlif sahələrdə fəaliyyət göstərib. Rəsmi sənədlərdə şirkətin rəhbəri Rahmatullo Sadulloyev haqqında hər hansı məlumat, yaxud onun fotosu yoxdur.

Korrupsiya girdabında boğulan Tacikistan
Ölkənin siyasi müxalifətinə yaxın media qurumlarının fikrincə, o, Tacikistanın Birinci xanımı Azizamo Asadulloyevanın nüfuzlu Sadulloyev qardaşlarından biridir. Onlar korrupsiya girdabında boğulan bu ölkədə çox sayda gəlirli biznesə nəzarət edirlər.

AzadlıqRadiosu şirkət rəhbərinin gerçəkdən həmin ailənin üzvü, ya onun biznes portfoliosu olduğunu müəyyənləşdirə bilməyib. Tacikistanda adının içində "İsmoili Somoni" olan başqa özəl şirkətlər də var.

Tacikistanın Birinci xanımının böyük qardaşı Rahmatullo Sadulloyevin ölkənin cənubundakı Xatlon vilayətində kənd təsərrüfatı torpaqlarına və bizneslərə nəzarət etdiyi bildirilir. O, siyasətdən uzaq durur və hər hansı hökumət vəzifəsi tutmaqdan çəkinir.

İddia edilir ki, Sadulloyev bir dəfə bu sözləri deyib: "Mən Xatlonun prezidentiyəm; Rahmon Düşənbənin prezidentidir".

Ötən ilin martında Rahmon Xatlonda Beynəlxalq Prezident Məktəbinin açılışına qatılıb. Hökumətin rəsmi saytı məktəbi yerli işadamı Rahmatullo Sadulloyevin tikdirdiyini yazsa da, işadamı haqqında əlavə bilgi verməyib.

Qayınlar
Prezidentin qayınları arasında ən çox Hasan Asadullozode tanınır. Onun soyadı əvvəllər Sadulloyev olub və böyük biznes portfoliosuna iri maliyyə qurumu sayılan "Orien Bank" və "Somon Air" hava yolları da daxildir. Hasanın əkiz qardaşı Huseyn Xatlon bölgəsində neft məhsulları satan bir şirkətə nəzarət edirmiş. O, ötən il 54 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qardaşlardan daha biri - Amonullo Sadulloyev ölkənin şimalında çox sayda gəlirli biznesə nəzarət edən "Somon Suğd" korporasiyasının sahibidir. Amirullo Asadullo adlı daha bir qardaş Xatlon əyalətinin mərkəzi sayılan Boxtarın meri olub.

Birinci xanım və qardaşları öz soyadlarının müxtəlif variantlarından yararlanırlar. Rahmon 1992-ci ildən bəri Tacikistanı dəmir yumruqla yönəldir. Ölkənin əksər sakinləri uzun zamandır ağır yoxsulluq içində yaşasa da, Rahmon vəzifəsindən sui-istifadə edərək özünü və qohumlarını varlandırmaqda ittiham olunur.

Ölkənin, demək olar, bütün iri bank və şirkətlərinə Rahmonun dost və dəstəkçiləri nəzarət edirlər.

Prezidentin doqquz uşağının bir neçəsinin həm özəl şirkətləri, həm də yüksək hökumət vəzifələri var.

Rahmonun böyük oğlu Rustam eyni zamanda iki önəmli vəzifə tutur: o, həm parlamentin yuxarı palatasının sədri, həm də Düşənbənin meridir. Yuxarı palatanın sədri vəzifəsi onu ölkənin ikinci şəxsinə çevirir; atası vəzifəsini icra edə bilməsə, Rustam prezident olacaq. Rahmonun qızlarından biri, Ozoda prezident administrasiyasının qərargah rəisidir. Onun əri Camoliddin Nuraliyevsə daha öncə maliyyə nazirinin və Milli Bank sədrinin birinci müavini olub.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru