Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                 

Türkiyə Qərbə üz tutur, Rusiya arxa plana keçir, Ərəb ölkələri isə... - GƏLİŞMƏ
Tarix: 17-07-2023, 12:39 | Çap et
Türkiyə Qərbə üz tutur, Rusiya arxa plana keçir, Ərəb ölkələri isə...
“BBC” yazır ki, Türkiyənin dərinləşən iqtisadi böhranı Tayyib Ərdoğanı Qərbə meyllənməyə sövq edir. Bu həftə Türkiyə prezidentinin uzun sürən və getdikcə dərinləşən iqtisadi böhrandan çıxmaq üçün həll yolları axtardığı üzə çıxdı. O, sürətli siyasi dönüşlə Qərblə münasibətləri yaxşılaşdırmaq üçün böyük bir addım atdı.
Cənab Ərdoğan bazar ertəsi İsveçin hərbi alyansa (NATO) qoşulmaq istəyinə uzun müddət davam edən etirazını birdən-birə kənara ataraq NATO-dakı müttəfiqlərini heyrətə gətirdi. Litvaya gəlməzdən bir neçə saat əvvəl o, terrorizmi durdurmaq üçün kifayət qədər iş görə bilmədiyinə görə ittiham etdiyi rəsmi Stokholmun bağçasına xeyli daş atmışdı.
Türkiyə prezidentinin qəfil mövqeyini dəyişməsi, yenidən seçilən prezidentin Qərblə diplomatik münasibətləri düzəltməyə və son illərdə Türkiyəni iqtisadi çətinliklərə görə tərk etmiş xarici sərmayədarların geriyə dönüşünə inam yaratmağa hesablanıb.
Sadiq İnstitutunun analitik mərkəzinin Ankarada fəaliyyət göstərən siyasi analitiki Batu Coşkun deyir: "Bu, klassik Ərdoğan gedişidir. Bu gediş gözlənilmədən siyasətdə və vurğuda qəfil dəyişmədən yaranır. İstənilən başqa siyasi lider belə bir U dönüşündən əziyyət çəkərdi. Amma o, bu dönüşdən də faydalana bilir".
Elə buna görədir ki, o, İsveç, ABŞ, NATO və hətta Avropa İttifaqının da Türkiyəyə qarşısında öhdəlik götürməsinə nail olub.
Türkiyə indi ABŞ-dan çoxdan gözlənilən F-16 qırıcı təyyarələrini almağa hazırlaşır və cənab Erdoğan deyir ki, Brüssel Ankaranın uzun müddətdir ki, Avropa İttifaqına üzv olmaq istəyinin yenidən canlanmasına və viza rejiminin liberallaşdırılmasına "müsbət yanaşır".
İllərdir Türkiyənin demokratik dəyərlərdən geri çəkilməsindən narahat olan ABŞ və Avropadakı müttəfiqlərinə daha konstruktiv yanaşması bir daha onu göstərdi ki, cənab Ərdoğan daha çevikdir.
Onun Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şolts ilə NATO sammitində çoxsaylı foto çəkdirmək fürsəti olub.
İllərdir ki Türkiyə prezidenti ilə arasında məsafə saxlayan ABŞ prezidenti Co Bayen cənab Ərdoğanla ikitərəfli görüşünü özü dilə gətirib.
“Hesab edirəm ki, seçkilərdən sonra Ərdoğan həm Rusiya, həm də Qərblə münasibətlərdə özünü daha inamlı hiss edir”, – politoloq Batu Coşkun deyir.
Xaricdə güvənli olmaq, əlbəttə, yaxşıdır. Ancaq daxildə təcili şəkildə Türkiyənin iflasa uğrayan iqtisadiyyatını canlandırmaq lazımdır. Bu, onun mayın sonunda keçirilən tarixi ikinci tur səsverməsində çətin mübarizədə əldə etdiyi qələbəsindən sonra üzləşdiyi əsas məslədir.
“BBC” sıradan bir türkün Türkiyədəki acınacaqlı vəziyyətlə bağlı dediklərinə də yer ayırıb.
Gündə 17 saat odun sobasında simit bişirən Burhan Morkoç deyir: “İş o qədər də yaxşı deyil. Hər şey o qədər bahadır ki... əvvəl iki simit alan insanlar indi yalnız birini alırlar. Tələbat azalıb".
Burhan Morkoç İstanbuldakı Kadıgöy ərazisində yaşayır. O, 3 qardaşı ilə birlikdə simit biznesi ilə məşğuldur. O deyir ki, ərazidəki kirayə evlərin qiyməti 400 faiz qalxıb. Eyni müddət ərzində simit üçün digər zəruri məhsullar da kəskin bahalaşıb - soba üçün odun 900%, un təxminən 500%, maya 255%, küncüt isə 150% qiymətdə qalxıb.
“BBC” vurğulayır ki, Türkiyəni iqtisadi tənəzzüldən xilas etmək üçün prezident Ərdoğan təkcə Qərblə ilişkiləri dərinləşdirmək fikrində deyil. Onun Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlayır.
"Biz yenidən üzümüzü Qərbə çevirmişik. Rusiya isə arxamızda qalır", - iqtisadçı İris Cibre bəyan edir.
Prezident Ərdoğan ötən həftə sonu Ukrayna prezidenti Vladimir Zelenskiyə müharibənin qalan müddətində Türkiyədə saxlanılmalı olan beş hərbi komandirlə evə qayıtmasına icazə verdikdə Rusiya bundan çox qəzəbləndi.
Kreml hətta Türkiyəyə xəbərdarlıq etdi ki, avropalılara çəhrayı linzalı eynəklə baxmasın.
Lakin prezident Ərdoğan avqustda Vladimir Putini də qəbul etməyi planlaşdırır. Türkiyə prezidenti Ukraynaya taxıl ixrac etməyə imkan verən Qara dəniz razılaşmasını xilas etmək üçün Putinlə anlaşmaya ümid edir.
Batu Coşkun üçün bu, balanslaşdırıcı hərəkətin bir hissəsidir: "Türkiyə-Rusiya münasibətlərini zənn edilən Qərblə yaxşılaşma ilə əvəz etmək sadə məsələ deyil".
Yəni Türkiyə Qərblə nə qədər yaxınlaşsa da Rusiyadan kəskin şəkildə uzaqlaşmayacaq. Əlbəttə, bu, bağışlanılmaz səhv olardı. Zatən Türkiyə elə Rusiya ilə yaxın olduğuna görə Qərb üçün xüsusi önəm daşıyır. Heç bir halda bu üstünlüyü əldən vermək olmaz.
Yuxarıda da qeyd etdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üç gün Körfəz ölkələrinə səfər etməyə hazırlaşır. Bu səfərlə bağlı Almaniyanın ən nüfuzlu nəşri olan “Deutsche Welle” belə yazır: “ Prezident Ərdoğan bazar ertəsi Səudiyyə Ərəbistanı, çərşənbə axşamı Qətər və çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərində olacaq.
Səfər zamanı cənab Ərdoğan Türkiyənin dövlət aktivlərinin özəlləşdirilməsindən tutmuş birbaşa investisiyalara, müdafiə sənayesi sövdələşmələrinə, biznes satınalmalarına, yeni müqavilələrə kimi hər şeyi əhatə edə biləcək çoxmilyardlıq anlaşmalara cəhd edəcək”.
“Səfərimiz zamanı bu ölkələrin Türkiyəyə göstərəcəyi dəstəyi şəxsən izləmək imkanımız olacaq”, – Ərdoğan bu yaxınlarda Türkiyə mətbuatına belə demişdi. "Onlar mənimlə əvvəlki təmaslar zamanı Türkiyəyə ciddi sərmayələr qoymağa hazır olduqlarını ifadə ediblər. Ümid edirəm ki, bu səfər zamanı bu məsələni yekunlaşdıracağıq".
Yüksək rütbəli türk məmurları “Reuters” xəbər agentliyinə Ərdoğanın səfərindən qısa müddət sonra Körfəz ölkələrindən təxminən 10 milyard dollar (8,9 milyard avro) və daha sonra daha uzun müddət ərzində ümumilikdə 25 milyard dollardan 30 milyard dollara qədər birbaşa investisiyaların daxil olacağının gözlənildiyini deyiblər.
May ayında-Ərdoğanın seçkilərdə qalib gəlməsindən üç gün sonra Türkiyə və BƏƏ gələcək beş il ərzində potensial olaraq təxminən 40 milyard dollar dəyərində ticarət sazişi imzaladılar.
Səudiyyə ilə Türkiyə arasında 2018-ci ildə jurnalist Camal Qaşıqçının İstanbulda qətlə yetirilməsi ciddi problemlər yaratdı. Ancaq bir müddət sonra proses əvvəlki axarına qayıtdı. Hazırda Səudiyyə Ərəbistanının Türkiyə ilə ticarəti bütün Körfəz ölkələri arasında ən sürətlə artanıdır. 2022-ci ildə iki dövlətlər arasında ticarət dövriyyəsi 6,5 milyard dollar təşkil edib. Türkiyənin dövlət “Anadolu Agentliyi”nin iyulun 12-də verdiyi məlumata görə, 2023-cü ilin ilk altı ayı ərzində ikitərəfli ticarət artıq 3,4 milyard dollar təşkil edib.

İyun ayında “Bloomberg” xəbər agentliyi Səudiyyə Ərəbistanının dövlət nəzarətində olan neft şirkəti “Saudi Aramco”-nun qarşıdakı beş il ərzində 50 milyard dollar dəyərində potensial layihələr üzərində işləmək məqsədilə Ankarada 80-ə yaxın müxtəlif türk podratçısı ilə görüşdüyünü qeyd edib.
Analitiklər hesab edirlər ki, Türkiyənin inkişaf edən müdafiə sektoru səudiyyəliləri də maraqlandıra bilər. Onlar hələ “Bayraktar” pilotsuz təyyarəsini almayıblar, amma gələcəkdə buna maraq göstərə bilərlər. Türk ordusu müasir donanması ilə neft daşıma yollarında patrul xidməti həyata keçirmək gücündədir.
Qətərdə isə Türkiyəyə xüsusi simpatiya var. Səudiyyə Ərəbistanının dirijor çubuğu ilə bütün körfəz ölkələri 2014-cü ildə Qətərlə düşmənçilik edəndə Türkiyə onun yanında idi. Bir faktı deyək. 2016-2019-cu illərdə Qətərin Türkiyəyə qoyduğu sərmayə 500 faiz artdı. Növbəti illərdə də bu tendensiya davam etdi. Qətərdə Türkiyənin hərbi bazasının olması da bu ölkələr arasında münasibətlərin dərinliyindən xəbər verir.
Elbəyi Həsənli, Sürix
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru