Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                 

6 ay rus əsirliyində qalan həkimin yaşadığı dəhşətlər - “Bizi soyundurdular və...”
Tarix: 26-12-2022, 08:45 | Çap et
6 ay rus əsirliyində qalan həkimin yaşadığı dəhşətlər
“Bizə soyunub çömbəlmək əmri verildi. Bu, kişilərin gözü qarşısında baş verdi, biz dəhşətli rüsvayçılıq yaşadıq”

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin əsl dəhşətini yaşayanlardan biri də hərbi həkim Olqa Şapovalova olub. Fevralın 24-də ilk partlayış, Mariupolun bombalanması, minlərlə yaralı, yüzlərlə amputasiya və İliç zavodunun bunker tunellərində laparotomiya. Və sonra altı ay rus əsirliyində... Elektrik cərəyanı altında sorğu-suallar və işğalçıların manipulyasiyasına cavablar...

Olqa oktyabrın 17-nə qədər gözləməli oldu. Sonra Ukrayna ilə Rusiya Federasiyası arasında daha bir genişmiqyaslı əsir mübadiləsi baş verdi. Bu mübadilə həqiqətən xüsusi idi - 108 qadın əsirlikdən Ukraynaya qayıtdı.

Olqa Şapovalova “Zn.ua”ya müsahibəsində Mariupolda baş verən ilk partlayışdan tutmuş, əsirlikdən sonra Ukrayna torpağında ilk addım atdığı ana qədər yaşadığı müsibətlərdən danışıb. DİA.AZ hərbi həkimin müsahibəsini AYNA-ya istinadla təqdim edir:

6 ay rus əsirliyində qalan həkimin yaşadığı dəhşətlər

Olqa deyir: "Mən təhsilli həkiməm. Mariupol Hərbi Hospitalında işləyirdim, cərrahiyyə şöbəsində. 21 fevral 2022-ci ildə bizi təcili xəstəxanaya çağırdılar. Sonra Rusiya "DXR" və "LXR"ı bütöv regionlarının hüdudları daxilində tanıdı. Başa düşdük ki, ən pis vəziyyətə hazırlaşmaq lazımdır. Üstəlik, xəbərlərdə yalnız müharibə barədə danışılırdı.

Fevralın 21-dən biz xəstəxanada kazarma şəraitində idik və mümkün hərbi əməliyyatlar zamanı operativ vəziyyətə hazırlandıq. Fevralın 23-də bizə iki saatlıq evə getməyə icazə verdilər. Lazım olan əşyaları, yeməkləri götürüb xəstəxanaya qayıtdıq. Onda təsəvvür belə edə bilməzdik ki, sözün əsl mənasında bir neçə gündən sonra bu yer əsl cəhənnəmə çevriləcək və mən evə qayıtmayacağam.

- Mariupol tez zamanda ən qaynar nöqtəyə çevrildi. İşğalın ilk günlərində şəhərdə nə baş verdi?

- Fevralın 24-də bütün ukraynalılar kimi biz də güclü partlayış səsləri eşitdik. Aydın idi – müharibə başlamışdı. Tez paltarımızı dəyişib işə başladıq.

Xəstəxanaya daha çox adam gətirilirdi, ona görə də bəzi otaqları yenidən təchiz etmək, onları əlavə əməliyyat otaqları etmək lazım idi. Bir otaqda eyni vaxtda beş-altı nəfəri əməliyyat etməyə imkan verən şərait yaradıldı. Əvvəlcə xəstəxanaya hərbçilər, daha sonra isə mülki şəxslər, xüsusən də uşaqlar gətirildi. İnsanlar müxtəlif kömək istədilər. Kimsə əməliyyat olunmalı idi, kimsə dərman istəyirdi, kiminsə yarasını sarımaq, təzyiqi ölçmək və s. Martın 16-na kimi bu rejimdə fasiləsiz işləmişik. İş çox idi, həkimlər yatmağı belə düşünmürdülər.

Xəstəxanamız “Neptun”un yanında yerləşdiyindən ərazi dəfələrlə atəşə tutulub. Martın 16-da reanimasiya şöbəsinə hava bombası atıldı. Mən o zaman həmkarlarımla birlikdə əməliyyat otağında idim. Hamımızı partlayış dalğası kənara atdı. Pəncərələr sındı, şüşə üstümüzə töküldü. Həmin gün xəstəxana tamamilə bombalanmışdı.

Martın 16-da Rusiya hərbçiləri Mariupol Dram Teatrına da hava zərbəsi endirdi. Yadımdadır, zərbədən 30 dəqiqə sonra hamiləliyin qırxıncı həftəsində bir qadını xəstəxanaya elə vəziyyətdə gətirdilər ki... Onun açıq omba sınığı vardı. Biz ona lazımi ilk tibbi yardımı elə dağıdılmış xəstəxananın dəhlizində göstərdik.

Ertəsi gün 555-ci xəstəxananın həkim briqadasının bir hissəsi Azovstala göndərildi, bizim komanda İliç zavoduna getdi. O vaxt həftənin hansı günü olduğunu belə bilmədik, çünki heç kim təqvimə baxa bilmirdi.

6 ay rus əsirliyində qalan həkimin yaşadığı dəhşətlər

İliç zavodunda biz bunkerdə yaşayırdıq və eyni zamanda, yaralıları əməliyyat edirdik. Dəhlizlər o qədər bərbad vəziyyətdə idi ki, tavandan daim su damırdı. Yaralıların üstünə düşməmək üçün onların üstünə kətan örtməli olduq.

Daha sonra ikinci bunkerə keçdik - daha böyük və daha çox yaralı olan bunkerə. Orada 200-ə qədər yaralımız var idi. Onları əməliyyat etdik. Oradakı həkimlər daha ağır xəstələri əməliyyat edirdilər - dəhşətli bunker şəraitində dəfələrlə laparotomiya, əzaların amputasiyası, üz, döş qəfəsi əməliyyatları, anesteziya altında sarğılar, ilkin cərrahi əməliyyatlar aparırdılar. Açıq beyində neyrocərrahiyyə də aparılıb. Xəstə sağ qalıb və hazırda reabilitasiya mərhələsindədir. Bir sözlə, əlimizdən gələni etdik. Bu, çox böyük və məsuliyyətli iş idi. Bu proses aprelin 12-dək, biz əsir düşənə qədər davam etdi.

- Necə əsir düşdünüz, və sonra nə oldu?

- Rus hərbçiləri bizi tutanda briqadalardan birinin bunkerində idik. Bizim adamlar çox idi, 80-ə yaxın qadın idik.

İlk gün yarım biz Donetsk vilayətinin şəhər tipli Sartana kəndində olduq. Yaralılar var idi, ona görə də onlara tibbi yardım göstərdik. Daha sonra bütün qızlar Elenovkaya aparıldı. Bizi çox darısqal kameralarda saxlayırdılar. Məsələn, mənim olduğum iki nəfərlik otaqda 15 qadın var idi. 40 nəfər bir qədər böyük kameralarda idilər. Otağımız o qədər kiçik idi ki, addım atmağa yer yox idi. Oturuqlu halda yatırdıq. Hər bir skamyada üç qız yatırdı. Bizi normal yedizdirdilər, hətta çörək, makaron da gətirirdilər. Buna çox təəccübləndik, çünki mart ayından çörək yeməmişdik.

Aprelin 19-da məni 50 qızla birlikdə Rusiyanın Taqanroq şəhərinə apardılar. İstintaq təcridxanasında olanda bizə soyunub çömbəlmək əmri verildi. Bu, kişilərin gözü qarşısında baş verdi, biz dəhşətli rüsvayçılıq yaşadıq. Sonra bizi soyuq suda çimməyə apardılar, bundan sonra bizim barmaq izlərimizi götürdülər.

Taqanroqda bizi dəfələrlə dindirməyə apardılar, ələ saldılar, döydülər və çətinliklə yedizdirdilər. Səhər yeməyimizə, naharımıza və şam yeməyimizə yemək demək olmazdı. Bunlar dəhşətlərin çox kiçik hissələridir. Nahara su verirdilər, bu suda bir tikə də olsa kartof üzürdüsə, böyük xoşbəxtlik idi. Gün ərzində bizə cəmi üç tikə çörək verirdilər.

35 gün Taqanroqda qaldıq, sonra bizi Belqorod vilayətinin Valuyki şəhərinə köçürdülər. Oraya arıq, döyülmüş və yorğun gəldik. Əllərimiz və ayaqlarımız qançır və hematomalarla örtülmüşdü. Konvoy və xüsusi təyinatlılar bizi hər yerdə, hətta tualetə qədər müşayiət edirdilər. Səhhətində problem yarandıqda dərman istəmək mənasız idi. Yadımdadır, başımız ağrıyanda, həb istəyəndə bizə dedilər: “Havadandır, keçər. Hər kəsin başı ağrıyır, dərman isə yoxdur. Səbirli olun”.

Valuykidə həm fiziki, həm də psixoloji təzyiqlərə məruz qaldıq. Bir adam altı saniyədə otaqdan çıxa bilməsə, onu elektrik cərəyanına verirdilər, döydülər. Əgər o, “dayan” əmrindən sonra yeməyə davam edirdisə, döyülürdü. Bir dəfə “yemək bitdi” dediklərindən sonra yeməkxanada çay içdim. Bunu görən xüsusi təyinatlılar 40 oturub-qalxmağa məcbur etdilər. Sonra istehza ilə biri soruşdu: "Çay bitdi?".

“Günah etmisən” deyib, səbəbsiz istintaq təcridxanasına köçürülürdün. Məsələn, mən bir ay orda qaldım, baxmayaraq ki, hələ də səbəbini anlamıram. İstintaq təcridxanasında ancaq stulda oturmaq olardı, televizor qadağan idi. Ancaq bu ən yaxşısıdır. Çünki televiziyada bizə hər gün rəşistlərin “döyüş nailiyyətlərindən” bəhs edən Rusiya xəbərləri göstərilirdi. Onlar belə bir fikir formalaşdırmağa çalışırdılar ki, Ukrayna artıq yoxdur və biz heç kimə lazım deyilik. Bu cür hücumlara cavab verdik: “Onda bizi qaytarın, biz sizin nəyinizə lazımıq ki?!”. Bizdən dəfələrlə soruşurdular ki, Rusiyada yaşayıb pasport almaq istərsiniz. Amma biz inanmırdıq ki, Ukrayna yoxdur, bizi unudublar, dəyişmək istəmirlər. Yadımdadır ki, mən həmişə deyirdim: “Deməli, daha çox dəyişilməyə ehtiyacı olan başqa həmvətənimiz var, yaralılar var. Gözləyə bilərik”.

İstintaq təcridxanasında beş saatlıq fiziki fəaliyyət də nəzərdə tutulmuşdu - səhər yeməyindən nahara qədər fasiləsiz işləmək. Fasilə əvəzinə işin çox olduğu vaxtlarda ayaq üstə durmağa icazə verirdilər.

- Başqa əsirlərlə ünsiyyət qura bildinizmi?

- Bəli, bəzən kamerada və ya həyətdə gəzinti zamanı pıçıldaya bilirdik. Uşaqlardan, Ukraynadan danışırdılar. Televiziyadan gələn xəbərləri müzakirə edirdik və tezliklə azadlığa çıxacağımıza inanırdıq.

- Valuykidən sonra nə oldu?

- Bizi Kurska köçürdülər. Bir ay orada yaşadıq. Bu yerdə qapalı kameralar var idi, ona görə də bütün bu müddət ərzində heç vaxt çöldə olmamışıq. Yemək pəncərədən verildi. Bu yerdə bizə güclü fiziki və psixoloji təzyiq var idi. Günün qrafiki o qədər sıx idi ki, bir-birimizlə ünsiyyət qurmağa vaxtımız qalmadı. Gündə üç dəfə məşqlər edirdik, rus mahnılarını, şeirlərini öyrənməli olurduq. Biz onları oxumağa, Stepan Banderanı, Ukrayna Üsyan Ordusunu tənqid edən mühazirələrə qulaq asmağa məcbur olduq. Rus təbliğat ədəbiyyatını oxuduq, təkrarladıq.

Bir müddət sonra bizi yenidən Taqanroqa apardılar. Bu dəhşətli yerə qayıtdığımızı biləndə şoka düşdük. Bizi artıq başqa qızların yaşadığı kameralara yerləşdirdilər. Çarpayı yox idi, quru yerdə yatırdıq. Sonradan bizə döşəklər və çarpayılar verildi. Yatağım o qədər çirkli idi ki, başımı üstünə qoya bilmirdim. Kamerada söhbət edəndə başa düşdük ki, Taqanroqa müxtəlif yerlərdən adamlar gətirilib. Bizə qarşı başqa münasibət də müşahidə etdik. Otaqlar çox soyuq idi, ona görə də bizə istiliklə təchiz olunmaq üçün şərait yaradıldı. Əvvəllər bu, qadağan idi. Sonra tezliklə azad olacağımıza dair bir ümid yarandı.

Bazar ertəsi bizi çox erkən - səhər altıdan tez oyandırdılar. Dedilər ki, əşyalarınızı toplayın. Sonra bizi maşına mindirdilər, amma bu dəfə bəzilərimizin gözləri belə bağlanmadı. Nəhayət evə gedəcəyimizə dair güclü bir hiss var idi. Sonra bizi təyyarə ilə Krıma gətirdilər. Yaralı olanların sarğısını çıxarmağa icazə verdilər. Bütün günü ora-bura aparıldıq, sonra bir işarə gördüm - Vasilyevka, Zaporojye rayonu. Bizi orada dəyişdirdilər.

6 ay rus əsirliyində qalan həkimin yaşadığı dəhşətlər

Maşınlardan düşərək həmişəki kimi əllərimizi arxamızda cütlədik ki, bağlasınlar. Birdən bizim kişilərin səsi gəldi: “Qızlar, artıq siz əsirlikdə deyilsiniz, evimizdəsiniz. Əllərinizi arxanızda gizlətməyin”. "Ev" deyə nəfəs aldım.

- Nəhayət, Ukraynanın nəzarətində olduğu ərazidə olduğunuzu anlayanda ilk təəssüratlarınız necə oldu?

- Rəfiqələrimi xəstəxanada gördüm. Çox uzun müddət qucaqlaşıb ağladıq. Nəhayət azad olduq. Bu, böyük sevinc idi.

Sonra anladıq ki, əsirlərimizin hamısı azadlığa çıxmayıb. Biz onlar üçün darıxdıq və bunun niyə baş verdiyini başa düşmədik. Təəssüflər olsun ki, indi də bir çox oğlan və qızlarımız Rusiyada əsirlikdədir. Biz hamını geri qaytarmalıyıq, bu, ölkəmiz üçün mühüm vəzifədir.

- İndi həyatınız necədir?

- Ərim Lvova köçüb, orada mənzil kirayələyib. Hətta mən əsirlikdə olduğum müddətdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək üçün sənədlər toplayıb. Bu işdə ona Ukrayna İnsan Hüquqları üzrə Helsinki İttifaqının vəkilləri kömək ediblər.

6 ay rus əsirliyində qalan həkimin yaşadığı dəhşətlər

Ukraynaya qayıtdıqdan sonra bir ay Dneprdə oldum, indi Truskavetsdə reabilitasiyadayam. Daha sonra Bukovelə gedəcəyik. Və sonra xidmətə qayıdacağıq. Xidmət etmək istədiyimiz yerdə hesabat yazacağıq, işimizi davam etdirəcəyik.

İstərdim ki, insanlar Ukraynada müharibənin getdiyini xatırlasınlar. Biz istəyirik ki, sülh mümkün qədər tez gəlsin və bütün oğlan və qızlarımız evlərinə qayıtsınlar. Sülhü qorumaq, həyatına dəyər vermək, vicdanına uyğun hərəkət etmək vacibdir. Və təbii ki, əsirlikdə qalanları unutmamalıyıq, onların qayıtması üçün mümkün olan hər şeyi etməliyik və sonra reabilitasiyalarına kömək etməliyik. Biz hamımız bir komandayıq və məqsədimiz bu dəhşətli müharibədə qalib gəlməkdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Bu gün, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Bu gün, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Bu gün, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Bu gün, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Bu gün, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Bu gün, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Bu gün, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Bu gün, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru